Məhkəmə qərarları › İş №e-2(009)-2044/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2044/2024

25.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2044/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X7 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin xx.xx.2024-cü il tarixli HR/1312 saylı “İNTİZAM TƏNBEHİNİN VERİLMƏSİ” barədə əmrinin, xx.xx.2024-cü il tarixli HR/1318 saylı “İŞÇİLƏRİN İŞDƏN XƏNAR EDİLMƏLƏRİ” barədə əmrinin TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN NÖVBƏ RƏİSİ İddiaçı RAHİM OĞLUNA AİD OLAN HİSSƏDƏ ləğv edilməsi, xx.xx.2024-cü il tarixli HR/1328 saylı “əmək müqavilələrinə xitam verilmə” barədə əmrinin TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN NÖVBƏ RƏİSİ İddiaçı RAHİM OĞLUNA AİD OLAN HİSSƏDƏ ləğv edilməsi, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı, 10.000 manat mənəvi zərərin və 60 manat mediasiya rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən 8 il dirki Salyan OyL Limited” Əməliyyat Şirkətində işlədikim müddətdə heç bir nöqsanım olmamışdır."xxxx" Əməliyyat Şirkəti tərəfindən № HR-1318 saylı xx.xx.2024- cü il tarixli“İşçilər işdən kənar edilmələri haqqında”aşağıdakıməzmunlu qanunsuzəmr verilmişdir. 2024 cü ilin 12 fevralayından 2024- cü ilin İyulayının sonlarına qədər olan müddətdə Salyan OyL Limited Əməliyyat şirkətinin Mühafizə Xidməti bölməsinin mühafizə sahəsinə aid ərizədən (qaraj sahəsindən) 2024 cü ilin aprelayında SOCAR İnvertizasiya Departamenti tərəfindən aparılmış invertirizasiya nəticəsində yararsız lakin metallom kimi əsas vəsaitlərə aid olan 402 sayda boru oğurlanmış və ya mənimsənilmişdir.İlkin olaraq həmin oğurlanmış boruların bir qisminin, təxminən 175 ədədinin mühafizəçi quliyev KənanYaşar oğlu tərəfindən (özünün bildirdiyinə görə) oğurlanmış və müxtəlif səxslərə satmışdır. Bu hadisə ilə bağlı müvafiq olaraq Baş menecerin əmri ilə araşdırma təhqiqat komissiyası yaradılmış və komissiyanın bu barədə müvafiq rəy və təklifləri rəhbərliyə təqdim edilmişdir. Törədilmiş hadisə ilə əlaqədar rayon hüquq mühafizə orqanlarına yazılı məlumat verilmiş və əməl onlar tərəfindən araşdırılmaqdadır. Lakin xx.xx.2024- cü il tarixdə əsaslı vasaitlərin, bilavasitə həmin boruların yığıldığı sahədə olan boruların yenidən sayılması həyata keçirilmiş və məlum olmuşdur ki, həmin qarajsahəsindən 175 yox 402 sayda boruoğurlanmış və ya mənimsənilmişdir. Belə olan halda TX-in biləvasitə mühafizə xidməti yerinə yetirən məsulişçilərinin də müvafiq qaydada məsuliyyəti yarandığından və bu prosesdə onların da iştirakının olmasına şübhələr yarandığından Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X9 barələrində də müvafiq yeniaraşdırma vətəhqiqat aparılması zəruriyyəti yaratmışdır.İlkin olaraq görünən budur ki onlar, vəzifə təlimatlarını və öz əmək funksiyalarını yerinə yetirmədiyində. Əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşlar ki, bunun da nəticəsində Əməliyyat Şirkətinə (SOCAR-a) külli miqdarda maddi ziyan vurulmuşdur ( oğurluq hadisəsi törədilmiş və ya səhlənkarlıqları ilə buna münbit şərait yaratmışlar). Əlavə olaraq bu hadisə bilavasitə həm də ƏŞ-in işgüzar nüfüzüna çox ciddi ziyan vurulmuşdur. Bununla bağlı Baş menecer tərəfindən müvafiq olaraq bu hadisə ilə əlaqədar olaraq yenidən ikinci daxili araşdırma aparılması üçün Komissiya yaradılmış və 15 gün ərzində bu oğurluq və mənimsəmə faktının düzgün hərtərəfli və ədalətli araşdırılması üçün müvafiq müddət təyin edilmişdir. Yuxarıdakı faktları nəzərə alaraq TXin məsul işçilərin, Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X9 bilavasitə bu əməlin törədilməsində iştirakda şübhəli şəxslər kimi nəzərdə tutlur və həmin şəxslər vəzifə öhdəliklərinin gobud surətdə pozmuş hesab edilirlər. Onlar nəinki Əmək məcəlləsinin adı çəkilən tələblərini pozması, həmçinin Salyan OİLƏŞ- nin daxili nizam intizam təlimatı olan “İnsan Resursları üzrə Əsasnamə”- nin 7.9. (işçinin davranışı) c)f),h),i),k),s) bəndlərinin tələblərinə də əməl etməyərək, onunla bağlanmış əmək müqaviləsinin də şərtlərinə (işçi əmək müqaviləsində razılaşmış ki, bu X8 üzrə Əsasnaməsində əməl edəcəkdir və bu Əsasnamə bağlanılmış əmək müqaviləsinin tərkib hissəsidir) əməl etməyərək ciddi pozuntulara yol vermişdir. 1. Şirkətin əsaslı vasaiti olan külli miqdarda hesab edilən boruları oğurlamaqla şübhəli şəxslər kimi hesab edilən şirkət çox ciddi maddi və mənəviziyan, həmçinin onun işgüzar nüfuzuna xələl gətirmiş Salyan OyL Limited Əməliyyat şirkətinin Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X9 xx.xx.2024- cü il tarixdən ( Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62 maddəsinin tələblərinə uyğun olaraq) daxili təhqiqat ilə bağlı yekun qərar verilənədək işdən kənar edilsin və onlara işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməsin;

2. Bu hadisə ilə əlaqədar daxili təhqiqat yekunlaşdıqdan sonra, yeni aşkar olunmuş oğurluq faktı barədə 19 iyul 2024 cü il tarixdə polis bölməsi (prokurorluqda) təqdim olunmuş oğurluq haqqında məlumata bu fakt da daxiledilərək hər iki orqana məlumat verilsin (Nümayəndə2 – Baş meneccerin hüquq məsələləri üzrə müavini);3. Aşkar olunmuş yeni oğurluq faktı ilə əlaqədar ƏŞ-ı üzrə təcili olaraq “əmlakın qiymətləndirməsi həyata keçirilsin (yaqub Aliusmanov ) və buna uyğun müvafiq hüquqi sənəd (təsdiq olunmuş akt və sair) tərtib olunaraq aidiyyat üzrə təqdim edilsin; Əmr verilərkən aşağıdak hallar nəzərə alınmamışdır. 1: Qeyd olunan Təlimata əsasən mühafizə postlarında ən azı 2 nəfər olmalıdır. 1 nəfərin olması təbiiki oğurluq hadisəsinə şərait yaradacaqdır. Eyni zamanda 2 nəfər olsa belə onlar yenədə əlbir olaraq oğurluq törətmək ehtimalını istisna etmir və burada növbə rıisi kimi mənim ittiham olunmağım əsassızdır. Mən oğurluq baş verən anda ərazidə olmuşam və bunu xidmətdə olan zaman olduğum avtomobillərə quraşdırılan GPS aparatına baxış keçirib müəyyən etmək olar. Həmçinin 4 növbəlimüfaizə təşkiledilmişdir ki,əlavə qeyd olunan 402 borunun oğurlanmasının birbaşa mənim növbəmdə törədilməsi sübuta yetirilməmişdir. Bu oğurluq istənilən növbədə zamanı baş verə bilər. 2. Qeyd olunan Təlimata əsasənMühafizə patrulları da 2 nəfər olmalıdır ki sərbəst şəkildə mühafizəni təşkiledə bisinlər və ediləcək oğurluq hadisələrinin qarşısını ala bilsinlər. Eyni zamanda bu şərtlərin ikisi o qədər vacibdir ki, 2 hissədən ibarət olan mühafizə zonasında növbə rəisi və patrul maşınlarının mühafizə nöqtələrini mühafizədə saxlaması üçün az olması və ərazi üzrə hərəkət etməsi müəyən vaxt alır ki həmin ara müddətdə istənilən oğurluq hadisəsini istər mühafizəçilər istərsədə kənar şəxslər tərəfindən törədilməsi mümkündür və bunun da məsuliyyətini mənim üzərimə atılması əsassızdır. Mühafizə xidmətində 4 növbə var və mən ayda 15 gün işdə oluram, 15 gün evdə oluram, 7 gün gecə 7 gün gündüz işdə oluram. Bu vəziyyətdə mənim hansı iş günümdə və növbəmdə oğurluq edilməsi sübuta yetirilmədiyi və təkcə 1 hadisənin aşkar edilməsi və bunun da mənim növbəmlə üst üstə düşməsi heç də o demək deyildir ki oğurluq hadisələrinin hamısı mənim növbəmdə olmuşdur. Olsa da belə mühafizəçinin cinayət törətməsinə görə mənim heç bir yerdə məsuliyyətim yoxdur. 3. Cavabdeh şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziası yoxdur və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməyib. Mənə Təlimatın tələblərini pozulması ittihamı verilməsinə dair heç bir əsas yoxdur. Çünki belə bir təlimatla mən imza edilməklə tanış edilməmişəm. Eyni zamanda həmin oğurlanmasında ittiham edildiyim borular rəsmi şəkildə mənə təhvil verilməyib və birbaşa həmin boruların qorunması mənə həvalə olunmamışdır. 4. Mühafizə nöqtəsi kimi göstərilən Anbar isə şirkətdə anbar kimi rəsmi qeydiyyatı yoxdur. Çünki bu anbar standartlara cavb vermədiyi və rəsmi anbardar ştatı olmadığından orada baş verənlərin növbə rəisi olaraq mənim üzərimə atılması mənim işgüzar nüfuzuma xələl gətirir. Bildirirəm ki, Qaraj anbarı postunun mövcud olan qeydiyyat kitabçasında mühafizəçilər tərəfindən növbənin təhvil təslimi aparılır və orada olan və saxlanılan, təhvil verilən mal materiala aid siyahı və ya onların təhvili göstərilmir. Göründüyü kimi mənim barəmdə işdən kənarlaşdırılma əmr deyil ittiham aktı verilmişdir. Halbuki, mənə qarşı heç bir istintaq təhqiqat orqanınlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmağım barədə qərar yoxdu. Şirkət özü məni cinayət törətməklə ittiham etməklə şərəf və ləyaqətimi işgüzar nüfuzumu ləkələməklə böhtan atmışdır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, Kayman adalarının "xxxx" şirkəti”-nin Azərbaycan Respublikasındakı filialı (bundan sonra ƏŞ-ti) anbarından 12 Fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər olan müddətdə ,müxtəlif vaxtlarda 402 sayda neft-qaz əməliyyatlarında istifadə olunan boru onların bilavasitə mühafizə altında olan sahədən oğurlanmışdır. Daxili araşdırma nəticəsində ilkin olaraq məlum olmuşdur ki, TX işçisi X10 öz iş növbəsində olarkən özünün vəzifə funksiyalarını həyata keçirdiyi yerdən, yəni anbar ərazisindən oğurluq etmiş və bu oğurluğu ilkin izahatına görə iki dəfəyə,xx.xx.2024 tarixdə 80 ədəd olmaqla, xx.xx.2024 tarixdə 97 ədəd olmaqla həyata keçirərək onları müxtəlif şəxslərlə satmışdır. O özü bu oğurluq hadisəsinin onun özü tərəfindən törədilməsini etiraf etmiş və izahatında bunu təsdiq etmişdir ki, boruları Şirkətin anbarından yük avtomobili ilə daşıyaraqoğurlamış və onları kimlərəsə satmışdır. Digər oğurlanmış borularla bağlı isə r-n Polis İdarəsi tərəfindən müvafiq araşdırma tədbirləri aparılmaqdadır. Bilavasitə Şirkətə məxsus olan mal materiaların və digər əmlakların mühafizəsi ilə məşğul olmaq vəzifəsi daşıyan X10 (və digərləri) bu hərəkəti ilə Şirkətə külli miqdarda maddi zərər vurmuş həm də Şirkətin adına və onun işgüzar nüfuzuna çox ciddi ziyan vurmuşdur.Bu oğurluq hərəkətinin onun rahat bir formada, yəni ƏŞ-in mühafizə xidmətinin nəzarəti düzgün və proseduralara uyğun olaraq həyata keçirmədikləri səbəbindən baş verdiyini nəzərə alaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iki müxtəlif tərkibdə Baş menecer tərəfindən xüsusi əmrlə daxili təhqiqat qrupu (komissiya) yaradılmış və bu faktın araşdırılması və bu hadisənin baş verməsində günahı olmuş işçilərin araşdırılıb dəqiqləşdirilməsi üçün komissiya üzvləri tərəfindən işlər görülərək müvafiq nəticəyə gəlinmişdir. Komissiyanın işi nəticəsində məlum olmuşdur ki, bilavasitə TX -i üzrə mühafizənin təmin edilməsi və bu işə nəzarəti həyata keçirən həmin şöbənin bir çox əməkdaşları o cümlədən oğurluq əməlinin törədilməsi vaxtda orada postların və ərazinin müntəzəm reydlər vasitəsilə yoxlanılmasını həyata keçirməli olan Təhlükəsizlik bölməsində növbə rəisi İddiaçı və həmin bölmənin mühafizəçisi və həmin vaxt xətt üzrə nəzarətçi olan X9 öz vəzifə funksiyalarına əməl etməyərək onların bilavasitə işə səhlənkar yanaşması, özlərinin vəzifə təlimatlarına əməl etməməsi,həmçinin “əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədikləri” nəticəsində bu cinayətkar əməl baş vermişdir. Yuxarıdakıları nəzərə alıb, müvafiq müraciət məktubu ilə aparılmış daxili təhqiqatın nəticəsinə əsaslanaraq, Azərbaycan Respublikasının Əmək Məcəllənin 80,1 maddəsinin tələblərinə əsasən Salyan Oy L LTD X1 Büro iclasında TX mühafizəçisi X10, Təhlükəsizlik bölməsində növbə rəisi İddiaçı və həmin bölmənin mühafizəçisi olan X3 mühafizə olunan ərazidən bilavasitə vəzifə funksiyalarının müvafiq qaydada yerinə yetirə bilməmələri səbəbindən ƏŞ-nə (SOCAR-dövlətə) külli miqdarda ziyan vurmaları məlum olduğundan onların qanunsuz əməllərinə görə Azərbaycan Respublikasi Əmək məcəlləsinin 70,ç (72,c,e,f bəndlərində olan əməli törətməsi) bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi barədə məktub təqdim etmişdir ki, burada da HİK Bürosu məsələni müzakirəyə çıxararaq(özlərinin iştirakı ilə) törədilmiş hadisə və əməl pislənilərək həmin şəxslərin işdən azad olunmasına etiraz edilməmişdir(HİK Qərarı).Nəticə etibarilə yuxarıda adı çəkilən işçilər ƏM -in 7O.ç. bəndi ilə işdən azad olunmuş və digər TX əməkdaşları isə onların məsuliyyətlərinə adekvat olmaqla (11 mühafizə xidməti işçiləri) müxtəlif adda intizam tənbehləri ilə cəzalandırılmışlar. İddiada qaldırılmış məsələlərlə ƏŞ olaraq razı olmadıqlarını və buna nümayəndə kimi etirazını aşağıdakı şəkildə bildirirlər:Birinci növbədə onu məlum edir ki, verilmiş hər üç əmr (HR/1312, HR /1318 və HR /1328 saylı əmrlər) Azərbaycan Əmək qanunvericiliyinin müddəa və tələblərinə riayət edilməklə verilmişdir.İddianın “işçiyə intizam tənbehi verilməsi” nə aid iddiasının heç bir əsası yoxdur ona görə ki, İddiaçı etdiyi şirkətdaxili neqativ hərəkətləri müqabilində bu xəbərdarlıq (halbuki xəbərdarlıq intizam tənbehi deyildir) çox cüzi bir intizam cəzası olmuşdur, (izahat və şikayət ərizələri əlavə edi lir). Burada iddiaçının əsaslandığı məsələ ki, guya ona xəbərdarlıq verilməsi barədə əmrin surətinin verilməməsinə gəlincə isə bildirirəm ki, iddiaçı həmin vaxtxəbərdarlıq barədə məlumatlandırılmış, ona yerli kadrlar şöbəsindən gəlib bu əmrlə tanış olmaq və ya onun surətini götürmək təklifi olsa da o bundan müxtəlif bəhanələr gətirərək imtina etmişdir (imtina haqda Kadrlar şöbəsində bu imtina ilə əlaqədar akt tərtib edilmişdir).İkinci əmr ,(30 iyul 2024-cü il tarixli 69-2024/SOL saylı əmr) yəni işçinin işdən kənarlaşdırılması məsələsinə isə aşağıdakı kimi aydınlıq gətirirlər: Aydındır ki, ƏŞ-nin mühafizə etdiyi ərazidə bilavasitə həmin şöbənin işçisi X10 tərəfindən oğurluq edilmiş və bu hissəvi olaraq (177 sayda boru ilə bağlı) təsdiq edilmişdir.Lakin Sonradan Şirkətin əsaslı vəsaitlərini idarə edən və ona məsul olan işçilər tərəfindən həm dəymiş ziyanın həcminin təyin edilməsi həm də ümumiyyətlə həmin sahəyə daşınaraq gətirilmiş və yığılmış boruların sayının dəqiqləşdirilməsi üçün müvafiq işlər görülmüşdür ki, bu işlərin də nəticəsində məlum olmuşdur ki, oğurlanmış və ya başqa formada mənimsənilmiş borular 177 sayda deyil, 402 saydadır. Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Təhlükəsizlik Xidmətinin mühafizəçisi X10 həm daxili araşdırma komissiyasına 177 borunun mənimsənilməsində günahı olduğunu öz izahat və ifadələri ilə təsdiq etmişdir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi oğurlanmış və faktiki olaraq mühafizə altına təhvil verilmiş və sonradan sayılmış çatışmayan boruların sayı 225 ədəd təşkil etdiyindən bununla əlaqədar oğurluq faktına uyğun olaraq yenidən Şirkətdaxili araşdırılması vacibliyini də yaratmışdır. Belə olan halda ƏŞ Baş menecerinin bu xoşagəlməz əməlin araşdırılması məqsədilə özünün daxili təhqiqat komissiyasını yaratmağı onun həm səlahiyyəti həm də saziş üzrə vəzifəsidir.Çünki oğurlanan əmlak ƏŞ nin əmlakı hesab edilmir. Neft-qaz əməliyyatları üçün istifadə olunan əmlak Podratçıların (SOCAR və GL GROUP) mülkiyyətindədir və Operator sadəcə bu əmlakdan və ya bu cür əsaslı fondlardan sadəcə istifadə hüququ vardır və əmlakın itirilməsi və ya oğurlanmasına cavabdehdir.Elə buna görə də bu tipli məsələlərdə daha şəffaf və hərtərəfli araşdırmalar tələb olunur ki, bu da ƏŞ tərəfindən dürüst və ədalətli formada həyata keçirilmişdir. İddiaçının digər bir sənədə, yəni “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına” istinad etməsi də hesab edirik ki, əsassıszdır. Birinci Qəraın üzündən də məlum olur ki, burada müvafiq sorğuya uyğun olaraq düzünə fakt əsasında bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçinin işdən kənarlaşdırılması hansı orqanın Qərarı əsasında həyata keçirilməlidir məsələsinə aydınlıq gətirilmişdir. Lakin onların prosesdə keçmiş işçi İddiaçı bilavasitə həmin fakta görə yox, Məcəllənin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, “işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi”ilə işdən kənarlaşdırmışdır (həmçinin Salyan OyL Limited ƏŞ-in “İnsan Resursları üzrə Əsasnaməsinin 7.9 maddəsinin verdiyi səlahiyyət əsasında-əlavə edilir).Əlavə olaraq qaldı iddiaçının guya “qanunsuz olaraq işdən azad edilməsi” məsələsinə isə hesab edirlər ki, İşəgötürən burada da qanunvericiliyə tam əməl etmiş,özünün yaratdığı iki daxili araşdırma komissiya vasitəsi ilə baş vermiş hadisənin daxili təhqiqatını şəffaf və dürüst aparılması yolu ilə İddiaçı barəsində ədalətli qərar qəbul edərək onu öz əmri ilə işdən azad etmişdir.Belə ki, məlum olmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi ki, guya onun nə vəzifə təlimatına,nə əmək müqaviləsinə edilmiş əlavəyə,həmçinin mühafizə funksiyası ilə bağlı təlimatlardan xəbəri olmaması, yəni hər hansı bir sənədə imza etməməsi tam bir yalandır (həmin sənədlər əlavə olunur).Komissiyanın gəldiyi nəticə ondan ibarət olmuşdur ki,(araşdırma nəticəsində alınmış izahatlar, məlumatlar və sair sənədlər) baş vermiş və artıq onlara məlum olmuş hə iki oğurluq (mənimsəmələr) bilavasitə iddiaçının növbədə rəis olduğu vaxt baş vermiş və izahatlardan da bəlli olur ki, İddiaçı həmin vaxt demək olar ki, müvafiq postları təlimata uyğun olaraq vaxtında reyd və yoxlama aparmamış və ya ümumiyyətlə öz xidməti avtomobilindən başqa məqsədlər üçün istifadə etmiş, bir sözlə vəzifə funksiyalarına uyğun hərəkət etməmişdir. Nəticədə iddiaçı öz vəzifə funksiyalarını və öz məsul olduğu işi layiqincə yerinə yetirə bilməmiş,qəsdən və ya etinasızlıqla özünün əmək funksiyasını, vəzifə borcunu,öhdəliklərini yerinə yetriməmişdir.Buna görə də iş yerində işəgötürənin,habelə əmək kollektivinin,onun ayrı ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymişdir.Belə ki, araşdırma nəticəsində əlavə olaraq müəyyən nüanslar da ortayaçıxmışdır və məlum olmuşdur ki, İddiaçı öz əmək funksiyalarına və vəzifə təlimatına aid olmayan müxtəlif qanunsuz və Şirkətdaxili nizamintizam qaydalarına zidd olan qanunsuz, həmçinin digər işçilərin Əmək Məcəlləsi və Konstitusiya ilə möhkəmlənmiş insan hüquq və azadlıqlarının,onların şəxsi toxunulmazlıq, həmçinin şərəf və ləyaqətlərinin qorunmasına zidd olan hərəkətlər və əməllər də törətmişdir. Вu məsələ komissiyaya (həmçinin baş menecerə) təqdim olunmuş həm fərdi həm də kollektiv şəkildə yazılmış şikayətlər və məlumatlarla tam təsdiqini tapmışdır (əlavə olunur fərdi şikayətlər və kollektiv şikayət). Buradan da məlum olur ki, bu neqativ və qanunsuz hərəkətlər İddiaçı üçün əlavə olaraq əmək qanunvericiliyinin və ya digər normativ hüquqi aktların kobud şəkildə pozulamsı deməkdir. İddiaçının guya ona ƏŞ tərəfindən onun mənəvi ziyan olaraq iddia etdiyi 10.000 AZN migdarda təzminat məsələsi isə sadəcə gülünc doğurur.Belə ki, keçmiş mühafizə xidmətinin əməkdaşı İddiaçı və sairləri özlərinin mühafizə etdiyi və məsul olduğu sahədən bilavasitə həmin xidmətin işçilərinin birbaşa oğurluq etməsi və bu tipli qanunsuzluqların qarşısını alamaq üçün məsul olan şəxslər tərəfindən ƏŞ-in nüfuzuna və işgüzar fəaliyyətinə və ona maddi ziyan vurmaqla (qoşmada ziyanın məbləği əlavə edilir)çox ciddi şəkildə ziyan vurulduqlarını unudub özünün hansısa xəyal quraraq təzminat istəməsi həqiqətən də ağlasığmaz,əsassız bir istəkdən başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: 22113 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh şirkətdə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində qeyd edilir ki, işçinin əsas iş yeri Salyan rayonu, Kürsəngi və Qarabağlı neft yataqlarıdır. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, işçinin vəzifələri bu əmək müqaviləsinə qoşma B kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunur. Təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifə təlimatından görünür ki, növbə ərzində müəssisədə və istahesal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi barədə təkliflər vermək təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. 02 iyul 2024-cü il tarixli intizam tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı xəbərdarlıq verilmişdir. 29 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, anbar balansında xx.xx.2024-cü il tarixinə 27/8 borular üzrə qalıq 11239 ədəd təşkil edir və onlardan 5464 ədədi “Garaj anbarı” adlanan əraziyə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər müvafiq mədaxil-məxaric sənədlərinə uyğun olaraq daşınmışdır. Baş vermiş hadisədən sonra “Garaj anbarı” adlanan ərazidə yoxlama aparılmış və 402 ədəd borunun çatışmazlığı müəyyən edilmişdir. 30 iyul 2024-cü il tarixli komissiyanın yaradılması haqqında əmrin surətindən görünür ki, baş vermiş oğurluq hadisəsinin araşdırılması üçün "xxxx" Limited Şirkəti tərəfindən komissiya yaradılmışdır. “Salyan Oil Limited.”-in Həmkarlar İttifaqının 30 iyul 2024-cü il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığından o cümlədən məsul şəxs kimi öz vəzifə təlimatına və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozuduğundan və bu fakt müvafiq daxili komissiya tərəfindən təsdiq olunduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvedilməsinə razılıq verilsin. “Salyan Oil Limited.”-in 31 iyul 2024-cü il tarixli 1318 saylı əmrində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixindən daxili təhqiqat ilə bağlı yekun qərar verilənədək işdən kənar edilsin və ona işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməsin. “Salyan Oil Limited.”-in 23 avqust 2024-cü il tarixli HR/1328 saylı əmrində qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, iş materiallarında olan iddiaçı barəsində Şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş şikayət ərizəsinə o, qol çəkmişdir. İddiaçı iş zamanı işçilərin gizli şəkildə foto şəkillərini çəkərək rəhbərliyə çatdırır və işçilərin cərimə olunmasına çalışırdı. İddiaçı onun barəsində məişət zorakılığına yol verməmişdir. O, növbə rəisi vəzifəsində çalışır və onun vəzifəsi mütəmadi olaraq post nəzarətçilərini yoxlamaq və bununla bağlı dəftərə imza etdirməkdir. Baş vermiş oğurluq hadisəsindən xəbərdardır və hadisəsinin iddiaçının növbəsi zamanı baş verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, iş materiallarında olan iddiaçı barəsində Şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş şikayət ərizəsinə o, qol çəkmişdir. İddiaçı iş zamanı işçilərin gizli şəkildə foto şəkillərini çəkərək rəhbərliyə çatdırır və işçilərin cərimə olunmasına çalışırdı. İddiaçı onun barəsində məişət zorakılığına yol verməmişdir. Baş vermiş oğurluq hadisəsindən xəbərdardır və hadisəsinin iddiaçının növbəsi zamanı baş verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, iş materiallarında olan iddiaçı barəsində Şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş şikayət ərizəsinə o, qol çəkmişdir. İddiaçı iş zamanı işçilərin gizli şəkildə foto şəkillərini çəkərək rəhbərliyə çatdırır və işçilərin cərimə olunmasına çalışırdı. İddiaçı onun barəsində məişət zorakılığına yol verməmişdir. Baş vermiş oğurluq hadisəsindən xəbərdardır və hadisəsinin iddiaçının növbəsi zamanı baş verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, iş materiallarında olan iddiaçı barəsində Şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş şikayət ərizəsinə o, qol çəkmişdir. İddiaçı iş zamanı işçilərin gizli şəkildə foto şəkillərini çəkərək rəhbərliyə çatdırır və işçilərin cərimə olunmasına çalışırdı. İddiaçı onun barəsində məişət zorakılığına yol verməmişdir. Baş vermiş oğurluq hadisəsindən xəbərdardır və hadisəsinin iddiaçının növbəsi zamanı baş verdiyini eşitmişdir. Məhkəmə qeyd edir ki, sözügedən əmrlərin ləğvinə əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. Lakin iddiaçının əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində şirkətin anbarında oğurluq hadisəsi baş vermiş və bu halın obyektiv araşdırılması üçün həmin müddət ərzində oğurluq hadisəsində iştirakları şübhəli bilinən digər işçilərlə yanaşı iddiaçı müvəqqəti olaraq işdən kənar edilmişdir. Yoxlama nəticəsində iddiaçının öz əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində baş vermiş bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığı müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən göründüyü kimi iddiaçının yol verdiyi nöqsan nəticəsində cavabdeh şirkətə kifayət qədər yüksək məbləğdə zərər dəymişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə eyni zamanda qeyd edir ki, işəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasında işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, habelə xx.xx.2024-cü il tarixli intizam tənbehinin verilməsi və xx.xx.2024-cü il tarixli işçilərin işdən kənar edilmələri barədə əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın qeyd olunan hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh X7 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar