Məhkəmə qərarları › İş №e-2(009)-1581/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1581/2023

22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1581/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X28 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçı X6 – Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi üzrə mülki işə 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 – Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və mirasdan payın müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu barədə müddətin bərpa olunması və atası X2 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsindən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Sovetski adlanan ərazidəki evlər sökülməyə başlayanda ordakı Qutqaşınlı 20 küçəsində yerləşən yaşayış yeri plana salınmamışdı. Amma plana salınıb dəqiq sökülməsinə rəy verildikdən sonra orada yaşayan atasının qardaşının yoldaşı onlara məlumat verdiki: "bizim yanımızda olan evlərin əksəriyyəti artıq sökülüb və kompensasiya verilib. Sıra biz yaşadığımız evlərə çatıb. Sizin atanızın əvvəllər burada qeydiyyatda olub siz bir yoxlayın əgər atanızın adına burada mülk varsa siz burdan ona düşən payıala bilərsiniz." İddiaçı da bundan sonra vəkil vasitəsilə dövlət əmlak komitəsinə sorğu göndərdilər və məlum oldu ki, həqiqətəndə Qutqaşınlı 20 küçəsində onun atasının qanuni mülk payı var. Yəni vəkilin sorğusuna Azərbaycan Respublikasinin iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmeti Daşınmaz Əmlakın X30 Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-ci il tarixdə verdiyi məlumatda göstərilmişdir ki, X2 adina Yasamal rayon Məhkəməsinin 2-639/04 nömrəli xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi (ü/s 62.0 kvm,y/s 45.2 kvm) qeydiyyatdan keçmişdir və hazırda adındadır. Sonra o və bacısı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün ərizə ilə Bakı şəhəri 28 saylı notariat ofisininə müraciət etmişlər. Onların ərizəsinə baxaraq aşağıdakı kimi qərar qəbul etmişdir ki, Dövlat Notariat Arxivinə göndərilmiş sorğuya_cavab olaraq_X25Ağa Salah oğlu ilə əlaqədar Bakı şəhəri 28 saylı dövlət notariat kontorunda 2V-1-21No-li xx.xx.2005-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verildiyimüəyyən edilmişdir. Həmin Şəhadətnaməyə əsasən Ağasiyev X12 arvadı X18 vərəsə kimi tanınmışdır (Ağasiyev_X24 və Həsənova X7 X11 qalmış miras əmlakdan imtina etmişdilər). Bildirmək istəyir ki, xx.xx.2005-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verildiyi zaman onlar yəni bacısı və o, məlum olan mirasdan imtina etmişdirlər. Yəni xx.xx.2005-ci il tarixində sözü gedən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onlara məlum deyildir. Hesab edir ki, onlar müddəti buraxmamışlar. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində atasının payı onlara məlum olan kimi lazımı addımları atmışlar. Vəkilə müraciyət edib Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X30 Reyestri Publik Hüquqi Şəxsinə sorğu ünvanlamışlar. Qeyd olunanları və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və Notariat haqqında Qanununun 40-cı maddəsini rəhbər tutub qərara aldım: Vətəndaşlar X10 və X4 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilsin. Bundan sonra iddiaçı məhkəməyə müraciyət etmək qərarına gəldi. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, mirasın qəbulu barədə nəzərdə tutulmuş müddətin üzrlü hesab edilərək bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə göndərərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİ-ИЕ № 006369 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X3r. AZ-İ № 130827 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. X2 miras əmlakı ilə bağlı açılmış notariat işinin surətindən görünür ki, iddiaçı X10 notariat kontoruna ərizə verərək, atası X1 qalmış miras əmlakdan ona düşən məcburi paydan imtina etmişdir. 08 iyun 2005-ci il tarixdə iddiaçının anası X14 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadtnamə verilən miras əmlak ünvan 5 mənzil 25-dən ibarətdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 29 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi X2 paylı mülkiyyətindədir. 28 saylı Notariat Ofisinin 11 iyul 2023-cü il tarixli Qərarından görünür ki, X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı tərəfin izahatından və iş materiallarından aydın oldu ki, iddiaçı X10 mərhum atası X1 qalan miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə, iddiaçı tərəfindən onun mərhum atası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının atası X5 07 noyabr 2004-cü il tarixdə vəfat etdikdən sonra miras əmlakın qəbul edilməsi üçün notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin vaxt iddiaçı və onun bacısı mirasdan onlara düşəcək məcburi paydan analarının xeyrinə imtina etmişlər. İş materiallarından görünür ki, həmin vərəsəlik işi aparılarkən iddiaçıya atasından yalnız ünvan 5 ünvanında yerləşən 5 nömrəli mənzilin qaldığı bəlli olmuşdur. Belə ki, iddiaçının anası X14 adına məhz həmin mənzil barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buradan da görünür ki, iddiaçı məhz ünvan 5 ünvanında yerləşən 5 nömrəli mənzil barəsində öz payından imtina etmişdir. Həmin vaxt iddiaçıya atasına məxsus başqa bir əmlakın yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsinin məxsus olduğu məlum olmamışdır. İddiaçı bu barədə öyrəndikdən sonra notariat ofisinə müraciət etsə də, müddəti ötürdüyü səbəbindən imtina cavabı almışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı mərhum atasına məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsindən yeni məlumatlı olduğuna görə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət edə bilməməsi üzrlü hesab edilən haldır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı X6 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakının (ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/24 hissəsi) qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin X10 tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar