Məhkəmə qərarları › İş №e-2(009)-1847/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1847/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1847/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazirlı̇ yinin cavabdehlər Əbı̇ lhəsənov Həsən Əbı̇ lhəsən oğluna, Əbı̇ lhəsənova Dı̇ larə Mı̇ kayıl qızına, Həsənlı̇ Kənan Həsən oğluna və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazirlı̇ yi cavabdehlər Əbı̇ lhəsənov Həsən Əbı̇ lhəsən oğluna, Əbı̇ lhəsənova Dı̇ larə Mı̇ kayıl qızına, Həsənlı̇ Kənan Həsən oğluna və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin MTT üzrə müavini mayor F.Həsənov ilə Cavabdeh1 arasında 15 fevral 2005-ci il tarixli 8 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, oğlu – Cavabdeh3 və qızı – Cavabdeh4) ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 21,50 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazirlı̇ yinə və cavabdehlər Əbı̇ lhəsənov Həsən Əbı̇ lhəsən oğluna, Əbı̇ lhəsənova Dı̇ larə Mı̇ kayıl qızına, Həsənlı̇ Kənan Həsən oğluna və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazirlı̇ yinin cavabdehlər Əbı̇ lhəsənov Həsən Əbı̇ lhəsən oğluna, Əbı̇ lhəsənova Dı̇ larə Mı̇ kayıl qızına, Həsənlı̇ Kənan Həsən oğluna və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar