Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1536/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı manelərin aradan qaldırılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 184,73 kv.m olan 4 otaqlı mənzilin təhvil-təslim aktı əsasında açarların ona təhvil verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsivə görüləcək təmir işlərinə maneçilik törədilməməsini Cavabdeh MTK-ya həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə icraata götürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərin Səbail rayon Məhkəməsinin hakimi İ.Rüstəmlinin icraatında Cavabdeh MTK-nın İddiaçı və qeyrilərinə qarşı müqavilənin ləğv edilməsinə dair 2(009)-1772/2024 saylı mülki işin olmasını və hər iki işin bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil həmçinin göstərmişdir ki, o. analoji ərizə ilə hakim İ.Rüstəmliyə müraciət etmiş, lakin hakim vəsatətini təmin etməmiş, işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul etməmişdir. Onların iddiasının əsasını təşkil edən müqavilə mübahisələndirildiyi üçün bu işlərə birlikdə baxılıb qiymət verilməlidir. Məhkəmə iclasının vaxtə və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasına gələməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi cavabdehlər İddiaçı, X1, X6 və X2 qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MTK tərəfindən S.Salahova satılmış və sonradan S.Salahov tərəfindən cavabdehlərə satılmış ünvan 2 ünvanda, ünvan 3naların mənzilləri ilə bağlı alqı-satqı müqavilələrinin ləğv edilməsi və daşınmaz əmlaklarla bağlı hüquqların qabaqcadan qeydiyyatı barədə dövlət reyestrindən verilmiş arayışların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi İ.Rüstəmlinin xx.xx.2024-cü il tarixli 2(009)- 1772/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh X3, İddiaçı və qeyrilərinə qarşı mənzillərə dair bağlanmış müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi icraata götürülmüşdür. AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi əqdin etibarlılığı Cavabdeh MTK tərəfindən Səbail rayon Məhkəməsində qaldırılan iddiada mübahisələndirildiyindən hər iki mülki işə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, hər iki iddia ərizəsi üzrə tərəflər eyni olduğundan, eyni zamanda hazırki iddianın predmetini təşkil edən tələb Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan 2(009)-1772/2024 saylı mülki iş üzrə iddia ərizəsində irəli sürülən tələblə əlaqəli olduğundan, yəni İddiaçı qaldırdığı iddianın əsasını təşkil edən mübahisəli mənzilə dair bağlanılmış alqı-satqı müqavilələrinin ləğvi ilə əlaqədar hazırki cavabdeh tərəfindən məhkəməyə iddia ilə müraciət edildiyindən, bununla da həmin iddialara bir icraata baxılması məqsədəmüvafiq olduğundan, həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, analoji vəsatət İ.Rüstəmlinin icraatında olan mülki işə baxıldığı zaman da verildiyindən, lakin hakim tərəfindən təmin edilmədiyindən, hakimin isə işlərin birləşdirməsi barədə qərardadı qəbul edərkən digər hakimin icraatında olan mülki işin tələb edilməsi yolverilməz olduğundan, hazırki mülki iş hakim İ.Rüstəmlinin icraatına verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı manelərin aradan qaldırılması tələbinə dair mülki iş məhkəmənin hakimi İ.Rüstəmlinin icraatında olan iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzillərə dair bağlanmış müqavilənin ləğv edilməsi və dövlət reyestrindən verilmiş arayışların etibarsız hesab edilməsi tələbinə dair 2(009)- 1772/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1536/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1536/2024
26.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver