Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2014/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Məmmədova Zülfiyyə Orucəli qızı cavabdehlər Cavabdeh1suliyyətli Cəmiyyətinə və Cavabdeh2nə (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməklə) qarşı “öhdəliklərin lazımı qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və manələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər ‘Pilot Residence" Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2nə, X5 qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintində X4 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş “Pilot Residence" MTK- ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 5-ci blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, X7 ilə “Pilot Residence" Mənzil-Tikinti Kooperativi arasında 30 may 2022-ci il tarixli, QY-1 saylı, 303.8 kv.m və 1539.67 kv.m-dən ibarət “Çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” bağlanmış Müqavilələrinin və həmin Müqavilənin 1539.67 kv.m-dən ibarət olan hissəsinə dair X7 ilə Cavabdeh2 arasında Bakı Şəhəri 29 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən ЗМ-660 reyestr nömrəsi ilə təsdiq edilmiş 06 iyun 2022-ci il tarixli “X10”nin etibarsız hesab edilməsi və Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən iddiaçıya 14 sentyabr 2020-ci il tarixli, Q-28 saylı, “Çoxmənzilli yaşayış binasında yeraltı qarajın alqı-satqısına dair” Müqaviləsinə və təqdim olunmuş sxemə uyğun verilməsi və dövlət büdcəsinə ödənilmiş 100,00 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də iclasa gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: Gələcəkdə “Tərəflər” adlandırılacaq - iddiaçı X1 cavabdehlər ‘Pilot Residence" Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2nə, X5 qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintində X4 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş “Pilot Residence" MTK- ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 5-ci blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, X7 ilə “Pilot Residence" Mənzil-Tikinti Kooperativi arasında 30 may 2022-ci il tarixli, QY-1 saylı, 303.8 kv.m və 1539.67 kv.m-dən ibarət “Çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” bağlanmış Müqavilələrinin və həmin Müqavilənin 1539.67 kv.m-dən ibarət olan hissəsinə dair X7 ilə Cavabdeh2 arasında Bakı Şəhəri 29 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən ЗМ-660 reyestr nömrəsi ilə təsdiq edilmiş 06 iyun 2022-ci il tarixli “X10”nin etibarsız hesab edilməsi və Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən iddiaçıya 14 sentyabr 2020-ci il tarixli, Q-28 saylı, “Çoxmənzilli yaşayış binasında yeraltı qarajın alqı-satqısına dair” Müqaviləsinə və təqdim olunmuş sxemə uyğun verilməsi və dövlət büdcəsinə ödənilmiş 100,00 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddiası üzrə İddiaçı və həmin iş üzrə cavabdehlər “Pilot Residence" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2 və X7 arasında olan mülki mübahisənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə əsasən aşağıdakı qaydada Barışıq sazişi bağladılar:
1. “Pilot Residence" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2 və X7 öz öhdələrinə götürürlər ki; 1.1. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində "Pilot Residence” MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci blokunun əvvəlki giriş yolu sakinlər üçün açılır və bu açılmış yol gələcəkdə bu və sair formada heç vaxt bağlanmır. 1.2. Çoxmənzilli yaşayış binasının qonşuluqda yerləşən məktəbə tərəf olan divarı keyfiyyətli şəkildə suvaqlanır və rənglənir. Təmir bərpa işləri saziş bağlandıqdan sonra 20 gün ərzində icra olunur. 1.3. Gələcəkdə həyətdəki qarajın əgər üst mərtəbəsi tikilərsə, bu halda sakinlərin mənzillərinə rahat gedib-gəlmələri üçün eskalatorlar quraşdırılır.
2. Hər 3 cavabdeh yuxarıda qeyd olunan bəndlərin icrası üçün üzərlərinə götürdükləri öhdəliklər üçün məsuliyyət daşıyır. Göstərilən bəndlər icra olunmadığı təqdirdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən məcburi şəkildə icra olunur.
3. Hər 3 cavabdeh iş üzrə qəbul edilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan verdikləri şikayətdən imtina edirlər.
4. Bununla da Tərəflər mübahisəni barışıq yolu ilə başa çatdırır və Bakı Şəhəri Səbail Rayon Məhkəməsindən hazırkı barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər.
5. Azərbaycan Respublikası MPM-in 191, 162, 260-cı maddələrinin tələbləri onlara aydındır. Barışıq sazişini oxudular, mətni onların iradəsinə uyğun tərtib edilmişdir, düzdür, ona görə də imzaları ilə təsdiq edirlər.
6. Tərəflər barışıq sazişinin məzmunundan məmnundur.
7. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə, tərtib edilmişdir. Tərəflər bu Saziş ilə üzərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. “Pilot Residence" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2 və X7 öz öhdələrinə götürürlər ki; 1.1. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində "Pilot Residence” MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci blokunun əvvəlki giriş yolu sakinlər üçün açılır və bu açılmış yol gələcəkdə bu və sair formada heç vaxt bağlanmır. 1.2. Çoxmənzilli yaşayış binasının qonşuluqda yerləşən məktəbə tərəf olan divarı keyfiyyətli şəkildə suvaqlanır və rənglənir. Təmir bərpa işləri saziş bağlandıqdan sonra 20 gün ərzində icra olunur. 1.3. Gələcəkdə həyətdəki qarajın əgər üst mərtəbəsi tikilərsə, bu halda sakinlərin mənzillərinə rahat gedib-gəlmələri üçün eskalatorlar quraşdırılır.
2. Hər 3 cavabdeh yuxarıda qeyd olunan bəndlərin icrası üçün üzərlərinə götürdükləri öhdəliklər üçün məsuliyyət daşıyır. Göstərilən bəndlər icra olunmadığı təqdirdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən məcburi şəkildə icra olunur.
3. Hər 3 cavabdeh iş üzrə qəbul edilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan verdikləri şikayətdən imtina edirlər.
4. Bununlada Tərəflər mübahisəni barışıq yolu ilə başa çatdırır və Bakı Şəhəri Səbail Rayon Məhkəməsindən hazırkı barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər.
5. Azərbaycan Respublikası MPM-in 191, 162, 260-cı maddələrinin tələbləri bizə aydındır. Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzdür, ona görə də imzamızla təsdiq edirik.
6. Tərəflər barışıq sazişinin məzmunundan məmnundur.
7. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə, tərtib edilmişdir. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımı qaydada yerinə yetirməlidirlər. Tərəflər bu Saziş ilə üzərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı X3 cavabdehlər ‘Pilot Residence" Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2nə, X5 qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintində X4 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş “Pilot Residence" MTK- ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 5-ci blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, X7 ilə “Pilot Residence" Mənzil-Tikinti Kooperativi arasında 30 may 2022-ci il tarixli, QY-1 saylı, 303.8 kv.m və 1539.67 kv.m-dən ibarət “Çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” bağlanmış Müqavilələrinin və həmin Müqavilənin 1539.67 kv.m-dən ibarət olan hissəsinə dair X7 ilə Cavabdeh2 arasında Bakı Şəhəri 29 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən ЗМ-660 reyestr nömrəsi ilə təsdiq edilmiş 06 iyun 2022-ci il tarixli “X10”nin etibarsız hesab edilməsi və Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən iddiaçıya 14 sentyabr 2020-ci il tarixli, Q-28 saylı, “Çoxmənzilli yaşayış binasında yeraltı qarajın alqı-satqısına dair” Müqaviləsinə və təqdim olunmuş sxemə uyğun verilməsi və dövlət büdcəsinə ödənilmiş 100,00 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Barışıq sazişi 5 (beş) nüsxədə tərtib edilmişdir, nüsxələrdən biri iş materiallarına əlavə edilir, digər nüsxələr hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə “AsanPAy” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi 9********) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Şəhla Süleymanova