Məhkəmə qərarları › İş №e-2(009)-1627/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1627/2024

26.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1627/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, X6 vasitəsilə daxil olmuş iddia ərizəsində iddiaçı iddia ərizəsinin tərəflər bölməsində cavabdeh qismində Cavabdeh göstərsə də, iddia ərizəsinin mətni hissəsində cavabdeh qismində X7 Ehtiyyatları Agentliyi göstərilmiş, iddia ərizəsi həmin Agentliyin hüquqi ünvanı üzrə Səbail rayon Məhkəməsinə verilmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçının tələbi Cavabdeh xx.xx.2024-cü il tarixli ümumi yığıncağın qərarının ləğv edilməsi ilə bağlıdır. Hakim eyni zamanda qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh müstəqil hüquqi şəxsdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Elektron Məhkəmə Sistemidən vergi ödəyiciləri barədə əldə edilmiş məlumata əsasən Cavabdeh hüquqi ünvanı kimi Ağcəbədi rayonu, Hüsülü kəndi göstərilmişdir. Hakim qeyd edir ki, iddia Cavabdeh hüquqi ünvanı üzrə verilməli olduğundan iddiaçı düzgün olmayaraq iddianı tələb irəli sürmədiyi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin hüquqi ünvanı üzrə Səbail rayon Məhkəməsinə vermişdir. Hakim həmçinin qeyd edir ki, cavabdehin hüquqi ünvanın aid olduğu yer Səbail rayonu deyil, Ağcəbədi rayonuna aiddir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh sudan istifadə edənlər birliyinə qarşı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar