Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1530/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının, digər iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin, digər iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi» tələbinə dair, eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və onunla Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və onların yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, onun nümayəndəsi və vəkili məhkəməyə iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı və onunla Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının xx.xx.2019cu il tarixdə doğulmuş X2 10 yaşına çatanadək tanınması və onların həmin yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2016-cı ildə nikaha daxil olmuş və həmin nikahdan iki övladları dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə nikahları pozulmuş və xx xxxx 2020-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən nikahlarının pozulması barədə şəhadətnamə verilmişdir. Hazırda cavabdeh onun nikahdan əvvəl atasından miras qalmış evində qeydiyyatdadır, lakin cavabdeh artıq 2018-ci ilin yanvar ayından həmin evdə yaşamır, kirayə evdə yaşamışlar. Nikah münasibətləri pozulandan sonra isə ümumiyyətlə atasının evinə uşaqları ilə köçmüşdür. Sözügedən fərdi ev cavabdeh ilə rəsmi nikaha daxil olmamışdan əvvəl, yəni xx xxxx 2016-ci il tarixdən onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. xx xxxx 2016-ci il tarixdən sonra cavabdeh onun evinə köçmüşdür. Bu isə o deməkdir ki, tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Göründüyü kimi, cavabdehlə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Onların arasında evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün hesab edir ki, bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbləri bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə cavabdeh arasında notarial qaydada barışıq sazişi bağlandığından İddiaçı hazırki iddia tələbindən imtina etdiyini bildirmiş və iddiaçının iddiadan imtinası barədə ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehin adından məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf və qəbul etdiklərini və tələbin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, cavabdeh İddiaçı ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən yazılaraq xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan onun Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürmə" iddiası və Cavabdeh ona qarşı “istifadə hüququna xitam verilməsi” iddiasına dair 2(009)-1530/2020 saylı mülki iş üzrə Cavabdeh tərəfindən ona kompensasiya kimi 10.000 (on min) manat rəsmi olaraq ödənildiyindən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinə istifadə hüququma xitam verilməsinə dair Cavabdeh iddiasının məhkəmə tərəfindən təmin edilməsinə etiraz etmir, iddianı qəbul edir və həmin mənzilə köçürmə tələbi üzrə iddia tələbidən imtina edir. Həmin iş üzrə “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürmə” iddia tələbi üzrə iddiadan imtina etdiyi üçün həmin hissədə icraata xitam verilməsi, Cavabdeh ona qarşı həmin mənzil üzrə “istifadə hüququma xitam verilməsi”nə dair iddia tələbinin təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evdən cavabdeh İddiaçı istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh iddiası təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evdən cavabdeh İddiaçı istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1530/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1530/2020
27.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver