Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2011/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 24 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə və tutuduğu vəzifədən azad edilmə haqqında əmrin ləğv edilməsi, işlədiyi müddət ərzində hər ay üçün almalı olduğu əməkhaqqının məhkəmə tərəfindən hesablanaraq işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22 oktyabr 2014-cü il tarixində Azərbaycan Dövlət Akademik X3 və rəqs ansamblına xor artisti vəzifəsinə qəbul olunmuş və 24 iyul 2023-cü il tarixinədək həmin vəzifədə çalışmışdır. 5 iyul 2023-cü il tarixində Filarmoniya daxilində attestasiya keçirilmişdir və onun əleyhinə haqsız qərar verilərək işdən azad olunmuşdur. Belə ki, attestasiya zamanı çıxış edərkən ona tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, daha sonra çıxışı yarıda kəsilmişdir. 20 iyul 2023-cü il tarixində attestasiyadan keçmədiyi bildirilmişdir. 24 iyul tarixində isə məzuniyyətdə olduğu zaman əmək müqaviləsinə xitam verildiyi və işdən azad edildiyini öyrənmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23 may 2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Qeyd etmək istərdi ki, Filarmoniyanın direktorunun 1-ci müavini Ayla Kərimova şəxsiyyətinə qarşı yalan məlumatlarla çixiş edərək, bu vəzifəyə yararsız olduğunu bildirmiş və kollektiv daxilində onu mənəvi şəkildə alçaltmışdır. 10 ildir ki, Filarmoniyada bu vəzifədə çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Sonuncu dəfə 19 iyun 2023-cü il tarixində (işdən azad olunmağından cəmi 1 ay qabaq) Filarmoniyada keçirilmiş BMT-nin təşkilatçılığı ilə dövlət tədbirində öz solo ifası ilə çıxış etmiş və bu çıxışı AZTV və Mədəniyyət kanallarında yayımlanmışdır. Əgər o bu vəzifə üçün yararsız idisə, necə olur ki, 9 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etmiş və çıxışı çoxsaylı tamaşaçı kütləsi tərəfindən bəyənilmiş və alqışlanmışdır? Hətta bütün bunları nəzərə alaraq, ona ixtisası üzrə bacarıqlarını təkmilləşdirmək üçün heç bir alternativ təklif olunmamış, cavabdeh tərəfindən əmək müaaviləsinə xitam vermək ücün bütün mümkün addımlar atılmışdır. Halbuki Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, isəgötürən attestasiva komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin pesə hazırlıgının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Əlavə olaraq bildirmək istəyir ki, onunla olan Əmək müqaviləsinə məhz attestasiya keçirilməsinin nəticəsi olaraq xitam verilməsi həm də ona olan qərəzli münasibətin nəticəsidir. Belə ki, attestasiya keçirilməmişdən öncə Filarmoniyanın məsul şəxsləri tərəfindən onunla olan müddətsiz müqavilənin 6 aylıq müqavilə ilə əvəz edilməsi ona təklif olunmuşdur. Lakin bu təklifi qəbul etmədikdən sonra məhz attestasiya məsələsi qaldırılmışdır. Attestasiya nəticələrinə etiraz etməyindən sonra isə rəhbərlik ona öz ərizəsi ilə işdən çıxmağa razılaşması şərti ilə attestasiyanın nətiələrini ləğv edə biləcəyini bildirdi. Buradan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Lakin Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Əlavə olaraq bildirmək istəyir ki, attestasiya keçirilməsi prosesində ona qarsı digər işçilərlə müqayisədə ayrı-seckilik edilmişdir. Müddətli əmək müqaviləsinə kecməyə razılaşmadığı və müqaviləni məcburi səkildə imzalamadığı ücün iscilər arasında yalnız ona tutduğu peşə ilə əlaqadər olmayan suallar verilmiş və cavablandırmadığı üçün bu hal işdən çıxarılmağı üçün bəbanə kimi istifadə edilmişdir. Himayəsində 2 azyaşlı övladı və qayğısına qalmalı olduğu yaşlı anası var. Əlavə olaraq hal-hazırda banka 6 min manat borcu var. Bu səbəbdən, belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, attestasiya zamanı guya İddiaçı tutduğu peşə ilə əlaqədar olmayan suallar verilmişdir. Bu hal ilə bağlı qeyd etmək istəyir ki, Filarmoniya direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının attestasiya olunacaq əməkdaşlarının Siyahısı”na uyğun olaraq xor solisti vəzifəsində çalışan 24 işçinin, eləcə də onlardan biri olan İddiaçı attestasiya olunacağı nəzərdə tutulmuşdur. İddiaçı attestasiya olunacağı barədə məlumatlandırılmış və ona 12 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə imza etməklə müvafiq bildirişi almaqla attestasiya olunacağı barədə xəbərdar edilmişdir. Attestasiya prosesi Filarmoniya direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Attestasiya Komissiyasının Əsasnaməsi”nə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 179 nömrəli əmrlə yaradılmış Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. Attestasiya zamanı iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 02 iyun 2008-ci il tarixli, 4-2 №-li qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X2”nda “xor kollektivinin artisti” üçün nəzərdə tutulmuş əmək funksiyalarından suallar verilmişdir. Belə ki, Vahid X2”na uyğun olaraq “xor kollektivinin artisti” mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, daxili əmək intizamı qaydalarını, vokal ustalığının nəzəriyyəsini, musiqi nəzəriyyəsini və solfecionu, əsas və cari xor repertuarını bilməlidir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar da yuxarıda qeyd edilən məzmunda suallardan ibarət olmuş və onun göstərilən sahələr üzrə bilikləri yoxlanılmışdır. Qanunvericilikdə nəzərdə tutulmamış və ya iddiaçının əmək funksiyasına aid olmayan heç bir sual verilməmişdir. Nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı İddiaçı komissiya üzvləri tərəfindən ona verilmiş 3 sualı cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyasının 7 üzvünün yekdil qərarı ilə İddiaçı “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. İddiaçı özü də xx.xx.2023-cü il tarixdə barəsində tərtib edilmiş attestasiya vərəqəsi ilə tanış olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə məzuniyyətdə olarkən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmuşdur. Bu hal Filarmoniyanın 151-k nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə sübuta yetirilir. Beləliklə də, iddiaçının bu mövqeyi də tamamilə əsassızdır. Eyni zamanda, müəssisənin iş vaxtının uçotunu özündə əks etdirən “F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının” tabelinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə iş yerində olmuş, işdən çıxarılma əmri ilə tanış olmuş və son haqq-hesab aparılarkən xx.xx.2023-cü il tarixi üçün iddiaçıya əmək haqqı hesablanmışdır. İddia ərizəsində iddiaçı qeyd edir ki, Filarmoniyanın direktorunun birinci müavini X4 şəxsiyyətinə qarşı yalan məlumatlarla çıxış etmiş, onun vəzifəyə yararsız olduğunu bildirmiş, kollektiv daxilində onu mənəvi cəhətdən alçaltmışdır. Həmçinin qeyd edilir ki, ona könüllü ərizə yazaraq işdən çıxması təklif edilmiş, bununla razılaşmadıqda isə qərəzli olaraq işdən çıxarılmışdır. Əslində isə qeyd edilən bu halların heç biri baş verməmişdir və iddiaçının göstərdiyi bu hallar tamamilə əsassızdır, iddiaçı nə iddia ərizəsində, nə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən bu halı təsdiqləyən heç bir sübut və ya sənəd təqdim etməmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı ümumilikdə İddiaçı başqa digər 3 işçi də tutduğu vəzifəyə uyğun hesab edilməmiş və onlarla da bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin yuxarıda da vurğuladıqları kimi cavabdehin qeyd etdiyi bu fikirlərini heç bir sübutlar və ya dəlillə əsaslandıra bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il əmri tamamilə əsaslı və əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyində iddiaçının iddia tələbi əsassızdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının İddiaçı əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi haqqında 248 №-li 24 iyul 2023-cü il tarixli əmrindən görünür ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti İddiaçı qabaqcadan attestasiyadan keçəcəyi barədə bildiriş almasına baxmayaraq 05 iyul 2023-cü il tarixində keçirilmiş attestasiya zamanı komissiya üzvləri tərəfindən peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi ilə ona vahid X2na və əmək müqaviləsinə uyğun olaraq verilmiş əmək funksiyalarından irəli gələn sualları cavablandıra bilməməsinə, bilavasitə fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərindən xəbərsiz olmasına, peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmamasına və nəticədə “tutduğu vəzifəyə uyğun olmaması" barədə attestasiya komissiyası tərəfindən qərar qəbul edilməsinə görə onunla bağlanmış əmək müqaviləsinə 24 iyul 2023-cü ıl tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin c 'bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına gorə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə əmr verilmişdir. Əmrə əsas kimi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Attestasiya Komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi göstərilmişdir. İş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixindən müddətsiz olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan AA******* OVRPUKR nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2022-ci il tarixli, 151-k nömrəli əmrdən görünür ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının artistlərinə (o cümlədən İddiaçı) və işçilərinə 2021/2022-ci illər hesabına 42 təqvim günü müddətinə 25 iyuldan 04 sentyabr 2022-ci il tarixədək növbəti əmək məzuniyyəti verilməsi edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 12 saylı xəbərdarlıq bildirişindən görünür ki, işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəfizəyə(peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır və komissiyanın qərarı ilə bir aydan sonra işçilərin attestasiyasının keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 179 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, işçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə 7 nəfərdən ibarət Attestasiya komissiyası yaradılması, Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkibində olan Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor qrupu və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin artist heyətinin AR NK-nin xx.xx.2001-ci il tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olaraq attestasiyadan keçirilmələri əmr edilmişdir. İş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli, 01 №-li protokolundan çıxarışdan görünür ki, 2023-cü il iyulun 05-də keçirilmiş Attestasiya Komissiyasının yekdil qərarına görə İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı hesab edilmişdir. İş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli attestasiya vərəqəsinə əsasən attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı İddiaçı AR ƏMək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə, bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər. İşəgötürənin əmri ilə işçilərin attestasiyassının keçirilməsi üçün attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Beləliklə, qanunun yuxarıda qeyd olunan normasının tələbindən də göründüyü kimi, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, işəgötürən tərəifndən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi haqqında 248 №-li 24 iyul 2023-cü il tarixli əmrdə əmrin verilməsinə əsas kimi attestasiya komissiyası tərəfindən işçinin “tutduğu vəzifəyə uyğun olmaması" barədə qərar qəbul edilməsi göstərilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya münasib iş təklif edildiyinə, lakin iddiaçının başqa işə keçməkdən imtina etməsinə, habelə cavabdehin belə işə keçirmək imkanının olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il tarixli, 248 saylı əmri ləğv edilsin. İddiaçı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2011/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2011/2023
14.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver