Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1699/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəyə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2nvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı ünvan 1 ünvanında olan evin qanuni sahibidir. Kommunal ödənişlərin ödənilməsi üçün iddiaçı ilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrfüat Birliyi arasında 2012-ci il tarixində 17509 nömrəli sosial kirayə müqaviləsi bağlanılıb. Cavabdehin qeydiyyat ünvanı başqa ünvana olsa da o, hazırda ünvan 2nvanında yaşayır. Cavabdeh iddiaçının əvvəlki həyat yoldaşıdır, tərəflərin nikahlarından övladı olmamışdır, onların nikahına 3 ildən artıq müddətdir ki, məhkəmə qaydasında xitam verilmişdir. İddiaçı ilə cavabdeh hazırda ailə münasibətlərində deyil. İddiaçı sonradan yeni nikah münasibətinə daxil olmuş və yeni nikahdan bir övladı dünyaya gəlmişdir. Lakin, cavabdeh uzun müddətdir ki, iddiaçının evində yaşayır, evdən çıxmır, hətta iddiaçını və iddiaçının yeni ailəsini evə buraxmır. Bu da əsassız olaraq həmin evlə bağlı iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. İddiaçının yeni ailəsi var və cavabdehin yaratdığı problemlərə görə faktiki olaraq həmin mənzildə yaşaya bilmirlər. İddiaçı sözügedən evə daxil olduqda cavabdeh ona evə daxil olmağa imkan vermir. İddiaçı evin qanuni sahibidir, kommunal ödənişlər onun adınadır, cavabdeh iddiaçının ailə üzvü deyil, lakin, mənzilə qanunsuz sahiblik edir, iddiaçının qanuni sahibliyini pozur, iddiaçının mənzili cavabdehin qanunsuz sahibliyində olmaqla cavabdeh onu və ailəsini evə buraxmır, hesab edir ki, iddiaçı və onun ailəsi evə köçürülməlidir, iddiaçının qanuni sahibliyinin müdafiəsi təmin edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onlara və digər şəxslərə İddiaçı həmin fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mənafeyini təmsil etdiyi İddiaçı cavabdeh X5 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı olan cavabdeh ünvan 3 ünvanında yerləşən və onun faktiki istifadəsində olan fərdi yaşayış evində faktiki yaşamaqla, onun həmin evə daxil olmasına və evdən istifadə etməsinə imkan vermir. Bununla yanaşı iddiaçı bildirir ki, o, dayısı qızı olan iş üzrə cavabdeh Könül İsmayılova ilə əvvəllər rəsmi nikahda olmuş, lakin sonradan onların ər-arvad münasibətləri pozulduğu üçün onun müraciəti əsasında nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Bundan sonra o, yeni nikaha daxil olmuş və sonuncu nikahından bir uşağı vardır. O, cavabdeh X3 boşandıqdan sonra Könül İsmayılova ilə yanaşı iş üzrə digər cavabdeh anası Cavabdeh2 onun qardaşı qızından boşanmasına narazı qaldığından ona qarşı qərəzli mövqe tutaraq onun faktiki sahiblik və istifadəsində olan mübahisəli fərdi yaşayış evindən istifadəsinə həmin evdə yaşayıb onu evə buraxmamaqla və digər bu kimi hərəkətlərlə maneə yaratmışdır. İddia tələblərinin əsaslandırılması üçün ilk növbədə iddiaçının mübahisəli lərdi yaşayış evi üzərində olan hüququna aydınlıq gətirilməsi zəruridir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından beynəlxalq və milli qanunvericiliyin nəzərdə tutduğu mənada özbaşına tikili sayılır. Bununla belə özbaşına tikili hesab olunan fərdi yaşayış evi iddiaçının faktiki sahibliyində və istifadəsində olmaqla, onun həmin tikili üzərində gözlənilən mülkiyyət hüququ vardır. Nəzərə almaq lazımdır ki, özbaşına tikililər üzərində gözlənilən mülikiyyət hüququndan irəli gələn münasibətlər Azərbaycan Respublikasının mülki hüququ ilə mükəmməl şəkildə tənzimlənməmişdir və ona görə də iş üzrə mübahisənin həllində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququna istinad edilməsi daha məqəsədəmüvafıqdir. Məsələyə bu cür yanaşma Azərbaycan Respublikasının Konstitusiyası və Ali Məhkəməsinin mövqeyinə uyğundur. Özbaşına tikililər üzərində gözlənilən mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində AİHM insan hüquqları sahəsində beynəlxalq hüququn son nailiyyətlərindən biri olan legitim gözlənti hüququ konsepsiyasından çıxış edir. Bu hüquq fərdlərin dövlət tərəfindən həyata keçiriləcək tədbirlərin nəticələri ilə bağlı, yəni real əsaslara bağlı gözləntilərə sahib olma hüquqlarını ifadə edir. Legitim (qanuni) gözlənti hüququ AİHM-in təcrübəsində mülkiyyət hüquqlarına dair mübahisələrə ədalətli yanaşmanın təmin edilməsində və fərdlərin hüquqlarının qorunmasında mühüm rol oynamışdır. "xxxx" ASC-nin iddiaçının adına verdiyi xx.xx.2024-cü il tarixli müqavilə və “Abunə haqqında” sənəddən görünür ki, mübahisəli fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinə dair alqı-satqı müqaviləsi iddiaçı ilə bağlanmış və xx.xx.2005-ci il tarixdən etibarən müqavilə üzrə sərf olunmuş elektrik enerjisinin haqqı ödənilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ ilə iddiaçı arasında bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Depaılamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 17509 nömrəli məlumata görə iddiaçı kommunal xidmətlərin ödəyicisi kimi xx.xx.2012-ci il tarixdən qeydiyyata alınmışdır. Həmin Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 9034 nömrəli arayışdan görünür ki, İddiaçı özünə məxsus, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi ev 31-də yaşayır, xx.xx.2012-ci il tarixdən məişət tuallantılarının daşınması haqqını ödəyir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı telefon X9 Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Arif İsmayılov ev 31 ünvanında yaşayan vətəndaş İddiaçı adına verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ******* saylı nömrə xx.xx.2014-cü il tarixdən həmin abunəçinin adına işləyir. İddiaçı bildirir ki, bunlarla yanaşı fərdi yaşayış evinə verilən təbii qazın alqı-satqı müqaviləsi də onunla bağlanmış, istifadə etdiyi təbii qaza görə mütəmadi olaraq ödənişlər etmişdir. İddiaçının verdiyi məlumatın rəsmi qaydada əldə edilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə xx.xx.2024-cii il tarixli vəkil sorğusu verilmiş, lakin bu günədək vəkil sorğusuna cavab verilməmişdir. Kommunal xidmətlərə (işıq, qaz, su, rabitə, məişət tullantılarının daşınması) dair iddiaçının təqdim etdiyi rəsmi məlumatlardan görünür ki, dövlətə məxsus idarə və təşkilatlar həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu qəbul edib rəsmi arayışlar vermişdir ki, AİHM-in presedent hüququna görə bu da dövlətin həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu “de-fakto” tanıması anlamına gəlmişdir. İddiaçının mübahisəli fərdi yaşayış evinə legitim (qanuni) gözlənti hüququnun olub olmaması məsələsi araşdırılarkən göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evinin yerləşdiyi “20-ci sahə” də hələ sovet dövründən özbaşına tikililər inşa edilməyə başlamış və yaxın zamanlara kimi ərazidə özbaşına tikililərin sayı intensiv surətdə artmışdır. Bununla belə müəyyən səbəblərdən (həmin evlərdə yaşayan şəxslərin mənzillə təmin edilə bilməməsi və s.) özbaşına tikilmiş həmin yaşayış və qeyri-yaşayış sahələrini inşa etmiş hər hansı bir şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri görülməmiş, əksinə olaraq tikili sahiblərinin tikililərdən rahat şəkildə istifadəsinə şərait yaradılaraq onlar zəruri kommunal və digər dövlət xidmətləri ilə təmin edilmişdir. Bundan başqa, son zamanlar dövlət və Əmlak Komitəsinin rəhbərliyi səviyyəsində sənədsiz evlərin sənədləşdirilməsi və bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində hazırlıq işlərinin getməsi barədə mətbuatda açıqlamalar verilmişdir. Belə ki, 2010-cu il mayın 7-də ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə zamanı ölkə başçısı bildirmişdir ki, qanunsuz tikililərlə mübarizə aparılmaqla yanaşı, orada yaşayan sakinlərin problemləri də həll olunmalıdır. Ölkə başçısı tələb etmişdir ki, qanunsuz tikililərdən köçürülən sakinlərə lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı qalsınlar. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri fərdi evlərin sənədləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildirmişdir ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər aparılır. Xarici təcrübə öyrənilir və artıq vətənaşların istifadəsində olan özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib: «Ölkə rəhbərliyinin diqqəti və tapşırığı nəticəsində artıq işçi qrup yaradılıb, yerlərdə isə yerli icra hakimiyyəti qurumları, bələdiyyələr və digər dövlət qurumlarını iştirakı ilə işçi komissiyalar yaradılıb. Beləliklə də şərh olunanlardan göründüyü kimi, cavabdehlər X7 və Cavabdeh2 iddiaçının üzərində legitim (qanuni) gözlənti hüququnun olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla və digər bu kimi hərəkətlərlə ona evə daxil olub yaşamasına imkan verməməyərək, onun həmin fərdi yaşayış evindən istifadəsini mümkünsüz etmişdirlər. Ona görə də də məhkəmə qaydasında cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onlara iddiaçının həmin fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi təmin edilməlidir. Bununla yanaşı iddiaçı ehtimal edir ki, onun iddia tələbləri məhkəmə tərəfindən təmin ediləcəyi halda, cavabdehlər digər şəxslərin vasitəsilə də onun həmin fərdi yaşayış evindən istifadəsinə maneə yarada bilər. Bu baxımdan onun fərdi yaşayış evindən istifadəsinə maneə yaradan digər şəxslərə də bu cür maneənin məhkəmə qaydasında qadağan edilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, həmçinin bildirmişdir ki, iddiaçı kommunal xidmətlərə dair 2007-ci ildə müqavilə bağlayıb, evdə müəyyən işləri görüb və həmin vaxtdan etibarən keçmiş həyat yoldaşı ilə yaşayırdı, anası həmin mənzilə gedib gəlirdi. Sonra ər-arvad münasibətləri pozuldu, iddiaçı nikahın pozulmasını istəyib və məhkəmə qaydasında nikah pozulub, amma keçmiş həyat yoldaşı, yəni X7 onun dayısı qızı olduğundan, iddiaçının anası iddiaçının boşandıqdan sonra həmin evə gəlib-getməsinə maneələr yaratmağa başladı. Bundan başqa bildirmişdir ki, iddiada qeyd edilən mənzil iddiaçının atasının evinin satışından əldə edilən vəsait hesabına alınıb, iddiaçının anasının evindən söhbət getmir. Neft şirkəti tərəfindən anasına verilən evdən iddiaçıya heç bir məbləğ verilməyib, çünki xronoloji olaraq hazırkı ev iddiaçının anasının evi satılandan əvvəl alınıb. Kommunal xidmətlərə dair müqavilələr də bu halı təsdiq edir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 10 sentyabr 2020-ci il tarixində oğlu (iddiaçı) evdən çıxıb gedib. 7 il Könül ilə mehriban yaşayıblar, 31 oktyabr 2013-cü il tarixdə toy edib və həmin gün gəlinini həmin evə köçürdüb. Neft şirkətində uzun müddət işlədiyinə görə ona ev verildi, həmin evi satdı və qızının da evinin alınması üçün ona 10.000 manat verdi və hazırkı evi 38.500 manata aldı. Həmin evin açarı 11 ildir dəyişməyib. Oğlunun yeni həyat yoldaşının atasının iki mənzili var. Bu ilin yay aylarından həmin evə gəlib onu (anasını) evdən qovmaq istəyirdi. Bununla bağlı o, şəxsən 102-ə zəng edib. Evi oğluna verər, amma yeni həyat yoldaşı ilə köçməsinə etiraz edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2013-cü ildə iddiaçı ilə ailə qurmuşlar, 7 il hazırkı evdə yaşamışlar, iddiaçı 2020-ci ildə çantasını yığıb evi tərk edib. Soruşanda niyə gəlmir, deyib ki, gəlmir-boşanır. İddiaçının iddiası ilə nikah pozulub. Evli olduqları müddətdə iddiaçı işi ilə əlaqədar 6-9 aylarla xarici ölkələrdə (Ukrayna, Qazaxıstan, Moldova) olurdu. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)-404/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X7 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2016-cı il tarixli 1348 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, AZ-İİ seriyalı, 446814 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 1145 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, AZ- İV seriyalı, 576422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X6 Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X8 qeyd edilmişdir. - “Azəriqaz” İB-nin 05 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (abonent kodu: **********00000, ünvan: Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 31) təbii qaz istehlakçısı kimi xx.xx.2012-ci il tarixdən X1 Sistemində qeydiyyatdadır. - Səbail Rayon Sukanal İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı ilə xx.xx.2007-ci il tarixində müqavilə bağlanmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(009)-1113/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ünvan 5 ünvandakı özbaşına tikilinin cavabdeh İddiaçı adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilıməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 İddiaçı doğma anası, Cavabdeh1 isə onun dayısı qızı olmaqla həm də keçmiş həyat yoldaşı olmuşdur. İddiaçı Cavabdeh1 ilə 19 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından uşaqları anadan olmamış, Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)-404/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı sonradan X10 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və bu nikahlarından 1 uşaqları anadan olmuşdur. Hazırda iddiaçı Cavabdeh1 boşandıqdan sonra Könül İsmayılova ilə yanaşı iş üzrə digər cavabdeh anası Cavabdeh2 onun qardaşı qızından boşanmasına narazı qaldığından ona qarşı qərəzli mövqe tutaraq onun faktiki sahiblik və istifadəsində olan mübahisəli fərdi yaşayış evindən istifadəsinə həmin evdə yaşayıb onu evə buraxmamaqla və digər bu kimi hərəkətlərlə maneə yaratmasına və iddiaçının mübahisəli lərdi yaşayış evi üzərində olan hüququna istinad edərək məhkəmə qaydasında cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onlara iddiaçının həmin fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi təmin edilməli olmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının 2020-ci ildən mübahisəli evdən çıxıb getməsini, digər ünvanda yaşamaqla yeni ailə qurmasını və hazırda həmin ailəsini evə köçürmək niyyəti ilə hazırki iddianı qaldırmasını göstərmişlər. Məhkəmə qeyd edir ki, dəqiqləşdirilmiş tələb üzrə yaşayış evinin iddiaçıya təhvil verilməsi onun həmin evə köçürülməli olmasını özündə ehtiva etdiyindən məhkəmə ilk olaraq tələbin bu hissəsi üzrə araşdırma apararaq bu hissəyə hüquqi qiymət verilməsini zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli evin özbaşına tikili statusunda olması işin mübahisəsiz halıdır, lakin iddiaçı tərəf özbaşına tikili hesab olunan fərdi yaşayış evinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmaqla, onun həmin tikili üzərində gözlənilən mülkiyyət hüququnun olmasına istinad edərək bu halı həmçinin "xxxx" ASC-nin iddiaçının adına verdiyi xx.xx.2024-cü il tarixli müqavilə və “Abunə haqqında”, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2007-ci il tarixli müqavilə və 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9034 nömrəli arayışın məzmunu ilə də əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf yalnız adı çəkilən bu sənədlərə istinad etməklə kifayətlənərək özbaşına tikilinin onun faktiki sahibliyində və istifadəsində olmasına dair heç bir sübut təqdim etməmişdir. Təqdim edilən sənədlər isə bu halları təsdiq edə biləcək sübutlar deyildir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ünvan 5 ünvandakı özbaşına tikilinin cavabdeh İddiaçı adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə iddia tələbi ilə Səbail rayon məhkəməsinə müraciət etmiş və iddiası təmin edilməmişdir. Qeyd edilən qanuni qüvvəsni almış qətnamə hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etdiyi üçün məhkəmə hesab edir ki, bu qətnamə ilə müəyyən edilmiş hallara diqqət yetirilməsi zəruridir. Çünki, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Qanuni qüvvəsini almış qətnamədən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən irəli sürülmüş tələblərə əsasən o, ünvan 5 ünvandakı özbaşına tikilini X2 almış və oğlu olan cavabdeh İddiaçı adına sənədləşdirmişdir. O, 2011- ci ildə Suraxanı rayonunda yerləşən özünə məxsus mənzilini 30.000 manata satmış, həmin pulla ünvan 5 ünvandakı özbaşına tikilini X2 almış və tikilinin kirayəçisi kimi şəxsi hesab vərəqəsini (litsevoy şot) oğlu Samirin adına yazdırmışdır. 2016-cı ildə oğlu ailə qurmuş və o, oğlu və gəlini ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2021-ci ildə oğlu əxlaqsız adamlara qoşulmuş, evə gəlməmiş, onu, həyat yoldaşını atmışdır. Artıq 3 ildən çoxdur ki, oğlu onlarla yaşamır. 2021-ci ilin aprelində isə oğlu məhkəməyə müraciət edərək həyat yoldaşı ilə rəsmi boşanmışdır. Mənzil kirayə müqaviləsinə dair sənəddə göstərilir ki, o, kommunal xərcləri ödəməli idi. Təəssüf ki, o, nəinki xərcləri ödəmir, övlad kimi üzərinə düşəni etmir, ona baxmır. Bu səbəbdən iddiaçı ünvan 6 ünvandakı özbaşına tikilinin cavabdeh İddiaçı adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, özbaşına tikili olan ünvan 7 ilkin olaraq X4 istifadəsində olmuş, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Musayev küçəsindən yerləşən 16 saylı evin 12 saylı mülkiyyətində olan mənzilini sataraq həmin özbaşına tikilini almışdır. Həmçinin, 149 saylı MKİS-nin mənzil kirayəçisi haqqında 17509 saylı məlumata əsasən özbaşına tikili olan ünvan 7 ünvan üzrə şəxsi hesab vərəqəsi kommunal xidmətləri ödənilməsi üçün cavabdehin adına dəyişdirilmişdir. İddiaçının mübahisələndirdiyi mənzil kirayəçisi haqqında məlumat barədə 149 saylı MKİS-də tərtib edilmiş sənədi aldığı evə dair hüquqmüəyyənedici sənəd kimi qiymətləndirərək onun ləğv olunması və həmin sənədin onun adına rəsmiləşdirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadəsində olan ev öz hüquqi statusuna görə özbaşına tikili olduğuna görə kommunal xidmətlərlə bağlı ödənişlərin yığımını həyata keçirən Mənzil-İstismar Sahəsində kommunal xidmətlərə görə haqqın kimdən alınmalı olması barədə məlumatı əks etdirən iddiaçının mübahisələndirdiyi sənəd həmin sənəddə adı qeyd edilən şəxsin həmin evə dair hüquqlarını müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qətnaməsində iddiaçının göstərdiyi kimi cavabdeh artıq həmin evdən köçüb getmişsə və kommunal xidmətlərlə bağlı ödənişlər onun tərəfindən həyata keçirilirsə, o, bu barədə Mənzil-İstismar Sahəsinə müraciət etməklə kommunal xidmətləri ödəyən şəxs kimi öz adını qeyd etdirə bilməsini qeyd etmiş və hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi sənəd özbaşına tikiliyə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilmədiyindən, onun ləğvi ilə əlaqədar irəli sürülən tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən yuxarıda qeyd etdiyi kimi əvvəla buna dair mötəbər sübutlar təqdim edilməməsini, həmçinin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsində əksini tapmış həmin iş üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsində oğlu olan cavabdehin 3 ildən artıqdır ki, ünvanda yaşamamasını göstərməsini, sonuncunun sonradan, yəni 2020-ci ildən X10 ilə əvvəl faktiki, daha sonra isə rəsmi nikah münasibətinə daxil olması və bu yeni nikahından 2021-ci ildə bir övladının dünyaya gəlməsi kimi işin müəyyən edilmiş mühüm və diqqətəlayiq hallarını nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tələbində konkret göstərməsə də, iddia tələbinin məzmunundan aydın görünür ki, o, yeni ailəsinin olmasını və cavabdehin yaratdığı problemlərə görə faktiki olaraq həmin evdə yaşaya bilməməsini, qanunsuz sahibliyində olmaqla cavabdehin onu və ailəsini evə buraxmamasını, onu və ailəsinin evə köçürülməklə özünun qanuni sahibliyinin müdafiəsinin təmin edilməli olmasını bildirməklə, dəqiqləşdirilmiş tələbində yaşayış evinin məhz ona təhvil verilməsi tələbini qoysa da, əsas məqsədi təhvil verilməklə yanaşı, cavabdehləri oradan çıxarmağa nail olmaq və ailəsi ilə birlikdə orada yaşamaqdır. Belə olan halda isə məhkəmənin qənaətinə görə uzun müddət orada yaşamayan iddiaçıya özbaşına tikili statutusu olan yaşayış evinin təhvil verilməsinə həm hüquqi əsaslar yoxdur, həm də bu təhvil verilmə uzun müddət orada yaşayan və yaşamaqda davam edən cavabdehlərin iradəsinə zidd olmaqla sonuncuların hüquqlarını pozmuş olar. Beləliklə də, məhkəmə iddianın mübahisəli evin iddiaçının qanuni sahibliyində olmasına və cavabdehlərin onun qanuni sahibliyini pozmasına dair dəlillərini əsassız sayır. Məhkəmə kommunal xidmətlərə (işıq, qaz, su, rabitə, məişət tullantılarının daşınması) dair iddiaçının təqdim etdiyi rəsmi məlumatlara istinad etməklə dövlətə məxsus idarə və təşkilatlar həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu qəbul edib rəsmi arayışlar verməsi ilə bağlı iddia dəlillərinə də qiymət verərək qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktında həmin iş üzrə cavabdehin nümayəndəsi və vəkili izahat verərək iddianı qəbul etməmiş, izahatında tələbin əsassızlığına dair yalnız iddiaçının mübahisələndirdiyi sənədin hüquqmüəyyənedici sənəd olmamasına, yəni həmin sənədin evin İddiaçı məxsus olmasını müəyyən etməməsinə istinad etmişdir. Məhkəmə iddiaçı tərəfin uzun müddət mübahisəli ünvandan çıxıb gedərək orada yaşamamaqla və faktiki olaraq digər ünvanda yeni aliəsi ilə yaşadığı halda evin kommunal xidmətlə əlaqədar müvafiq sənədləşmənin onun adına olmasına baxmayaraq bu ödənişlərin məhz özü tərəfindən ödənilməsinə dair heç bir mötəbər sübutlar təqdim etmədiyi və adına olan bu sənədlərin hər hansı bir hüquqmuəyyənedici xassəyə malik olmadığı halda, onlardan sui-istifadə edərək hazırki iddianı qaldırmasını məhkəmə hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və iddianın əsassız olması nəticəsinə gəlir. Beləliklə də iddiaçının özünün mülahizəsinə əsasən yaşayış evinin ona təhvil verilməli olmasına dair irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin, yəni, iddianın fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəqə maneə yaradan hərəkətlərin qadağan edilməsi hissələrinin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəqə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi iddiası təmin edilməməli, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evindən sərbəst istifadəyə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1699/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1699/2024
10.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver