Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1656/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh3 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı «torpaq sahəsinin qaytarılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı «torpaq münasibətləri» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv. metrdən ibarət torpaq sahəsinin 400 kv.m-nin özəlləşdirilməsinin qanunsuz hesab edilməli, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmaslı ilə onun əməli istifadəsinə və faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 02 may 1995-ci il tarixli 1290 A saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarmın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair” qərar çıxarılmasını xahiş etmişdim. İnzibati işin baxılması zamanı məhkəmənin müvafiq qərardadı ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla müəyyən edilmişdir ki, hazırda sahibliyimdə və istifadəsimdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsin 400 kv.m-ri onların mülkiyyətinə verilmişdir. Bununla bağlı məhkəməyə ərizə ünvanlanaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmiş və həmin özəlləşdirilən sahə ilə bağlı yeni iddia qaldırılaraq onun ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, hazırkı iddiaya əlavə edilmiş sənədlərdən açıq-aşkar görünür ki, mərhum ərim X1 adına Səbail rayon İcra Hakimiyyətinin Başçısının 02 may 1995-ci il tarixli, 1290A saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Ələddin Ağakişiyev küçəsi, ev 29 ünvanında 600 kv. metr torpaq sahəsi ayrılmış və cizgisi təsdiq edilmişdir. Cavabdehhlərə isə Səbail RİH Başçısının xx.xx.1999-cu il tarixli, 1110 saylı sərəncamı ilə 400 kv.m sahə ayrılmış, lakin buna hər hansı bir əsas olmadan həmin sahə onun istifadəsində olan torpaq sahəsinin üstünə düşmüşdür. Yəni, ən azından həmin sərəncamlarda həm sərəncam verildiyi illərin, həmin sərəncamın nömrələri və 1110 saylı sərəncamda torpaq sahəsini hansı küçədə yerləşməsi onu deməyə əsas verir ki, torpaq sahələri fərqli olmaqla cavabdehlər tərəfindən qanunsuz özəlləşdirilmə aparılmışdır. Hesab edir ki, Səbail rayon İcra Hakimiyyətinin fərqli tarixli və nömrəli sərəncamları ilə onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv. metrdən ibarət torpaq sahəsinin 400 kv.m-nin özəlləşdirilməsi qanunsuz hesab edilməli, həmin torpaq sahəsi əməli istifadəsinə və faktiki sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişlər. Cavabdeh3 və nümayəndəsi X3 hazırki iddiaya inzibati məhkəmədə baxılmalı olmasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, tərəfləri və nümayəndələri dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan JN- 11557H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, bu şəhadətnamə Bakı şəhər sakini Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 təqdim olunur ona görə ki, Səbail rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1999-cu ul tarixdə qəbul edilmiş 1110 saylı sərəncamı ilə 0.04 hektar sah.ölcüse fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi onun koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin 1110 saylı 03 avqust 1999-cu il tarixli sərəncamdan görünür ki, Badamdar qəsəbəsində yerləşən bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə rayon İcra Hakimiyyəti Başcısının Badamdar qəsəbəsində tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə istinad edərək Badamdar qəsəbəsində olan bağ sahəsi Cavabdeh3 adına sənədləşdirilməsi və orada fərdi ev tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Məhkəmə qanunvericiliyin tələbini və iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinə Cavabdeh3 adına verilmiş Səbail rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1999cu il tarixdə qəbul edilmiş 1110 saylı sərəncamına əsaslandığını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı «torpaq sahəsinin qaytarılması və s.» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1656/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1656/2023
19.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver