Məhkəmə qərarları › İş №e-2(009)-1699/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1699/2025

13.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1699/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 Asimovnanın iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (X4 3-cü şəxs qismində) qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (X4 3-cü şəxs qismində) qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh”-nin ölkə üzrə direktoru X11 tərəfindən imzalanmış 17 yanvar 2025-ci il tarixli 02 nömrəli əmrin qanunsuz hesab edilərək ləğv olunması və İddiaçı əvvəllər işlədiyi Cavabdeh”- də kassir vəzifəsinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 03 sentyabr 2012-ci il tarixindən 17 yanvar 2025ci il tarixinədək “Zara mağazalar şəbəkəsi”ndə kassir vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində işində hər zaman məsuliyyətli, dürüst və nizam-intizamlı olmuşdur. Lakin iş həyatında gözlənilməz, bir o qədərdə üzücü hadisə ilə rastlaşdığına görə illərdir çalışdığı iş yerindən məcburiyyət qarşısında qalaraq, yəniəsindən işdə qısnamaya məruz qalaraq öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu haqsızlıqlarla barışmayan iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, 05 dekabr 2024cü il“Zara mağazalar şəbəkəsi”ndə çalışan işçi heyətindən olan Nigar, X5, X1, Nərminə, Qasımova CəmiləYaşar qızı, X2 və Lalə adlı bir qrup şəxs qabaqcadan əlbir olaraq öz çirkin niyyətlərini həyata keçirmək və öz tutduqları vəzifədən sui-istifadə edərək, iddiaçının iş fəaliyyətini ləkəyən, onun etibarlı və dürüst işgüzar nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələr işlədərək, onu “oğurluq”da ittiham etmiş və daha sonra onu təhdid edərək iş karyerasını ləkələyərək bitirməməsi naminə özünün xahişi ilə işdən azad edilməsi üçün ərizə yazmasını bildirmişdirlər. Əksi olan halda iddiaçı tamamilə işsiz qalacağını, gələcəkdə normal iş tapmaması riskini artırmış olacaqdı. Təxminən 13 illik iş fəaliyyəti tarixçəsinin korlanması təhlükəsinin yaranması iddiaçının öz xahişi ilə iş yerində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə yazmasına səbəb olmuşdur. Məlumat üçün bildiririk ki, iddiaçının yeganə dolanacağı yer məhz fəaliyyət göstərdiyi“Zara mağazalar şəbəkəsi”ndə olan vəzifə maaşı idi ki, o həmin gəlirlə ikiazyaşlı övladını saxlayaraq təmin edirdi. Qeyd etmək istəyirik ki, İddiaçı övladlarının saxlanılmasında tək iştirak edən valideyndir və övladlarının qayğısını və təminatını həmin iş yerində çalışaraq aldığı əmək haqqı ilə qarşılamalı olurdu. İddiaçı öz işgüzar nüfuzunu təmizə çıxartmaq və ona atılan çirkin və cinayət tərkibli böhtanın, yəni “oğurluq” etməsi ittihamının həqiqətə uyğun olmadığını, əsassız və yalnış olduğunu isbat etmək üçün 2024-cü ilin dekabr ayında baş vermiş hadisədən sonra Nəsimi rayon prokurorluğuna və Nəsimi rayon 22-ci Polis şöbəsinə rəsmi müraciət edərək cinayət işinin araşdırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd edirik ki, araşdırmalar indiyədək davam edir. Adıçəkilən işçilərin izahatları da alınmışdır. Baş verən hadisə zamanı Sevinc adlıəməkdaş iddiaçıya öz xahişi ilə ərizə yazacağı təqdirdə başqa mağazada onu işlə təmin edəcəyini təklif etmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək həmin təklifə uyğun seçdiyi işdə “Massimo Dutti” mağazalar şəbəkəsində daha aşağı olan “satıcı” vəzifəsində çalışaraq daha az əmək haqqı almalı olmuşdur. Bütün bu baş verənlər hadisələr iddiaçıya həm maddi, həm psixoloji və mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçını işdən uzaqlaşdırmaq və öz çirkin əməllərini pərdələmək niyyəti ilə İddiaçı işdə sıxışdırılaraq ona qarşı şər-böhtan atılaraq beş iş günü müddətinə onun iradəsindən asılı olmayaraq işdən uzaqlaşdırılması barədə qeyrirəsmi qərar və mağazaya gəlməməsi ultimatumu verilmişdir. Onu da qeyd etmək istəyirik ki, iddiaçıçalışdığı dövrdə hətta səhər saat 03:00-dək ikiazyaşlı uşaq anasının olmasına baxmayaraq vicdanla öz əmək funksiyasını əlavə əmək haqqı ödənilmədən iş saatından artıq icra etmişdir. Bunu şahid ifadələri və giriş-çıxışda işçilərin işə gəlib-getmələrini qeydə alan barmaq izlərisistemi, həmin mağazanın istiadə etdiyi 189 korporativ taksi xidməti ödənişlərinin şirkət tərəfindən olunmuş ödəniş qəbzlərisübut edə bilər. İddiaçı “Zara mağazalar şəbəkəsi”ndə çalışdığı dövrdə üç dəfə Qafqaz ölkələriarasında birinci yerə layiq görülmüş və həmin dövr ərzində qüsursuz işçi kimi nümunəvi olmuşdur. “Zara mağazalar şəbəkəsi”nin işçi heyətindən olan və menecer vəzifəsində çalışan Nərminə adlı şəxsiddiaçının dolabına qoyulmuş iş penceyinin Leyla tərəfindən ora qoyulduğuna dair həqiqətə uyğun olmayan böhtanla onu oğurluqda ittiham etmiş və ondan oğurluğu etiraf edəcək izahat yazmasını tələb etmişdir. Əks halda polisə məlumat verəcəyini və işçilər tərəfindən buna şahidlik edəcək akt tərtib etmələrini tələb etmişdir. Bütün baş verən hadisələr işçilərin gözü önündə olmuşdur və Nərminə adlı şəxsin vəzifəsindən sui-istifadə edərək işçiləri yalan izahat yazmağa təhrik etməsinə baxmayaraq işçilər həmin izahatları yazmaqdan imtina etmişdirlər. Bununla bağlı iddiaçı oğurluq kimi təhrif olunan böhtanın atıldığı günün kamera görüntülərini tələb etdikdə ona həmin görüntülər təqdim edilməmişdir. Kamera görüntülərinə nəzarət edən Azad və Nicat adlı işçilər həmin görüntüləri izlətməyə belə maneəçilik törədərək, iddiaçının adının ləkələnməməsi və oğurluq ittihamından özünü qoruması üçün şəraitin yaradılmasından imtina etmişdirlər. Bundan sonra Sevinc və Nigar adlı işçilər iddiaçını ofisə çağıraraq ona iki töhmət verəcəkləri ilə təhdid etmişlər, lakin iddiaçı oğurluğun onun tərəfindən edilməməsinisübut edən mesajların olmasını bildirdikdən sonra ona töhmət verməyəcəyini bildirmişdirlər. Qeyd etmək istəyirik ki, İddiaçı işlədiyi müddət ərzində qüsursuz fəaliyyət göstərmiş, heç bir zaman barəsində intizam tənbehi tətbiq edilməmişdir, inzibati,cinayət və mülkiməsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyib, təmin olunmamasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, 28 molda yerləşən ZARA mağazasını idarə edən Cavabdeh MMC-nin qərarı ilə həkin mağaza xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən rəhbərlik iddiaçının çoxsaylı xahişlərini və 2 uşağını olduğunu nəzərə alaraq, ona "xxxx" MMC-nin idarə etdiyi “Massimo Dutti” mağazasında iş təklif etmişdir. İddiaçı cavabdehin bu təklifini qəbul edərək, xx.xx.2025-ci il tarixdə ərizə yazaraq cavabdehə təqdim etmişdir. 22 yanvar 2025-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında tərəflərin qarşılıqlı razılığı ilə 3 aylıq müddətində əmək müqaviləsi bağlanmışdır. Lakin iddiaçı ilə müqavilə bağlandıqdan sonra iddiaçının işə və iş yoldaşlarına qarşı münasibəti 180 dərəcə dəyişmiş və iş yoldaşları ilə heç bir səbəb olmadan münaqişə yaratmağa, onlar barəsində hüquq-mühafizə orqanlarına böhtan xarakterli ərizələr yazmağa başlamışdır. 22 aprel 2025-ci il tarixdə isə iddiaçının "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləyə xitam verilmişdir. Bundan başqa iddiaçıya başqa mağazalarda alternativ işlər təklif olunsa da, iddiaçı bundan imtina etmiş və məhz ZARA mağazalar şəbəkəsində çalışmaq istədiyini bildirmişdir. Eyni zamanda iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir və bu səbəbdən iddia tələbi bu əsasla da təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı satıcı konsultant vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə 01 oktyabr 2022-ci il tarixli əlavəyə əsasən satıcı vəzifəsi konsultant kassir vəzifəsi ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, İddiaçı 17 yanvar 2025-ci il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 17 yanvar 2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də satıcı konsultant işə qəbul edilmişdir. Daha sonra onun vəzifəsi konsultant kassir vəzifəsi ilə əvəz edilmişdir. İddiaçı 15 yanvar 2025-ci il tarixdə öz xahişi ilə 17 yanvar 2025-ci il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 15 yanvar 2025-ci il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 17 yanvar 2025-ci il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 17 yanvar 2025-ci il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. İddiaçı 2025-ci ilin yanvar ayında hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına 2025-ci ilin may ayında, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2025-ci il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (X4 3-cü şəxs qismində) qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar