Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1756/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 noyabr 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi, buraxılmış məcburi iş günlərinə görə 5400 manat və iş saatından artıq işlədiyi əlavə saatlara görə 2500 manat pulun, 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 04. 11. 2022-ci tarixindən etibarən ünvan 1 ünvanında yerləşən Falck Klinikasında həkim-laborant vəzifəsində işə başlamış və 02. 02. 2024-cü ilə qədər həmin klinikada həmin vəzifədə işləmişdir. Falck klinikasında işə qəbul edilərkən onunla yazılı əmək müqaviləsi bağlanmamış və o işə hansı şərtlərlə qəbul edildiyindən, əməyə hansı şərtlərlə cəlb edildiyindən tamamilə xəbərsiz olmuşdur. Falck Klinikasının rəhbəriəcnəbi olmaqla uzun müddətdir Azərbaycanda yaşayan X4 adlı şəxs ona yüksək əmək haqqı təklif etmiş və onun tapşırığı ilə, nahar fasiləsi olmadan, hər gün səhər saat 08:00-dan axşam saat 21:00-a, bir çox hallarda isə saat 22:00-a qədər iş yerində olmaqla işləmiş, hətta başqa işçilərin də vəzifə öhdəliklərini yerinə yetirməklə onlara və şirkətin işlərinə kömək etmişdir. İddiaçı İşlədiyi müddətdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd olunmuş, eləcə də müqavilə üzrə bütün öhdəliklərini vaxtında, dəqiqi və təxirə salmadan yerinə yetirmişdir, əmək funksiyaları Azərbaycan Respublikasının Əmək məcəlləsinin 57ci maddəsində qeyd olunmuş tələblər üzrə deyil, müəssisə rəhbərinin şəxsi mülahizəsiəsasında müəyyən edilmiş və o əməyə cəlb olunarkən həm qanunla müəyyən edilmiş iş vaxtından artıq işləmişdir, iş vaxtı heç vaxt nöqsana yol verməmiş və heç vaxt müəssisənin maraqlarına zidd hərəkət etməmişdir. Lakin bütün bunlara baxmayaraq, onun əmək müqaviləsinə qanuna zidd əsaslarla, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan əlavə də, onun əmək müqaviləsinə xitam verildikdən sonra öyrənmişdir ki, əməkhaqqı olaraq standart 2800 (iki min səkkiz yüz) manat aldığı halda, onun əməkhaqqı üzrə dövlət büdcəsinə ödənişlər daha az məbləğdə hesablanmış və bununla da, yenə də həm onun hüquqları pozulmuş, həm də dövlət büdcəsinə ödənilməli olan ödənişlər gizlədilərək tam şəkildə ödənilməmişdir, eləcə də İddiaçı dəymiş mənəvi ziyan olaraq 10.000 AZN olan pulun Falck Klinikasının rəhbəri X4 adlı şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2024-cü il tarixli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsi və buraxılmış məcburi iş günlərinə görə 5400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən o, həkim-laborant vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda iddiaçının əmək müqaviləsi üzrə yerinə yetirilməli olan öhdəlikləri vəzifə təlimatında öz əksini tapmış və iddiaçı təlimatı imzalayaraq məlumatlandırılmışdır. Lakin iddiaçı həm əmək müqaviləsi, həm də vəzifə təlimatı üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə intizam tənbehi almış, lakin heç bir nəticə çıxarmamışdır. xx.xx.2024-cü il tarixdə ona töhmət elan edilmişdir. Bu azmış kimi xx.xx.2024-cü ildə icazə almadan, heç bir üzrlü səbəb bildirmədən iş yerini tərk etmiş və ona həvalə edilmiş öhdəlikləri yerinə yetirməmişdir. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə X1 Xidmətinə müraciət etmiş, onun şikayəti araşdırılmış, xx.xx.2024-cü ildə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixli əmrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qüvvədən salındığı müəyyən edilmiş və bu barədə Xidmət tərəfindən iddiaçı məlumatlandırılmışdır. Xidmətin müvafiq qərarından sonra Cavabdeh MMC tərəfindən iddiaçının işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmiş və iddiaçı işə bərpa olunmuşdur. Bundan sonra dəfələrlə iddiaçıya öz əmək funksiyalarını yerinə yetirməsi üçün işə çıxması barədə xəbərdarlıqlar olunsa da, iddiaçı işə çıxmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktında qeyd edilir ki, X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 07 saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilərək, İddiaçı işə bərpa olunmuşdur. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 22 may və 29 may 2024-cü il tarixli məktublarda iddiaçıdan öz əmək funksiyalarını yerinə yetirməsi üçün işə çıxması xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı həkim-laborant vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə X1 Xidmətinə müraciət etmiş və müraciəti əsasında Cavabdeh MMC barəsində inzibati protokol tərfib edilmişdir. Bundan sonra işəgötürən Cavabdeh MMC xx.xx.2024-cü il tarixli əmrini ləğv etmiş və iddiaçını əvvəlki işinə bərpa etmişdir. Bundan sonra iddiaçının öz əmək funksiyalarını yetərincə yerinə yetirməməsi səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda xx.xx.2024-cü il tarixli əmrin ləğv olunmasını istəyir. Halbuki iş materiallarından göründüyü kimi, həmin əmr X1 Xidmətinin tərtib etdiyi inzibati protokol əsasında ləğv edilmiş və işçi işə bərpa olunmuşdur. Sonuncu dəfə isə işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə bu səbəbdən qeyd edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli əmr qüvvədə deyil və işəgötürənin özü tərəfindən ləğv edilmişdir. Belə olan halda qüvvədə olmayan və əvvəlcədən ləğv edilmiş əmrin məhkəmə qaydasında ləğv edilməsi yolverilməzdir. Başqa sözlə, artıq mövcud olmayan əmrin məhkəmə qaydasında mübahisələndirilməsi əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin “buraxılmış məcburi iş günlərinə görə 5400 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, tələbin bu hissəsi xx.xx.2024-cü il tarixli əmr əsasında yarandığından və tələb həmin hissədə əsassız sayıldığından qeyd olunan hissədə də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1756/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1756/2024
01.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver