Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1871/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil2 və ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı MMC-nin - Cavabdeh qarşı «kommunal haqqı və rəfin sökülməsi» tələbi barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMCyə qarşı “pul” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə 01 noyabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «kommunal haqqı və rəfin sökülməsi» tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109cu mənzilin qarşısında onun tərəfindən qanunsuz quraşdırılan rəfin (kiçik anbarın) sökülməsi, həmin mənzilə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 1057.70 (bir min əlli yeddi, 70 qəpik) AZN borcun, məhkəmə xərcləri üçün ödənilmiş-30.57 AZN, iddianın ikinci hissəsində olan tələbə görə-100 AZN, vəkilə görə müqavilə üzrə ödənilən- 500 AZN və bu dəyişikliklə bağlı ödənilmiş dövlət rüsumuna əlavə ödənilən-6,31 AZN ümumilikdə 1694.58 (bir min altı yüz doxsan dörd, 58 qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMCilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə ünvan 1 saylıevin sahəsi-68.1 (çıxarışa əsasən 60.45) kv.metr olan bir otaqlı 102-ci (sonradan-109) mənzilinin İddiaçı MMC-dən alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh kommunal xidmətləri haqqını sonuncu dəfə 2021-ci ilin sentyabr ayında həmin ilin iyul və avqust aylarına görə ödəmişdir. Bundan sonra, cavabdeh bu günə qədər, bir dəfədə olsun borcundan qalan məbləği ödəməmişdir. Hazırda Cavabdeh göstərilən kommunal xidmətlərə görə 1057.70 AZN borcu var. Bununla da Cavabdeh İddiaçı MMC-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh məxsus olan 109 nömrəli mənzilin ümumisahəsi 60.45 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi,İddiaçıMMC-nin qərarına əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 60.45 kv.m X 0.50q=30.22 manat, 30.22 X 35 ay (2021-ci ilin sentyabr ayı- 2024-cü ilin iyulayı daxil) =1057.70 manat. Bildiririk ki, kommunal ödənişlərdən bütün təminatlara(su təchizatı, liftlərə aylıq texniki qulluq, işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, 24 saat həyətin mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, kameraların, şlaqbaumun) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində İddiaçı MMC-nın Vergi orqanları qarşısında borcları yaranmış və həmin borclar vaxtında ödənilməməsinə görə faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarında işlərə baxılmaqdadır. Bununla bağlı tərəfimizdən Cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Bir halda ki, İddiaçı MMC tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyiandan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Bundan başqa cavabdehə məxsus N.Rəfiyev küçəsi 25A saylı yaşayış binasının 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 109-saylı mənzilin yerləşdiyi mərtəbədə, gediş-gəliş yolunun üstündə qanunsuz, özbaşına olaraq saxlanc anbarı (şkafı) quraşdırmışdır. Cavabdeh tərə fə şkafı həmin yerdən götürərək gediş-gəliş yolunu boşaldması ilə əlaqədar dəfələrnən rəsmi və qeyri-rəsmi müraciətlərimiz olmuş lakin o, həmin dolabı oradan götürməmiş və bütün müraciətlərimizə məhəl qoymamışdır. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıdan mənzilin sahə fərqinə görə artıq aldığı 4,590 ABŞ dolları məbləğinin (ödəniş gününə olan məzənnə ilə), 317,18 manat kommunal xidmətlərə görə artıq alınan məbləğin, 600 manat sayğaclara görə qanunsuz alınan məbləğlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onunla İddiaçı MMC arasında xx.xx.2011-ci il tarixli “kooperativ binada mənzilin tikintisinə dair” müqavilə bağlanmış, həmin müqavilənin 1 -ci bəndinə əsasən müqavilə predmeti olan mənzilin ümumi sahəsi 68.1 kv.m müəyyən edilmişdir. Lakin mənzilə dair çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 60.45 kv.m təşkil edir. Müqavilənin 2-ci bəndində həmin mənzilin 1 kv.m-nin qiyməti 600.0 ABŞ dolları dəyərində qeyd edilmişdir. Deməli, İddiaçı MMC ondan mənzilin sahə fərqi olaraq 7.65 kv.m sahənin pulunu artıq almışdır. Bu məbləğ isə müqaviləyə əsasən 4590 ABŞ dolları təşkil edir. Hesab edir ki, həmin məbləğ mənə geri qaytarılmalıdır.Bundan başqa, İddiaçı MMC 2013-cü ildən indiyə kimi kommunal xidmət haqqını ondan 2013-2018-ci illər arasında kommunal xidmət haqqını hər kv. m üçün 0.45 qəp., 2018-ci ildən isə hər kv.m üçün 0.50 qəp. olmaqla 60.45 m2 sahə üçün deyil 68.1 m2 sahə üçün almışdır. Bununla da, 2013-2018-ci illər arasında ondan 60 ay üçün hər ay 3.44 azn (7.65 (sahə fərqi) x 0.45(tarif)=3.44) olmaqla cəmi 206.40 manat, 2018 (yanvar)-2020ci ilin may ayına kimi 29 ay üçün hər ay 3.82 azn (7.65(sahə fərqi) x 0.50(tarif)=3.82) olmaqla cəmi 110.78 manat,ümumilikdə isə 317.18 manat (206.4+110.78)artıq ödəniş almışdır. Qəbzlərdən də görünür ki, yalnız 2020-ci ilin iyun ayından başlayaraq, artıq kommunal xidmət haqqını faktiki sahəyə görə hesablamışlar. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Mənzilə quraşdırılmış sayğaclara görə də İddiaçı MMC ondan qanunsuz olaraq 600.0 azn ödəniş tələb etmiş və almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Hazırda İddiaçı MMC ondan 1057.70 azn yaranmış kommunal borcun ödənilməsini tələb edir. Hesab edir ki, öhdəliklər qarşılıqlı olaraq tam yerinə yetirməlidir. İddiaçı MMC binada idarəçiliyi sakinlərin razılığı olmadan, müvafiq sənədləşmə prosedurlarına əməl etmədən, özbaşına olaraq tam qanunsuz şəkildə həyata keçirməsi azmış kimi, göstərdiyi xidmətlər də olduqca aşağı səviyyədədir və qənaətbəxş deyil. Bu barədə hələ məhkəmədən öncə yazılı olaraq onlara müraciət etmiş və iradını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, MMC qarşı tərəfdən qaz sayğacının quraşdırılması üçün 600 manat məbləğində ödəniş almışdır və bununla bağlı qəbz vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsi ilə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: İddiaçı MMC-nin nizamnaməsinin 1.2-ci bəndində qeyd edilir ki, İddiaçı MMC "xxxx" MTK-nın hüquqi varisidir. xx.xx.2013-cü il tarixli Liftlərə Texniki Xidmət Müqaviləsinin surətindən görünür ki, xidmət göstərən "xxxx" QSC 6 ədəd OTİS kompaniyasının istehsalı olan sərnişin liftinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, sifarişçi isə göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürür. 01 mart 2020-ci il tarixli Müqavilənin surətindən görünür ki, İcraçı BŞİH MKTD-nin "xxxx" MMC Sifarişçiyə "xxxx" MMC-yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, Sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. 01 yanvar 2020-ci il tarixli mühafizə xidmətlərinin göstərilməsi barədə Müqavilənin surətindən görünür ki, sifarişçi Meridian MMC obyekti təhvil verir, İcarəçi "xxxx" MMC isə obyektin mühafizəsini öz üzərinə götürür. İddiaçı MMC-nin 1 aylıq kommunal xərclər vərəqəsinin surətindən görünür ki, aylıq məxaric 8376,6 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 saylı evin sahəsi 68.1 (çıxarışa əsasən 60.45) kv.metr olan bir otaqlı 102-ci (sonradan-109) mənzili Cavabdeh məxsusdur. İddiaçı MMC həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən ödənilməyən məbləğin cavabdehdən tutulmasını xahiş edir. AR Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Məhkəmə qeyd edir ki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Eyni zamanda iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh 2021-ci ilin iyul-avqust ayına kimi sözügedən ödənişi etmiş və bununla qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikdən məlumatlı olduğunu nümayiş etdirmişdir. Lakin sonradan o, heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə yaranmış 1057,70 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddia tələbinin “qanunsuz quraşdırılan rəfin sökülməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə saxlanc anbarı quraşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, işin bu halı iş materiallarında olan saxlanc anbarını əks etdirən fotoşəkillə yanaşı cavabdehin özü tərəfindən də etiraf olunur. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri”-nin 4.8-ci bəndinə əsasən lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağandır. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi, çoxmərtəbəli yaşayış binasında yaşayış sahəsinin mülkiyyətçisinə lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağan edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə saxlanc anbarı quraşdırılması yolverilməzdir. Bu səbəbdən cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109-cu mənzilin qarşısında onun tərəfindən qanunsuz quraşdırılan rəf (kiçik anbar) sökülməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehdən iddiaçıdan mənzilin sahə fərqinə görə artıq aldığı 4,590 ABŞ dolları məbləğinin (ödəniş gününə olan məzənnə ilə), 317,18 manat kommunal xidmətlərə görə artıq alınan məbləğin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: 03 noyabr 2011-ci il tarixdə imzalanmış “kooperativ binada fərdi mənzil tikintisi üçün” Müqavilənin surətindən görünür ki, İcraçı "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında mənzili Payçı Cavabdeh verməyi, Payçı isə mənzilin pay haqqını ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, mənzilin ümumi sahəsi 68,1 kv.metrdən ibarətdir. Müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, mənzil sahəsinin hər kvadrat metrinin dəyəri 600 ABŞ dolları qiymətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 60,45 kv.metr təşkil edən ünvan 1 saylı evin 109 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" firması (satıcı) ilə Cavabdeh (alıcı) arasında “kooperativ binada fərdi mənzil tikintisi üçün” Müqaviləyə əsasən, İcraçı "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında mənzili Payçı Cavabdeh verməyi, Payçı isə mənzilin pay haqqını ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 600 ABŞ dolları müəyyən edilmişdir. Mənzilin dəyəri alıcı tərəfindən tam qaydada ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 2013-2018-ci illər aralığında mənzilin faktiki sahəsinə görə ümumilikdə 317,18 manat məbləğində artıq kommunal haqqı ödəmişdir və həmin məbləğində cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin MMC-nin bağladığı müqaviləni bəyənən cavabdeh MMC iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, yalnız mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən edilmiş mənzilin faktiki sahəsi ilə müqavilədə qeyd olunan sahə arasında olan fərq kimi (müqavilədə nəzərdə tutulmuş 68,1 kv.metr ilə Çıxarışda qeyd olunan sahə kimi 60,45 kv.metr ilə arada olan fərq) 7,65 kv.metr mənzilin dəyəri müqaviləyə əsasən hər 1 kv.metri 600 ABŞ dolları ilə hesablanaraq 4,590 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh 2013-2018-ci illər aralığında iddiaçıdan mənzilin Çıxarışda qeyd olunan faktiki sahəsindən artıq sahəyə münasibətdə kommunal haqqı almışdır. Bu səbəbdən həmin məbləğin də cavabdeh tərəfindən iddiaçıdan alınması əsassız hesab edilməlidir. Məhkəmə tələbin hüquqi əsasına münasibətdə isə qeyd edir ki, iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasını təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. AR Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatətinə münasibətdə qeyd edir ki, vəsatət əsaslıdır. İddiaçı 2013-2018-ci il tarixləri arasında artıq ödənilmiş kommunal haqqı kimi 317,18 manat pulun və artıq kvadrat metr sahəyə görə ödənilmiş 4,590 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir. Belə ki, iddiaçı hazırkı iddianı mənzilə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışı əldə etməsindən 11 il, artıq ödəmiş olduğu kommunal haqqını ödəməsindən isə 6 il müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddiamüddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə 16 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. İddiaçının mənzilin sahəsinə görə artıq ödəmiş məbləğə dair hüquqlarının pozulduğu an mənzilə dair çıxarışın verildiyi xx.xx.2013-cü il tarix qəbul edilməsi qanuni və əsaslıdır. İddiaçı Mülki Məcəllənin 776.1-cı maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə müraciət etmişdir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən o olunmuş 5 illik müddət tətbiq edilir. Bu səbəbdən qarşılıqlı iddia tələbi qeyd olunan hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin “600 manat sayğaclara görə qanunsuz alınan məbləğin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, sayğacların quraşdırılmasına görə MMC-nin iddiaçıdan 600 manat məbləğində pul alması tərəflərin hər ikisinin izahatları ilə təsdiq olunur və işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qanunun tələbindən də görünür ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır. Belə olan halda qaz sayğacının quraşdırılmasına görə cavabdeh tərəfindən iddiaçıdan 600 manat pulun alınması əsassızdır və həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmin məbləği istehlakçı qismində ödədiyindən və bu qəbildən olan tələb iddia müddətinin şamil edilmədiyi tələblərdən olduğundan iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin bildirdiyi bu hala şamil edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 30901 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətin göstərilməsi üçün nümayəndə-Vəkil2 500 manat məbləğində ödəniş edilmişdir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 1057,70 manat məbləğində borc pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109-cu mənzilin qarşısında Cavabdeh tərəfindən qanunsuz quraşdırılan rəf (kiçik anbar) sökülsün. 600 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulsun. 636,88 manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1871/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1871/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver