Məhkəmə qərarları › İş №e-2(009)-1706/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1706/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1706/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 05 sentyabr 2022-ci il tarixli K-362-A-PCC-22 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və Baic M60 CVT minik markalı, **-AC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 sentyabr 2022-ci il tarixli K-362-A- PCC-22 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən Baic M60 CVT minik markalı, **-AC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini (şassi LNBMDBAK6MR878358) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 32612,73 (otuz iki min altı yüz on iki manat, yetmiş üç qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 5380 (beş min üç yüz səksən) manat pulu ödəmişdir. Cavabdeh qalan 27232,73 (iyirmi yeddi min iki yüz otuz iki manat, yetmiş üç qəpik) manat məbləğində pulun hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə ayda 757 (yeddi yüz əlli yeddi) manat ödənilməsinə dair razııq əldə edilmişdir. Beləliklə yekun olaraq müqavilənin satış dəyəri 27232,73 (iyirmi yeddi min iki yüz otuz iki manat, yetmiş üç qəpik) manat təşkil etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2022-ci ilin dekabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə həm telefonla eyni zamanda şifahi müraciətlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Səbail rayon Məhkəməsinin e-2(009)-1706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli K-362-A-PCC-22 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K-362A-PCC-22 №-li avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən “Alıcı” müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, avtomobili geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixl K-362A-PPC-22 №-li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh Baic M60 CVT minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq nəqliyyat vasitəsinin ümumi dəyəri 32612,73 (otuz iki min altı yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 5380 (beş min üç yüz səksən) manat ilkin ödəniş kimi icra edilmiş və qalan qalıq məbləğin, yəni 27232,73 (iyirmi yeddi min iki yüz otuz iki manat yetmiş üç qəpik) manat məbləğində pulun 36 (otuz) altı ay müddətinə ödənilməsi şərti ilə avtomobil cavabdehə təhvil verilmişdir. Nəqliyyat vasitəsinin dəyəri tam ödənilənə qədər həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılmışdır. Ümumilikdə Cavabdeh tərəfindən ilkin ödəniş də daxil olmaqla İddiaçı MMC-yə cəmi 7673 (yeddi min altı yüz yetmiş üç) manat məbləğində pul ödənilmişdir. Müqavilənin 02 saylı əlavəsi ilə nəzərdə tutulmuş ödəniş qrafikinə əsasən 12 sentyabr 2023-cü il tarixinə Cavabdeh borcu 24939,73 (iyirmi dörd min doqquz yüz otuz doqquz manat yetmiş üç qəpik) manat təşkil edir. Sonuncu dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə 701 (yeddi yüz bir) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan K-362A-PCC-22 saylı xx.xx.2022-ci il tarixli Avtomobilin müddətli satışı üzrə Müqaviləyə 02 saylı xx.xx.2022 tarixli Əlavədən də görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh qalan 27232,73 manat məbləğində pulun hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə ayda 757 (yeddi yüz əlli yeddi) manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.4-cü maddəsinə əsasən əgər alıcı algı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu algı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtini pozmaqla öhdəliyini vaxtında icra etmədiyindən müqavilənin 3.2.4-cü bəndinə əsasən Baic M60 CVT minik markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi LNBMDBAK6MR878358) Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 10000 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən 173 (bir yüz yetmiş üç) manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Baic M60 CVT minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi LNBMDBAK6MR878358) alınaraq İddiaçı MMC-yə verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 173 (bir yüz yetmiş üç) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar