Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1773/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçıın Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə “qeyri-yaşayış sahəsinin naturada iddiaçıya təqdim edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə “qeyri-yaşayış sahəsinin naturada iddiaçıya təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2023-cü il tarixli “çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə № QY- 01/11-01”-ə əsasən haqqı tam həcmdə ödənilməklə aldığı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehədən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: aralarında bağlanmış 01 noyabr 2023-cü il tarixli “çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə № QY-01/11-01”-ə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində özünün inşa etdiyi yaşayış binasının 4-cü girişinin, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m²-dan ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya satılmışdır. Həmin qeyri-yaşayış sahəsinin 1.300.000,00 (bir milyon üç yüz min) manatdan ibarət dəyəri 01 noyabr 2023-cü il tarixində tam həcmdə İddiaçı tərəfindən nəğd şəkildə cavabdehin xəzinəsinə ödənilmişdir. Bu fakt həmin kooperativin direktoru X1 tərəfindən verilmiş “maliyyə arayışı”nda öz təsdiqini tapmışdır. İddiaçı 01 noyabr 2023-cü il tarixli “çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə № QY-01/11-01” üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində özü tərəfindən inşa edilmiş yaşayış binasının 4-cü girişinin, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m²-dan ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən naturada iddiaçıya girişi təmin edilmədən verilmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən əldə edilmiş qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəni mümkünsüz etmişdir. Beləliklə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində özünün inşa etdiyi yaşayış binasının 4-cü girişinin, 2-ci mərtəbəsində yerləşən (yeni qaydalarla: ünvan 1), ümumi sahəsi 412.81 m²-dan ibarət olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən naturada iddiaçıya təhvil verilməsinə dair tələbləri haqlıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh ilə İddiaçı arasında bağlanmış QY-01/11-01 nömrəli, 01 noyabr 2023-cü il tarixli çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m2-dən ibarət olan qeyri-yaşayış sahəsini «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı 01 noyabr 2023-cü il tarixli müqavilə № QY-01/11-01 əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində, ümumi sahəsi 412.81 m2-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün tam ödənişi 1300000.00 (bir milyon üç yüz min) manat məbləği kooperativin xəzinəsinə 01 noyabr 2023-cü il tarixində ödəniş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2, ümumi sahəsi 380.80 kv.m olan qeyri-yaşayış sahəsi (yeni qaydalarla: AZ 1001, ünvan 1) xx.xx.2023-cü il tarixdən İddiaçıın adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, QY-01/11-01 nömrəli çoxmənzilli yaşayış binasında qeyriyaşayış sahəsinin alqı-satqısına dair müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində özünün inşa etdiyi yaşayış binasının 4cü girişinin, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m²-dan ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya satılmışdır. Həmin qeyri-yaşayış sahəsinin 1.300.000,00 (bir milyon üç yüz min) manatdan ibarət dəyəri 01 noyabr 2023-cü il tarixində tam həcmdə İddiaçı tərəfindən nəğd şəkildə cavabdehə ödənilmişdir. Bu fakt həmin kooperativ tərəfindən verilmiş maliyyə arayışında öz təsdiqini tapmışdır. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməmiş, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən naturada iddiaçıya təhvil verilməmiş, bu da öz növbəsində iddiaçı tərəfindən əldə edilmiş qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəni mümkünsüz etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə bağlanmış 01 noyabr 2023-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m2-dən ibarət olan qeyri-yaşayış sahəsini «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Hazırda isə iddiaçı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi, iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin etmədiyi üçün o, mövcud tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşdən göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə cavabdeh Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412.81 m2-dən ibarət olan qeyriyaşayış sahəsinin «Alıcı»nın mülkiyyətinə verilməsi kimi öhdəliklərini üzərinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Göstərilən öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının müqavilə öhdəlikləri ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçıya məxsus qeyri-yaşayış sahəsini müqavilədə göstərilən ünvan üzrə müəyyən edilmiş keyfiyyətdə və müddətdə təhvil verilməsini təmin etməli idi. Lakin, iddiaçı üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmiş, iddiaçıya müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini təhvil verməmişdir. Nəticə etibarilə bu cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin məzmununa uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində sonuncu pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (yeni qaydalarla: AZ 1001, ünvan 1) naturada İddiaçıın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada İddiaçıa təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin üzərinə qoyulmalı, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vindən tutularaq İddiaçıa ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçıın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada İddiaçıa təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin üzərinə qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçıa ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1773/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1773/2024
31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver