Məhkəmə qərarları › İş №e-2(009)-2073/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2073/2022

02.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2073/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 96/K saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 111 manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, rabitə sahəsində işləmiş və ona verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlməyə, səmərəli fəaliyyət göstərməyə çalışmışdır. Xalqına və Dövlətinə bağlı, vicdanlı və məsuliyyətli vətəndaşdır. Lakin bir neçə müddət bundan əvvəl iş yerində (xx.xx.2021-ci il tarixə kimi Cavabdehndə mühasib vəzifəsində çalışmışdır) ona qarşı olan münasibətlər ona sarsılmağına və məyus olmasına səbəb olmuşdur. Belə ki, 2008-ci ildən etibarən hazırda rəis müavini işləyən Namiq Nəbiyevə sonuncunun gətirdiyi kadr olan 2020-ci ildə işdən azad edilmiş əvvəlki baş mühasib İradə Nuriyeva mütəmadi olaraq onunla əsassız mübahisələr etmiş, qərəzli mövqe nümayiş etdirmişlər, nəticə olaraq da olan və ya olmayan hər kiçik nöqsanları müzakirəyə çıxarıb rəsmiləşdirmiş, dəfələrlə onu bu müəssisədə görmək istəmədiklərini, öz adamlarını işə götürmək istədiklərini, öz komandalarını yığmaq arzusunda olduqlarını bildirmişlər. Hətta 2020-ci ildə də ona qarşı tələ qurdular, hələ həmin vaxt onu işdən çıxarmaq istəyirdilər, lakin edə bilmədilər, nəticədə ona töhmət verdilər. Baş idarə isə İradəni işdən çıxardı. 2021-ci ildə də Namiq Nəbiyev ona qarşı həmin qərəzli mövqeyini davam etdirdi. O, işdə nə nöqsana yol vermişdirsə, buna görə töhmət də almışdır və səhvlərini də təkrar etmirdi. X1 prinsip aparması və qərəzli mövqeyinin başqa bir səbəbi də 2021-ci ilin sentyabr ayında idarənin bəzi şöbələrində ixtisar aparılarkən, ixtisara düşən işçilərin sərəncamında olan malmaterialların təhvil təslimi aparılır və həmin mal-materiallar digər işçilərin istifadəsinə verilirdi, həmin vaxt təsərrüfat müdiri Pərviz Əliyevin istifadəsində olan mal-materiallar (ofis mebel dəsti) Rafiq Süleymanova təhvil verilən zaman rəis müavini işləyən və rəis vəzifəsini icra edən Namiq Nəbiyev aktın üzərinə xətt çəkdi ki, bu əşyaları sil, təhvil vermə və aktda göstərmə, o da bununla razılaşmadı ki, istifadəyə yararlı mebellər nə üçün silinməlidir, bu zaman onunla mübahisə etdi və bildirdi ki, ona göstəriş verməsin, o nə desə, o da olmalıdır. Bundan sonra aktı dəyişdirdi və ona da məcburi imza etdirdi, bununla da mübahisələr davam etdi və ona töhmət verdi. xx.xx.2021-ci ildə Namiq Nəbiyev yenidən araşdırma aparmağa əvvəlki işləri qaldırmağa başladı və onun barəsində ciddi tədbir görülməsinə dair əmr verdi. Namiq Nəbiyev onun nöqsanından sui-istifadə edərək qərəzli münasibətini davam edirdi. Belə ki, birinci dəfə 05 iyul 2021-ci ildə əmək haqqının səhv hesablanması barədə şikayət olmuş, ona baxılmış ondan izahat alınmış, (bu səhv də tabel ona səhv verildiyi üçün olmuş və o həmin səhvi sonradan düzəltmişdir). xx.xx.2021-ci ildə isə həmin şikayətçidən təkrar ərizə alıb və bu işə görə ona xx.xx.2021-ci ildə töhmət verildi. Halbuki F.İbrahimovun şikayəti üzrə iyulda yoxlama aparılmış və nəticə verilmişdir. Lakin sonradan məlum olub ki, birinci araşdırmada həmin faktlar aşkar olub və təkrar yoxlamaya ehtiyac yox idi. 2021-ci ilin oktyabr ayının 11-də Namiq Nəbiyev onun intizam tənbehinə cəlb edilməyi barədə əmr verib, əmrdə Həmkarlar Komitəsinə müraciət də qeyd olunmuşdur. Həmçinin həmin ərəfələrdə dəfələrlə onu işdən çıxaracağı ilə hədələmişdir. Bundan sonra, o, xx.xx.2021-ci ildə Azərpoçt MMC-yə müraciət edərək, Namiqin onu işdən çıxarmaq istədiyini bildirmişdir. Namiq Nəbiyev həqiqətən də Həmkarlar Komitəsinə müraciət etmiş, lakin heç bir işçinin Həmkarlar Komitəsinin təyin etdiyi iclasda iştirakına icazə vermədiyi üçün bu işə həmkarlarda baxılması mümkün olmamışdır. Bundan sonra işdə yaranmış vəziyyətlə bağlı keçirdiyi stres nəticəsində, o, xx.xx.2021-ci il tarixdə səhhətində yaranmış problem səbəbindən tibb müəssisəsinə müraciət etdi və bülletenə çıxdı. Xəstəliyi ilə bağlı bülleten müddəti xx.xx.2022ci il tarixdə bitmişdir. Sonradan ona məlum oldu ki, Namiq Nəbiyev onu xx.xx.2021-ci il tarixli 96\K saylı əmri ilə xx.xx.2021-ci il tarixdən işdən azad etmişdir. O, işdən azad edilməyi barədə əmrin surəti ilə tanış olarkən ona məlum oldu ki AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə, yəni guya “əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” işdən azad edilmişdir. Bu qədər əsassız, qanunsuz və heç bir sübuta söykənməyən qərarın verilməsində məqsədi nə olduğunu hələ də başa düşmür. xx.xx.2022-ci il tarixdə cavabdeh müəssisənin yeni rəisinə (Əfqan Şahmarova) ərizə yazdı ki, onu isə bərpa etsin. Lakin 10 gün ərzində işəgötürən heç bir cavab vermədi. Buna görə də, o, xx.xx.2022-ci il tarixdə əmək müfəttişliyinə ərizə ilə müraciət etdi. Əmək müfəttişliyi xx.xx.2022-ci il tarixli məktubla ona cavab məktubu ünvanladı və həmin məktubda cavabdehin xx.xx.2021-ci il tarixli 96/K saylı əmrinin qanunsuz olması və onun işə bərpa edilməyi barədə işəgötürənə məktub ünvanlandığı qeyd edilmişdir. Əmək müfəttişliyinin əməkdaşları həmin vaxt ona bildirdilər ki, o hələ məhkəməyə müraciət etməsin, onlar işəgötürənə məktub yazmışlar onu işə bərpa edəcəklər. O da, bir müddət gözlədi və sonra cavabdeh təşkilata şifahi müraciət edərkən dedilər ki, işə bərpa olmayacaq və onlar Əmək müfəttişliyinin mövqeyi ilə razı deyillər. Bundan sonra o, ilk olaraq mediasiya təklifi ilə qarşı tərəfə sonra isə mediasiya təşkilatına müraciət etdi. Lakin qarşı tərəf mediasiya sessiyasında da iştirak etmədi. 2022-ci ilin may iyun aylarında isə AR Baş prokurorluğu yanında Korrupsiya idarəsində onun əmək qabiliyyətinin olmaması vərəqələrinin (tibbi bülleteninin) saxta olub-olmaması araşdırılıb. Hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 96\K saylı əmri qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli və o öz işinə bərpa edilməlidir. Belə ki, o, etdiyi nöqsana görə intizam tənbehi almış, daha sonra nöqsanlar təkrar olmamış, dəfələrlə onunla qərəzli mövqe, hədəqorxu etmələr stres yaşamasına səbəb olmuş, müalicədə olduğu halda və Həmkarlar Komitəsinin rəyi alınmadan onu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla işdən çıxarmış və qanunda əmrin əsaslandırılması tələbi olsa da, işəgötürən əmrində işdə konkret olaraq hansı əmək funksiyanı pozduğunu göstərməli idi. Lakin hazırki iş üzrə cavabdeh təşkilat onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddənin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi günğən bir ay keçənədək verilə bilər...ona isə aprel may ayında olan nöqsana görə avqust ayında töhmət verilmiş, avqust ayının yoxlamasına görə noyabr ayında işdən azad edilmişdir) tələbləri pozularaq, həmçinin həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinin (bu Məcəliənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir) tələblərinə əsasən üzv olduğu Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan, eyni zamanda xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqinin olduğu nəzərə alınmadan həmin Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir. Bununla bağlı Əmək Müfəttişliyi tərəfindən Mərkəzi Xüsusi Rabitə idarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda da onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 96/k nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifəsinə qaytarılmasına dair Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Lakin işəgötürən təşkilat Əmək Müfəttişliyinin bu məktubunu da nəzərə almamış və şifahi olaraq şəxsən ona bildirilmişdir ki, “sən bu idarədə işləməyəcəksən...”. İşəgötürən xx.xx.2021-ci il tarixli 96/K saylı əmrində AR ƏM-nin 70-ci maddəsinin “ç” bındinə istinad etmiş, lakin bu faktı sübut etməməsi bir yana, heç bu əməlin hansı qanunun, hansı normasının və ya hansı qaydaların pozulması ilə nəticələndiyini də göstərməmişdir. Cavabdeh həmçinin ona mənəvi zərər də vurmuşdur. Çünki bu neçə il ərzində təşkilatda rəhbər vəzifədə təmsil olunan Namiq Nəbiyev və onun tapşırıqları ilə iddiaçıdan yüksək vəzifədə çalışan digər əməkdaşlar dəfələrlə onu sıxışdırmış, onu işdən çıxmağa məcbur etmiş, bildirmişdir ki, o öz komandasını yığır, öz xoşu ilə ərizəsini yazsın, işdən çıxsın. Bu isə onun əsassız olaraq əsəb və stres keçirməyilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 96/K saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 111 manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, iddia tələbində göstərilənlərə uyğun izahat verərək eləcə də bildirmişdir ki, o, 28 ildir ki, Mərkəzi Xüsusi Rabitə İdarəsində işləyir, işində heç bir nöqsana yol verməmişdir, dəfələrlə Nazirlik, "xxxx" MMC tərəfindən fəxri fərmanlar almışdır. 2021-ci ilin may ayında əmək haqqı hesablayarkən bəzi səhvlərə yol vermiş, həmin səhvləri avqust ayında bilib düzəltmişdir. Ona görə də, rəis vəzifəsini müvəqqəti icra edən N.Nəbiyev ona xx.xx.2021-ci ildə əmrlə töhmət vermişdir. Sonra N.Nəbiyev iclas keçirib onunla işləmək istəmədiyini bildirmiş və ona demişdir ki, Həmkarlar İttifaqı Komitəsinə yazır ki, onun işdə qalıbqalmamaq məsələsinə baxılsın. Ona görə də, o, bu haqda Nazirə məktub yazmışdır. Ondan sonra hazırki iş üzrə cavabdehin nümayəndəsi qismində məhkəmədə iştirak edən məxfi işlər və rejim şöbəsinin rəisi Nümayəndə2 onu otağına çağıraraq demişdir ki, o, N.Nəbiyevdən nazirə məktub yazdığı üçün N.Nəbiyev əsəbiləşib və onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcək. Bundan sonra, o yenə də, Həmkarlar İttifaqı Komitəsinə və nazirə məktub yazdı. xx.xx.2021-ci il tarixdə, o, işə gəlmişdi, Nümayəndə2 yenidən onu iş otağına çağırıb dedi ki, o, 01 dekabrdan işdən azad olunur. Nümayəndə2 ona 2 əmr göstərdi ki, bunlardan biri öz xahişinlə işdən azad olma, digəri isə 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olma barədə. Ona dedi ki, öz xahişi ilə ərizə yazsın ki, 70-in “ç” bəndi ilə işdən çıxarılmasın. O, ərizə yazmadı, otaqdan çıxandan sonra bu söhbətə görə halı pisləşdiyi üçün həkiminə zəng vurub, işdən çıxıb getdi və həkim həmin gün onun vəziyyətinə görə bülleten açdı. Sonradan ona məlum olmuşdur ki, 01 dekabrda idarəyə təzə rəis gəldiyini bildikləri üçün xx.xx.2021-ci il tarixdə, o, bülletendə olduğu halda N.Nəbiyev tələsik olaraq onun xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi barədə əmr imzalamışdır. Həmin əmr ona dekabrın əvvəllərində göndərilmişdir. xx.xx.2022-ci ildə onun bülleten vaxtı birdikdən sonra o, hüquqşünasa müraciət etmiş, hüquqşünas ona əvvəlcə işə bərpa ilə bağlı cavabdeh müəssisəyə, sonra isə əmək müfəttişliyinə müraciət etməsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə, o, cavabdeh müəssisənin yeni rəisinə işə bərpa olunması ilə bağlı ərizə ilə müraciət etmiş, lakin o, həmin müraciətinə heç bir cavab almadığı üçün, xx.xx.2022ci il tarixdə ərizə ilə Əmək müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyinin əməkdaşları həmin vaxt ona bildirdilər ki, o hələ məhkəməyə müraciət etməsin, onlar işəgötürənə məktub yazmışlar onu işə bərpa edəcəklər. O da, bir müddət gözlədi və sonra cavabdeh təşkilata şifahi müraciət edərkən dedilər ki, işə bərpa olmayacaq və onlar Əmək müfəttişliyinin mövqeyi ilə razı deyillər. Bundan sonra o, mediasiya təşkilatına, sonra da məhkəməyə müraciət etdi. Onu işdən çıxararkən cavabdeh müəssisə Həmkarlar İttifaqı Komitəsinin razılığını da almamışdır. Beləliklə, hesab edir ki, cavabdeh tərəfindən işdən çıxarılarkən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur, ona görə də, onun tələbi əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, iddia tələbində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 İsmayıl oğlu iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək münasibətlərinə əmək qanunvericiliyinin şərt və tələbləri tam nəzərə alınmaqla xitam verilmişdir. Məlumat üçün bildirir ki, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Cavabdeh “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu ilə qorunan “xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” qrifli göndərişlərin qəbulunu, daşınmasını və çatdırılmasını həyata keçirir. “Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydaları” adlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 331-24m (məxfi qrifli) nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3.5.4.-cü maddəsinin tələbinə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşlarına hər hansı bir siyasi partiyaya, qeyrihökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) üzv olmaq və onların yığıncaqlarında iştirak etmək qadağandır. Mərkəzi Xüsusi Rabitə İdarəsinin sabiq işçisi İddiaçı 1993-cü ildən idarədə mühasib vəzifəsində işləmişdir. Onun işlədiyi müddətin son üç ilini araşdırarkən məlum olmuşdur ki, dəfələrlə işində yol verdiyi ciddi nöqsanlara görə rəhbərlik tərəfindən intizam tənbehlərinə cəlb olunmuşdur. Belə ki, iddiaçıya AR Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri rəhbər tutulmaqla 2019-2021-ci illər ərzində müvafiq olaraq “töhmət” (bilərəkdən hüquqi əsası olmayan qaçqın vəsiqəsi təqdim edərək əmək haqqından müvafiq tutmaların yerinə yetirilməsini təmin etmədiyinə görə), “sonuncu xəbərdarlıqla şiddətli töhmət” (vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşmasına, icra intizamını pozduğuna görə), “töhmət” (iş vaxtının tabel uçotu cədvəlləri üzrə işçilərin iş saatlarına uyğun aldıqları əmək haqlarının düzgün hesablanmamasına görə) və son verilən töhmətdən 4 ay keçməsinə baxmayaq yenidən “töhmət” (işçilərin əmək haqlarının düzgün hesablanmamasına görə) intizam tənbehi verilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı işlədiyi son müddətdə işinə səhlənkar yanaşmış və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bunun nəticəsidir ki, Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən N.Nəbiyevin 30 noyabr 2021-ci il tarixli 96/k saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən MXRİ-nin Mühasibatlıq və iqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən “onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin şərtləri pozularaq xitam verilməsi ilə” bağlı AR ƏƏSMN yanında X5 Xidmətinə (DƏMX) müraciət edilmiş və həmin müraciət təmin edilərək DƏMX Bakı şəhər İdarəsinin Seriya MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə MN № ******* saylı xx.xx.2022-ci tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş və qərar “AR Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla Həmkarlar İttifaqının razılığı alınmadan əmək müqaviləsinə xitam verilməsi” ilə əsaslandırılmışdır. Lakin tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə həmin qərardan şikayət verilmiş və məhkəmə şikayəti əsaslı hesab edərək “inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə” bağlı № 3(007)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmə qərarı belə əsaslandırmışdır ki, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqqcadan razılığı alınmaqla ləğv edilsə də, Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşları hər hansı bir siyasi partiyaya, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) üzv olmadığına görə İddiaçı işdən azad olunarkən Həmkarlar İttifaqı Komitəsinin razılığının olması zərurəti yaranmamışdır. Yuxarıdakı göstərilənləri və Nizami Rayon Məhkəməsinin 3(007)-1272/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də, İddiaçı 30.11. 2021-ci il tarixli, 96/K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Əlavə olaraq, “mənəvi zərər” iddiası ilə bağlı faktı təsdiq edən qanuni sübutlar təqdim edilmədiyindən İddiaçı mənəvi zərər tələbi əhəmiyyətsiz hesab edilməlidir. Digər tərəfdən, bildirir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Ona görə də, hesab edir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Cavabdeh 30 noyabr 2021-ci il tarixli, 96/k nömrəli əmri ilə İddiaçı ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülməklə əmək münasibətlərinə xitam verilmişdir. Həmin tarixdə İddiaçı işdən çıxarılmağı barədə məlumat verilsə də, iddiaçı əmr ilə tanış olmaqdan imtina etmiş və bu hal aktlaşdırılmışdır. İddiaçı işdən çıxarılması ilə bağlı 30 noyabr 2021-ci il tarixli, 96/k nömrəli əmrdən 30 dekabr 2021-ci il tarixinə kimi şikayət vermək hüququna malik idi. Lakin iddiaçı işə bərpa barədə iddia ilə məhkəməyə doqquz təqvim ayı keçdikdən sonra 06 sentyabr 2022-ci il tarixində müraciət etmişdir. Bütün bunlar iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi deməkdir. Belə ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, yəni kollektiv müqavilələr istisna olmaqla, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə hesab edir ki, İddiaçı işə bərpa ilə bağlı iddia müddətini ötürməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia ərizəsinin əsassız olması və bununla yanaşı iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə nümayəndələri Nümayəndə2 iddia tələbini qəbul etməyərək, əsassız olduğundan rədd edilməsini xahiş etmiş və Nümayəndə1 İsmayıl oğlunun izahatı ilə tam razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Xüsusi Rabitə İdarəsinin 30 noyabr 2021-ci il tarixli, 96/K nömrəli əmrdən görünür ki, İddiaçı MXRİ Mühasibat və İqtisadi təhlil şöbəsinin mühasibi, xrx mayoru xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, araşdırma zamanı Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, 2021-ci il aprel və may ayları üzrə iş vaxtı uçotu cədvəlləri üzrə işçilərin iş saatlarına uyğun aldıqları əmək haqları üst-üstə düşmədiyi səbəbindən xx.xx.2021-ci il tarixli 30/t nömrəli əmrlə İddiaçı intizam tənbehi olaraq “töhmət” verilmişdir. Həmin əmrin 2-ci hissəsinə əsasən aylar üzrə əmək haqlarına təkrar baxış keçirilmiş, həmçinin "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli 2027 nömrəli əmrinə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditinin aparılması nəzərdə tutulmuşdur. Aparılmış audit yoxlaması nəticəsində 2021-ci ilin may ayında bayram münasibətilə müəyyən olunmuş əlavənin həmin ay üzrə əmək haqqının hesablanmasında və müvafiq tutulmalara cəlb olunmasında nəzərə alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçiyə intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Nəzərinə çatdırılır ki, təqdim olunmuş sənədlərdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində keçirilmiş istehsalat müşavirəsində İddiaçı işində törətdiyi əvvəlki xətalar və sonuncu audit yoxlamasının nəticələri əsas götürülərək onun əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq tədbirin görülməsi nəzərdə tutulmuşdur. Nəticədə ərizəçi ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmrlə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci əsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verildiyi və son haqq-hesabının onun əmək haqqı bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Bildirilmişdir ki, ərizəçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozuİduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozularaq, həmçinin həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinin (bu Məcəllənin 70-ci maddəsinin “b" və "ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir) tələblərinə əsasən ərizəçinin üzv olduğu Həmkarlar İttifaqı Komitəsinin razıilığı olmadan, eyni zamanda xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqinin olduğu nəzərə alınmadan həmin Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir. Qeyd olunan hüquqpozmalarla əlaqədar Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə sasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin ərizəçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 96/k nömrəli əmrin ləğv edilərək onun əvvəlki vəzifəsinə qaytarılmasına dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Razılaşmadıqları təqdirdə ərizəçinin müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Nəqliyyat, Rabitə və X3 Həmkarlar İttifağı Respublika Komitəsinin tərəflərə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Xüsusi Rabitə İdarəsinin mühasibi İddiaçı müraciət edərək bildirmişdir ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün rəhbərlik həmkarlar ittifaqı komitəsi qarşısında vəsatət qaldırmış, lakin həmkarlar ittifaqı komitəsinin üzvlərinin iclasda iştirak etməsinə maneçilik törədərək iclasın baş tutmamasına nail olmuşdur. İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində aydın olmuşdur ki, o, 30 noyabr 2021-ci il tarixli 96/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilərkən Azərbascan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozularaq onun işdən azad edilməsi həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmamışdır. Qeyd edilən maddəyə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməlidir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutuian hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin 4-cü hissəsinə əsasən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin İddiaçı işdən azad edilməsi barədə əmrdə onun işdən azad edilməsinin əsası göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80 maddəsinin 1-ci hissəsini və 84-cü maddəsinin 2-ci hissəsini nəzərə alaraq, İddiaçı işdən azad edilməsinin yenidən araşdırılması və onun əvvəlki vəzifəsinə bərpa edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İş materiallarında olan Mərkəzi Xüsusi Rabitə İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Nəbiyevə ünvanlanmış məktubdan görünür ki, onun MXRİ HİK-nə MİRŞ-05-06/441 saylı xx.xx.2021-ci il tarixli MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı barədə MXRİ-nin HİK-də baxılması üçün göndərmiş olduğu müraciətə baxılması üçün xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Təyin edilmiş müşavirədə dəvət edilmiş səbəbkar MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı başqa digər MXRİ HİK-nin heyət üzvləri şifahi olaraq müşavirədə iştirak etməkdən imtina etmişlər. Yuxarıda qeyd olunan səbəbə görə MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı barədə müraciətə HİK-nin müşavirəsində baxılması mümkün sayılmamışdır. İş materiallarında olan 75 nömrəli Şəhər poliklinikasının SN 00007 seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətsiz hesab edilmişdir. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanasının SN 00007 seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətsiz hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin X4 barəsindəki 10 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əməк Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əməк funksiyasını və əməк müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əməк vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əməк müqaviləsi ləğv edilir. Azərbaycan Respublikası Əməк Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əməк müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əməк funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafıq iş yerində işin, istehsalən, əməк və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əməк kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli 96/K saylı əmrdə İddiaçı ilə əməк müqaviləsinin Azərbaycan Respublikası Əməк Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi qeyd olunsa da, onun məhz hansı əsasla işdən azad olunması əmrdə göstərilməmiş, ümumiyyətlə İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərilməmişdir. Azərbaycan Respublikası Əməк Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əməк müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğvi üçün həmin Məcəllədə nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, bu Məcəllənin 77-79-cu maddələrinin müvafıq normalarına əməl etdiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq, özünün yazılı qərarını üç gün müdətində işə götürənə təqdim etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, qanunun yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, iddiaçı ilə əmək müqaviləsinə müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci il tarixdən xitam verilməsinə baxmayaraq, o, mövcud iddia tələbi ilə bağlı məhkəməyə 06 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa edilməsi) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini və Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddətinin axımının başlanması obyektiv anla, yəni iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi andan hesablanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 01 dekabr 2021-ci il tarixindən işdən çıxarıması barədə məlumatlı olmuş, ona əmrin surəti dekabr ayının əvvəllərində göndərilmiş, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh müəssisənin rəhbərinə, xx.xx.2022-ci il tarixdə isə əmək müfəttişliyinə müraciət etdə də, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da, o, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar