Məhkəmə qərarları › İş №e-2(009)-1587/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1587/2024

17.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1587/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, BS-K24-03/05 saylı əmri ləğv edilərək İddiaçı "xxxx" ASCdə satış şöbəsinin satıcısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdehin iddiaçıya əmək haqqı ödəmədiyi günlər və gecikdirdiyi əmək haqqı məbləğinin müəyyən edilməsi, həmin əmək haqqı məbləğinin gecikdirildiyi hər günü üçün gündəlik 5 faiz olmaqla ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 120 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci, cəmi 300 manat pulun cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 11 mart 2021-ci ildə əmək müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, “işə qəbul olunduğu müddətdən bu günə kimi 3 dəfə onu qanunsuz olaraq işdən azad ediblər. Birinci dəfə 2021-ci ilin sentyabr ayında o, Covid 19 xəstəliyinə yoluxduğu vaxtda adına xəstəlik vərəqi açılmasına baxmayaraq şirkət rəhbərliyi onun işdən çıxarılmağı haqqında əmr imzalamışdı. Bu günə kimi 2021-ci ilin sentyabr ayında ona açılmış xəstəlik vərəqəsi əlində qalıb və onun xəstəlik pulunu ödəməyiblər. O, bu haqda X5 şikayət etmiş, lakin şirkət əməkdaşları tərəfindən onunla yenidən yeni tarixlə müqavilə bağlanaraq onu yenidən işə götürmüşlər və xahiş etmişlər ki, şikayətini geri götürsün. Sonradan onunla 15 oktyabr 2021-ci ildə müqavilə bağlanılaraq yenidən işə qəbul etmişlər və o, şikayətini geri götürmüşdür. Bu müqavilə üzrə bir müddət işlədikdən sonra 2022-ci ilin dekabr ayının əvvəllərində müqaviləsində qanunsuz olaraq düzəlişlər edərək guya onun müqaviləsinin müddətinin xx.xx.2022-ci ildə bitməsini bəhanə edərək sistemdə də görsəndiyi kimi müqavilə müddətini 1 il 2 ay müddətli edib və xx.xx.2022-ci ildə yenidən qanunsuz olaraq onun müqavilə müddətinin bitməsi səbəbi ilə işdən çıxartmağa nail olmuşlar. O, yenidən X5 şikayət edib bunun qeyri-qanuni olmasını və onunla heç bir müqavilə imzalanmadığı halda 1 il 2 ay müddətinə sistem üzərində görsənən müqavilə əsasında işdən çıxarıldığını bildirdikdən sonra yenidən onu idarə heyətinin sədri Ramin Məmmədov qəbul etmiş və işinə qayıtmağı haqqında əmr qəbul etmişdir. Onu yeni tarixlə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə yenidən işə qəbul etmişlər və ondan yenidən şikayətini geri götürməyini xahiş etmişlər. Şikayətini geri götürməyini ondan şirkətin hüquq departamentinin rəisi kimi özünü təqdim edən Oqtay müəllim xahiş etmişdir. xx.xx.2024-cü il tarixində isə həmin müqavilənin 1 illik müddətinin bitməsini bəhanə edərək onu yenidən xx.xx.2024-cü il tarixdə özünün də xəbəri olmadan yenidən işdən azad etmişlər və bu haqda ona heç bir xəbərdarlıq olunmamışdır. Lakin, xx.xx.2024-cü il tarixində o, xəstə olmağı səbəbi ilə poliklinikaya müraciət etmişdir. Poliklinikaya müraciət edərkən şikayətləri yüksək hərarət, halsızlıq, boğaz və baş ağrısı və öskürək olmuşdur. Poliklinika həkimi onu müayinə etdikdən sonra ona dərhal xəstəlik vərəqəsi açmış və işə gedə bilməyəcəyini bildirmişdir. Ona müalicə olunmağı üçün dərman resepti yazmışdır. O, müayinə və analizlərini verdikdən sonra xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin idarə heyətinin sədri Ramin Məmmədova ərizə yazaraq poçt vasitəsilə onu şirkətin yerləşdiyi ünvana yollamışdır. Sonradan o, bülleteni götürüb şirkətə təhvil vermək istəyərkən ona məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən yenidən o, bülletendə olarkən əmək müqaviləsinə müqavilənin müddətinin bitmə səbəbi ilə xitam verilmişdir. Belə ki, müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam edilmiş və bu haqda ona heç bir bildiriş verilməmişdir. Bu hal artıq üçüncü dəfədir ki, təkrarlanır və şirkət işçiləri bu cür şərləyərək işdən çıxardırlar. Lakin, xx.xx.2024-cü il tarixində həyat yoldaşı X6 ona verdiyi etibarnamə ilə şirkətə yaxınlaşıb ona məxsus əmək kitabçasını və əmrin surətini şirkətin kadrlar şöbəsinin rəisi Salatın xanımdan tələb etsə də Salatın xanım dörd beş dəfə özünü hüquq departamentinin rəisi və işçiləri hədə qorxu ilə qorxuzmağa çalışan Oqtay müəllimin qəbuluna girdikdən sonra həyat yoldaşına ərizə yazdırıb imzalatdıqdan sonra məlum olmuşdur ki, hüquq departamentinin rəisi Oqtay müəllim əmək kitabçasını vermək üçün bu ərizəni araşdırmalıdır. Lakin, Oqtay müəllimin bu hərəkətlərinin qanuna zidd olmasını həyat yoldaşı ona izah etmiş və bildirmişdir ki, əmək kitabçası və əmrin surəti işçiyə xx.xx.2024cü ildə müqaviləyə xitam verildikdə təqdim edilməli idi. Onlar bunu etməyərək qanunu, yəni Əmək Məcəlləsinin maddəsini pozmuşlar. Lakin, departament rəisi onların əmək kitabçasını ona verə biləcəyini bildirib və süründürməçilik edərək Sumqayıtdan Bakıya onun əmək kitabçasını götürmək üçün gedən həyat yoldaşı X2 verə bilməyəcəklərini bildirmişlər. Xahiş edir nəzərə alınsın ki, departament rəhbəri bu qanunsuz hərəkəti öz rəhbərindən aldığı əmrə əsasən edir və şirkətin kadrlar şöbəsinin rəisi Salatın xanım isə öz vəzifəsində kimlərdənsə asılı vəziyyətdə olduğu üçün işçilərin hüquqlarının pozulmasına qarşı heç bir iradə nümayiş etdirə bilmir. Bütün yazdıqları xahiş edir nəzərə alınsın və şirkətin hüquq şöbəsinin rəisi, işçilərin hüquqlarının pozulmasına birbaşa rəhbərlik edən Oqtay müəllim haqqında və kadrlar şöbəsində öz işinin öhdəsindən gələ bilməyən və kimlərinsə təsiri altında fəaliyyət göstərən Salatın xanım haqqında ciddi ölçü tədbirləri görülməsi üçün lazımi tapşırıq verilsin. Nəzərə alınsın ki, hüquqları pozulan və süründürməçiliyə məruz qalan tək o deyil və hər gün işçilərin hüquqları bu işinin öhdəsindən lazımınca gələ bilməyən şirkət əməkdaşları tərəfindən pozulur. Xahiş edir nəzərə alınsın ki, xx.xx.2024-cü il tarixində onun əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi səbəbi ilə xitam verilmiş və o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər bülletendə olmuşdur. İndi onun işdən çıxardılma səbəbini dəyişdirməyə cəhd edirlər. Xahiş edir bütün bu yazdığı qanunsuzluqlarar aşdırılsın və "xxxx" ASC-də bu qanunsuzluğu törətməkdə günahı olan şəxslər haqqında lazımi ciddi tədbirlər görülsün. Əmək kitabçasının və əmrin surətinin ona verilməməsinə görə şirkət rəhbərliyi cəzalandırılsın. Onun müqaviləsinin xitam səbəbinin və vaxtının dəyişdirilməsi üçün yenidən qanun pozuntusu etmək istəyən departament rəisi Oqtay müəllim haqqında ciddi cəza tədbiri görülsün. Əlavə olaraq bildirmək istəyir ki, o, bu gün Asan Dost mərkəzinə yaxınlaşaraq Əmək Müfəttişliyi xidmətinin rəisi Vəli Quliyev cənabına yazılı olaraq ərizə ilə müraciət etmiş və əmək müqaviləsinin xitamı haqqında arayışı da ona təqdim etmişlər. 3 azyaşlı övladı var və ailəsini tək qazanc yeri olan bu əmək haqqı ilə saxlayır. Həyat yoldaşı hal-hazırda heç yerdə işləmir. Xahiş edir nəzərə alınsın ki, öhdəliyində sağlamlıq imkanı məhdud olan övladı X3 var və bu haqda sənədi də şirkətə təqdim etmiş və məlumatları var. Özünün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər bülletendə olmağı haqqında sənədləri əlavədə təqdim edir. Hətta əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində hansı səbəbdən xitam edilməsi haqqında məlumatın surətini də əlavədə təqdim edir və xahiş edir əmək müqaviləsinin xitam səbəbinin dəyişdirilməsi və ya xitam tarixinin dəyişdirilməsinə icazə verilməsin”. Göründüyü kimi, bütün bunları iddiaçı 7 may 2024-cü il tarixli ərizəsində yazaraq X5 bildirmişdir. X5 24 may 2024-cü il tarixli cavab məktubunda deyilir ki, "xxxx" ASC-nin təqdim etdiyi məktub və sənədlərdən məlum olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə xitam verilmişdir. İddiaçının təqdim etdiyi sənəddən onun xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyətinin olmadığı müəyyən olunmuş, bu səbəblə işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri gözlənilmədən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Bu səbəblə müəssisə cavabdeh işəgötürənə 30 gün vaxt verərək iddiaçı barəsində verilmiş BS-K24-03/05 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edərək nəticəsi barədə X8 Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə bağlı göstəriş xarakterli məktub ünvanlanmışdır”. Göründüyü kimi, cavabdehin, iddiaçını qanunsuz olaraq işdən azad etdiyini DƏM-i də müəyyən etmiş, lakin cavabdeh bu tələblərə əməl etməmişdir. Hesab edir ki, bu qəbul edilməzdir. Bütün bunlardan dolayı iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur qalmışdır. Bu məqsədlə əvvəlcə Mediasiya prosesinə müraciət edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bütün bunlar əsasında məhkəmədən xahiş edilir ki, iddiaçının işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının və sonuncu əmək haqqının gecikməsi səbəbi ilə ödənc cavabdehdən tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilsin. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin iddiaçının 18 mart 2024-cü il tarixində işdən azad edilməsi barədə 13 iyun 2024-cü il tarixli, BS-K24-06/07 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də satış şöbəsinin satıcısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı – son haqq hesab olan 117 manatı 90 gün gecikdirdiyi üçün, gecikən hər gün üçün 5 faiz ödənc olmaqla, cəmi 525 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 120 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci, cəmi 300 manat pulun cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülmədiyini bildirmiş, əgər məhkəmə iddia müddətinin ötdüyünü hesab edərsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: iddiaçının ilk dəfə 2021-ci ilin sentyabr ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bundan sonra 3-cü dəfə qanunsuz olaraq əmək müqavilələrinə xitam verilərək, yenidən işə bərpa edilməsi barədə bildirdikləri halların sonuncu dəfə əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinə aidiyyəti yoxdur və iddiaçı mübahisəyə aidiyyəti olmayan hallara məhkəmənin diqqətini cəlb etməklə "xxxx" ASC-ni qanunsuz hərəkətlərə yol verməkdə təqsirləndirməyə çalışır. İddianın mahiyyəti üzrə nəzərə çatdırılır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmiş və onun yaşayış ünvanına bu barədə xx.xx.2024-cü il tarixli, BS-B24/03 saylı bildiriş sifarişli poçt xidməti vasitəsilə göndərilmişdir. Lakin, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildiyi üçün həmin bildirişi qəbul etməkdən qəsdən imtina etmiş və buna görə də bildirişin iddiaçıya çatdırılması mümkün olmamışdır. "xxxx" MMC tərəfindən bu barədə xx.xx.2024-cü il tarixli, 552 saylı akt tərtib edilmişdir. Qeyd edilən hal iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini bilməməsi ilə bağlı iddia ərizəsində göstərilən halların həqiqətə uyğun olmadığını deməyə əsas verir. Bununla yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç bir norması müqavilə müddətinin bitməsinə görə müqaviləyə xitam veriləcəyi barədə işçiyə məlumat verilməsi öhdəliyini işəgötürənin üzərinə qoymur. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir), müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad edilən normanın məzmunundan müəyyən olunur ki, müqavilə müddəti bitənə kimi əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin digərinə məlumat vermək öhdəliyi yoxdur, müqavilə müddəti bitdikdən sonra əmək münasibətləri davam edirsə və tərəflər bir həftə müddətində müqavilə münasibətlərinin xitamını tələb etmirlərsə, əmək müqaviləsi həmin müddətə uzadılmış hesab edilir. İddiaçının ona əmək kitabçasının təqdim edilməməsi və xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X6 "xxxx" ASC-nin ofisinə gəldikdə etibarnamənin təqdim edilməsinə baxmayaraq ondan ərizə ilə müraciət etməsinin tələb edilməsi və bundan sonra da ərizəyə cavab olaraq etibarnamədə əmək kitabçasını almaq səlahiyyətin göstərilməməsi ilə bağlı bildirilir ki, iddiaçı özü əmək kitabçasını götürmək üçün ASC-nin ofisinə gəlməmişdir. xx.xx.2024cü il tarixdə onun həyat yoldaşı X6 "xxxx" ASC-nin ofisinə gələrək, etibarnamə təqdim etmiş və əmək kitabçasını tələb etmişdir. Lakin, etibarnamədə həmin şəxsin əmək kitabçasını götürmək səlahiyyəti göstərilmədiyindən ona ərizə ilə müraciət etməsi tövsiyə olunaraq, ərizəsinə qanunamüvafiq qaydada cavab veriləcəyi bildirilmişdir. Bundan sonra X6 ASC-yə ərizə ilə müraciət etmiş və ASC tərəfindən ərizəyə qanunamüvafiq qaydada cavab verilərək, etibarnamədə əmək kitabçasını götürmək səlahiyyəti nəzərdə tutulmadığına görə əmək kitabçasının təqdim edilməsindən imtina edildiyi bildirilmişdir. Hesab edilir ki, bu halda da ASC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının bülletendə olduğu vaxt onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirilir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra xəstəlik vərəqəsi ASC-yə təqdim edilmiş və ASC-yə bundan sonra iddiaçının xəstəliyi ilə əlaqədar bülletendə olduğu məlum olmuşdur. Belə ki, xəstəlik bülleteninin surəti ASC-nin insan resursları şöbəsinə göndərildikdən sonra ASC tərəfindən bu halın aydınlaşdırılması üçün Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Simqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsinin 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinə xx.xx.2024-cü il tarixli, BS-K- 24/0507 saylı sorğu verilmiş və həmin qurumun xx.xx.2024-cü il tarixli, 51 saylı cavab məktubu xx.xx.2024-cü il tarixdə ASC-yə daxil olduqdan sonra iddiaçının xəstəliyinə görə bülletendə olması faktı öz təsdiqini tapmışdır. İddiaçımn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə müraciətindən sonra idarənin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubu ASC-yə daxil olmuş və xx.xx.2024-cü il tarixli, BS-K24- 03/05 saylı əmrin ləğv edilməsi tələb edilmişdir. Bu halda da iddiaçınm xəstəliyi ilə əlaqədar bülletendə olması ASC-yə həmin əmr verildikdən sonra məlum olduğundan ASC tərəfindən təqsirli olaraq pozuntuya yol verilməmişdir. Təsadüfi deyil ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən də qeyd edilən halla əlaqədar ASC barəsində inzibati tənbehin verilməsi barədə protokol tərtib edilməmiş və müvafiq qərar qəbul edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin qeyd edilən məktubu nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli, BS-K24-03/05 saylı əmr ləğv edilmiş və qanunvericiliyin tələblərinə müvafiq qaydada iddiaçının bülletendə olma müddəti bitdiyi və işə çıxmalı olduğu vaxt nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, BS-K24- 06/07 saylı əmrlə müqavilə müddətinin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixdən xitam verilərək, son haqq-hesab aparılmışdır. İddianın digər dəlili iddiaçının himayəsində 3 azyaşlı övladının olması, ailədə yeganə qazanc gətirən şəxs olması, həyat yoldaşının heç yerdə işləməməsi, cavabdeh "xxxx" ASC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozması ilə bağlıdır. İddianın qeyd edilən dəlili ilə bağlı bildirilir ki, iddiaçı tərəfindən özünün ailədə yeganə qazanc gətirən şəxs olması, həyat yoldaşının heç yerdə işləməməsini təsdiq edən mötəbər sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilənlərlə yanaşı nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın olmadığı halda işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından iddiaçıya öz hüquqlarının ehtimal etdiyi pozuntusunun 2024-cü ilin mart ayından məlum olduğu, lakin xx.xx.2024-cü il tarixdə onun tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərildiyi müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixli, BS-K24-03/05 saylı əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə "xxxx" ASC-yə müraciət etmiş, iddiaçının müraciəti xx.xx.2024-cü il tarixdə cavabdehin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 120 ünvanına çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 14 may 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə müraciətlər etmişdir. Bununla yanaşı iddiaçı iddia ərizəsində mart ayında poliklinikadan xəstəliyi ilə bağlı bülleteni götürüb cavabdeh "xxxx" ASC-yə təqdim etdikdə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinin ona məlum olduğunu, bundan sonra əmək kitabçasını almaq üçün həyat yoldaşı X1 ona verilən etibarnamə əsasında cavabdehin fəaliyyət göstərdiyi ofisə yaxınlaşaraq əmək kitabçasını və əmrin surətini şirkət rəhbərliyindən tələb etdiyini göstərmişdir. İşin sadalanan halları iddiaçıya öz hüquqlarının ehtimal etdiyi pozuntusunun 2024-cü ilin mart ayında məlum olduğunu, lakin onun tərəfindən iyun ayında məhkəməyə (Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatına) müraciət edildiyini göstərir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçının pozulmuş hüquqlarının bərpası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə müraciəti də onun pozulmuş hüquqlarının bərpası üçün iddia müddətini ötürmədən məhkəməyə müraciət etdiyini deməyə əsas vermir. Belə ki, tərəfimizdən analoji iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-905/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3204/2023 saylı qətnamələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3810/2023 saylı qərarının surətləri əlavə edilmişdir və həmin iş üzrə məhkəmələr belə bir nəticəyə gəlmişlər ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Odur ki, qeyd edilən halları və iddia müddətinin tətbiqi barədə verilmiş ərizəni nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edilmişdir. Cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin dəqiqləşdirmə ərizəsinə münasibətdə də nəzərə alınmasını, iddia müddətinin bərpasına dair ərizənin nəzərə alınmamasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şirkətin rəhbər şəxsinin dəyişilməsi və işəgötürən kimi əmr vermək səlahiyyətinin yalnız rəhbər şəxsə aid edilməsi səbəbindən ikinci əmrin verilməsi 13 iyun 2024-cü il tarixinə təsadüf etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı satış şöbəsinin satıcısı peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) il müddətinə bağlanılmışdır. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, BS-B24/03 saylı bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam veriləcəkdir. Qeyd edilmişdir ki, xx.xx.2024cü il tarix şənbə gününə təsadüf etdiyindən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qiurtarması) əsasən xitam veriləcək və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacaqdır. - "xxxx" MMC-nin tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 552 saylı aktdan görünür ki, Abşeron rayonu, Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 18, m 5 İddiaçı 070171 qaimə ilə rəsmiləşdirilmiş sənəd xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən "xxxx" MMC-nin kuryer tərəfindən götürülüb və həmin ünvana daşınmışdır. Zərfin üzərində göstərilən ünvana gedilib, lakin İddiaçı məktubdan imtina etiyinə görə məktubu çatdırmaq mümkün olmamışdır. - “Sumqayıt Tibb Mərkəzi” PHŞ 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 51 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ASM-də sahə həkimi terapevt Şirinova Nailə həkimə bağ ağrısı, hərarət, burun axma, udqunma zamanı boğazda ağrı, halsızlıq əlamətləri ilə müraciət etmişdir. Vətəndaş Nailə həkim tərəfindən müayinə olunduqdan sonra ona kəskin respirator xəstəlik diaqnozu qoyulmuş və müalicə təyin olunmuşdur. Xəstədə qeyd olunan tarixdən, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ******* №li (ƏQOV) xəstəlik vərəqi açılmışdır. - X6 tərəfindən "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həyat yoldaşı İddiaçı ona verdiyi etibarnamə əsasında əmək kitabçasının ona verilməsinə razılıq verilməsi xahiş edilmişdir. - "xxxx" ASC tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı aid əmək kitabçasının cəmiyyət tərəfindən ona təqdim edilməsinə dair səlahiyyət təqdim edilmiş etibarnamə üzrə nəzərdə tutulmamışdır. - X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubdan görünür ki, "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərə əsasən İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixində xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim edilən sənədlərdən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim edildiyi və işəgötürən tərəfindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinin gözlənilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, 30 gün ərzində İddiaçı barəsində verilmiş BS-K24-03/05 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmri ləğv edilərək nəticəsi barədə X8 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsi xahiş olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli BS-K24-06/07 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin satış şöbəsinin satıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilmişdir. - Bank Respublika ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il dövr üzrə xx.xx.2024-cü il tarixdə 117 manat son haqq hesab ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. -172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirldikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - Əmək Məcəlləsinin 172-ci maddəsinə olan qeyddən görünür ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. - Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. Məhkəmə daha sonra qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İddiaçı ilk olaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyəti olmadığına görə işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri gözlənilmədən əmək qanunvericiliyin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilməsi barədə verdiyi xx.xx.2024-cü il tarixli, BS- K24-03/05 saylı əmrin qanuniliyini mübahisələndirmişdir. Lakin, məhkəmə iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, BS-K24-06/07 saylı əmrlə tanış olduqdan sonra iddianı dəqiqləçdirmiş və sonuncu əmri mübahisələndirmişdir. Hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir və tələbinin əsası kimi cavabdeh əmr verərkən onun himayəsində 3 uşağının olmasını, həyat yoldaşının işləmədiyini nəzərə almamasına və s. hallara istinad edir. Cavabdeh tərəf isə iddiaya etirazında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi ilə bağlı ona bildiriş göndərilməsi, sonuncunun isə bu bildirişi almaqdan qəsdən imtina etməsinə baxmayaraq qeyd edilən halın iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini bilməsinə, eləcə də iddiaçının xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyətsiz olması barədə məlumatı olmadığı üçün, sonradan iddiaçının əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli BS-K24-06/07 saylı əmrin qanuni olmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il müddətinə satış şöbəsinin satıcısı peşəsinə işə qəbul edilmiş, İddiaçı əmək müqaviləsinə əvvəlcə 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti qurtardığından xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının əmək müqaviləsinin müddətinin başa çatması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Məhkəmə, iddiaçının qeyd edilən əsasla işdən azad edilməsinin prosedur qaydalarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, işin araşdırılmış halları ilə təsdiq edilmişdir ki, iddiaçının xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyətsiz olmasından işəgötürənin məlumatı olmadığı üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göndərdiyi bildirişin iddiaçı tərəfindən alınmasından imtinası da nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən yuxarıda qeyd edilən əsasla xitam verilmişdir. İddiçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinə dair bildiriş almamasına dair dəlili cavbadeh tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, BS-B24/03 saylı bildirişin və bu bildirişi iddiaçının almaqda imtina etməsinə dair "xxxx" MMC tərəfindən bu barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 552 saylı aktın məzmunları ilə təkzib edilir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuş və bu müddətin xx.xx.2024-cü il tarixdə başa çatacağı ona məlum olmuşdur. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra xəstəlik vərəqəsi cavabdeh ASC-yə təqdim edilmişdir. İşin materiallarından görünür ki, cavabdeh məlumatlı olmadığı üçün iddiaçının əmək qabiliyyətinin olmadığı müddətdə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri gözlənilmədən əmək müqaviləsinə xitam verilməsi barədə 11 mart 2024-cü il tarixli əmri qəbul etmiş, “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsinin 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 51 saylı cavab məktubunun xx.xx.2024-cü il tarixində ASC-yə daxil olduqdan sonra iddiaçının xəstə olması ona məlum olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə müraciətindən sonra idarənin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubu ilə cavabdehdən 30 gün müddətində xx.xx.2024-cü il tarixli, BS-K24- 03/05 saylı əmrin ləğv edilməsinin tələb edilməsini nəzərə alan cavabdeh tərəf iddiaçının bülletendə olma müddəti bitdiyi və işə çıxmalı olduğu vaxt nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli, BS-K24-03/05 saylı əmrin ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, BS-K24-06/07 saylı əmr vermişdir. Məhkəmə hazırki işin faktiki hallarını nəzərə alaraq cavabdeh tərəfindən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər, yəni iddiaçının əmək qabiliyyətinin olmadığı müddətdə əmək müqaviləsinə xitam verildikdən sonra 13 iyun 2024-cü il tarixində xx.xx.2024-cü il tarixli əmri ləğv etməklə işçinin 18 mart 2024-cü il tarixindən işdən azad edilməsi barədə yeni əmr verilməsini Əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirmir. Təsadüfi deyil ki, X7 Xidməti Bakı şəhər idarəsinə iddiaçının müraciətindən sonra idarənin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubu ilə cavabdehdən məhz 30 gün müddətində xx.xx.2024-cü il tarixli, BS-K24- 03/05 saylı əmrin ləğv edilməsi tələb edilmiş, riayət edilmədiyi halda isə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, onun barəsində buna görə inzibati qaydada tədbir görülməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli, BS-K24-06/07 saylı əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından onunla bağlanmış əmək müqaviləsinə sözügedən əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə olan halda iddia əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsaslı olmadığından təmin edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, iddianın son haqq hesab olan 117 manatı 90 gün gecikdirdiyi üçün, gecikən hər gün üçün 5 faiz ödənc olmaqla, cəmi 525 manat pulun cavabdehdən tutularaq ödənilməsi tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə yuxarıda qeyd etdiyi kimi cavabdeh tərəfindən 13 iyun 2024-cü il tarixində xx.xx.2024-cü il tarixli əmri ləğv etməklə işçinin 18 mart 2024-cü il tarixindən işdən azad edilməsi barədə yeni əmr verilmiş və beləliklə də İddiaçı 117 manat məbləğində son haqq-hesab gecikdirilməklə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı – son haqq-hesab olan 117 manatın ödənilməsi 85 gün gecikdirdiyi üçün iddia bu hissədə qismən əsaslı hesab edilməklə təmin edilməli, hər gün üçün 3 faiz olmaqla (117x3/100=3,51x85) 298,35 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 298.35 (iki yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş vəkil xərcinin 50 (əlli) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 298.35 (iki yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş vəkil xərcinin 50 (əlli) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar