Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1967/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X3 1 saylı ixtisaslaşdırılmış Neft mədən xüsusi Texnika İdarəsinin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, İddiaçı X3 1 saylı ixtisaslaşdırılmış Neft-mədən xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 1 saylı ixtisaslaşdırılmış Neft-mədən xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2022-ci il tarixli, 453-K nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 12-ci səhifəsində yazılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, mediasiya xərci üçün ödənilən 50 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki iş aidiyyatı üzrə Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin aidiyyatı üzrə Pirallahı rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarından görünür ki, iddiaçını işə götürən və işdən azad edən X3 1 saylı ixtisaslaşdırılmış Neft-mədən xüsusi Texnika İdarəsinin hüquqi ünvanı Pirallahı rayonu olduğundan, mülki işə Bakı şəhər Pirallahı rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı X3 1 saylı ixtisaslaşdırılmış Neft-mədən xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1967/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1967/2022
06.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver