Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-199/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 14-2-1/3- 1K-174/2004 saylı, 24 sentyabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması barəsində qətnamə çıxarılması, X2 “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin onunla bağladığı № 701 saylı, 15 sentyabr 2023-cü il il tarixdə bağlandığı müvəqqəti (1 il) əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi, onun 24 sentyabr 2024-cü il tarixdə xitam verilmiş müvəqqəti bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi və ya bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, uzun illər 21 il Dövlət Neft Şirkətinin (SOKAR), müxtəlif vəzifələrində daha çox rəis və rəis müavini vəzifələrində işləmişdir. İddiaçının eyni Nazirliyin tabeçiliyində olan iş ştatları barədə siyahı ərizəyə əlavə edilmişdir. Onunla 15 sentyabr 2023-cü il tarixdə 701 saylı müvəqqəti əmək müqaviləsi (1 il müddətində) bağlanaraq ABŞERONNEFT NQCİ-nin istehsalat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. 24 sentyabr 2024-cü il tarixdə 14-2-1/3-1K- 174/2004 saylı əmrlə Əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü il tarixindən başlayaraq “Balaxanıneft” neft və qazçıxartma idarəsinində mənzil qazanxana kommunal operatorluğundan başlayaraq daha sonra neft və qazçıxartma sexi geoloqu, quyuların yeraltı təmir sexi üzrə geoloqu, quyuların əsaslı təmiri sexində geologiya üzrə rəis müavini, neft və qazçıxartma sexində rəis müavini, texniki istehsalat departamentində şöbə rəisinin müavini, 2013-cü ildən H.Z.Tağıyev adına neft və qazçıxartma idarəsi, elmi tədqiqatlar və istehsalat işləri sexində sex rəisi, neft və qazçıxartma sexində sex rəisi 2019-cu ildən Abşeronneft neft və qazçıxartma idarəsində texniki istehsalat şöbəsinin şöbə rəisi, 2020-ci ildən 2020-ci ilədək SOKAR Cavabdeh idarəetmə aparatının texniki şöbə rəisinin müavini vəzifəsində çalışdıqdan sonra yenidən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-nin idarəetmə aparatının direktoru vəzifələri üzrə çalışmış son olaraq yenidən 2023-cü ilin 15 sentyabrından Sokara qayıtmış və istehsalat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunmuşdur. Sokar da ümumi və fasiləsiz 21 il iş stajı vardır. İşlədiyi bu müddət ərzində heç vaxt rəhbərlik qarşısında hər hansı bir nöqsanı, xəbərdarlıq və ya töhməti olmamışdır. Əksinə hər dəfə vəzifəsi dəyişilərkən ona rəhbərlik tərəfindən yüksək iş fəaliyyətinə malik olduğu barədə xasiyyətnamə verilmişdir. İlk işini bu stukturda fəhlə işi ilə başlayıb 21 il ərzində rəis vəzifəsinə qədər yüksəlmişdir. Lakin, 2024-cü ilin aprel ayında Abşeronneft NNCİ-nin idarə rəisi Fərhad Əliyevin onu yanına çağıraraq heç bir səbəb və əsas göstərmədən bildirmişdir ki, onunla işləmək istəmir, özünə başqa iş yeri tapsın və öz xahişiylə ərizəni yazıb işdən çıxsın. O, Fərhad Əliyevə sual vermişdir ki, onun işində heç bir nöqsanı olmamış onu niyə işdən azad edirsiz? Cavab vermişdir ki, heç bir nöqsanı yoxdur. Sadəcə o, belə istəyir və buna qərar vermişdir vəssalam deyərək fikrini bildirmişdir. O, bundan çox təsirlənmiş sakitləşmək və nələr baş verdiyini ayırd etmək üçün məzuniyyətini istəmiş, onu da tam verməmişlər. (15 gün məzuniyyət verilmişdir) məzuniyyətdə olarkən də səhhəti lap pisləşmiş və o, təqribən 4 ay müalicə almışdır. 27 avqust 2024-cü il tarixdə o, bülletendə olarkən Az Neft İB-nın kadrlar şöbəsinin rəisi Tofiq Əliyev ona bildirmişdir ki, əgər öz xahişiylə ərizə yazıb işdən çıxmasa onu məcburi formada işdən çıxaracaqlar buna da belə ad qoyacaqlar ki, əmək müqaviləsinin vaxtı bitdiyi səbəbindən işdən azad edilir. O, 21 ildir ki, bu strukturda çalışır işində canını, həyatını qoymuşdur. Bu vəzifəyə o, kadrlar üzrə vitseprezident Ziba Tacəddin qızının dəvəti ilə gəlmişdir. Ona 15 sentyabr 2023-cü il tarixindən ABŞERONNEFT NQCİ-nin istehsalat işləri üzrə rəis müavini vəzifəsi təklif ediləndə həm təklifdə həm də həmin vəzifəyə o, təyin ediləndə Fərhad Əliyev şəxsən iştirak etmiş və öz razılığını bildirmişdir. O, Azərbaycan Dövlət Neft Akademiyasının faydalı qazıntılar geologiyası və kəşfiyyatı fakultəsini bitirdikdən sonra bir il hərbi xidməti başa vurduqdan dərhal sonra 2003-cü ildən ixtisası üzrə Azərbaycan Neft Şirkətində işləyir. İllər uzunu işində yüksəlmişdir. öhdəsində az yaşlı və ödənişli şərtlərlə (iki min manat) Dövlət Universitetində təhsil alan və uzun illərdir müalicə alan (skolioz xəstəsi əməliyyat edilib) övladları var. Ailə üzvləri arasında ağır xəstəliyi olan 1-ci qrup əlil olan atasına (böyrək çatışmazlığından dialez xəstəsi) baxır. Ailənin bütün xərclərini o, yeganə iş yerinin qazancı ilə ödəyir. Dövlət Neft Şirkəti onun ikinci ailəsidir. O, özünü burada tanımış, həyatının yarısını bu şirkətdə işləməklə keçirmiş, işini və iş yerini çox sevdiyindən və bağlandığından özünü heç zaman başqa bir şirkətdə, idarədə və ya digər strukturlarda işləməyini təsəvvür edə bilmir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə əmr 14-2-1/3-1K-17/2024 saylı, 24 sentyabr 2024-cü il tarixdə əmr verilsə də cavabdeh tərəf aydan artıqdır ki, heç bülleten ödənişlərini ödəmir, son haqq-hesabı həmçinin əmək kitabçası da daxil olmaqla hələdə ona təhvil verilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 Abşeronneft Neft və Qazçıxarma idarəsinin 14-2/3- 1K-174 2004 saylı 24-cü il tarixli əmrin ləğv edilməsi və onun işinə bərpa olunması, X2 Abşeron Neft və Qazçıxarma idarəsinin onunla bağlı № 701 saylı, 15 sentyabr 2023-cü il tarixdə bağlandığı müvəqqəti (1 il) əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci bəndinə zidd olduğu üçün qanunsuz hesab edilməsi, onun 24 sentyabr 2024-cü il tarixdə xitam verilmiş müvəqqəti bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi və ya bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Abşeronneft Neft və Qazçıxarma idarəsinin 14-2-1/3-1K-174/2004 saylı 24 sentyabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi və onun işinə bərpa olunması, cavabdeh X2 Abşeron Neft və Qazçıxarma idarəsinin onunla bağladığı № 701 saylı, 15 sentyabr 2023-cü il tarixli müvəqqəti (1 il) əmək müqaviləsinin qanunsuz hesab edilərək müddətsiz əmək müqaviləsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: iddia ərizəsini əsassızdır. Belə ki, etiraza əlavə edilmiş “Azneft” İB ilə İddiaçı arasında bağlanmış 701 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinə istehsalat işləri üzrə rəis müavini vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi tərəflərin razılığına əsasən 15 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 4356,80 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1). Etiraza əlavə edilmiş “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqdan görünür ki, “xx.xx.2023-cü il tarixdə İddiaçılə bağlanılan 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024 il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə, tutduğunuz vəzifədən azad ediləcəksiniz”. Etiraza əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, “Biz aşağıda imza edənlər: SOCAR-ın “Azneft” İB-nin İnsan Resursları Departamentinin rəisi Toğrul Əliyev, İRD-nin rəis müavini Təranə Məmmədova, X1 İttifaqı Komtəsinin sədri Rəfail Babayev, Hüquq Departamentinin böyük hüquq məsləhətçisi Rauf Tağıyev bu aktı ondan ötrü tərtib edirik ki, xx.xx.2024-cü il tarixdə, saat 09.30-da İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin istehsalat işləri üzrə rəis müavini İddiaçı İB-yə dəvət olunmuş, onunla xx.xx.2023-cü il tarixdə İB arasında bağlanılmış 701 saylı müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə görə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməklə tutduğu vəzfədən azad ediləcəyi barəsində tərəflərindən xəbərdarlıq təqdim edilmişdir. İddiaçı sözügedən xəbərdarlığı oxuyaraq onunla tanış olsa da, xəbərdarlığın nüsxəsini qəbul etməkdən, həmçinin xəbərdarlıq ilə tanış olması barədə imzadan imtina etmişdir. Əlavə olaraq bildirirlər ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xəstəlik ilə əlaqədar işdə olmamışdır. Bununla əlaqəli görüş zamanı 09.09-xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı üçün cari ay hesabına SN seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir”. Etiraza əlavə edilmiş əmək qabiliyyətinin olmaması SN 00008 seriyalı ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək işdən azad olunmuş, 21 sentyabr 2024-cü il tarixdən işə başlamalıdır. Etiraza əlavə edilmiş “Azneft” İB-nin 14-2-1/3-1K- 174/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, istehsalat işləri üzrə rəis müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Etiraza əlavə edilmiş ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış teleqramın məzmununda qeyd edilmişdir: “Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verildiyi üçün Sizə məxsus əmək kitabçasının “Azneft” İB-nin İnsan Resursları Departamentindən götürməyinizi və ya götürmək imkanınız yoxdursa, əmək kitabçanızın idarə tərəfindən poçt xidməti vasitəsilə göndərilməsi barədə əlaqələndirici şəxsə (əlaqə nömrəsi: 055898 79 43 və ya *** *** ** **) razılıq bildirməyinizi xahiş edirik”. Etiraza həmçinin teleqramın göndərilməsini təsdiq edən poçt qəbzi də əlavə edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətə bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tariəxədək xəstəliklə əlaqədar olaraq işdən azad olunmuş, 21 sentyabr 2024-cü il tarixdən işə başlamışdır. “Azneft” İB tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti müqavilənin 15.0.2024-cü il tarixdə bitir, lakin iddiaçı xəstələnməsi ilə bağlı məlumat verdiyi üçün və xəstəlik müddəti müqavilənin müddətinin bitməsi ilə üst-üstə düşmüşdür və əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İddia ərizəsində istinad edilən əmək müqaviləsinin 1 il müddətinə bağlanmasının Əmək Məcəlləsinin 45ci maddəsinin tələblərinə zidd olması ilə bağlı dəlilinə münasibətdə bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında məhz iddiaçının apellyasiya şikayətində qeyd olunan xüsusatlar baxımından, yəni, bu normanın digər qanunvericilik normaları ilə ziddiyyət təşkil edib–etməməsi aydınlaşdırılmış və belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Beləliklə, hesab edirlər ki, iddia tələbi əsassızdır, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliyin hər hansı normasının pozulması halı mövcud olmamışdır. İddia ərizəsində göstərilən hallar formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən iddia təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2024-cü ilin aprel ayında iddiaçıya iş yerində onun işdən azad olunacağı ona bildirilmiş, lakin rəsmi məlumat verilməmişdir. Daha sonra o, xəstə olduğu üçün işə çıxmamışdır. Sentyabr ayında işə çıxdıqdan sonra cavabdeh işəgötürən əmək qanunvericiliyinin tələblərini pozmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən “Abşeronneft” NQÇİ ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı texniki istehsalat şöbəsi 15-ci dərəcəli şöbə rəisi peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. - İşəgötürən SOCAR-ın Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 701 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı istehsalat işləri üzrə rəis müavini peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. - həmin müqaviləninin 2.1-ci bəndinə əsasən Əmək müqaviləsi müddətli bağlanılmışdır. - həmin müqaviləninin 2.2. bəndinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər - həmin müqaviləninin 2.3 bəndinə əsasən Əmək müqaviləsi tərəflərin razılığına əsasən 15 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müddətinə bağlanmışdır. - həmin müqaviləninin 4.1 bəndinə əsasən Müqavilə şərtində işçiyə hər ay 4356,80 manat məbləğində əmək haqqı ödənilir. - iş materiallarında olan xəbərdarlıqlardan görünür ki, “xx.xx.2023-cü il tarixdə sizinlə Cavabdeh arasında bağlanılmış 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə tutduğunuz vəzifədən azad ediləcəksiniz- qeyd edilmişdir. - Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətsiz olmuşdur. - SOCAR-ın Cavabdeh “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli 14-2-1/3-1K-174/2024 saylı əmrindən görünür ki, Cavabdeh “Abşeronneft” Neft və Qazçıxarma idarəsində istehsalat işləri üzrə rəis müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə AR ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 45.4. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 45-ci maddənin 5-ci hissəsi. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. - 73-cü maddənin 2-ci hissəsinə görə, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı tələblərini cavabdeһ təşkilatda 21 il fəaliyyət göstərməsini, işlədiyi bu müddət ərzində heç vaxt rəhbərlik qarşısında hər hansı bir nöqsanı, xəbərdarlıq və ya töhməti olmamasını, һəmçinin onunla baglanmış müvəqqəti (1 il) əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə zidd olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə iddiaya etirazında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 sentyabr 2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi ilə bağlı ona əvvəlcə bildiriş göndərilməsini, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həqiqətən də iddiaçının əmək qabiliyyətsiz olmasını, sonradan iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair 14-2-1/3-1K-174/2004 saylı 24 sentyabr 2024-cü il tarixli əmri verilərkən və tutduğu vəzifəsindən azad edilməsi zamanı hər hansı bir pozuntuya yol verilməməsini, əmrin qanuni olmasını, eləcə də əmək müqaviləsinin 1 il müddətinə bağlanmasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olmamasına istinad etmişdir. Cavabdeh tərəf etirazını maddi əsası kimi Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə və 47-ci maddəsinin “f” bəndinə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə baglanmış 15 sentyabr 2023cü il tarixli əmək müqaviləsi müddətli (1 il) olmuş, birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqda onun bağlanılan 701 saylı əmək müqaviləsinin müddəti xx.xx.2024 il tarixdə bitməsi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. İddiaçı sözügedən xəbərdarlıqdan məlumatlı olsa da nüsxəsini qəbul etməkdən, həmçinin xəbərdarlıq ilə tanış olması barədə imzadan imtina etməsi barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətsiz olmuşdur. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş halları onu deməyə tam əsas verir ki, iddiaçının əmək müqaviləsinin müddəti başa çatması işin mübahisəsiz һalıdır və cavabdeh tərəfindən müqavilə müddətinin qurtarması ilə bağlı ona lazımi qaydada xəbərdarlıqlar edilməklə əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Məhkəmə iddiaçının qeyd edilən əsasla işdən azad edilməsinin prosedur qaydalarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verərək daha sonra qeyd edir ki, işin araşdırılmış halları ilə təsdiq edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuş və bu müddətin xx.xx.2024-cü il tarixdə başa çatacağı ona əvvəldən məlum idi. İşin materiallarından görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətsiz olması barədə işəgötürən tərəfin məlumatı olaraq iddiaçı 21 sentyabr 2024-cü il tarixdən işə başlayandan sonra xx.xx.2024-cü ildə onun əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Buna qədər isə ona bu barədə lazımi qaydada xəbərdarlıqlar olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən də inkar edilməmiş, lakin bununla razılaşmayaraq 21 il eyni strukturda çalışdığı işindən bu əsasla azad edilməsini qanunsuz saymışdır. Məhkəmə hesab edir ki, iddiaçının X2 Abşeronneft Neft və Qazçıxarma idarəsinin 14-2-1/3- 1K-174/2004 saylı 24 sentyabr 2024-cü il tarixli əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından onunla bağlanmış əmək müqaviləsinə sözügedən əmrlə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi qanunvericilik tələblərinə uyğun olmuşdur. Belə olan halda iddia əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsaslı sayılmadığı üçün təmin edilə bilməz. Məһkəmə tələbin cavabdeh X2 Abşeron Neft və Qazçıxarma idarəsinin onunla bağladığı № 701 saylı, 15 sentyabr 2023-cü il tarixli müvəqqəti (1 il) əmək müqaviləsinin qanunsuz hesab edilərək müddətsiz əmək müqaviləsinə dəyişdirilməsi һissəsi ilə baglı qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinən İ və İV hissələrinə, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bundan başqa, məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumuməhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətininvə iradələrinin aşkar edilməsi üçünişin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. İddiaçı Dövlət Neft Şirkətinin (SOKAR), müxtəlif vəzifələrində müxtəlif vəzifələrdə, daha çox rəis və rəis müavini vəzifələrində işləməsinə istinad etsə də, iş materiallarında olan əmək kitabçasının məlumatlarından aydın görünür ki, “Azneft” İB ilə İddiaçı arasında bağlanmış 701 nömrəli əmək müqaviləsinə əsasən o, “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinə istehsalat işləri üzrə rəis müavini vəzifəsinə işə qəbul olunmuş, buna qədər isə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-nin idarəetmə aparatının direktoru vəzifəsi üzrə çalışmışdır. Qanunvericiliyə görə isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu baxımdan, məhkəmə iddiaçı tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını əsaslı saymır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası əsaslı sayıla bilməz, buna görə də iddia rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-199/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-199/2025
15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver