Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-164/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X6, nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 yanvar 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “Azneft” İB-nə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, buraxılmış aylar üzrə işə bərpa edilənədək hesablanmaqla əmək haqqının cavabdehdən tutulması, gecikdirilmiş günlərə görə ümumi əmək haqqının 1% miqdarında pulun cavabdehdən tutulması və 1000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi vəzifəsində işləyir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsinə dair əmr imzalanmşdır. xx.xx.2022-ci il tarixdə iddiaçı işdə olduğu zaman saat 11:00 radələrində Şabran rayon Polis şöbəsinə çağırıldığı üçün iş yerini tərk etmək məcburiyyətində qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində də bütün günü polis idarəsində araşdırma aparılmış və təxmini 19:00-da sərbəst buraxılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə işə qayıdan zaman idarə rəhbərliyinə işdə olmadığı günlər üçün rəsmi sənəd verəcəyini bildirmiş, bunun üçün polis orqanına müraciət etmişdir. Onun üzrlü səbəbdən iş yerini tərk etməsi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, “Siyəzənneft" NQÇİ-nin İdarə rəhbərliyinin göstərişi ilə İdarənin müvafiq əmri ilə yaradılmış idarə aparatında və sahələrində işə davamiyyətin, əmək intizamının yoxlanılması və bu sahədə yarana biləcək nöqsanları, mübahisələri aradan qaldırmaq və müvafiq tədbir görülməsi üçün yaradılmış komissiyanın tərəfindən xx.xx.2022-ci il tarixində saat 11:15-dən 12:00dək "Siyəzənneft" NQÇİ-nin inzibati binasında çalışan işçilərin işə davamiyyətə riayət etmələri yoxlanılmışdır. Yoxlama zamanı İdarənin Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi (təchizat uzrə) İddiaçı iş yerində olmadığı aşkar edilmiş, Komissiya üzvləri tərəfindən İdarənin inzibati binasında növbədə olan X2 MMC-nin 13 saylı komandasının mühafizəçisi X1 İddiaçı inzibatı binanı tərk edibetməməsi barədə soruşulduqda onun verdiyi məlumata görə və idarənin müşahidə kameralarına baxış zamanı İddiaçı xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində inzibati binanı tərk etdiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində iş yerini rəhbərliyə heç bir məlumat vermədən özbaşına tərk edərək getməsi və iş vaxtının sonunadək iş yerinə qayıtmaması barədə Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin rəisi X3 xidməti yazı ilə də rəhbərliyə məlumat vermişdir. İddiaçı xx.xx.2022-ci tarixində Şabran rayon ərazisində yerləşən otellərin birində hadisə törətməkdə şübhəli şəxs qismində Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə daxil olan məlumatı araşdırmaq məqsədi ilə idarə rəhbərliyi tərəfindən Şabran rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixli, 01.10/35 nömrəli və xx.xx.2022-ci il tarixli, SOCAR**********31121417X00605 nömrəli məktublar ünvanlanaraq İddiaçı saxlanılması səbəbləri və barəsində görülmüş tədbirlər barədə iş günü ərzində "Siyəzənneft" NQÇİ-nə məlumat verilməsi xahiş edilmişdir. Şabran rayon Polis Şöbəsi tərəfindən 200-15353-1222 nömrəli, xx.xx.2022-ci il tarixli və 200-15369- 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:02-də X4 DİN-nin 102 məlumat xidmətinə zəng edərək, Şabran rayon Rəhimli kəndinin ərazisində yerləşən "Bağçalı" otelində İddiaçı tərəfindən cinsi təcavüzə məruz qaldığını məlumat vermişdir. İ.Tapdıqova və İddiaçı saat 15 radələrində Şabran RPŞ gətirilmişlər və zəruri araşdırma aparıldıqdan sonra hər ikisi təxminən saat 19:00-da sərbəst buraxılmışlar. Bundan əlavə, İddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü işə gəlməmişdir. O, xx.xx.2022-ci il tarixində işə gələrək izahat yazmış və izahatında xx.xx.2022-ci tarixdə işdə olduğu vaxt saat 11:00 radələrində Şabran rayonu Polis şöbəsinə çağrıldığı üçün iş yerini tərk etdiyini, icazə almaq üçün idarənin ümumi məsələlər üzrə rəis müavini Tapdıq Qocamanovun iş otağına getməsini, Tapdıq Qocamanovun otaqda görməmiş və idarəni tərk edib polis idarəsinə getdiyini, polis idarəsindən olmadığı günlər barədə müvafiq sənədi bu gün gətirəcəyini, xx.xx.2022-ci il tarixdə də polis idarəsində olduğunu izahatında göstərmişdir. İddiaçı işdə olmadığı günlər üçün rəsmi sənədi xx.xx.2022-ci il nahar fasiləsinədək idarəyə təqdim edəcəyini bildirərək iş yerindən getmiş və iş gününün sonunadək geri qayıtmamışdır. İddiaçı xx.xx.2022-cu il tarixdə idarəyə gələrək xx.xx.2022-ci il tarixində saat 11:00 radələrindən etibarən və xx.xx.2022-ci il tarixində gün ərzində işdə olmaması barədə heç bir rəsmi sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. İddiaçı iş yerindən çıxmaq üçün icazə məqsədi ilə idarənin umumi məsələlər üzrə rəis müavini T.Qocamanovun iş otağına getməsi müşahidə kameralarında qeydə alınmamış, həmçinin T.Qocamanova bu barədə telefon zəngi telefon yaddaşında aşkarlanmamışdır. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə polis şöbəsinə çağırılmasına faktı da Şabran rayon Polis Şöbəsi tərəfindən göndərilən məktubda da qeyd edilənlərə uyğun gəlmir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:00-da Şabran rayon Polis Şöbəsinə çağırıldığını bildirsə də, Şabran RPŞ-nin 200- 15353-1222 nömrəli, xx.xx.2022-ci il tarixli və 200-15369-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarında dediyinin əsassız olduğu, saat 13:02-də X4 DİN-nin 102 məlumat xidmətinə zəng edərək, Şabran rayon Rəhimli kəndinin ərazisində yerləşən "Bağçalı" otelində İddiaçı tərəfindən cinsi təcavüzə məruz qaldığmı məlumat verməsi, saat 15 radələrində Şabran RPŞ-ə gətirilməsi, saat 19 radələrində şöbədən sərbəst buraxıldığı görünür. xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00157 saylı əmr ilə İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində idarəni özbaşma tərk etməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. "Siyəzənneft" NQÇİ-nin rəisi A.Bağırov xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozaraq, üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdə bütün iş günü işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə "Siyəzənneft" NQÇİ Həmkarlar İttifaqı Komissiyasına müraciət etmişdir. "Siyəzənneft" NQÇİ-nin X5 heyyəti iclasının xx.xx.2022-ci il tarixli protokulu ilə "Siyəzənneft" NQÇİ-nin müraciətinə baxılmış və İddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü işdə olmamasını üzürlü hesab edilə biləcək rəsmi sənədi idarəyə təqdim etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.”Siyəzənneft" NQÇİ-nin 09 sentyabr № SOCAR**********00070020B00080 nömrəli əmri ilə Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi (təchizat üzrə) İddiaçı xx.xx.2022-ci il tarixdə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, onunla bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin "a" bəndinə əsasən 09 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.O, eyni zamanda bildirmişdir ki, iddiaçı 06 sentyabr tarixdə iş yerini özbaşına tərk etmiş və 08 sentyabr tarixdə iş yerinə gəlmişdir. Lakin cavabdeh iddiaçıya bir əməli üçün həm inzitam tənbehi tətbiq etmiş, həm də işdən azad etmişdir. Bundan başqa intizam tənbehi barədə iddiaçı məlumatlandırılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 06 sentyabr tarixində iş yerini özbaşına tərk etdiyi üçün iddiaçıya intizam tənbehi tətbiq edilmiş, 07 sentyabr tarixində isə üzrlü səbəb olmadan işə gəlmədiyi üçün işdən azad edilmişdir. Yəni ki, işçi 06 sentyabr tarixində iş yerini özbaşına tərk etdiyi üçün deyil, 07 sentyabr tarixində üzrlü səbəb olmadan işə gəlmədiyi üçün işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə anbar təsərrüfatında 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin 08 sentyabr 2022-ci il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı əmək intizamını pozaraq heç bir üzrlü səbəb olmadan xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində iş yerini özbaşına tərk etdiyinə görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, yoxlama zamanı İddiaçı iş yerində olmadığı təkrar qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:00-dan xx.xx.2022-ci il tarixdə gün ərzində işdə olmamasına baxmayaraq üzrlü heç bir sənəd təqdim etmədən xx.xx.2022-ci il tarixdə işə gəlmiş və davamiyyət jurnalına qol çəkmişdir. İddiaçı işdə olmaması səbəbi kimi Şabran rayon Polis şöbəsinə çağırıldığını qeyd edərək, müvafiq arayışı nahar fasiləsinədək təqdim edəcəyini bildirdi. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı işə gələrək xx.xx.2022-ci il tarixdə saat 11:00-dan xx.xx.2022-ci il tarixdə gün ərzində işdə olmaması barədə heç bir rəsmi sənəd təqdim edə bilməyəcəyini bildirdi. Şabran rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məlumatın araşdırılması üçün 06 sentyabr tarixdə saat 15:00 radələrində Şabran RPŞ-nə gətirilmiş və zəruri araşdırma aparıldıqdan sonra təxminən saat 19 radələrində sərbəst buraxılmışdır. “Siyəzənneft” NQÇi-nin Həmkarlar İttifaqının 82 saylı, 09 sentyabr 2022-ci il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində bütün iş günü işdə olmamasını üzrlü hesab edə biləcək rəsmi sənədi idarəyə təqdim etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilsin. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, “Siyəzənneft” NQÇi-nin X5 heyətinin iclası keçirilən vaxt İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar “Siyəzənneft” NQÇi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmri İddiaçı tanış olması üçün təqdim edildi. İddiaçı əmri oxuyaraq tanış oldu, lakin heç bir əsas göstərmədən əmri götürməkdən və tanış olduğu üçün imza etməkdən imtina etdi. Əmək müqaviləsinin ləğv edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Sonra “Azneft” İB-nin “Siyəzənneft” NQÇi-nin rəisinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya “şiddətli töhmət” elan edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Belə ki, iddiaçı 06 sentyabr tarixdə saat 11:00 radələrində iş yerini özbaşına tərk etmiş və eyni zamanda 07 sentyabr 2022-ci il tarixdə də gün ərzində işdə olmamışdır. İddiaçı ərizəsində və izahatında 06 sentyabr tarixdən 08 sentyabr tarixədək polis söbəsində saxlanıldığını bildirsə də, bu halı təsdiq edə biləck mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan Şabran RPŞnin məktubundan görünür ki, iddiaçı 06 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19:00-da sərbəst buraxılmışdır. Göründüyü kimi, iddiaçı 06 sentyabr saat 11:00 radələrindən 08 sentyabr tarixinədək üzrlü səbəb olmadan işə gəlməmişdir. Bundan sonra cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər barədə hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-164/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-164/2023
11.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver