Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1804/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları, mənzilin boşaldılması və cavabdehlərin həmin mənzillərdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən İddiaçı X2 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə edilmişdir. AZ-İİ seriyalı 204649 saylı ölüm haqqında şəhadətnamədə qeyd edildiyinə əsasən X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1 olmuşdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X2 verilmiş **********84-05101-093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 171 kv.m. olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********1170501 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69b saylı evin 33, 34, 35 saylı mənzili(lər) ipoteka ilə yüklü olmuşdur. 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilə(lər) tutma yönəldilməsi haqqında icra qeydi aparılmış, icra qeydində tələbkara ödənilməli olan cəmi məbləğin 340.025 manat olduğu göstərilmişdir. 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilə(lər) Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən satılması məqsədi ilə hərrac təşkilatçısı "xxxx" MMC-də satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 350.000 manat olmuş, keçirilmiş hərraclarda satılmadığı üçün əmlak İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı tərəfindən 223.125 manat məbləğinə alınmış və və bu barədə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 147/23 saylı açıq hərracın yekunu haqqında protokol imzalanmışdır. Bundan sonra İddiaçı müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillər üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2023-cü il). Lakin bununla belə keçmiş mülkiyyətçi Cavabdeh1 və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olan Cavabdeh2 mənzil üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmırlar və evi mülkiyyətçiyə təhvil verməkdən imtina edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın nəticələri haqqında 147/23 nömrəli yekun protokolundan görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin No 8İ-23854, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Cavabdeh1 məxsus ünvan 2 alıcı İddiaçı tərəfindən 223125 manata alınmışdır. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan X3 arasında bağlanmış, borc verən borc alana 340000 manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2021-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, ********** saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışından görünür ki, ünvan 2 ünvan xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qeyd olunan şərtlər mövcuddur. Belə ki, ünvan 4 ünvan iddiaçının mülkiyyətindədir. Hazırda həmin evdə cavabdehlər yaşadığından və onlara məxsus əşyalar qaldığından iddiaçı mülkiyyətində olan mənzildən istifadə edə bilmir. İşin mübahisəsiz hallarından məlumdur ki, cavabdehlər hal-hazırda mübahisəli mənzildə yaşayır, mənzildə cavabdehlərə məxsus əşyalar qalmışdır. Cavabdehlər mənzili faktiki olaraq öz təsir dairəsində saxlamaqla iddiaçı mənzilində yaşaya bilmir və cavabdehlər mənzili boşaldaraq ona təqdim etmir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur, ona görə ki, cavabdehlərin mənzilə əşya hüququndan doğan heç bir haqqı qalmadığından onların mənzili öz təsir dairəsində saxlayıb orada əşyaların olması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Eyni zamanda hazırkı işdə cavabdehlərin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də, sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir. Azərbaycan Respulikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MMin 157.2-ci maddəsinin üç dispozisiya şərti müəyyən edildiyindən iddiaçının öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus əşyalarla birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 69, mənzil 33,34, 35 saylı mənzildən çıxarılmalıdırlar və onların mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlara məxsus əşyalarla birlikdə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 69 saylı evin 33,34,35 saylı mənzilindən çıxarılsınlar və həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1804/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1804/2023
18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver