Məhkəmə qərarları › İş №e-2(009)-1781/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1781/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1781/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim hesab edir ki, iddia ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Səbail rayon Məhkəməsinin elektron məhkəmə informasiya sisteminə daxil olmuş iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstəriləsə də, əsaslandırıcı və xahiş etdim hissədində bankla Aliev Qabil arasında “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilənin bağlanılması və həmin müqavilə üzrə yaranmış borcun Aliev Qabildən tutulması xahiş olunmuşdur. Hakim qeyd edir ki, həmin şəxsə qarşı verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsinin icraata qəbulu yolverilməz hesab edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin qeyd edir ki, həmin qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar