Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2018/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə əsasında Bakı şəhəri, Atatürk prospektində yerləşən “ABC-Telecom“ MMC “Kontakt Home” 15-dən İddiaçı3 adına alınmış 2799,9 manat dəyərində İPHONE 12 128GB- BLACK markalı **********63586 İMEL Kodlu mobil telefona görə 2617,8 manat pul vəsaitinin alınaraq İddiaçı3, xx.xx.2022-ci il tarixli, 00000059 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən “NLT Telekom" MMC-dən İddiaçı1 adına alınmş 1499 manat dəyətində İphone 11 64gb Black-**********45290 markalı mobil telefona görə qalan 1150,6 manat pul vəsaitinin alınaraq İddiaçı1, xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqısatqı müqaviləsi əsasında “İrşad Elektronics" MMC-dən İddiaçı2 adına alınmış 3,073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonuna görə qalan 2902,99 manat pul vəsaitinin alınaraq İddiaçı2 qaytarılması, cəmisi 6671.39 manat alınaraq (tutularaq məhkəmədə işə baxılan müddət ərzində kreditin ödənilməsinə möhlət verilməsi məsələsi ilə bağlı qərar qəbul olunmaqla) müvafiq olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 76H/H-də qeydiyyatda olsa da, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 9, mənzil 1-də yaşayır. Cavabdeh ilə bir yerdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu işləyir. İş yoldaşı Cavabdeh 2021-ci ilin dekabr ayında İddiaçı1 xahiş etmişdir ki, borcu var, ona görə öz adına mobil telefon götürüb ona versin, o da telefonu sataraq öz borcunu ödəyəcək və telefonun aylıq kredit pulunu özü ödəyəcəkdir. İddiaçı1 onunla razılaşıb dostu İddiaçı3 öz adına mobil telefon götürməsini, aylıq krediti isə Cavabdeh ödəyəcəyini xahiş etmişdir. İddiaçı3 onun bu təklifi ilə razılaşdıqdan sonra onunla birlikdə 13 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Atatürk Prospektində yerləşən "xxxx" MMC “Kontakt Home’’ 15-ə gəlib oradan İddiaçı3 adına ******* saylı müqavilə əsasında 2799,9 manat dəyərində İPHONE 12 128GB-BLACK markalı **********3586 OMEL Kodlu mobil telefonu alıb Cavabdeh vermişlər. Cavabdeh aylıq kredit borcunu 2022-ci ilin yanvar ayının 25-də 182,1 manat ödəməklə xx.xx.2023-cu ilədək bu krediti ödəyəcəyinə razılaşıb. Bu kreditdən sonra Cavabdeh borcunun tam ödənmədiyini və İddiaçı1 öz adına da mobil telefon götürməyini və krediti özü ödəyəcəyini vəd etdiyi üçün onunla razılaşıb 11 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC yə gəlib, bu dəfə İddiaçı1 adına 00000059 nömrəli müqavilə bağlanmaqla 1499 manat dəyərində İphone 11 64gb Black-**********45290 markalı mobil telefonu alıb. İlkin ödəniş 225 manat Cavabdeh tərəfindən ödənib. 27 fevral 2022-ci il tarixdə Cavabdeh İddiaçı1 ona daha bir telefonun lazım olduğunu bildirdikdə, İddiaçı1 Cavabdeh krediti ödəməsinə əmin olduğuna görə bu dəfə dostu İddiaçı2 öz adına Cavabdeh üçün mobil telefon götürməsini xahiş etmişdir. 27 fevral 2022-ci il tarixdə "xxxx" MMC-yə gəlib 3,073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonu 18 ay müddətinə hər ay 171 manat, son ayda isə 166,99 manat olmaqla 27 avqust 2023-cu il tarixinədək kredit ödənməsi şərti ilə alıb Cavabdeh vermişlər. Cavabdeh birinci ay üçün "xxxx" MMCyə 171 manat krediti ödəmişdir. Ondan sonra kredit müddəti çatanda İddiaçı1 "xxxx" MMC-dən kreditin ödənməsinin gecikməsi bildirilməklə ondan kreditin ödənilməsi tələb olunmağa başlanıb. O dərhal Cavabdeh krediti niyə ödəmədiyini soruşanda, Cavabdeh ona krediti ödəyəcəyini vəd edir. Bundan sonra dostları İddiaçı2 və İddiaçı3 da İddiaçı1 Cavabdeh onların adına da götürdüyü telefonların kreditlərini ödəmədiyini bildirmişlər. İddiaçı1 yenidən bu barədə Cavabdeh bildirmişdir. Cavabdeh əvvəlcə borcunu ödəyəcəyini bildirsə də, sonradan isə pulu olmadığını, kreditləri isə ödəyə bilmədiyini və telefonları da satdığını bildirmişdir. Bundan sonra İddiaçı1 aydın olub ki, Cavabdeh 13 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Atatürk prospektində yerləşən “ABC-Telecom“ MMC “Kontakt Home" 15-dən İddiaçı3 adına ******* saylı müqavilə əsasında aldığı 2799,9 manat dəyərində İPHONE 12 128GB-BLACK markalı **********63586 İMEL Kodlu mobil telefona görə 2617,8 manat, 11 yanvar 2022-ci il tarixdə İddiaçı1 adına ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-dən 00000059 nömrəli müqavilə əsasən alınmış 1499 manat dəyərində İphone 11 64gb Black-**********45290 markalı mobil telefona görə qalan 1150,6 manat pulu və İddiaçı2 adına 27 fevral 2022-ci il tarixdə "xxxx" MMC-dən aldıqları 3,073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonuna görə isə qalan 2902,99 manat pulu ödəməyərək onları aldatmışdır. Bu barədə İddiaçı1 Səbail rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsinin araşdırılması sahə ispektoruna tapşırılmaqla araşdırma aparılmış və Cavabdeh İddiaçı1 telefonu alması faktını etiraf etmişdir. Məkəməyə təqdim olunmasından ötrü "xxxx" MMC-dən, "xxxx" MMC “Kontakt Home“ 15-dən rəsmi müraciətlərinə əsasən həmin müqavilələrin surəti alınmışdır. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə əsasında Bakı şəhəri, Atatürk prospektində yerləşən “ABC-Telecom“ MMC “Kontakt Home” 15-dən İddiaçı3 adına alınmış 2799,9 manat dəyərində İPHONE 12 128GB-BLACK markalı **********63586 İMEL Kodlu mobil telefona görə 2617,8 manat pul vəsaitinin alınaraq İddiaçı3, xx.xx.2022-ci il tarixli, 00000059 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən “NLT Telekom" MMCdən İddiaçı1 adına alınmş 1499 manat dəyətində İphone 11 64gb Black-**********45290 markalı mobil telefona görə qalan 1150,6 manat pul vəsaitinin alınaraq İddiaçı1, xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasında “İrşad Elektronics" MMC-dən İddiaçı2 adına alınmış 3,073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonuna görə qalan 2902,99 manat pul vəsaitinin alınaraq İddiaçı2 qaytarılması, cəmisi 6671.39 manat alınaraq (tutularaq məhkəmədə işə baxılan müddət ərzində kreditin ödənilməsinə möhlət verilməsi məsələsi ilə bağlı qərar qəbul olunmaqla) müvafiq olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı3 və İddiaçı2, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı izahatında bildirmişdir ki, əvvəl onunla birgə calısmıs hərbi qulluqçu İddiaçı1 oglu məhkəmədə iddia qaldirmışdır ki, guya o, onların yoldasları İddiaçı3 və İddiaçı2 aldıqları telefonları ona vermişdir. Bildirir ki, o, Qarabağda Susa şəhərində yerleşən N sayli herbi hissədə hərbi xidmətdə olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir və üzürlü hesab edilməsini xahiş edir. O, İddiaçı1 xahis etdi ki, onun üçün 11 yanvar 2022-ci il tarixində Nizami kucəsi 90b unvanında yerlesen "xxxx" MMC-dən İphone 11 markalı telefon alsın. O da hec bir etiraz etmədi, lakin bildirdi ki, “mənə 100 manat pul verərsən, mən də öz adıma götürərəm”. Bele razılasmışlar, ilkin odənişi də o, yəni Cavabdeh verdi və Orxanın adına telefon götürdü. Bir ay ödənis etdikdən sonra ailə vəzyyəti (övladı yeni dünyaya gəldiyinə görə) və maddi durumu çətin olduğuna görə borcu odəyə bilmədi. O bununla razıdır ki, o, İddiaçı1 oglunun adına telefon götürmüş və ödəyə bilməmisdir. Lakin sözügedən digər şəxslərin adına götürülən telefonların heç birindən xəbəri yoxdur. Bunu da əlavə etmək istərdi ki, fevral ayının 27-də ona İddiaçı1 zəng edərək bildirdi ki, “sənin istirahət günündür, mən növbədə smendəyəm. Sən evdəsənsə vaxtın varsa, xahiş edirəm, İddiaçı2 ilə görüş, onda telefon var mənə çatacaq, nisanlıma almışam, onu götür mənə gətir is yerinə.” O buna etiraz etmədi, Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin qarşısına gələrək İddiaçı2 ilə görüsdü, o ona telefon verdi və İddiaçı1 catacağını bildirdi. O, telefonu götürüb Badamdar qəsəbəsi, 3-cü massivdə yerləsən N sayli hərbi hissəyə gələrək, telefonu ele qapıda İddiaçı1 vermişdir. Bundan basqa əlavə etmək istərdi ki, iddiaçı qeyd edir ki, guya 13 dekabr 2021-ci ildə Atatürk prospektində yerləşən “Kontakt Home”dən İddiaçı3 məxsus telefonu da guya İddiaçı1oglu alıb ona vermişdir. Bildirmək istəyir ki, hər 2 vətəndasa İddiaçı2 ve İddiaçı3 İddiaçı1 ozü müraciət etmis, hər ikisinə də eyni sözləri deyib ki, “Nişanlıma alıram” və qəti surətdə hər ikisinə də deyib ki, “is yerimizdə kollektivdə sizin adınıza telefon gotürdüyümü heç kəsə bildirməyin, bilməsinlər”. Bundan əlavə, sonradan bilinib ki, İddiaçı1 oglu öz is yerlərində bir necə digər şəxslərə də (X5, X1, X7 ogluna) eyni adla fərqli vaxtlarda muraciət edib ki, guya nişanlısının ad günüdü, 8 mart gəlir qabaqdan, yaxud nişanlısı üçün telefon almaq istəyir (şahid kimi dəvət oluna bilərlər), onlar da İddiaçı1 etiraz etmisdilər. Bir daha bildirir ki, o yalnız İddiaçı1 öz adına telefon gotürmüşdür, digərlərindən xəbəri yoxdu ve qaldırılmıs iddia ilə razi deyil. Hətta bu məsələlər bilinəndə İddiaçı2, yanlarında sahidləri də var, is yerində İddiaçı1 zəng edib soruşdu ki, “sənə (nişanlına) aldığım telefon hanı, hardadır, nə etmisən” bildirdi ki, ondadır, evə vermişdir. İddiaçı2 soruşdu ki, “Cavabdeh verib sənə telefonu?” O da dedi “hə”. Hətta İddiaçı1 oglu aprel ayında, onunla hərbi hissədə müvafiq bölmə komandirinin yanına getməmişdən əvvəl ona dedi ki, “sən hamısına razılıq ver, qardasım bilər və mənə problem yaranar, hətta öldürər məni” dedi və agladı. Lakin o buna yenə razı olmadı. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan “ABC-Telecom“ MMC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli Kredit müqaviləsindən görünür ki, “ABC-Telecom“ MMC 2799,9 manat dəyərində İPHONE 12 128GB-BLACK markalı **********63586 İMEL Kodlu mobil telefonu 18 ay müddətinə aylıq 182,1 manat ödəmək şərtilə müştəri İddiaçı3 satmışdır. İş materiallarında olan “NLT Telekom" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00000059 nömrəli Malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilədən görünür ki, NLT Telekom" MMC 1499 manat dəyətində İphone 11 64gb Black-**********45290 markalı mobil telefonu 12 ay müddətinə aylıq 123 manat ödəmək şərtilə İddiaçı1 satmışdır. İş materiallarında olan “İrşad Elektronics" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “İrşad Elektronics" MMC 3073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonu 18 ay müddətinə aylıq 171 manat ödəmək şərtilə İddiaçı2 satmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Səbail RPİ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, həqiqətən o, İddiaçı1 adına Nizami küçəsi 90 b yerləşən “NLT Telekom" MMC-dən qiymtəi 1499 manat olan İpon 11 markalı telefon götürmüşdür. Kreditin aylıq ödənişi 12 ayda 123 manatdan hesablanmışdır. Bir ayın ödəmiş, sonra isə problemləri olduğu üçün ödəniş edə bilməmişdir. Söz verir ki, krediti mütəmadi qaydada ödəyəcək. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçılar pul tələbi ilə bağlı tələblərinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişlər. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçıların vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə əsasında “ABC-Telecom“ MMC-dən İddiaçı3 adına alınmış 2799,9 manat dəyərində İPHONE 12 128GB-BLACK markalı **********63586 İMEL Kodlu mobil telefona görə 2617,8 manat pul vəsaitinin alınaraq İddiaçı3, xx.xx.2022-ci il tarixli, 00000059 nömrəli müqavilə əsasında “NLT Telekom" MMC-dən İddiaçı1 adına alınmş 1499 manat dəyətində İphone 11 64gb Black- **********45290 markalı mobil telefona görə qalan 1150,6 manat pul vəsaitinin alınaraq İddiaçı1, xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasında “İrşad Elektronics" MMC-dən İddiaçı2 adına alınmış 3,073,99 manat dəyərində bir ədəd İphone 13 Pro 128gb Sierra Blue (**********57511) markalı mobil telefonuna görə qalan 2902,99 manat pul vəsaitinin alınaraq İddiaçı2 qaytarılması barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2018/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2018/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver