Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1700/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabde Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 182/İR nömrəli işdən azad olunma (xitam) haqqında əmrin ləğv edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının, hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 326 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X3 Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 182/İR nömrəli işdən azad olunma (xitam) haqqında əmrin ləğv edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının, hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin, sənədlərin tərcümə edilməsi üçün ödənilmiş 72 manat məbləğində vəsaitin, hüquqi yardım üçün vəkilə ödənilmiş 326 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və 2(009)-1695/2025 nömrə altında hazırda məhkəmənin icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatət verərək İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işlə iddiaçı X1 Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə cavabdeh eyni olmaqla eyni növlü işlər olduğundan bir icraata birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 mülki işin məhkəmənin icraatında olan 2(009)-1695/2025 saylı mülki işə birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işlə iddiaçı X1 Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə cavabdeh eyni olmaqla eyni növlü işlər olduğundan bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Belə ki, bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair 2(009)-1700/2025 saylı və iddiaçı X1 Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair 2(009)-1695/2025 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(009)-1695/2025 №-si ilə aparılsın. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1700/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1700/2025
05.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver