Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-187/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "müqavilə əsasında alınmış 169.1 kv.metr mansardın sənədləşdirilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "müqavilə əsasında alınmış 169.1 kv.metr mansardın sənədləşdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2006cı il tarixli 214 saylı müqavilə əsasında onun tərəfindən alınmış 169.1 kv.metr mansardın sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsinin "xxxx" MMCnin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, İddiaçı Cavabdeh ilə bağladığı 17 mart 2006-cı il tarixli 214 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Cavabdeh MMC tərəfindən inşa edilmiş 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.metr olan 16 nömrəli mənzili və sahəsi 169,1 kv.metr olan mansardı, ümumi dəyəri 70000 (yetmiş min) ABŞ dolları ödəməklə alqı-satqı müqaviləsi əsasında almış və qəbul etmişdir. Hal-hazırda həmin mənzil mansardla birlikdə Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi ev 2 ünvanda yerləşir. "xxxx" MMC tərəfindən 16 nömrəli mənzilin 140 kv.metri notariat qaydasında təsdiq edilmiş alqı satqı müqaviləsi ilə ona satılmışdır. Ona müqavilə əsasında aid olan mənzilin hansı əsaslarla "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məsələsinə "xxxx" MMC tərəfindən aydınlıq gətirilməmişdir. Müqavilə üzrə ona satılmış 150 kv.metr sahənin 140 kv.metr olması özü də sual doğurur. Notariat qaydasınada 140 kv.metr sahəsi olan 16 nömrəli mənzilin alqı-satqı müqaviləsinin təsdiqindən sonra onun adına xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 17 mart 2006-cı il tarixli 214 saylı müqavilə əsasında onun aldığı 169.1 kv.metr mansardın sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsi də "xxxx" MMC-nin vəzifəsidir (müqavilə üzrə öhdəliyidir). Dəfələrlə müraciət etməyinə baxmayaraq, "xxxx" MMC müqavilə əsasında aldığı 169.1 kv.metr mansardın sənədləşdirilməsindən müxtəlif bəhanələrlə yayınır. 21 avqust 2023-cü il tarixdə "xxxx" MMC-yə Pretenziya ünvanlamışdır. Pretenziyaya 5 gün ərzində cavab verilməsini xahiş etmişdir. Pretenziya "xxxx" MMC-yə 24 avqust 2023-cü il tarixdə poçt vasitəsi ilə (Operativ Ekspress) təqdim edilmişdir. Lakin, pretenziyanın təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən pretenziyaya cavab verilməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Daha sonra, iddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlu “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2006-cı il tarixli 214 saylı müqavilə əsasında İddiaçı tərəfindən alınmış mansardın sahəsinin 169,1 kv.metr göstərilməklə sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin dəlilləri: məhkəmənin sorğusuna əsasən göndərilmiş texniki pasportun təsdiq edilmiş surətindən və sonradan ərizə ilə müraciət edərək aldıqları Texniki pasportun “Mənzilin yerləşdiyi bina haqqında və mənzil haqqında məlumat” qrafasından görünür ki, mənzil 5+6 (mansard)-dan ibarətdir. Yəni texniki pasportda mansard nəzərdə tutulmuşdur. Lakin, texniki pasportda mansardın sahəsi göstərilməmişdir. Bu isə tərəflər arasında bağlanmış 17 mart 2006-cı il tarixli 214 saylı müqavilnin 3.1-ci bəndində göstərilənlərlə ziddiyyət təşkil edir. Yəni, müqavilənin 3.1-ci bəndində mansardın sahəsinin 169,1 kv.metr olması göstərilmişdir. Həmçinin 31 may 2006-cı il tarixli Maliyyə arayışından da görünür ki, mənzilin "xxxx" MMC tərəfindən həmin vaxt müəyyən edilmiş dəyəri mansard daxil olmaqla tam ödənilmişdir (70000 ABŞ dolları). Ona görə də hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Mənzilin alqı-satqısından sonra ona mənzilin texniki pasportu təqdim edilməmişdir. Mansardın texniki pasportda göstərilməsindən onun məlumatı olmamışdır. Mansardın texniki pasportda göstərilməsi ona məhkəmə prosesi zamanı bəlli olmuşdur. Göstərilən səbəbdən də iddia tələbini indi dəqiqləşdirir. Hesab edir ki, məhkəmə, mansardın sahəsinin 169,1 kv.metr göstərilməklə sənədləşdirilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulması” barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlu iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2006-cı il tarixli 214 saylı müqavilədən görünür ki, Podratçı "xxxx" MMC ilə sifarişçi Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlu arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 203 Saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2015-ci illər ərzində başa çatdırlmasına, binanın inşaatı başa çatdırıldıqdan sonra 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən 16 nömrəli mənzilinin “Sifarişçi”yə satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, “Sifarişçi”nin isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflər üçün ilkin hüquqi öhdəliyin yaranması təşkil edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “podratçı” tərəfdən bu müqaviləyə uyğun olaraq tikilib inşaası başa çatdırılan və “Sifarişçi”nin mülkiyyətinə veriləcək olan mənzilin sahəsi 150 m2, mansardın sahəsi-169.1 m2, ümumi dəyəri isə 70.000 dollar (yetmiş min ABŞ Dolları) məbləğində müəyyənləşdirilir. -"xxxx" MMC-nin 31 may 2006-cı il tarixli arayışından görünür ki, 214 nömrəli müqaviləyə əsasən Əliyev X2 şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 2 saylı yaşayış binasının 5-cı mərtəbəsində yerləşən sahəsi 150 m2 və mansardın 169.1 m2 olan 16 №-li mənzilə pay ödənişi – 70.000 $ (yetmiş min ABŞ Dolları) ödəyib. Borc yoxdur. - Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.8 kv.m. olan mənzili tam mülkiyyət üzrə Alıcı- İddiaçı mülkiyyətinə verir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, Alıcı Əliyev X3 "xxxx" MMC-nin satdığı tam hissəni (140.8 kv/m) ondan 25398 manat 00 qəpik (iyirmi beş min üç yüz doxsan səkkiz manat sıfır qəpik) qiymətinə aldı. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.80 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 2, 16 nömrəli mənzil (yerləşdiyi mərtəbə-5+6 (mansard) Cavabdeh MMC-nin adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, lakin Bakı şəhəri 28 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-824 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2041/2022 nömrəli İcra vərəqəsinə əsasən həmin mənzilin 1/2 hissəsi üzərində X1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 4 ünvanında yerləşən **********29-05301-093047 reyestr nömrəli mənzilə dair xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, mənzilin yerləşdiyi mərtəbə 5+6 (mansard), otaqların sayı 4, ümumi sahəsi 140.8 kv/m, yaşayış sahəsi 74.1 kv/m göstərilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 214 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı satılmış, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 2, 16 nömrəli mənzil (yerləşdiyi mərtəbə- 5+6 (mansard) Cavabdeh MMC-nin adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, Bakı şəhəri 28 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-824 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmiş və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2041/2022 nömrəli İcra vərəqəsinə əsasən həmin mənzilin 1/2 hissəsi üzərində X1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınsa da, o, mənzilə dair texniki pasportu əldə etməmiş, texniki pasportda hələ də Cavabdeh MMC-nin adı olmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 52C, korpus 2, 16 nömrəli mənzilə (yeni qaydalarla ünvan: Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi 210, M5, m2) texniki pasport xx.xx.2024-cü il tarixində verilmişdir. Həmin texniki pasportun göstəricilərindən aydın olur ki, mənzilin yerləşdiyi mərtəbə 5+6 (mansard), otaqların sayı 4, mənzilin ümumi sahəsi 140.8 kv/m, yaşayış sahəsi 74.1 kv/m göstərilmiş, lakin mansardın ayrıca sahəsi göstərilməmişdir. Hazırda İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 17 mart 2006-cı il tarixli 214 saylı müqavilə əsasında alınmış mansardın sahəsinin 169,1 kv.metr göstərilməklə sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 442, 1096, 1097-ci maddələrinə istinad etmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbləri ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı ilk öncə onunla cavabdeh arasında bağlanmış 17 mart 2006-cı il tarixli 214 saylı müqavilə əsasında onun tərəfindən alınmış 169.1 kv.metr mansardın sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə araşdırması zamanı isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 52C, korpus 2, 16 nömrəli mənzilə (yeni qaydalarla ünvan: Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi 210, M5, m2) xx.xx.2024-cü il tarixində texniki pasport verilmişdir. Həmin texniki pasportun göstəricilərindən aydın olur ki, mənzilin yerləşdiyi mərtəbə 5+6 (mansard), otaqların sayı 4, mənzilin ümumi sahəsi 140.8 kv/m, yaşayış sahəsi 74.1 kv/m göstərilmiş, lakin mansardın ayrıca sahəsi göstərilməmişdir. Bundan sonra iddiaçı iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 mart 2006-cı il tarixli 214 saylı müqavilə əsasında İddiaçı tərəfindən alınmış mansardın sahəsinin 169,1 kv.metr göstərilməklə sənədləşdirilməsi (dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması) vəzifəsinin "xxxx" MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbini və qanunvericilik aktı normalarının tələbini nəzərə alaraq iddianı əsassız hesab edir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahədə olan digər qanunvericilik aktları ilə tənzimlənməklə, daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh MMC-nin adına daha əvvəl tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportda da mənzilin mərtəbəsi 5+6 (mansard) kimi göstərilmiş və mansardın sahəsi ayrıca göstərilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə qarşı irəli sürülmüş iddia əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş sənədlə bağlı hər hansı bir sual, anlaşılmazlıq və s. tələbi olduğu halda qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada həmin müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Əlı̇ yev Fəxrəddı̇ n Həmı̇ d oğlunun iddiası əsassız olduğundan rədd edilməli, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-187/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-187/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver