Məhkəmə qərarları › İş №e-2(009)-1995/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1995/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1995/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və 28 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, 1/2 paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsinin 28 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdehlər Cavabdeh1 və 28 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X6 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qəbul etməsi faktının müəyyən olunması, iddiaçının həmin miras əmlak üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi və iddiaçıya həmin əmlakın 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ hüqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası X10 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə, Bakı şəhəri keçmiş 26 Bakı Komissarı rayon X7 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı ev 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X16, anası X2, bacısı X8 və İddiaçı Raşidovnadan ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdır. O və bacısı həmin evdə bu günədək qeydiyyatdadırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə 09.01,2004-cü il tarixində vəfat etmişdir, onun anası öləndən sonra onlara nənələri baxırdı. Onlar hər iki evdə yaşayırdılar, həm nənəsinin evində, həm də öz evlərində. Onun uşaqları da həmin evdə qeydiyyatdadırlar. Sadəcə o, azyaşlı olduğuna görə evlərinin sənədləşdirilməsi üçün hansı addımların atmağı barədə məlumatsız olub, o uzun müddət uşaqları ilə həmin evdə yaşayıb. Hal-hazırda həmin evdə onun bacısı yaşayır. Azərbaycan dilini yaxşı bilmədiyi üçün hansı sənədləri toplamaq, ümumiyyətlə hardan başlamaq ona çətin gəlib. O, mənzil üzərində hüquqlarını sənədləşdirmək qərarına gəlib. Məlum olub ki, ilkin olaraq notariat ofisinə gedib vərəsəlik şəhadətnaməsi almalıdır. O, 28 saylı notariat ofisinə müraciət edib. Ona vəkillə müqavilə bağlamağı məsləhət gördülər. Bakı səhəri 28 saylı notariat ofisinə tələb olunan sənədlər verildikdən sonra 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin verilməsinə mirasın qəbul edilməsi üçün müddətin buraxılması və miras əmlaka dair hüquq müəyyənedici sənədin olmadığı üçün imtina verilmişdir. O, bacısına mirası qəbul etmək üçün notariat orqanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə birlikdə müraciət etməyini bildirsə də, bacısı bundan imtina etmişdir. Bacısı ona cavabında bütün evi onun adına yazmalı olmasını bilidrmişdir. O bununla razılşmır. Evi ədalətli şəkildə 1/2 paya bölünməsini və onun payının ona aid edilməsini xahiş etmişdir. Onun iki azyaşlı övladı var. Əslində onun nənəsi sağ olanda onun da 1 otaqlı evi var idi. O bildirmişdir ki, o öz evini onun bacısı Cavabdeh1 Raşidovnaya verir, valideynlərinin evi isə ona (Annaya) qalsın. Lakin onun nənəsi rəhmətə gedən kimi bacısı bununla razılaşmayıb, həm nənələrinin evinə sahib çıxıb, həm də ki, bu evi bütövlüklə özünə istəyir. 10 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etdikdə şəxsiyyət vəsiqəsində texniki səhv olaraq Haşumova əvəzinə Haşimova soyadı qeyd edilmişdir. İddiaçı «Asan Xidmət» Mərkəzinə müraciət edərək texniki soyadda göstərilən texniki səhvin düzəldilməsini xahiş etmişdir. İddiaçı yeni şəxsiyyət vəsiqəsi almışdır və onun soyadı X5muşdur. Ona görə də, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İddiaçı X4 xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X6 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qəbul etməsi faktının müəyyən olunması, iddiaçının həmin miras əmlak üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi və iddiaçıya həmin əmlakın 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ hüqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzilin icarədarı tərəflərin atası olmuş və onun xx.xx.2004-cü il tarixdə vəfatından sonra mübahisəli ev üzrə icarə müqaviləsi yenilənməmiş, tərəflərdən heç biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır. Mübahisəli mənzil tərəflərin atalarının sağlığında və ondan sonra tərəflərin atalarının adına özəlləşdirilmədiyi üçün miras əmlak hesab olunmur. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xx.xx.2022ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəcinə əsasən işə cavabdeh 28 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarından görünür ki, X13 4 nəfər ailə tərkibi (özü, arvadı X2, qızları X8 və İddiaçı Raşidovna) ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 saylı mənzilinə order verilməsi qərara alınmışdır. İş materiallarında olan 184516 nömrəli, xx.xx.1980-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 saylı mənzili 4 nəfər ailə tərkibi (özü, arvadı X2, qızları X8 və İddiaçı Raşidovna) ilə X14 verilmişdir. İş materiallaırnda olan V-JQ 284349 nömrəli, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X16, anası isə X1. İş materiallaırnda olan İİİ-JQ 430876 nömrəli, xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X16, anası isə X1. İş materiallarında olan AZ-İ 045648 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 09 yanvr 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004 ilin yanvar ayının 10 günündə 15 № ilə qeyd edilmişdir. İş materiallarında olan 16 iyul 1983-cü il tarixli, İİ-JQ 403767 nömrəli, xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 iyul 1983-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1983 ilin iyul ayının 16 günündə 593 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X12 xx.xx.2002-ci ildən Bakı şəhəri, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi 3 saylı evin 145 saylı mənzilində qeydiyyatdadır. Onunla birlikdə həmin mənzildə X11 və X15 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı miras əmlaka dair hüquqmüəyyənedici sənəd olmadığından vəmirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəməyə mübahisəli evin mərhum atası X10 xüsusi mülkiyyətində olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə bir sübut məhkəmə iclasında da təqdim edilmədi. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mərhum X9 məxsus olmuş əmlak kimi miras kütləsinə aid edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və 28 saylı Notariat ofosinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, 1/2 paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsi 28 saylı notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 28 saylı Notariat ofosinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, ½ paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsi 28 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar