Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2049/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR), Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR) “Azneft” X1 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, məzuniyyət pulunun ödənilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR), Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR) “Azneft” X1 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3-cü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, məzuniyyət pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdeh AzMedicon Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlanmış, İşçi "xxxx" MMC, Bakı Şəhər, ARDNŞ-nin 11 və 13-cü platformaları üzrə Neft Daşları ünvanında Dalğıc həkimi vəzifəsinə (peşəsinə) işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə görə, bu əmək müqaviləsi xx.xx.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-cü maddəsinin 4-cü bəndinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45.4-cü maddəsinin imperativ tələbi pozulmuş, əslində işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmasina baxmayaraq onunla əmək müqaviləsi müddətli bağlanmışdır. Bu səbəblə hesab edir ki, qeyd edilən əmək müqaviləsinin 2.3cü bəndi qanunvericiliyin imperativ normalarina zidd olduğu üçün etibarsızdır. Bunun məhkəmə tərəfindən araşdırılmasının xahiş edir. Bundan başqa o, əmək müqaviləsi üzrə öz vəzifələrini layiqincə yerinə yetirməsinə baxmayaraq, o, hüquqlarının tələb etməsi səbəbi ilə müqavilə müddətinin bitdiyini bəhanə edərək cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində işdən çıxarılmışdır. Belə ki, çalışdığı dövrdə o, bir neçə dəfə müraciət edərək bildirmişdir ki, “o, xx.xx.2022-ci il tarixindən hazırkı tarixə qədər AzMedicon şirkətində işəqəbul olmuş və həmin tarixdən SOCAR X2 Dalğic Xidmətinin Mobil Dalğic Kompleksi (MDK) sahəsində "dalğıc həkimi” vəzifəsində işləyir. AzMedicon şirkətinin böyük həkimi vəzifəsində işləyən Hüseynov Gündüz tərəfindən ona dəfələrlə şifahi qaydada məlumat verilib ki,sahə rəisi Rəhim Məmmədov dalğıc onun işləmək istəmir. Xahiş edirik ki, bu məsələ araşdırılsın”. Lakin bu məsələ heç bir zaman araşdırılmadı. Bundan başqa o, işdən azad ediləndən sonra da yenə ərizə ilə müraciət edərək bildirdi ki, “Mən, İddiaçı, "Azmedicon” MMC müəssisəsində "Dalğıc həkimi" vəzifəsində 23 iyun 2022 tarixindən etibarən hər 6 aydan bir yenilənən müddətli əmək müqaviləsi ilə işləyirdim. Toplam iş müddətim fasiləsiz olaraq 3 ilə bərabərdir. 13 İyul 2025 tarixdə əmək müqaviləmin müddəti başa çatmış və bu barədə mənə yalnız 12 İyul 2025 tarixdə, o da WhatsApp vasitəsilə qeyri-rəsmi şəkildə məlumat verilmişdir. Bu isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4.2-ci maddəsinin və 68-ci maddəsinin tələblərinə ziddir, çünki müddətli müqaviləyə xitam verilərkən ən azı 3 iş günü əvvəldən yazılı bildiriş təqdim olunmalı idi. Əlavə olaraq, bu əmək münasibətləri 3 il fasiləsiz davam etdiyi üçün, faktiki olaraq daimi əmək münasibətləri xarakteri daşıyırdı. Mənim yerimə başqa şəxsin götürülməsi və ya işimin ləğvi, işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi anlamına gəlir və bu halda Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, mənə 2 (iki) aylıq orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir. Əlavə olaraq bildirirəm ki, əmək müqaviləmdə illik məzuniyyət müddəti 32 təqvim günü nəzərdə tutulduğu halda, mənə hər il yalnız 30 təqvim günü məzuniyyət verilmişdir. Bu səbəbdən, hər il üçün 2 təqvim günü olmaqla, 3 il ərzində ümumilikdə 6 təqvim günü məzuniyyətdən istifadə etməmişəm. İstifadə edilməmiş bu məzuniyyət günləri üçün kompensasiya verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməli və bu halda hüquqların pozulmasi halında kompensasiyanın artırılmış (3 misli) şəkildə ödənilməsi təmin olunmalidir. Yuxarıda qeyd edilənlərə əsasən: Tələb edirəm ki: 1. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, mənə 2 aylıq orta əməkhaqq1 miqdarinda kompensasiya ödənilsin. 2.Hər bir təqvim günü üçün 50 (əlli) manat hesabı ilə ümumilikdə 300(üçyüz) manat dəyərində kompensasiyanın 3 misli - yəni 900 (doqquz yüz) manat məbləğində kompensasiya ödənilsin. 3.Əgər bu tələb 7 (yeddi) təqvim günü ərzində yerinə yetirilməzsə, mən X4 Xidməti və Məhkəmə orqanlarına müraciət edəcəyimi bildirirəm. Əmək qanunvericiliyinin tələblərinə hörmətlə yanaşacağınızı ümid edirəm”. Lakin cavabdeh bu ərizəyə də heç bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh, onu qanunsuz olaraq işdən azad etmis, onun 6 günlük məzuniyyət pulunu ödəməmiş, bununla qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edir ki, bu qəbul ediməzdir. Bütün bunlardan dolayı o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur qalmışdır. Bu məqsədlə əvvəlcə Mediasiya prosesinə müraciət edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bütün bunlar əsasında məhkəmədən xahiş edir ki, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının, bundan başqa hələ də ödənməyən 6 günlük, yəni 300 manat məzuniyyət pulunun (son haqq-hesabın), həmin 300 manat məzuniyyət pulunun hələ də ödənməməsi səbəbi ilə hesablanmış günlük 5 faiz ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilsin. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin “bu Əmək müqaviləsi xx.xx.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır” məzmunlu 2.3-cü bəndi və “Bu Əmək müqaviləsi müddətsiz bağlanmamışdır” məzmunlu 2.3-cü bəndi etibarsız hesab edilməsi, Cavabdeh onun xx.xx.2025-ci il tarixində işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilərək iddiaçı "xxxx" MMC-də ARDNŞ-nin Dalğıc Xidmətinin "Neft Daşları" məntəqəsi ünvanında Dalğıc həkimi vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh AzMedicon Məhdud Məsuliyyətli Cəmiyyətinin hələ də ödəmədiyi son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi, 60 manat mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 AZN Brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR-dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X1 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, qaldırdığı iddianın əsaslı olması səbəbi ilə işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi və həmin tarixli işə qəbul haqqında əmrlə İddiaçı Azmedicon MMC-də dalğıc həkim vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin 2.3 bəndinə əsasən bu əmək müqaviləsi “47f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi) qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinə qədər müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsinə 11 (on bir) gün qalmış işçiyə qanunla müəyyən edilmiş qaydada elektron kabinetinə bildiriş göndərilmşdir. Həmin bildirişlə əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində başa çatdığı, xx.xx.2025-ci il tarixinin bazar gününə təsədüf etdiyindən xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, işçi təhviltəslim və sənədlərin rəsmiləşdirilməsi üçün İnsan Resursları şöbəsinə müraciət etməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixində əmr №0025/K/25 saylı əmrlə işçi ilə əmək müqaviləsi AR ƏM-nin 73.1 bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3 bəndinə əsasən bu əmək müqaviləsi “47f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi) qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinə qədər müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsinə 11 gün qalmış, yəni xx.xx.2025-ci il tarixində işçiyə qanunla müəyyən edilmiş qaydada elektron kabinetinə bildiriş göndərilmişdir. Bildirişlə əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam veriləcəyi bildirilmişdir. Əmək məzuniyyəti məsələsinə gəldikdə iddiaçı iddia edir ki, əmək müqaviləsində illik məzuniyyət müddəti 32 təqvim günüdür. Məhkəməyə səhv məlumat verir. Əmək müqaviləsində əsas əmək məzuniyyəti müddəti 30 gün müəyyən edilib. Qanunun tələbinə görə 5 illik əmək stajı dolduqdan sonra xx.xx.2025-ci il tarixində əmək müqaviləsinin 8-ci bəndi ilə müqaviləyə dəyişiklik edilərək ümumi əmək məzuniyyəti müddəti 30 gündən 32 günə çıxarılmışdır. İddiaçı dəyişikliyə qədər 30 gün dəyişiklikdən sonra isə istifadə etmədiyi 2 günün son haqq-hesabını almışdır. İddiaçının əmək müqaviləsi üzrə öz vəzifələrini layiqincə yerinə yetirdiyi halda, hüquqlarını tələb etməsi səbəbi ilə müqavilə müddətinin bitməsini bəhanə gətirilərək işdən çıxarılması arqumentinin də əsası yoxdur. Əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam verilmişdir. Əmək müqaviləsi müddəti bitdikdən sonra işəgötürən əmək münasibətlərinin davam etdirilməsini istəməmişdir. Ardından xx.xx.2025-ci il tarixində İddiaçı öz email poçtundan direktor Ehtiram Quliyevə məktub ünvanlamışdır. Həmin məktubda özünün əsassız fikirlərinə istinad etmiş, Cavabdeh MMC-nin direktoru Ehtiram Quliyevin yuxu arteriyasına bıçaq saplamağla qatil olmasından, şirkətin əsl patronunun “Paşa Holdinq” olmasından, şirkətə “krişalıq” edərək qorumasından, məhkəmələrin hakim ailənin əmri altında olması kimi hüquqdan kənar fikirlər yazmışdır. Nəticədə polisin qərarı ilə İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün materiallar sahə inspektoruna həvalə edilməsi qərarlaşdırılmışdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun 3-cü şəxs qismində göstərdiyi SOCAR və “Azneft” İB-dən müştərək qaydada pul tələb edir. Halbuki onlarla hər hansı bir əmək müqaviləsi bağlanılmamışdır, həmçinin iddia ərizəsində həmin hüquqi şəxslər 3cü şəxs qismində göstərilmişdir. Tələbinin isə əsaslığı barədə sübutu yoxdur. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X1 Xidmətinin nümayəndələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə Cavabdeh MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, ARDNŞ-nin 11 və 13-cü platformaları, X5 həkimi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanmışdır (bənd 2.1). Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Resp. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 3 il 21 ay müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2022-ci il tarixindən, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə başlayır (bənd 2.4). İş üzrə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeha Dalğıc həkim vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona 2022-23-cü iş ili üçün xx.xx.2022-ci il tarixdən 15 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 067/22/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 15 təqvim günü müddətinə olmaqla (2022-2023-cü iş ilinə görə) xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əsas əmək məzuniyyəti verilməsi,08 noyabr (Zəfər Günü), 09 noyabr (X6) təsadüf etdiyi üçün, xx.xx.2022-ci il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona 2022-23-cü iş ili üçün xx.xx.2023-cü il tarixdən 14 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 0011/23/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 14 təqvim günü müddətinə olmaqla (2022-2023-cü iş ilinə görə) xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2023-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona 2023-24-cü iş ili üçün xx.xx.2023-cü il tarixdən 1 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 0029/23/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 1 təqvim günü müddətinə olmaqla (2022-2023-cü iş ilinə görə) xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2023-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona 2023-24-cü iş ili üçün xx.xx.2023-cü il tarixdən 15 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 0091/23/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 15 təqvim günü müddətinə olmaqla (2023-2024-cü iş ilinə görə) xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2024-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona 2023-24-cü iş ili üçün xx.xx.2024-cü il tarixdən 14 günlük məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 0056/24/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 14 təqvim günü müddətinə olmaqla (2023-2024-cü iş ilinə görə) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2024-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona 2023-24-cü iş ili üçün xx.xx.2024-cü il tarixdən 1 günlük məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 0070/24/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 1 təqvim günü müddətinə olmaqla (2023-2024-cü iş ilinə görə) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2024-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona 2024-25-ciü iş ili üçün xx.xx.2024-cü il tarixdən 14 gün məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 0085/24/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 14 təqvim günü müddətinə olmaqla (2024-2025-ci iş ilinə görə) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2024-cü il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən ona 2024-25-ci iş ili üçün xx.xx.2025-ci il tarixdən 6 günlük məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 006/25/m saylı əmrinə əsasən Cavabdeh MMC-nin Dalğıc həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1ci hissəsinin “a” bəndinə əsasən 6 təqvim günü müddətinə olmaqla (2023-2025-ci iş ilinə görə) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas əmək məzuniyyəti verilməsi, xx.xx.2025ci il tarixdə işə başlaması əmr verilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə ünvanlanmış elektron məktubundan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə başa çatır Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq xx.xx.2025-ci il bazar jününə təsadüf etdiyi üçün xx.xx.2025-ci il tarixində əmək münasibətlərinə xitam veriləcəkdir. əmək münasibətlərinə xitam verilməsindən əvvəl şirkətə məxsus əmlakın (əgər varsa) təhvil verilməsi və sənədlərin rəsmiləşdirilməsi üçün İnsan Resursları şöbəsinə müraciət etsin. Cavabdeh MMC olaraq bu müddət ərzində göstərdiyi əmək və səmərəli fəaliyyəti üçün İddiaçı təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırlar. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 0025/K/25 saylı əmrin surətindən görünür ki, "xxxx" MMC bölməsində “Dalğıc həkim” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 73.1- müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixlən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departameninə həvalə edilmişdir. İş üzrə xxxxxxx0003X0 saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli, 0025/K/25 saylı əmrinə əsasən Azərbaycan Respublikası 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi) əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Ehtiram Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli kompensasiya tələbi ilə bağlı ərizədən görünür ki, o, Cavabdeh MMC müəssisəsində “Dalğıc həkimi”vəzifəsində xx.xx.2022-ci il tarixdən etibarən hər 6 aydan bir yenilənən müddətli əmək müqaviləsi ilə işləyirdi. Toplam iş müddəti fasiləsiz olaraq 3 ilə bərabərdir. 13 iyul 2025-ci il tarixdə əmək müqaviləsinin müddəti başa çatmış və bu barədə ona yalnız xx.xx.2025-ci il tarixdə, o, da WhatsApp vasitəsilə qeyri-rəsmi şəkildə məlumat verilmişdir. Bu isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4.2-ci maddəsinin və 68-ci maddəsinin tələblərinə ziddir, çunki müddətli müqaviləyə xitam verilərkən ən azı 3 iş günü əvvəldən yazılı bildiriş təqdim olunmalı idi. Əlavə olaraq bu əmək münasibətləri 3 il fasiləsiz davam etdiyi üçün, faktiki olaraq daimi əmək münasibətləri xarakteri daşıyırdı. Onun yerinə başqa şəxsin götürülməsi və ya işinin ləğvi, işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi anlamına gəlir və bu halda Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ona 2 aylıq orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir. Əlavə olaraq bildirir ki, əmək müqaviləsində illin məzuniyyət müddəti 32 təqvim günü nəzərdə tutulduğu halda, ona hər il yalnız 30 təqvim günü məzuniyyət verilmişdir. Bu səbəbdən hər il üçün 2 təqvim günü olmaqla 3 il ərzində ümumilikdə 6 təqvim günü məzuniyyətdən istifadə etməmişdir. İstifadə edilməmiş bu məzuniyyət günləri üçün kompensasiya verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməli və bu halda hüquqların pozulması halında kompensasiyanın artırılmış (3 misli) şəkildə ödənilməsi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Əmək 70-ci maddəsinə əsasən ona 2 aylıq orta əmək haqqı miqdarında kompensasiya ödənilməsi, hər bir təqvim günü üçün 50 manat hesabı ilə ümumilikdə 300 manat dəyərində kompensasiyanın 3 misli, yəni 900 manat məbləğində kompensasiya ödənilməsi tələb edir. Əgər bu tələb 7 təqdim günü ərzində yyerinə yetirilməzsə, o, X4 Xidməti və məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/2-00690/25 nömrəli arayışın surətindən görünür ki, İddiaçı işçinin işə bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqında ödənilməsi tələbi üzrə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri ARDNŞ-nin 11 və 13-cü platformaları, Neft Daşları, Dalğıc həkim vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası ƏMnin 47-ci maddəsinə əməl edilməklə müddətli əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək - 3 il 21 gün müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, əmək müqaviləsinin müddətinin bitməsinə 11 gün qalmış cavabdeh tərəfindən iddiaçıya elektron kabinetinə bildiriş göndərilmiş, həmin bildirişlə əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində başa çatdığı xx.xx.2025-ci il tarixinin bazar gününə təsədüf etdiyindən xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 0025/K saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (Müddətli əmək müqaviləsinin müddləti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilmərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onu qanunsuz olaraq işdən azad etmis, onun 6 günlük məzuniyyət pulunu ödəməmiş, bununla qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edir ki, bu qəbulediməzdir. Bütün bunlardan dolayı o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur qalmışdır. Bu səbəbdən iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin “bu Əmək müqaviləsi xx.xx.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır” məzmunlu 2.3-cü bəndi və “Bu Əmək müqaviləsi müddətsiz bağlanmamışdır” məzmunlu 2.3-cü bəndi etibarsız hesab edilməsi, Cavabdeh onun xx.xx.2025-ci il tarixində işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilərək iddiaçı "xxxx" MMCdə ARDNŞ-nin Dalğıc Xidmətinin "Neft Daşları" məntəqəsi ünvanında Dalğıc həkimi vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh AzMedicon Məhdud Məsuliyyətli Cəmiyyətinin hələ də ödəmədiyi son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi, 60 manat mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 manat Brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR-dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X1 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının Cavabdeh MMC-nin Dalğıc həkimi vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış,iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz bağlanılmalı olması barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin qanunsuz hesab edilməsi ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh hələ də ödəmədiyi son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstiutsiyasının 37-ci maddəsinin 1-ci hissəsi hər kəsin istirahət hüququna malik olmasını bəyan etmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı 1 dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Yəni Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin məzuniyyət hüququna təminat vermişdir. Məzuniyyət hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin V-ci bölməsinin XVİ-XXİİİ fəsillərinə daxil edilmişdir. Müəssisənin mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq əmək müqaviləsi ilə işləyən hər bir işçi ödənişli əmək məzuniyyətindən istifadə etmək hüququna malikdir. İşçi ödənişli məzuniyyət hüququnu əmək müqaviləsi qüvvəyə mindiyi andan əldə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunan sübutlarla müəyyən olunur ki, iddiaçıya işlədiyi müddət ərzində əmək məzuniyyəti ilə bağlı ödənişlər həyata keçirilmiş, istifadə etmədiyi 2 gün əmək məzuniyyəti üçün son haqq-hesab hesablanaraq ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 AZN Brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR-dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X1 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbi təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin tələbi iddia ərizəsində 3-cü şəxs qismində göstərdiyi hüquqi şəxslərə qarşı yönəltmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR), Azərbaycan Respublikasi Dövlət Neft Sirkəti (SOCAR) “Azneft” X1 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3-cü şəxs qismində cəlb edilməklə) iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin “bu Əmək müqaviləsi xx.xx.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır” məzmunlu 2.3-cü bəndi və “Bu Əmək müqaviləsi müddətsiz bağlanmamışdır” məzmunlu 2.3-cü bəndinin etibarsız hesab edilməsi, Cavabdeh onun xx.xx.2025-ci il tarixində işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilərək iddiaçı "xxxx" MMC-də ARDNŞ-nin Dalğıc Xidmətinin "Neft Daşları" məntəqəsi ünvanında Dalğıc həkimi vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh AzMedicon Məhdud Məsuliyyətli Cəmiyyətinin hələ də ödəmədiyi son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödəncin hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 AZN Brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR-dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X1 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev