Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1573/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, ünvan 1 ünvanda yaşayır və həmin fərdi yaşayış evi ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqnında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh X7 qardaşı X8 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 942/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı Nikah evində bağlanmış və 373 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Hal-hazırda onlar arasında yaranmış mübahisə nəticəsində qardaşı Kamran Buniyatov ümumiyyətlə həmin mənzilə gəlməməklə başqa evdə yaşayır. Cavabdeh onun arasında heç bir qohumluq bağlı qalmamış, o, hal-hazırda evin bir hissəsindən istifadə etməklə onu faktiki olaraq mülkiyyətindən məhrum etmişdir. Dəfələrlə cavabdehə evin boşaltması bildirilsə də, cavabdeh hazırda mənzilini boşaltmaqdan imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehi və azyaşlı övladı – xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Salyan döngəsi, 6 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, o, iddiaçının qardaşı Kamran Buniyatovla xx.xx.2015-ci il tarixdə 373 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah əsasında evlənmiş və Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi, ev 6 ünvanına köçmüşdür. Aralarındakı nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmiş və hazırda onunla həmin ünvanda yaşayır. Səbail rayon Məhkəməsinin 2(009)-942/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X6 ilə aralarında bağlanmış və 373 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 cavabdeh onun himayəsinə verilmişdir. O, 10 ildən çoxdur qeyd edilən ünvanda yaşayır, 9 yaşlı uşağı da onunla birlikdə həmin ünvanda yaşayır. Qeyd edilən ünvan həyat yoldaşı Kamran Buniyatovun atasının babası Rüstəm Buniyatovun adına olmuş, 2025-ci ilin aprel ayına qədər yoldaşı Kamran Buniyatovun atasının babası Rüstəm Buniyatovun adına olan ev onun heç bir xəbəri olmadan hansısa bir müəmmalı qaydada İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən evdə onun istifadə hüququ ev rəsmiləşdirilmədən çox-çox əvvəl yaranmış, həyat yoldaşı bilərəkdən onu və azyaşlı oğlunu küçəyə atmaq üçün evi qardaşının adına rəsmiləşdirmişdir. Bu gün onun istifadə hüququ olan evdən onu çıxarsalar, o, kiçik uşaqla çöllərdə qalacaq, valideynlərinin heç bir mülkiyyəti yoxdur, məcburi köçkündürlər. O, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Salyan döngəsi, 6 nömrəli evdə hazırda istifadə hüququ olmaqla azyaşlı övladı ilə birlikdə yaşayır və evdən çıxarıldığı halda oğlu ilə yaşayacaq bir yeri yoxdur. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, o, həmin evə qaynatasının sağlığında 2015-ci ildə qeydiyyata düşmüşdür və orada uşağı ilə birgə bu günə qədər yaşayır. Bir otaq onların evliliyi müddətində onların vəsaiti hesabına tikilmişdir. Evdə 15-20 min manata qədər təmir işləri aparmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Cavabdeh göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* №-li arayışa əsasən Cavabdeh yetkinlik yaşına çatmamış X5 ilə Bakı şəhəri, Səbail rayonu, 4-cü Bayıl döngəsi ünvanında yerləşən 6 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – X4 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi, 6 ünvanında yerləşən ümumi sahəsi 276,6 kv.m., yaşayış sahəsi 187,8 kv.m., yardımçı sahəsi 88,8 kv.m. olan 12 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən ümumi sahəsi 276,60 kv.m. olan 6 saylı fərdi yaşayaş evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-942/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı Nikah evində bağlanmış və 373 No-li qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 cavabdeh (anası) Cavabdeh yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq hər ay X1 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi ilkin olaraq iddiaçının babası Rüstəm Buniyatovun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, cavabdeh İddiaçı ailə həyatı qurduqdan sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmış, mübahisəli ev vərəsəlik qaydasında xx.xx.2025-ci il tarixdən iddiaçının mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının qardaşı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış nikah Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmiş və iddiaçının qardaşından uşağın saxlanılması üçün aliment tutulmuşdur. Nikah pozulduqdan sonra iddiaçının qardaşı mübahisəli mənzili tərk edərək başqa yerdə yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlə onun arasında heç bir qohumluq əlaqəsi qalmamış, cavabdeh hal-hazırda evin bir hissəsindən istifadə etməklə onu faktiki olaraq mülkiyyətindən məhrum etmişdir. Dəfələrlə cavabdehə evin boşaltması bildirilsə də, cavabdeh evini boşaltmaqdan imtina edir. Bu səbəbdən iddiaçı cavabdehi azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Salyan döngəsi, 6 nömrəli evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında 10 ildən çoxdur ki, mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata alınaraq yaşadığını, hazırda 9 yaşlı övladının da onunla birlikdə həmin evdə yaşadığını, iddiaçının mənzil üzərində mülkiyyət hüququnun yaranmasından əvvəl həmin evə onun istifadə hüququnun yarandığını, onun yaşadığı otağın sonradan öz vəsaiti hesabına tikilib təmir edildiyini əsas gətirərək iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələbi hüquqi qiymət verməmişdən əvvəl cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş və hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsnasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz» Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının qardaşı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olsalar da və cavabdeh həyat yoldaşının babasının adına mülkiyyətə alınmış mübahisəli mənzilə qeydiyyata alınsa da, o ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Mənzil üzrə qeydiyyatın isə hər hansı hüquqi nəticəsi yoxdur və qeydiyyat mənzilə məhdud əşya hüququnun - istifadə hüququnun əmələ gəlməsinə əsas hesab edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, qanunun müddəalarından göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır. Lakin cavabdeh evin həm əvvəlki mülkiyyətçisinə (həyat yoldaşının babasına) və hazırda isə mülkiyyətçi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından və onun həmin mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdehin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, iddiaçı mülkiyyətində olan evdə cavabdehin uşağı ilə yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən, cavabdehin mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı evdə yaşamasına və həmin evdən istifadə etməsinə etiraz etdiyindən, iddia tələbi cavabdehə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin övladı xx.xx.2016-cı il təvəllüdlü X2 mübahisəli evdən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşağın cavabdehin yanında saxlanılması müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşağa münasibətdə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh övladı - xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı evdən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev