Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-177/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyasının 20.05.2021-ci il tarixli sərəncamının ləğv edilərək İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsində “baş mütəxəsis” vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o və Azərbaycan Milli Elmlər Akademiyası arasında 19.02.2020-ci il tarixli xxxxxxx000202 nömrəli əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı 630 manat maaş ilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsində “baş mütəxəsis” vəzifəsində çalışırdı. 19.02.2020-ci il tarixli xxxxxxx000202 müqaviləsinə 20.05.2020-ci il tarixində qanuna zidd olaraq xitam verilmişdir. Bundan başqa e-sosial sisteminə baxdığı zaman onu işdən azad edən işə götürənin Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin olduğu anlaşılır. O Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı Bakı Səbail rayon məhkəməsində 14.06.2021-ci il tarixində iddia qaldıraraq işə bərpa olunmağını tələb edib. Səbail rayon məhkəməsinin 08.07.2021-ci il tarixli, e-2(009)-1808/2021-ci nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməyib. Bunun əsası kimi məhkəmə qətnamədə qeyd edir ki, “iddiaçı əmək qabiliyyətinin olmaması barədə işəgötürənə lazımi məlumat vermədiyi üçün, eyni zamanda əmək qabiliyyət olmadığı halda işlədiyi müəssisənin inzibati binasında olduğu üçün, işəgötürən əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verməkdən tam haqlı olmuşdur.Yəni cavabdeh iddiaçının xəstələnməsi barədə məlumatlı olmadığı üçün, əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi barədə sərəncam (əmr) tam qanuni və əsaslı hesab edilməlidir”. Yəni cavabdeh AMEA-nın bu qanun pozuntusu, hiyləli oyununu Məhkəmə də anlamadığı üçün onun yanlış cavabdeh olan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı iddia qaldırmış olduğu təsbit edə bilməyib. Bu durum Bakı Apelyasiya Məhkəməsindəki icraat zamanı təsbit edildi. Məhz Bakı Apelyasiya Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(103)-8890/2021 saylı qətnaməsində deyilir ki, “məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi deyil, Azərbaycan Milli Elmlər Akademiyası olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə Azərbaycan Milli Elmlər Akademiyasına qarşı yeni iddia qaldırmalıdır”. Qeyd edilənlərdən məlum olduğu kimi onların yanlış cavabdehə qarşı iddia qaldırmış olmaqları Bakı Apelyasiya Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(103)-8890/2021 saylı qətnaməsi ilə təsbit edildi. Bundan sonra həmin qətnamədə deyildiyi kimi yeni iddia qaldırmaq üçün Mediasiya haqqında Azərbaycan Respublikası qanuna əsasən mediasiya prosesinin tətbiqi üçün Mediasiya Şurasına ərizə ilə müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediatorun onlara vermiş olduğu 05 noyabr 2021-ci il tarixli Arayışdan göründüyü kimi mediasiya iclası 05 noyabr 2021-ci il tarixində keçirilmiş və Cavabdeh həmin iclasa gəlmədiyi üçün onlara Arayış verilmişdir. Qeyd edilənlər əsasında hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının 19.02.2020-ci il tarixli xxxxxxx000202 nömrəli müqaviləsinə xitam verilməsinə dair 20.05.2020-ci il tarixli Sərəncamının ləğvi və işə bərpa olunmağı qanunla nəzərdə tutulan 1 aylıq müddəti üzrlü səbəblərdən ötürüblər. Bu səbəblə məhkəmədən xahiş edirlər ki, qanunvericiliyin tələbləri əsasında həmin müddət bərpa edilsin. Məhz xüsusi ilə cavabdeh AMEA-nın hələ də onlara əmrin surətini rəsmi qaydada verməmiş olması, e-sosial sistemində onun işdən azad olunmağı barədə bildirişin Azerbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin adından daxil edilmiş olması, Səbail Rayon Məhkəməsinin belə bu durumu təsbit edə bilməməsinin nəzərə alınmasını hesab edir ki, ədalət naminə vacibdir. Məhz Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə, “bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənlər, Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələbləri, digər qanunvericilik aktları əsasında xahiş edir ki, əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının 20.05.2021-ci il tarixli Sərəncamının ləğvi və işə bərpa olunmağı ilə bağlı tələb üzrə üzrlü səbəblərdən ötürmüş olduğu məhkəməyə müraciət etmə müddəti bərpa edilsin və işə mahiyyəti üzrə baxılsın. Cavabdehin 20.05.2021-ci il tarixli Sərəncamının qanuna zidd olduğuna dair əsaslandırma: İddiaçı qeyd edir ki, Cavabdeh onu xəstələndiyi üçün işdə olmadığı vaxt işdən çıxardıb. Bu durumun kobud Qanun pozuntusu olduğunu hesab edir. Belə ki, 17.05.2021-ci il tarixindən o xəstələndiyi üçün iş yerinə gedə bilməyib. Həmin gün bədənindəki, xüsusilə bel və qarın nahiyəsindəki ağrılar və yüksək hərarət səbəbi ilə özünü halsız hiss edirmiş. Bu durumu 17 may 2021-ci ildə açılmış və 22 may 2021-ci il tarixində bağlanmış Bülleten də təsdiq edir. Qeyd edir ki, Bülleten açılandan sonra, yəni həmin gün 17 may 2021-ci il tarixində xəstə olduğunu və işə gələ bilmədiyini, gələndə bülleten gətirəcəyini iş yerinə bildirmişdir. Buna baxmayaraq 20.05.2021-ci il tarixində, yəni iddiaçının xəstəliyi ilə əlaqədar iş yerində olmadığı vaxt onu işdən çıxardıblar. Qeyd edir ki, o bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıq ilə yerinə yetirib, bir dəfə də olsun xəbərdarlıq almayıb, əksinə dəfələr ilə həvəsləndirici təriflər, təşəkkümamələr alıb. Evli və 3 az yaşlı övladının olduğunu və başqa heç bir qazanc yerinin olmadığını qeyd etmişdir. Yuxarıdakılardan da məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası 20.05.2021-ci il tarixində, o xəstəliyə görə işə gələ bilmədiyi vaxt əmək müqaviləsinin müddətinin bitməsini əsas götürərək xitam verməsi tamamilə qanuna ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, ona qanunsuz işlər görmək təklif edilmiş, o isə imtina etdiyi üçün onu işdən çıxarmaq üçün planlar qurmağa başlamışlar. O, 17-22 may tarixlərində xəstə olduğu üçün bülleten açdırmışdır. 20 may tarixində kadrlar şöbəsi onunla əlaqə saxlayaraq iş yerinə dəvət etmişlər. Bülletendə olduğu üçün turniketdən keçməkdən imtina etmişdir. Ona əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. O müəssisəni tərk etdikdən sonra cavabdehin nümayəndəsi Kamal bəy hüquq şöbəsində olan Teymur bəyə guya onun Teymur bəyi döyməsi barədə akt tərtib etməyini təklif etmişdir. Lakin Teymur bəy razılaşmadığı üçün onu da işdən çıxarmışlar. Onun girişdə yalnızca hərarətini yoxlamışlar, orada tibb bacısı olmamışdır. Bülletendə olduğu zaman 20 may tarixində eyni gündə həm akt tərtib olunmuş, həm də sərəncam verilmişdir. Üç azyaşlı övladı olduğunu, pandemiya zamanı işsiz qaldığını bildirərək iddianın təmion olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, elektron sistemdə işəgötürən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi olduğu üçün müddət ötürülmədən ona qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və qətnamə qəbul edilmişdir. Lakin, Apellyasiya icraatı zamanı cavabdeh kimi Azərbaycan Milli Elmlər Akademiyasının qeyd edilməli olduğu onlara məlum olmuşdur. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçı bülletendə olduğu zaman 20 may tarixində işdən azad olunma barədə sərəncam verilmişdir. İşəgötürən əmək müqaviləsinin müddətinin bitməsini gözləmədən xəstəlik dövründə iddiaçını işdən azad etmişdir. Belə bir dövrdə, pandemiya zamanı iddiaçı işsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu müddət ötürülmüşdür. İddiaçı 20 may tarixində işə gəlmiş, bu barədə işçilər tərəfindən aktlar tərtib olunmuş, izahatlar yazılmışdır. Belə ki, iddiaçının həmin zaman heç bir xəstəliyi olmamışdır. Bülletenin əsassız olması barədə prokurorluğa müraciət edilmiş, lakin hələ cavab alınmamışdır. Sərəncam verilən zaman qanun pozuntusuna yol verilmədiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 08.07.2021-ci il tarixli №e-2(009)-1808/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı 20.05.2021-ci il tarixli 106 nömrəli əmrin ləğvi, iddiaçının əvvəl tutduğu vəzifəyə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin baş mütəxəsis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız sayılaraq təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin məhkəməsinin 04.10.2021-ci il tarixli 2(103)-8890/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilib, Bakı şəhəri Səbail rayon məhkəsinin 08.07.2021-ci il tarixli №e-2(009)- 1808/2021 nömrəli qətnaməsi ləğv edilib və iş üzrə yeni qətnamə çıxarılması qət edilib və iddiaçı X1 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməyib. Kollegiya qeyd edib ki, iddiaçı irəli sürdüyü iddia tələinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönləndirilmədiyindən təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəsinin 06.01.2022-ci il tarixli №e-2(009)-177/2022 nömrəli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02.02.2022-ci il tarixli 2(102)-848/2022 nömrəli qərarından görünür ki, iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(103)-8890/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəsinin 25.02.2022-ci il tarixli №e-2(009)-177/2022 nömrəli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası ilə İddiaçı arasında bağlanmış 18.05.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı AMEA Rəyasət Heyəti araratının İşlər idarəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 630 manat müəyyən olunmuş, həmin əmək müqaviləsi bir il müddətinə 18.05.2021-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 20.05.2021-ci il tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə 20.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilmişdir. AMEA Rəyasət Heyəti aparatının rəhbəri (filologiya üzrə fəlsəfə doktoru, dosent Sefəl Həsənov), AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsi və Maliyyə şöbəsi əчпЈка üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. İş materiallarında olan AMEA Rəyasət Heyəti aparatı rəhbərinin xidmətinin baş mütəxəssisi X8, AMEA Rəyasət Heyəti aparatının Kadrlar Şöbəsinin müdir müavini X2 və AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin baş mütəxəssisi X5 tərəfindən tərtib edilmiş 20.05.2021-ci tarixli aktdan görünür ki, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi İddiaçı 20.05.2021-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinə gəlmişdir. Onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı yazılı xəbərdarlıq təqdim edilmiş, İddiaçı xəbərdarlığı imzalamaqdan və xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan 26 No-li RŞX tərəfindən verilmiş SN 00007 seriyalı 128016 nömrəli əmək qabiliyyətinin olmamaması vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı 17.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək xəstə olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı iddia müddət ötürülmədən verildiyindən Azərbaycan Milli Elmlər Akademiyasına qarşı qaldırılan tələbə münasibətdə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslardan biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi işəgötürən əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verə bilər. Lakin işçi müqavilənin müddəti qurtardığı hallarda üzrlü səbəblərdən (xəstələnməsi, ezamiyyətdə olması və sair) işdə olmazsa, bu halda işəgötürən onun işə çıxmasını gözləməli və ondan sonra əmək müqaviləsinə xitam verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 17.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək xəstə olmuşdur. 26 No-li RŞX tərəfindən verilmiş SN 00007 seriyalı 128016 nömrəli əmək qabiliyyətinin olmamaması vərəqəsi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əmək qabiliyyətinin olmadığı üçün, əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi barədə sərəncam (əmr) qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Sərəncam əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Elmlər Akademiyasının Prezidentinin 20 may 2021-ci il tarixli 106 nömrəli Sərəncamı ləğv edilsin. İddiaçı Azərbaycan Milli Elmlər X3 aparatının İşlər idarəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilsin. Azərbaycan Elmlər Akademiyası tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-177/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-177/2022
10.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver