Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1717/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh Firmasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Firmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının 16 may 2023-cü il tarixli Əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi və keçirdiyi mənəvi sarsıntıya görə 20.000 (iyirmi min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ”Xəzər-1” Firmasının təsisçisi X1 16 may 2023-cü il tarixili əmri ilə Cavabdeh X5 üzrə baş mütəxəssis vəzifəsindən 70 (ç) bəndi ilə işdən azad edilmişdir. Bununla bağlı Əmək müfəttişliyinə dəfələrlə şikayət etmiş, Mediasiya Şürasına müraciət etmiş və qarşı tərəf görüşməyə gəlmədiyi üçün Mediasiya ona məhkəməyə müraciət etməyə dair arayış təqdim etmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, 2022-ci ilin aprel ayının 11-də "xxxx" X10 üzrə baş mütəxəssis vəzifəsinə 1 (bir) il müddətli olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı şirkət rəhbərinə xəbərdarlıq etmişdir. Təhvil-təslim üçün şirkətə müraciət etdikdə onu təsisçi X4 nəzarətçi vasitəsilə şirkətdən qovmuşdur. İşdən ayrılmaqla bağlı müraciət etdikdə ona aqressiv davranışlar sərgiləyərək təhqir etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin birinci cümləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu maddəyə əsasən işçi tərəfindən işdən ayrılma xəbərdarlığı öz əksini tapır. Bununla bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi 68-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilməli idi. Sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətli əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin bitməsi ilə deyil, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Göründüyü kimi onun əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, işdən çıxarılmağı firmanın təsisçisi Fariz Mustafayevin heç bir səbəb olmadan verdiyi qərar əsasında həyata keçirilmişdir. Ona görə də, əmək müqaviləsinə xitam verilən 16 may 2023-cü il tarixli Əmr ləğv edilməli, qanunsuz işdən çıxarıldığı üçün əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqı ödənilməli və keçirdiyi mənəvi sarsıntıya görə isə ona 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməlidir. Cavabdeh Firmasının direktoru xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı oxşar ərizə ilə bir müddət əvvəl Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə də müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı şikayəti əsasında ”Xəzər-1” firmasının nümayəndəsinin iştirakı olmadan araşdırma aparılmış,"Xəzər-1” firmasının rəhbərliyini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında Protokol və 06 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli cərimənin şərti tətbiq olunması haqqında Qərar vermişdir. Həmin Qərarın ləğv olunmsı ilə bağlı "Xəzər-1” firmasının rəhbərliyi tərəfindən məhkəməyə müraciət olunmuşdur. Mübahisə üzrə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı müqavilə müddətinin bitməsi və işdən azad olunması ilə bağlı ”Xəzər-1” firmasının direktorunun adına ərizə göndərmişdir. Amma bu ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Bu kimi hallara məhkəmə hüquqi qiymət verərək, İddiaçı şikayəti əsasında "Xəzər-1” firmasının rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında Protokol və 06 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli cərimənin şərti tətbiq olunması haqqında qərarı ləğv etmişdir. İddiaçı 2023-cü ilin aprel ayının 10-da səhər saatlarında öhdəsində olan işləri təhvil vermədən iş yerini tərk edib getmişdir. Onunla telefon əlaqəsi saxlanılsa da heç bir səbəb göstərmədən işə gəlməmişdir. Onun ünvanına rəsmi məktub göndərilsə də heç bir əhəmiyyət verməmişdir. Onun iştirakı ilə keçirilmiş Ümumi yığıncağın Qərarı ilə Audit dəvət olunmuş və müvafiq rəy alınmışdır. Audit araşdırmasında onun iştirakının vacibliyi ilə bağlı İddiaçı rəsmi teleqram da göndərilmişdir. Rəydə işlər təslim olunan zaman çox saylı nöqsanların olduğu təsdiqlənmişdir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Bu barədə əsaslandırıcı sənədlər həm Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə və məhkəməyə təqdim olunmuşdur. İddiaçı barəsində eyni məzmunlu sənədlər və Səbail Rayon Məhkəmənin xx.xx.2023-cii il tarixli, 3(009) 1242/2023-saylı Qərarı da məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmənin baxış iclasında İddiaçı cavabdehin etirazına yazılı münasibət təqdim etmiş və onunla əsaslandırmışdır ki, cavabdeh göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:00-da keçirilən iclasda iştirak etmədən və işlərini təhvil vermədən iş yerini tərk etmişdir. Bu şər-böhtandır. xx.xx.2023-cü il tarixdə saat 09:00-da işdə idi və həmin vaxtda da iclas başladı. İclasda təsisçi əvvəlcə onun vəzifəsini və əmək haqqını artıracağını bildirdi, lakin sonradan onun işdəki digər şəxslə olan “whatsapp" sosial şəbəkəsi vasitəsilə yazışmalarını əsas gətirərək onu təhqir etməyə başladı. Onun təhqirlərinə, şəxsiyyətini alçaltmasına etiraz etdikdə ona iclası tərk etməyini bildirdi və o iclasdan çıxdı. Təxminən 5 dəqiqə sonra iclas bitdi və oradakı hərkəs iclasdan çıxdı. Oturduğu otaq bağlı idi və ona iş yerini tərk etməyi bildirdilər. Öz əşyalarını götürmək istədikdə icazə vermədilər, özləri əşyalarını ona verdilər. Cavabdehin mülahizəsində qeyd etdiyi mövzular barədə iclasda ümumiyyətlə heç bir söhbət olmamış və qərar qəbul edilməmişdir. Həmin iclas protokolu çox güman sonradan tərtib edilmişdir. Həmin günü orada olduğuna dair anten məlumatların alınması üçün vəsatət təqdim ediləcək. İclasdan sonra təsisçinin onu çağırdığını dedilər və o otağına getdi. Yenə də təhqir edərək şəxsiyyətini alçaltdı. Söyüş söyərək ona iş yerini tərk etməyi bildirdi. xx.xx.2023-cü il tarixdə isə o müqavilənin müddətinin bitdiyini, müqaviləni uzatmayacağını ona bildirdi və iş yerindən getdi. xx.xx.2023-cü il tarixdə İnsan Resurları şöbəsinin elektron poçtuna əmək müqaviləsinin müddətini uzatmayacağı barədə yazdı. Həmin elektron poçtda ərizəni göndərmiş, lakin imzalamadan göndərmiş, buna səbəb imzalayıb scan etmək imkanının olmaması idi. xx.xx.2023-cü il tarixdə Əmək Müfəttişliyinə iş yerinin onun müqaviləsinə xitam verməsi barədə müraciət etmişdir. Həmin məsələ ilə əlaqəli müfəttişlik iş yerinə bildiriş göndərmiş və daha sonra onları cərimə edərək məhkəməyə vermişdir. Həmçinin cavabdeh tərəf mülahizəsində qeyd etmişdir ki, audit keçirilməsi ilə bağlı ona teleqram göndərərk məlumat vermişdir. Lakin bu səhvdir, belə ki, xx.xx.2023-cü il tarixdə ona teleqram göndərilsə də orada auditin artıq keçirildiyi və buna görə də işə qayıdıb sənədləri təhvil verməyi yazılmışdır. Auditin keçirilməsi haqqında qanuna əsasən barəsində audit keçirilən şəxs bu barədə məlumatlandırılmalı (audit planlaşdırılması aparılaraq 3 gün ərzində iştirak etməyi bildirlməli, iştirak etmədiyi təqdirdə auditin onsuz keçiriləcəyi bildirlməli idi) və o həmin bildirişi aldıqdan sonrakı 3 gün ərzində audit onun iştirakını gözləməli, daha sonra audit keçirməli idi. Bu qaydaya riayət olunmadığından keçirilən audit qanunsuzdur. Həmçinin audit hesabatında qeyd edilmişdir ki, müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli, XZ/01/350 saylı əmrlə işdən müvəqqəti uzaqlaşdırıldığı barədə əmr verilmişdir. Lakin həmin əmrlə tanış olmamış və bu günə qədər müəssisə heç bir yerdə bu əmri təqdim etməmişdir. Həmin əmrdə uzaqlaşdırma səbəbi göstərilmiş olmalı və bununla bağlı izahatı alınmalı idi. Bunların heç biri edilməmişdir. Bundan başqa o heç bir sənədi təhvil verməmiş və audit də qeyd etdiyi kimi, əgər o uzaqlaşdırılmışdırsa necə ola bilər ki, iş yerinə gəlib sənədləri təqdim etsin. Audit hesabatı ilə müəssisənin dedikləri bir-birinə uyğun gəlmir. Onun təqdim etmədiyi və iştirak etmədiyi audit yoxlamasında müəssisə necə əsaslandıra bilər ki, audit hesabatında göstərilmiş əksikliklər həqiqətən də onun tərəfindən olmuşdur. Ola bilər ki, həmin sənədlər işçinin məlumatları olan sənəd toplusunun içindən götürülmüş və auditə bu cür təqdim edilmişdir, səbəb də onun barəsində belə bir hesabatın alınmasının təmin edilməsidir. Ola bilər ki, audit bu barədə məlumatlı olsa da müəssisədən ödəniş aldığı üçün ona qarşı qərəzli davranmışdır. Audit onu görmədən, onun izahatını almadan, ondan sənədləri təhvil götürmədən onun barəsində rəy vermişdir. Həmçinin audit rəyində bəzi sənədlər barədə rəy vermişdir ki, əsaslı əksiklikdir. Lakin məcəllə həmin sənədlərin işçidən mütləq alınmasını məcbur etmir (sağlamlıq kağızı, tam maddi məsuliyət müqaviləsi və s.). xx.xx.2023-cü il tarixdə keçirilən iclasda anbarda operator vəzifəsində işləyən X7 da iştirak etmiş və yuxarıda sadaladıqlarına şahid olmuşdur. Aynur Məmmədova bununla əlaqədər şahidlik edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, aprel ayının 10-u işə gələrək iclasda iştirak etdiyini və daha sonra işdən uzaqlaşdırıldığını, audit yoxlaması ilə bağlı ona məlumat verilmədiyini, gələn mesajda da artıq keçirildiyi bildirilmişdir. İşdən çıxmamışdan qabaq vəzifəsinin artırılacağının söylənildiyini, lakin biraz sonra isə ağır ifadələrlə onu təhqir etdiklərini bildirmişdir. Bu səbəbdən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirmişdir ki, etiraz mülahizə təqdim edilmiş və həmin etiraz mülahizədə qeyd olunanları da çıxış kimi qəbul edilmək istədiyini, iddianın əsassız olduğunu, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək İddiaçı Cavabdeh şirkətində insan resursları və kargüzarlıq işinin təşkili şöbəsi, İR üzrə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materillarında olan xx.xx.2023 tarixli aktan görünür ki, Günəş Ələkbərzadə (Xəzər- 1 Şirkəti İşə qəbul üzrə baş mütəxəssis), Sona Babayeva (Xəzər-1 Şirkəti mühasib/xəzinadar), Hümmətova Zeynəb (“FS Şirkətlər Qrupu“ MMC), bu aktı ona görə tərtib edir ki, Cavabdeh X6 üzrə baş mütəxəssisi İddiaçı, satınalma bölməsinin operatoru X8, "xxxx" MMC-nin Daxili nəzarət bölməsinin nəzarətçisi X9, həqqiqətən xx.xx.2023 və xx.xx.2023 tarixlərində işə gəlməyiblər və bu faktı təsdiq edirlər. Müstəqil auditorun hesabat rəyindən görünür ki, aparılmış audit nəticəsindən müəyyən edilmişdir ki, Cavabdeh firmasının “İnsan resursları və kargüzarlıq şöbəsinin baş mütəxəssisi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verilmişdir. Auiditin nəticəsi olaraq İddiaçı fəaliyyəti qeyri- qənaətbəxş qiymətləndirilir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 3(009)-1242/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı ”Xəzər- 1” firmasının direktoruna göndərdiyi ərizə məhkəməyə təqdim edilmədiyindən inzibati tənbəhvermə haqqında xx.xx.2023 tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və intibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Cavabdeh firmasının xx.xx.2023 tarixli əmrdən görünür ki, Cəmiyyətin İnsan Resursları və Kargüzalıq işinin təşkili şöbəsinin insan resursları üzrə baş mütəxəssisi ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə və əmək funksiyasını icra etmədiyinə görə tutduğu vəzifədən xx.xx.2023-cü il tarixdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr vermişdir. Son haqq-hesabda istifadə edilməmiş 30.44 təqvim məzuniyyəti günü ödənilməsi əmrdə öz əksini tapmışdır. Əmrin verilməsinə əsas kimi audit rəyi və aktlar olmuşdur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının MŞB/8/2023-01244 nömrəli, xx.xx.2023-cü il tarixli X3 (İMS) arayışdan görünür ki, Prosesdə İddiaçı iştirak etmişdir, Cavabdeh Firması isə iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı işəgötürən tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixində əmək münasibətlərinin davam etdirilməməsi barədə müəssisənin elektron poçt ünvanına məlumat göndərsə də İddiaçı ilə əmək münasibətləri qanunvericiliyin tələbi pozularaq birtərəfli qaydada davam etdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmçinin müəssisə tərəfindən təqdim edilmiş məktubda İddiaçı xx.xx.2023-cü il tarixində keçirilən iclası və iş yerini səbəbsiz tərk etməsi və üzrlü səbəb göstərmədən bugünkü tarixədək işə gəlməməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixində iş yerinizi tərk etməsi və xx.xx.2023-cü il tarixinədək işə gəlməməsi əmək müqaviləsi üzrə öhdəliklərinizi yerinə yetirilməməsi kimi qiymətləndirilsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə biləcəyi nəzərə alınmadan İddiaçı bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda bildiririk ki, bağlanılmış müddətli əmək müqaviləsinə əsasən iş saatı rejimi 6 günlük iş həftəsi müəyyən edilmişdir. Lakin təqdim edilən iş vaxtının uçotu cədvəllərindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq 07 may və 02 iyul 2022-ci il tarixlərinin şənbə gününə təsadüf etməsinə baxmayaraq 6 saat əmək fəaliyyətinə cəlb edilməsi və 25 iyun 2022-ci il tarixi isə iş günü hesab edilməyən bayram günü qabağı iş günü olmasına baxmayaraq həmin gün üzrə 1 saatlıq qısaldılma aparılmadan artıq iş saatlarına cəlb edilməsi, lakin həmin saatlar üçün əmək haqlarınıın həmin Məcəllənin 165-ci maddəsinə uyğun olaraq ödənilmədiyi, eyni zamanda son haqq-hesabın hesablanarkən həmin ödənişlərin ödənilmədiyi məlum olmuşdur. Qeyd olunan pozuntularla əlaqədar olaraq, "xxxx" Firmasının direktoru X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən xx.xx.2023-cü il tarixli, MN1497493 inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati icraata başlanılmış və həmin Məcəllənin 192.6-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 30 (otuz) gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli №356 nömrəli əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını, eyni zamanda 15 (on beş) gün müddətində son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə "xxxx" Firmasının rəhbərliyinə 3-17-5/2-20375/2023 xx.xx.2023-cü i! tarixli məktub göndərilmişdir. Cavabdeh Firmasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı dəfələrlə ünvanlanan məktuba cavab vermədiyi və işə çıxmadığı haqqında üzürlü səbəb göstərən sənəd təqdim etmədiyinə görə İddiaçı ilə bağlanılmış müqaviləyə xitam verilmişdir. Cavabdeh firması İddiaçı əmək kitabçasını götürmək üçün şirkətə yaxınlaşmasını məktubda bildirmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixədək İddiaçı Cavabdeh şirkətində insan resursları və kargüzarlıq işinin təşkili şöbəsi, İR üzrə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh firmasının xx.xx.2023 tarixli əmri ilə Cəmiyyətin İnsan Resursları və Kargüzalıq işinin təşkili şöbəsinin insan resursları üzrə baş mütəxəssisi İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə və əmək funksiyasını icra etmədiyinə görə tutduğu vəzifədən xx.xx.2023-cü il tarixdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr vermişdir. Son haqq hesabda istifadə edilməmiş 30.44 təqvim məzuniyyəti günü ödənilməsi əmrdə öz əksini tapmışdır. Əmrin verilməsinə əsas kimi audit rəyi və aktlar olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini, əmək haqqının ödənilməsini və dəymiş mənəvi zərərərə görə təzminatın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə prosesi gedişində iddiaçı tərəfindən işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh firmasının xx.xx.2023 tarixli əmri Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294- cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı mddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Məhkəmə göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan iddia tələbi əmrin ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, iddianın işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və keçirdiyi mənəvi sarsıntıya görə 20.000 (iyirmi min) manat məbləğində təzminat ödənilməsi hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələblər də əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1717/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1717/2023
02.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver