Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1703/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi N.K.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon Şöbəsini Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmişdir, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Son bir il ərzində işlədiyi Bölmədə Abbas və Rövşən adlı əməkdaşlar tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə başlamışdır. Səbəb olaraq da onların dedikləri ünvanlara çağırışçılara bildiriş göndərməsini tələb etmələrinə tabe olmaması olmuşdur. O, həmin çağırışçıların ünvanına bildiriş verdikdən sonra ona qarşı qərəzli mövqe nümayiş göstərilməyə başlamışdır. Ondan bir neçə vətəndaşın ünvanına çağırış vərəqəsi göndərməməsini tələb etmişlər. Lakin o, buna razı olmadığından onu hüquq mühafizə orqanları ilə hədələmişdilər. Beləliklə də xx.xx.2025-ci il tarixdə artıq işdən azad olunmasını və işə gəlməməsini ona demişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq onun əmək kitabçası və işdə azad edilməsi barədə əmr ona təqdim edilməmişdir. O, hətta bununla bağlı işdə çıxarıldıqdan sonra Xidmət rəisinin qəbulunda da olmuşdur. Bununla belə ona heç bir sənəd təqdim edilməmişdir. O, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. İşinin öhdəsindən layiqincə gəlmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, guya müqavilə müddəti başa çatdığı üçün onu azad ediblər. Əgər müqavilə müddətinin bitməsi ilə bağlı onu işdən azad edirdilərsə, bir ay qabaqcadan ona məlumat verilməli, həmin ay ərzində də, hər həftə bir gün yeni iş tapması üçün ona vaxt verilməli idi. Lakin bunların heç biri edilmədən onun işdən çıxarılması ilə bağlı əmr verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2025-ci il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, əvvəlki işinə, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon Şöbəsini Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsinə qaytarılması, işə bərpa olunacağı günə kimi əmək haqqının hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qəbul edilən əmr qərəzlidir, iddiaçının ona verilən intizam tənbehlərindən, yəni “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” barədə qəbul edilən əmrlərdən məlumatsız olmuşdur. İddiaçıya müəyyən çağırışçılara bildiriş göndərilməməsi barədə göstəriş verilsə də, o, bildiriş göndərdiyi üçün ona qarşı belə qərəzli münasibət göstərilmişdir. İşlədiyi müddətdə isə heç bir pozuntuya yol verməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia əsassızdır. İddianın əsassızlığı ilə bağlı məhkəməyə etiraz təqdim olunmuşdur. İddiaçının digər işçilərlə münasibəti normal olmamış, kompüter biliklərinə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq yiyələnməmiş, əmək intizamı pozduğuna görə 2 dəfə intizam tənbehi verilmiş, ondan nəticə çıxarmayaraq verilmiş müddət ərzində özünü doğrultmamışdır. Ona qarşı heç bir qərəz olmamış, qərəz olsa idi onu AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarardılar. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı SHXÇDX Gəncə şəhəri Nizami rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmış, işin birinci 3 həftəsi (ayı) sınaq müddəti hesab edilir. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 635 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı SHXÇDX Gəncə şəhəri Nizami rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Bu əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 635 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı SHXÇDX Gəncə şəhəri Nizami rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 770 manat təşkil etmişdir. İş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi rəisinin 16 saylı, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə, intizam qaydalarını pozduğuna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı “töhmət” intizam cəzası elan edilmişdir. Əmrin əsası kimi SHXÇDX-nin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli 16 No-li əmri göstərilmişdir. İş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi rəisinin 103 saylı, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə, intizam qaydalarını pozduğuna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam cəzası elan edilmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati nəzarət baş idarəsinin xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı yol verdiyi nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinə baxmayaraq xidməti fəaliyyətində dönüş yaratmamışdır. Belə ki, əmək funksiyasını yerinə yetirmədiyinə və intizam qaydalarını pozduğuna görə müfəttiş İddiaçı Gəncə şəhəri Nizami rayon şöbəsi rəisinin 12.02 və xx.xx.2024-cü il tarixli əmrləri ilə “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri verilmişdir. Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişlərinin kompüter sahəsində bilik və bacarıqlarının qənaətbəxş olmaması, vətəndaşlarla və şöbənin hərbi qulluqçuları ilə davranışlarında nöqsanlara yol vermələri barədə həmin şöbənin rəisi polkovnik-leytenant Yusif Əhmədovun xx.xx.2024-cü il tarixli raportu əsasında sözügedən əməkdaşların xidməti fəaliyyəti yoxlanılarkən müfəttiş İddiaçı zəif biliklərə malik olması müəyyən edilərək bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Qeyd olunanlarla əlaqədar Xidmətin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Tehran Babatovun raportu əsasında müfəttiş İddiaçı barədə Təşkilati nəzarət baş idarəsində araşdırma aparılaraq nəticəsi xx.xx.2025-ci il tarixli arayışla Xidmət rəisinə məruzə olunmuş, İddiaçı peşəkarlıq səviyyəsinin artırılması üçün ona 3 ay müddətində zəruri tədbirlərin görülməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması Xidmətin Kadrlar və kadr hazırlığı baş idarəsinə həvalə olunmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, müfəttiş İddiaçı xx.xx.2025-ci il tarixdə nahar fasiləsindən sonra spirtli içki qəbul edərək iş yerinə gəlmiş, bununla bağlı müvafiq akt tərtib edilsə də şöbə rəisi polkovnik-leytenant Yusif Əhmədov vəzifəsinin icrasına laqeyd yanaşaraq İddiaçı aktla tanış olub imzalamasını və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilməsinə təşəbbüs göstərməmiş, xidməti araşdırma zamanı müfəttiş İddiaçı spirtli içki qəbul etməsini inkar etdiyindən həmin faktı təsdiqləmək mümkün olmamışdır. Bununla yanaşı Kadrlar və kadr hazırlığı baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ona verilmiş 3 ay ərzində hər hansı irəliləyiş və fəaliyyətində dönüş yaratmadığı göstərilmişdir. Həmçinin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi polkovnik-leytenant Y.Əhmədovun təqdim etdiyi xidməti xasiyyətnamədə müfəttiş İddiaçı iş fəaliyyətində subordinasiya və vətəndaşlarla ünsiyyət qaydalarına riayət etmədiyi, xidməti fəaliyyətində dönüş yaratması üçün dəfələrlə xəbərdar olunmasına baxmayaraq müsbət nəticənin olmadığı göstərilmişdir. Xidməti təhqiqat zamanı müfəttiş İddiaçı izahatında xx.xx.2025-ci il tarixdə ailə vəziyyətinə görə şöbə rəisindən icazə alaraq evinə getdiyini, nahar fasiləsindən sonra xidməti zərurətlə əlaqədar geri çağırıldığını, şöbəyə daxil olduqda şöbə rəisinin ona sərxoş halda olduğunu dediyini, sonuncuya içki içmədiyini, “enerji” içkisi qəbul etdiyini söylədiyini, onun guya sərxoş halda şöbəyə gəlməsinə dair şöbənin digər əməkdaşları tərəfindən akt tərtib olunduğunu, lakin aktla tanış edilmədiyini, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmədiyini və aktı imzalayan kapitan Baba Qamətli və müfəttiş Abbas Verdiyevin əvvəllər onu təhqir etdiklərini, kobud davrandıqlarını, lakin şöbə rəisi tərəfindən heç bir tədbir görülmədiyini bildirmişdir. Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2025-ci il tarixdə nahar fasiləsindən sonra spirtli içki qəbul edərək iş yerinə gəlmiş, bununla bağlı müvafiq akt tərtib edilsə də, şöbə rəisi polkovnik-leytenant Yusif Əhmədov vəzifəsinin icrasına laqeyd yanaşaraq İddiaçı aktla tanış olub imzalamasını və sərxoşluq müayinəsindən keçirilməsinə təşəbbüs göstərməmiş, nəticədə həmin faktı təsdiqləmək mümkün olmamışdır. Bununla yanaşı müfəttiş İddiaçı ona təyin edilmiş sınaq müddəti ərzində özünü doğrultmadığına görə əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərini pozub vəzifəsinin icrasına laqeyd yanaşaraq xx.xx.2025-ci il tarixdə iş yerinə sərxoş halda gəlmiş tabeliyindəki müfəttiş İddiaçı ilə bağlı tərtib edilmiş aktla sonuncunun tanış olub imzalamasını və sərxoşluq müayinəsindən keçirilməsinə təşəbbüs göstərməməsi həmin faktın təsdiqlənməməsi ilə nəticələndiyinə görə Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi polkovnik-leytenant X4 ciddi xəbərdar olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinin tələblərini pozaraq ona təyin edilmiş sınaq müddəti ərzində özünü doğrultmadığına görə Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün arayışın surəti Xidmətin Kadrlar və Kadr hazırlığı, Maliyyə və maddi-texniki təminat baş idarələrinə göndərilməsi təklif edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 3-43/Ə(ş/h)167/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) müvafiq olaraq İddiaçı xx.xx.2025-ci il tarixdən Gəncə şəhəri Nizami rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilatı nəzarət baş idarəsindən xx.xx.2025-ci il tarixli 3-43-94/2-15076/2025 nömrəli məktubla göndərilən arayışın surəti (göndərilən 3-43-94/2-552/2025, xx.xx.2025) göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə artıq işdən azad olunduğunu və işə gəlməməsini ona dedilər.O, dəfələrlə tələb etməsinə baxmayaraq onun əmək kitabçası və işdən azad edilməsi barədə əmr ona təqdim edilməmişdir. Hazırda o, bununla bağlı məhkəməyə müraciət etmək istəyir. Odur ki, onun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsindən azad edilməsi barədə əmrin surətini və ona məxsus olan əmək kitabçanın özünə qaytarılması üçün göstəriş verilməsini xahiş edir. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/2-00541/2025 saylı arayışından görünür ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair əmək mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 10.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi xx.xx.2025-ci ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə, intizam qaydalarını pozduğuna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya intizam tənbehi kimi “töhmət” və xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya intizam tənbehi kimi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı barədə Təşkilati nəzarət baş idarəsində araşdırma aparılaraq nəticəsi xx.xx.2025-ci il tarixli arayışla Xidmət rəisinə məruzə olunmuş, İddiaçı peşəkarlıq səviyyəsinin artırılması üçün ona 3 ay müddətində zəruri tədbirlərin görülməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması Xidmətin Kadrlar və kadr hazırlığı baş idarəsinə həvalə olunmuşdur. Bundan başqa iddiaçı xx.xx.2025-ci il tarixdə nahar fasiləsindən sonra spirtli içki qəbul edərək iş yerinə gəlmiş, bununla bağlı müvafiq akt tərtib edilsə də şöbə rəisi polkovnik-leytenant Yusif Əhmədov vəzifəsinin icrasına laqeyd yanaşaraq İddiaçı aktla tanış olub imzalamasını və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilməsinə təşəbbüs göstərməmiş, xidməti araşdırma zamanı İddiaçı spirtli içki qəbul etməsini inkar etdiyindən həmin faktı təsdiqləmək mümkün olmamışdır. Bununla yanaşı Kadrlar və kadr hazırlığı baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ona verilmiş 3 ay ərzində hər hansı irəliləyiş və fəaliyyətində dönüş yaratmadığı göstərilmişdir. Həmçinin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi polkovnikleytenant Y.Əhmədovun təqdim etdiyi xidməti xasiyyətnamədə müfəttiş İddiaçı iş fəaliyyətində subordinasiya və vətəndaşlarla ünsiyyət qaydalarına riayət etmədiyi, xidməti fəaliyyətində dönüş yaratması üçün dəfələrlə xəbərdar olunmasına baxmayaraq müsbət nəticənin olmadığı göstərilmişdir. İddiaçı barəsində Təşkilati nəzarət baş idarəsi tərəfindən aparılmış xidməti təhqiqatın nəticəsinə dair xx.xx.2025-ci il tarixdə arayış tərtib edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinin tələblərini pozaraq ona təyin edilmiş sınaq müddəti ərzində özünü doğrultmadığına görə Gəncə şəhəri Nizami rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün arayışın surəti Xidmətin Kadrlar və Kadr hazırlığı, Maliyyə və maddi-texniki təminat baş idarələrinə göndərilməsi təklif edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) müvafiq olaraq İddiaçı xx.xx.2025-ci il tarixdən Gəncə şəhəri Nizami rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilatı nəzarət baş idarəsindən xx.xx.2025-ci il tarixli 3-43-94/2-15076/2025 nömrəli məktubla göndərilən arayışın surəti (göndərilən 3-43-94/2-552/2025, xx.xx.2025) göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, işlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmişdir, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Son bir il ərzində işlədiyi Bölmədə Abbas və Rövşən adlı əməkdaşlar tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə başlamışdır. Səbəb olaraq da onların dedikləri ünvanlara çağırışçılara bildiriş göndərməsini tələb etmələrinə tabe olmaması olmuşdur. O, həmin çağırışçıların ünvanına bildiriş verdikdən sonra ona qarşı qərəzli mövqe nümayiş göstərilməyə başlamışdır. Ondan bir neçə vətəndaşın ünvanına çağırış vərəqəsi göndərməməsini tələb etmişlər. Lakin o, buna razı olmadığından onu hüquq mühafizə orqanları ilə hədələmişdilər. Beləliklə də xx.xx.2025-ci il tarixdə artıq işdən azad olunmasını və işə gəlməməsini ona demişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq onun əmək kitabçası və işdə azad edilməsi barədə əmr ona təqdim edilməmişdir. O, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. İşinin öhdəsindən layiqincə gəlmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, guya müqavilə müddəti başa çatdığı üçün onu azad ediblər. Əgər müqavilə müddətinin bitməsi ilə bağlı onu işdən azad edirdilərsə, bir ay qabaqcadan ona məlumat verilməli, həmin ay ərzində də, hər həftə bir gün yeni iş tapması üçün ona vaxt verilməli idi. Lakin bunların heç biri edilmədən onun işdən çıxarılması ilə bağlı əmr verilmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, əvvəlki işinə, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon Şöbəsini Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsinə qaytarılmasını, işə bərpa olunacağı günə kimi əmək haqqının hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi onun mütəmadi əmək funksiyalarının icra etməməsi ilə bağlı intizam qaydalarının pozduğuna görə özünü doğrultmaq üçün verilmiş 3 aylıq sınaq müddəti ərzində özünü doğrultmadığı olmuşdur. Belə ki, iddiaçı yol verdiyi nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş və ona peşəkarlıq səviyyəsinin artırılması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməsi üçün 3 ay sınaq müddəti verilmişdir. Buna baxmayaraq iddiaçı xidməti fəaliyyətində dönüş yaratmamışdır, ona təyin edilmiş 3 ay sınaq müddəti ərzində özünü doğrultmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «d» bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının xidməti fəaliyyətində yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehlərindən və ona verilmiş 3 ay sınaq müddətindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi işə bərpa olunacağı günə kimi əmək haqqının hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2025-ci il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, əvvəlki işinə, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon Şöbəsini Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin müfəttişi vəzifəsinə qaytarılması, işə bərpa olunacağı günə kimi əmək haqqının hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1703/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1703/2025
09.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver