Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2086/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi S.S.Mütəllimzadənin iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işəgötürənə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işəgötürənə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsi”nə əsasən Cavabdeh1 (işçi) "xxxx" ASC-nin Təminat departamentinin Təmir-tikinti və təchizat şöbəsinin müdiri vəzifəsinə (peşəsinə) əsas iş yeri olmaqla işə qəbul (təyin) edilmişdir. "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nə əsasən Cavabdeh2 (işçi) "xxxx" ASC-nin Təminat departamentinin Təmir-tikinti və təchizat şöbəsinin mütəxəssisi vəzifəsinə (peşəsinə) əsas iş yeri olmaqla işə qəbul (təyin) edilmişdir. "xxxx" ASC və icraçı qismində çıxış edən "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli, ümumi dəyəri 836.994,37 manat olan “İşlərin görülməsi haqqında” müqavilə imzalanmış, bu müqaviləyə əsasən "xxxx" MMC öz üzərinə ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərini müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində yerinə yetirərək təhvil vermək öhdəliyini götürmüşdür. Daha sonra, "xxxx" ASC və "xxxx" MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə Saziş imzalanmış, bu 1 saylı Əlavə sazişə əsasən müqavilənin məbləği 836.994,37 manat məbləğindən 1.610.939,77 manat məbləğinə qədər artırılmış, işlərin görülməsi müddəti xx.xx.2022-ci il tarixi müəyyən olunmuşdur. Daha sonra "xxxx" ASC və "xxxx" MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 2 saylı əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə saziş imzalanmış, bu Əlavə sazişlərə (2 saylı və 3 saylı) əsasən işlərin görülməsi müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, avans ödənişinin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlərin son icra müddəti xx.xx.2023-cü il tarixli müəyyən edilmiş, öhdəliklərin icrasının təminatı qismində "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 200.000 manat məbləğində və xx.xx.2023-cü il tarixədək qüvvədə olan icra qarantiyasının verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən üzərinə götürülmüşdür. Müvafiq Müqavilələr və Əlavə Sazişlərə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə edilmiş ödənişlərin cəmi 1.146.617,00 manat olmuşdur. Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" ASC tərəfindən qaldırılan bu iddia ərizəsi üçün subutetmə əhəmiyyəti daşıyan və cavabdehlər tərəfindən imzalanmış təhvil-təslim aktları əsasında həyata keçirilən ödənişlərin tarixi, məbləği və əsasları aşağıdakı cədvəldə qeyd edilmişdir Ödəniş N Ödəniş tarixi məbləği (AZN) Ödənişin əsası Təhvil-təslim aktı 4 xx.xx.2021 163,843 əsasında Təhvil-təslim aktı 5 xx.xx.2021 84,721 əsasında Təhvil-təslim aktı 8 110,246 xx.xx.2021 əsasında Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, "xxxx" MMC (icraçı) tərəfindən işlərin Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə müvafiq məsələ "xxxx" ASC-də haqlı narahatlıq doğurmuş, bunun nəticəsində ilkin yoxlama aparılmış və bir çox nöqsanların (pozuntuların) mövcud olduğu ilkin olaraq müəyyən edilmişdir. Belə ki, ilkin olaraq müəyyən edilmişdir ki, müvafiq təhvil-təslim işlərinə məsul olan "xxxx" ASC-nin əməkdaşları Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış və bu iddia ərizəsində qeyd edilən cədvəldəki ödənişlərin əsası qismində çıxış edən təhvil-təslim aktlarında eyni bir işlərin təkrar olaraq və ya müqavilədəki qiymətindən yuxarı olaraq qeyd edilmiş, nəticədə "xxxx" ASC tərəfindən eyni bir işlər üzrə "xxxx" MMC-yə təkrar ödənişlər edilmiş və ya nəzərdə tutulduğundan daha çox ödəniş edilmişdir, beləliklə "xxxx" ASC-yə (işəgötürənə) işçiləri tərəfindən maddi ziyan vurulmuşdur. Belə ki, həmin aktlar (bu iddia ərizəsində qeyd edilən cədvəldəki ödənişlərin əsası qismində çıxış edən təhvil-təslim aktları) üzrə edilmiş ödənişlər aşağıdakı kimi olmuşdur: “Alçi kompozit panellə divarların qurulması (12.5 sm 1 qat + daş yunu + 1 qat) 2 üz cəmi” işi üzrə: - Cəmi 21.091,80 manat ödənilib (8.348,40 (material) + 8.348,40 (material) + 4,395.00 (işçilik)); - Müqavilə üzrə 12,743.40 manat ödənilməli idi (8,348.40 (material) və 4,395.00 (işçilik); - Təkrar ödəniş 8,348.40 manat olmuşdur; - Ödənişlər xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; - Təkrar ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. “Süsə Arakəsmələr (X5)” isi üzrə: - Cəmi 65,170.00 manat ödənilib (30,590.00 (material) + 3,990.00 (işçilik) + 30,590.00 (material)); - Müqavilə üzrə 34,580.00 manat ödənilməli idi (30,590.00 (material) + 3,990.00 (işçilik)); - Təkrar ödəniş 30,590.00 manat olmuşdur; - Ödənişlər xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; -Təkrar ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. “Mövcud Çöl divarların iç tərəfdən yaşıl alçipan ilə izoliyasiva olunması” işi üzrə: - Cəmi 8.316,00 manat ödənilib (3,348.00 (material) + 1,620.00 (işçilik) + 3,348.00 (material)); - Müqavilə üzrə 4.968,00 manat ödənilməli idi (3,348.00 (material) + 1,620.00 (işçilik)); - Təkrar ödəniş 3.348,00 manat olmuşdur; - Ödənişlər xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; - Təkrar ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. “Döşəmədə Betondan hamarlayıcı qatın düzəldilməsi + dəmir setka(mesh)” işi üzrə: -Cəmi 40,608.00 manat ödənilib (17,484.00 (material) + 5,640.00 (işçilik) + 17,484.00 (material)); - Müqavilə üzrə 23,124.00 manat ödənilməli idi (17,484.00 (material) + 5,640.00 (işçilik)); - Təkrar ödəniş 17,484.00 manat olmuşdur; - Ödənişlər xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; - Təkrar ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. “Divarların keramoqranit ilə üzlənməsi s/q -50x110” işi üzrə: - Cəmi 22,669.50 manat ödənilib (11,334.75 (material) + 11,334.75 (material)); - Müqavilə üzrə 9,067.80 manat ödənilməli idi (9,067.80 (material)); -Təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödəniş 13,601.17 manat olmuşdur; - Ödənişlər xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; - Təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. “Döşəmənin keramoqranit ilə üzlənməsi s/q -50x110” işi üzrə: -Cəmi 5,670.00 manat ödənilib (2,835.00 (material) + 2,835.00 (material)); - Müqavilə üzrə 2,268.00 manat ödənilməli idi (2,268.00 (material)); - Təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödəniş 3,402.00 manat olmuşdur; - Ödənişlər xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində edilmişdir; -Təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödənişlərin əsası qismində çıxış edən aktlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. Nəticədə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış aktlar üzrə edilmiş təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödənişlərin cəmi 76,773.57 manat olmuşdur. Bu ödənişlərin "xxxx" ASC tərəfindən ödənilərkən ƏDV-nin də ödənildiyini nəzərə alsalar, "xxxx" ASC tərəfindən ƏDV daxil 90,592.81 manat ödəniş edilmişdir. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, "xxxx" MMC (icraçı) tərəfindən işlərin Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə, o cümlədən, bu iddia ərizəsinin 7-ci bəndində qeyd edilən nöqsanları (işçilər tərəfindən işəgötürənə vurulmuş maddi ziyanları) aşkar edildiyinə görə, "xxxx" ASC tərəfindən dərhal Cavabdeh1 xx.xx.2023-cü il tarixli 6-2-41/2-4378/2023 nömrəli və Cavabdeh2 xx.xx.2023-cü il tarixli 6-2-41/2-4377/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. "xxxx" ASC tərəfindən həmçinin "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 6-2-43/2-5291/2023 nömrəli bildiriş göndərilmiş, bu bildiriş ilə Müqaviləyə "xxxx" ASC tərəfindən birtərəfli qaydada xitam veriləcəyi qeyd edilmiş, bu bildiriş nəticəsiz qaldığından (irəli sürülmüş hüquqi tələblər "xxxx" MMC tərəfindən icra edilmədiyindən), o cümlədən, müvafiq müddət keçdiyindən Müqaviləyə xitam verilmişdir. Cavabdeh1 və Cavabdeh2 göndərilmiş “Mediasiya prosesinin tətbiqi barədə təkliflər nəticəsiz qaldığından, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, HD-15 nömrəli “Mediasiya üçün müraciət” ilə 18 saylı mediasiya təşkilatına müraciət edilmişdir. 18 saylı mediasiya təşkilatının mediatoru X3 tərəfindən xx.xx.2023-cü il tarixində ilkin mediasiya prosesi keçirilmiş, bu prosesdə "xxxx" ASC-nin nümayəndəsi Seymur Mütəllimzadə, o cümlədən, qarşı tərəflər olan Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş, tərəflər razılığa gələ bilmədiyinə görə 18 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/18-00428 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış” "xxxx" ASC-yə təqdim edilmişdir. İlkin mediasiya xərci olaraq 50 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. "xxxx" ASC-nin daxili audit bölməsi qismində çıxış edən, Daxili audit departamentinin auditorları Rahib Damadayev və Elxan Həsənov tərəfindən audit yoxlaması (araşdırması) aparılmış, nəticədə xx.xx.2023-cü il tarixli “Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı Arayış” tərtib edilmiş, bu Arayış və ona əlavə edilmiş cədvələ (Əlavə 1) əsasən "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklərini icra etməməsi, o cümlədən, Cavabdeh1 və Cavabdeh2 tərəfindən bu iddia ərizəsində qeyd edilən nöqsanları (pozuntuları) etməklə "xxxx" ASC-yə maddi ziyan vurması öz əksini rəsmi şəkildə bir daha tapmışdır. İşin yuxarıda qeyd edilən hallarına istinad edərək hesab edirik ki, məhz aşağıda qeyd edilən hüquqi əsaslandırmalara əsasən cavabdehlər (işçilər) Cavabdeh1 və Cavabdeh2 məsul olduqları təhvil-təslim prosesi zamanı müvafiq olaraq özündə təkrar ödənişləri və müqavilədəki qiymətdən yuxarı olaraq qeyd edilmiş ödənişləri ehtiva edən aktlara imza atmaqla, nəticədə məhz bu aktlar əsasında "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənişlər etməsi ilə (işəgötürənə) maddi ziyan vurmuşlar və bu ziyana görə məsuliyyət daşıyırlar. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, o cümlədən "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nin 3.1-ci maddəsinə əsasən, işçi öz əmək funksiyasını Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, bankın daxili qaydalarına, əmək müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan təsdiq olunmuş vəzifə təlimatına uyğun həyata keçirir. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, o cümlədən "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nin 3.3-cü maddəsinə əsasən işəgötürənlə əmək münasibətlərində olduğu dövrdə işçinin vəzifələri aşağıdakılardır: - əmək müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək (a); - işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (ç); - əmək qanunvericiliyin tələblərinə əmək etmək, əmək funksiyalarını vaxtında, keyfiyyətlə görmək (g); - işəgötürənin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (h); "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, o cümlədən "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nin 5.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə və nüfuzuna ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, o cümlədən "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsi”nin 5.2-ci maddəsinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq, qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Cavabdeh1 tərəfindən imzalanmış “Vəzifə təlimatı”na əsasən aşağıdakılar işçinin əsas öhdəlikləridir: -Bankın bütün inzibati binalarının normal vəziyyətdə saxlanmasının təmin edilməsi (3); -Bankla əlaqədar bütün təmir-tikinti işlərinin həyata keçirilməsi (4); -Banka məxsus bütün bina və qurğuların tikintisini, əsaslı təmirini təmin etmək üçün tədbirlər görmək, podrat tikinti təşkilatları ilə layihə və tikinti-quraşdırma işləri haqqında müqavilələr bağlamaq üçün TK-nə müraciət etmək (11); -Bankın filiallarında təmir-tikinti işlərinə texniki nəzarəti təmin etmək (12); -Bankın Baş ofisində, filiallarında və inzibati binalarına təmir-tikinti tədbirlərinin aparılması üçün layihə-smeta işlərinin təşkilini həyata keçirmək (13). Cavabdeh2 tərəfindən imzalanmış “Vəzifə təlimatı”na əsasən aşağıdakılar işçinin əsas öhdəlikləridir: -Təmir-tikinti işlərinin təşkili, podratçı şirkətlərin işlərinə nəzarət, görülən işlərin yoxlanılması, hesabatların hazırlanması, qüsur aktlarının tərtib olunması və işlərin vaxtında və tələb olunan keyfiyyətdə icra olunmasına nəzarət edilməsi. Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış müvafiq “Vəzifə təlimatı”na əsasən aşağıdıkar işçinin məsuliyyətinə aiddir: -əsas öhdəliklərini tam, düzgün və bankın qanuni maraq və mənafelərinə uyğun icra etmək (1); -iş prosesini fəaliyyət sahısinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil etmək (2). Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər (işçilər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçı (işəgötürən) "xxxx" ASC-yə vurulmuş maddi ziyan olaraq 90.592,81 manat vəsaitin, o cümlədən ilkin mediasiya xərci olaraq "xxxx" ASC tərəfindən ödənilmiş 50 manat vəsaitin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlər iddiaya qarşı yazılı etirazı elektron sistemdə yerləşdirmişlər. Etirazda göstərilənlərlə bağlı qeyd edir ki, hazırki mübahisə əmək münasibətləri ilə bağlıdır, işçilər tərəfindən işəgötürənə maddi ziyan vurulması işçiyə qarşı tələb irəli sürülməsini nəzərdə tutur, işçilərdən biri Səbail rayonu ərazisində yaşadığından seçim aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə verilmişdir. Etirazda mübahisənin bankla "xxxx" MMC arasında bağlanan xidmət müqaviləsi ilə əlaqədar olduğu üçün həmin müqavilədə yarana biləcək öhdəliklərin hər iki hüquqi şəxs arasında müəyyən edilməli olması qeyd edilmişdir, lakin iddianın əsasını işçilər tərəfindən həm əmək müqaviləsi, həm də vəzifə təlimatında nəzərdə tutulan şərtə riayət etməmə səbəbi ilə işəgötürənə vurulan ziyanın tutulması ilə bağlıdır, mübahisə müqavilə münasibətləri ilə bağlı deyil, əmək münasibətləri ilə bağlıdır. Ona görə də cavabdehlərin bu dəlilləri əsassızdır. Pulun köçürülməsində məsuliyyətli olan şəxslərin onlar olmadığı etirazda qeyd edilmiş, bu da əsassızdır, pul köçürmələri işlərin görülməsinə nəzarət edən məsul şəxs kimi cavabdehlər tərəfindən tərtib edilmiş və təsdiqlənmiş sənədlər əsasında həyata keçirilmişdir ki, bu onların təqsiri ucbatından baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndəsi və vəkilin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər iddiaya qarşı yazılı etirazı elektron sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış və etirazda göstərmişlər ki, iddianın məzmunundan və tələbindən aydın olur ki, iddia ümumi məhkəmələrə aid deyildir. Eyni zamanda, iddianın məzmunundan və tərəf kimi göstərilən cavabdehlərin kimlər olmasına münasibətdə də müəyyən olunur ki, iddia cavab verməli olmayan şəxslərə qarşı verilmişdir. İddianın məzmunundan və eləcə də iddiaya əlavə edilmiş müqavilələrdən və digər sənədlərdən görünür ki, cavabdehlər kimi göstərilən şəxslər cavabdeh ola bilməzlər və tələb edilən məbləğ isə onlardan alına bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi və öhdəliyin yaranmasının əsası kimi göstərdiyi xx.xx.2021-ci il tarixli İşlərin görülməsi haqqında İBA- 2021/041 saylı müqaviləyə istinad edilir. Lakin, iddianın məzmunundan və tələbindən də görünür ki, iddia tələbi məhz qeyd edilən müqavilədən yaranmışdır. Qeyd edilən müqavilədə tərəflər qismində iddiaçı “Sifarişçi” kimi "xxxx" ASC və “İcraçı” kimi isə "xxxx" MMC göstərilibdir. Müqavilədə yarana biləcək bütün öhdəliklər hər ikisi də hüquqi şəxs olan "xxxx" ASC və "xxxx" MMC arasında müəyyən edilmişdir. Müqavilənin 4-cü bəndində tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilənin 4.3.5-ci yarımbəndində göstərilir ki, “Sifarişçi” təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və s. dair şərtlərinə uyğun gəlmədikdə, İcraçıya bu barədə işlərin təhvil verildiyi vaxtdan 180 gün müddətində bildiriş vermək hüququna malikdir. 4.3.6-cı yarım bənddə göstərilr ki, 4.3.5-ci yarımbənddə göstərilən çatışmamazlıq aradan qaldırılmadıqda görülən işlərinin dəyərini ödəməkdən imtina edə bilər, işlərin dəyəri ödənildiyi halda isə, ödənilmiş hissənin geri qaytarılmasını tələb etmək və ya müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüquqna malikdir. Müqavilənin 7.1-ci yarımbəndində göstərilir ki, tərəflər bu Müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə bu Müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, müqavilənin hər iki tərəfi hüquqi şəxsdir və müqavilə öhdəliyi də hüquqi şəxslər arasındakı kommersiya münasibətindən yaranmışdır. Tərəflər arasında müqavilə öhdəliyi ilə əlaqədar yaranmış olan bütün mübahisələr aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd edilən hüquqi şəxslər arasında müqavilədən yarana biləcək öhdəliklərə görə də məsuliyyət həmin hüquqi şəxslərə aiddir. Belə olan halda, hüquqi şəxslər arasında yaranan öhdəliyə görə müqavilədə tərəf olmayan fiziki şəxslərin öhdəliyi yaranmır. İddiaçının məhkəməyə təqdim etdiyi və iddiaçı tərəfindən tərtib edilən xx.xx.2023- cü il tarixli 6-2-43/2-5291/2023 saylı bildirişdən görünür ki, iddiaçı müqavilədə tərəf olan "xxxx" MMC-yə bildiriş göndərərək müqavilədən yaranmış öhdəliyə görə, müqaviləyə xitam verilməsi və artıq ödənilmiş vəsaitin tələb edilməsinə dair pretenziya göndərir. Qeyd edilən bildirişlə iddiaçı cavabdeh "xxxx" MMC-dən artıq ödənilmiş vəsaitin qaytarılmasını tələb edir. Eyni zamanda, iddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda, iddiaçının əsassız olaraq öz keçmiş əməkdaşlarına qarşı iddia ilə məhkəməyə müraciət etməsi sübut edir ki, iddia cavabdeh ola bilməyən şəxsə qarşı verilmişdir. İddiada göstərilir ki, cavabdehlərin təhvil-təslim aktlarını imzaladıqlarına görə təkrar və artıq ödəmələr baş vermişdir. Bunula da, iddiaçıya ziyan vurmuşdurlar. Göstərilən hal da tamamilə əsassızdır. Beləki, cavabdehlərin təhvil-təslim aktını imza etmələri iddiaçının pul köçürməsi üçün əsas deyildir. Beləki məbləğin köçürülməsi səlahiyyəti cavabdehlər deyildir. Bank daxili qaydalarına görə məbləğin hesablanması və hər-hansı bir halın müəyyən edilməsi Bankın strukturu olan büdcə idarəsi tərəfindən yoxlanılır və müqayisəli analizdən sonra yuxarı vəzifəli şəxsə təqdim edilir və həmin şəxs tərəfindən də yoxlanıldıqdan sonra vəsaitin ödənilməsi cavabdehlərin iradəsindən aslı olmayaraq aparılır. Yəni iddiada göstərilmiş məbləğin ödənilməsinə görə cavabdehlər məsuliyyət daşımırlar. İddiadan görünür ki, iddia qeyd edilən təhvil-təslim aktını yoxlamalı olan və sonradan vəsaiti köçürən şəxslərin imzaları olan şəxsləri gizlədərək, vəsaitin köçürülməsinə məsul olan əməkdaşlar gizlədilmişdir ki, bu da iddiaçının səmimi olmadığını sübut edir. İddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192 və 199-cu maddələrinə istinad edilməsi tamamilə əsassızdır. Qeyd edilən normalar formal xarakterlidir və iddiaçının iddiasının ıassassız olduğunu sübur edir. ƏM-nin qeyd edilən normalarına formal istinad edilmiş olmasına baxmayaraq, iddiada həmin hallar ümumiyyətlə əsaslandırılmamışdır. Yuxanda qeyd edilənlərdən görünür ki, iddiaçı iddiasının əsassız olduğunu bildiyinə görə və bank əməkdaşlarını məsuliyyətdən gizlətmək niyyəti ilə qəsdən məhkəmə aidiyyatını pozmaqla Səbail rayon məhkəməsinə müraciət etmişdir. Cavabdehlər iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə “İşəgötürən” qismində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh1 "xxxx" ASC-nin Təminat departamentinin Təmir-tikinti və təchizat şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi öz əmək funksiyasını Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Bankın daxili qaydalarına, əmək müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan təsdiq olunmuş vəzifə təlimatına uyğun həyata keçirir. Müqavilənin 3.3-cü bəndinə əsasən işəgötürənlə əmək münasibətlərində olduğu dövrdə əmək müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməsi (a), işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması (ç), əmək qanunvericiliyin tələblərinə əmək etmək, əmək funksiyalarını vaxtında, keyfiyyətlə görməsi (g), işəgötürənin hüquqlarını və qanuni mənafelərini müdafiə etməsi (h) işçinin vəzifələridir. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə və nüfuzuna ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq, qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş üzrə Cavabdeh1 tərəfindən imzalanmış “Vəzifə təlimatı”na əsasən Bankın bütün inzibati binalarının normal vəziyyətdə saxlanmasının təmin edilməsi (3), Bankla əlaqədar bütün təmir-tikinti işlərinin həyata keçirilməsi (4), Banka məxsus bütün bina və qurğuların tikintisini, əsaslı təmirini təmin etmək üçün tədbirlər görməsi, podrat tikinti təşkilatları ilə layihə və tikinti-quraşdırma işləri haqqında müqavilələr bağlamaq üçün TK-na müraciət etməsi (11), Bankın filiallarında təmir-tikinti işlərinə texniki nəzarəti təmin etməsi (12), Bankın Baş ofisində, filiallarında və inzibati binalarına təmir-tikinti tədbirlərinin aparılması üçün layihə-smeta işlərinin təşkilini həyata keçirməsi (13) işçinin əsas öhdəlikləridir. İş üzrə “İşəgötürən” qismində "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh2 "xxxx" ASC-nin Təminat departamentinin Təmir-tikinti və təchizat şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi öz əmək funksiyasını Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Bankın daxili qaydalarına, əmək müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan təsdiq olunmuş vəzifə təlimatına uyğun həyata keçirir. Müqavilənin 3.3-cü bəndinə əsasən işəgötürənlə əmək münasibətlərində olduğu dövrdə əmək müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməsi (a), işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması (ç), əmək qanunvericiliyin tələblərinə əmək etmək, əmək funksiyalarını vaxtında, keyfiyyətlə görməsi (g), işəgötürənin hüquqlarını və qanuni mənafelərini müdafiə etməsi (h) işçinin vəzifələridir. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə və nüfuzuna ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq, qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş üzrə Cavabdeh1 tərəfindən imzalanmış “Vəzifə təlimatı”na əsasən təmir-tikinti işlərinin təşkili, podratçı şirkətlərin işlərinə nəzarət, görülən işlərin yoxlanılması, hesabatların hazırlanması, qüsur aktlarının tərtib olunması və işlərin vaxtında və tələb olunan keyfiyyətdə icra olunmasına nəzarət edilməsi (3), təmir-tikinti və təchizat şöbəsinə aid bütün müqavilələrin bağlanmasına 2-3 ay qalmış TK-na müraciət edilməsi üçün Şöbə müdirinə məlumat verməsi (4) işçinin əsas öhdəlikləridir. İş üzrə “Sifarişçi” qismində "xxxx" ASC ilə “İcraçı” qismində "xxxx" MMC arasında bağlanmış işlərin görülməsi haqqında İBA-2021/041 saylı, xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, Sifarişçi həcmi, ölçüü, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş Yasamal rayonu, C.Cabbarlı küçəsi, 40C ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün İcraçının tender təklifini qəbul etmişdir (bənd 1.1.). Bu müqavilədə nəzərdə tutulmuş qaydada İcraçı Sifarişçinin sifarişi ilə Müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, Sifarişçi isə İcraçıya görülmüş işlərə görə Müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür (bənd 1.2.). İcraçı təsdiq edir ki, işləri predmeti hər hansı məlumatın hazırlanması olarsa və İcraçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata dair mülkiyyət hüququ Sifarişçiyə veriləcək (bənd 1.3). İcraçı işləri özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlar vasitəsilə yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.4). Müqavilə imzalandığı tarixdən etibarən İcraçı işləri tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində Sifarişçiyə təhvil verməlidir (bənd 2.1). Müqavilənin ümumi dəyəri vergilər və bütün digər məcburi ödənişlər daxil olmaqla 836.994,37 manat təşkil edir (bənd 5.1). İş üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli İBA-2021/041 No-li işlərin görülməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1No-li Əlavə sazişinin surətindən görünür ki, tərəflər bu Sazişin predmeti işlərin həcminin artması ilə bağlı Müqavilənin ümumi dəyəri artmasına dair Müqaviləyə dəyişikliklərin edilməsi təşkil ediləsi (bənd 1), müqavilənin 5.1-ci bəndində “836.994,37 manat” sözləri “1.610.937,77 manat” sözləri ilə əvəz edilməsi (bənd 2.1), müqaviləyə 2 saylı Əlavə tərtib edilməsi və müqavilə üzrə icra ediləcək əlavə işlərə dair müvafiq məlumatlar (işlərin növü, təsviri, həcmi, vahidin qiyməti və digər zəruri məlumatlar) müqavilənin 2 saylı əlavəsində əks olunması, Müqavilənin 2 saylı əlavəsi 1 saylı əlavə ilə eyni hüquqi qüvvəyə malik olması və müqaviləni tətbiq oluna bilən bütün müddəaları 2 saylı əlavəyə də şamil edilməsi (bənd 2.2), 2 saylı əlavədə əks olunan işlərin dəyərini 33% həcmində hissəsini təşkil edən 255.405,33 manat məbləğində vəsait İcraçı tərəfindən eyni məbləğdə bank (avans) qarantiyası və müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 iş günü müddətindən əvvəlcədən avans ödəniş qismində Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürmə yolu ilə ödənilməsi, 2 saylı əlavədə əks olunan işlərin dəyərinin qalan 67% həcmində hissəsini təşkil edən 518.542,07 manat məbləğində vəsait isə müvafiq işlərin təhvil verilməsini təsdiq edən Forma-2 və təhvil-təslim aktları hər 2 tərəfdən imzalandıqdan sonra İcraçının həmin akt(lar)a uyğun təqdim etdiyi hesab-faktura(lar) əsasında Sifarişçi tərəfindən 10 iş günü müddətində İcraçının bank hesabına köçürülmə ilə ödənilməsi (bənd 2.3), Müqavilənin 2.1-ci bəndində “12 ay müddətində” sözləri “xx.xx.2022-ci il tarixədək” sözləri ilə əvəz edilməsi (bənd 2.2), İcraçı 255.401,33 manat məbləğində bank (avans) qarantiyasını xx.xx.2023-cü il tarixədək qüvvədə olmaqla Sifarişçiyə təqdim etməyi öz öhdəsinə götürməsi (bənd 3), bu Sazişlə toxunulmayan müqavilənin digər şərtləri dəyişilməz olaraq öz qüvvəsini saxlayır (bənd 4) barədə razılığa gəlmişlər. İş üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İBA-2021/041 No-li İşlərin görülməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi haqqında xx.xx.2022-ci il tarixli 02 No-li Əlavə sazişinin surətindən görünür ki, tərəflər müqavilənin 2.1-ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixədək uzadılması, avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli Bank Qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlər isə xx.xx.2023-cü il tarixədək tam icra edilmiş olması (bənd 1.1), müqavilə üzrə icra edilməmiş öhdəliklərin siyahısı və yeni icra qrafiki Sazişin 1 saylı Qoşmasında əks olunması (bənd 1.2), saziş imzalandığı tarixdən etibarən 8 iş günü ərzində Müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində İcraçı tərəfindən Sifarişçiyə xx.xx.2023-cü il tarixədək qüvvədə olan icra qarantiyası təqdim edilməsi (bənd 1.3), tələb edilən müvafiq icra qarantiyası yuxarıda qeyd edilən müddət ərzində təqdim edilmədikdə, ilk növbədə icra edilməmiş öhdəliklərə münasibətdə ödənilmiş məbləğ, daha sonra isə cərimə (periya) məbləği, eləcə də Sifarişçiyə dəymiş zərər (real zərər və əldən çıxmış fayda) müvafiq qaydada hesablanaraq Müqavilənin tələbləri nəzərə alınmaqla Sifarişçinin tələbi ilə 10 iş günü ərzində İcraçı tərəfindən Sifarişçiyə geri ödəniləcək və müqavilə üzrə münasibətlərə xitam verilməsi (bənd 1.4), bu sazişlə toxunulmayan müqavilənin digər şərtləri dəyişilməz olaraq öz qüvvəsini saxlanılması (bənd 2) barədə razılığa gəlmişlər. İş üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İBA-2021/041 No-li İşlərin görülməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi haqqında xx.xx.2022-ci il tarixli 03 No-li Əlavə sazişinin surətindən görünür ki, tərəflər müqavilənin 2.1-ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixədək uzadılması, avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2021-ci il tarixli Bank Qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlər isə xx.xx.2023-cü il tarixədək tam icra edilmiş olması (bənd 1.1), müqavilə üzrə icra edilməmiş öhdəliklərin siyahısı və yeni qrafiki bu Sazişin 1 saylı Qoşmasında əks olunması (bənd 1.2), Saziş imzalandığı tarixdən etibarən 8 iş günü ərzində Müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində İcraçı tərəfindən Sifarişçiyə 200.000,00 manat məbləğində, xx.xx.2023-cü il tarixədək qüvvədə olan icra qarantiyası təqdim edilməsi (bənd 1.3), tələb edilən müvafiq icra qarantiyası yuxarıda qeyd edilən müddət ərzində təqdim edilmədikdə, ilk növbədə icra edilməmiş öhdəliklərə münasibətdə ödənilmiş məbləğ, daha sonra isə cərimə (peniya) məbləği, eləcə də Sifarişçiyə dəymiş dərər (real zərər və əldən çıxmış fayda) müvafiq qaydada hesablanaraq müqavilənin tələbləri nəzərə alınmaqla Sifarişçinin tələbi ilə 10 iş günü ərzində İcraçı tərəfindən Sifarişçiyə geri ödəniləcək və müqavilə üzrə münasibətlərə xitam verilməsi (bənd 1.4), bu Sazişin imzalanması ilə eyni vaxtda Tərəflər arasında Müqaviləyə imzalanmış xx.xx.2022-ci il tarixli, 02 saylı Əlavə saziş qüvvədən düşmüş hesab olunması (bənd 2), bu Sazişlə toxunulmayan Müqavilənin digər şərtlər dəyişilməz olaraq öz qüvvəsini saxlaması (bənd 3) barədə razılığa gəlmişlər. İş üzrə “Podratçı” "xxxx" MMC və “Sifarişçi” "xxxx" ASC tərəfindən tərtib edilmiş Podrat işlərinin yerinə yetirilməsi haqqında aktın (Forma-2) və smetasının surətindən görünür ki, "xxxx" ASC-nin Sığorta binasının təmir tikinti işlərinin (tikinti və təmir, havalandırma,isitmə və soyutma, elektrik, fasad və bina ətrafı işlərin görülməsi üçün) aparılması üçün (xx.xx.2021-xx.xx.2021) 138.850,15 manat, ƏDV 24.993,05 manat, cəmi 163.843,18 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 01-04 nömrəli, xx.xx.2021-ci il tarixli hesab-fakturasının və EBBF seriyalı 792750 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron Qaimənin surətlərindən görünür ki, Forma-2 əsasında tikinti, təmir, havalandırma, fasad və bina ətrafı işlərin görülməsi üçün 138.850,15 manat, ƏDV 24.993,05 manat, cəmi 163.843,18 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli debit haqqında bildirişin surətindən görünür ki, Bank tərəfindən İBA-2021/041 saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01-04 saylı hesab-fakturasına əsasən 138.850,15 manat və xx.xx.2021-ci il tarixli EBBF792750 saylı elektron qaiməyə əsasən 24.993,03 manat (ƏDV) "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə “Podratçı” "xxxx" MMC və “Sifarişçi” "xxxx" ASC tərəfindən tərtib edilmiş Podrat işlərinin yerinə yetirilməsi haqqında aktın (Forma-2) və smetasının surətindən görünür ki, "xxxx" ASC-nin Sığorta binasının təmir tikinti işlərinin (tikinti və təmir, havalandırma,isitmə və soyutma, elektrik, fasad və bina ətrafı işlərin görülməsi üçün) aparılması üçün (xx.xx.2021-xx.xx.2021) 71.797,80 manat, ƏDV 12.923,60 manat, cəmi 84.721,40 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 08-01 nömrəli, xx.xx.2021-ci il tarixli hesab-fakturasının və EBBH seriyalı 401544 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron Qaimənin surətlərindən görünür ki, Forma-2 əsasında tikinti, təmir, havalandırma, fasad və bina ətrafı işlərin görülməsi üçün 71.797,80 manat, ƏDV 12.923,60 manat, cəmi 84.721,40 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli debit haqqında bildirişin surətindən görünür ki, Bank tərəfindən İBA-2021/041 saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 08-01 saylı hesaba və İBA-2021/041 saylı müqaviləsinə əsasən 71.797,8 manat və xx.xx.2021-ci il tarixli EBBH401544 saylı elektron qaiməyə əsasən 12.923,60 manat (ƏDV) "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 01-04 nömrəli, xx.xx.2021-ci il tarixli hesab-fakturasının surətindən görünür ki, Forma-2 əsasında tikinti, təmir, havalandırma, fasad və bina ətrafı işlərin görülməsi üçün 48.786,00 manat, ƏDV 8.781,48 manat, cəmi 57.567,48 manat müəyyən edilmişdir. İş üzrə “Podratçı” "xxxx" MMC və “Sifarişçi” "xxxx" ASC tərəfindən tərtib edilmiş Podrat işlərinin yerinə yetirilməsi haqqında aktın (Forma-2) və smetasının surətindən görünür ki, "xxxx" ASC-nin Sığorta binasının təmir tikinti işlərinin (tikinti və təmir, havalandırma,isitmə və soyutma, elektrik, fasad və bina ətrafı işlərin görülməsi üçün) aparılması üçün (xx.xx.2021-xx.xx.2021) 93.428,85 manat, ƏDV 16.817,19 manat, cəmi 110,246,04 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 01-05 nömrəli, xx.xx.2021-ci il tarixli hesab-fakturasının və EBBN seriyalı 910523 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron Qaimənin surətlərindən görünür ki, Forma-2 əsasında tikinti, təmir, havalandırma, fasad və bina ətrafı işlərin görülməsi üçün 93.428,85 manat, ƏDV 16.817,19 manat, cəmi 110,246,04 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli debit haqqında bildirişin surətindən görünür ki, Bank tərəfindən İBA-2021/041 saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01-05 saylı hesaba əsasən 93.428,85 manat və xx.xx.2021-ci il tarixli EBBN910523 saylı elektron qaiməyə əsasən 16.817,19 manat (ƏDV) "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış müqaviləyə xitam verilməsinə və artıq ödənilmiş vəsaitin tələb edilməsinə dair bildirişin surətindən görünür ki, məlum olduğu kimi, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, C.Cabbarlı küçəsi, 40C ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin görülməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən işlərin yerinə yetirilməsi müddəti müqavilə imzalandığı tarixdən 1 il müəyyən edilmişdir. Daha sonra müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən Müqavilənin məbləği 836.994,37 manat məbləğindən 1.610.937,77 manat məbləğinə artırılmış, işlərin görülməsi müddəti xx.xx.2022-ci il müəyyən olunmuş və müqavilənin ümumi dəyərinin vergilər və bütün digər məcburi ödənişləri daxil olmaqla 255.401,33 manat hissəsi İcraçı tərəfindən avans ödənişin geri qaytarılmasının təminatı qismində xx.xx.2021-ci il tarixli Bank Qarantiyası təqdim edildikdən sonra Bank tərəfindən İcraçının bank hesabına köçürülmə yolu ilə ödənilmişdir. Müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 02 saylı Əlavə sazişə əsasən Müqavilə üzrə işlərin yekun təhvil verilməsi tarixi xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Həmçinin 02 saylı və xx.xx.2023-cü il tarixli 03 saylı Əlavə sazişlərdə avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlərin isə xx.xx.2023-cü il tarixədək tam həcmdə və lazımi keyfiyyətdə təhvil verilməsi müəyyən edilmişdir. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, İcraçı tərəfindən işlər bü günədək banka təhvil verilməmişdir. Müqavilə üzrə bank tərəfindən İcraçıya vergilər və digər məcburi ödənişlər daxil olmaqla ümumilikdə 1.146.616,39 manat məbləğində vəsait ödənilmiş, lakin aparılan araşdırma nəticəsində vergilər və digər məcburi ödənişlər daxil olmaqla 350.923,17 manat məbləğində vəsaitin siyahısı bu bildirişə əlavə edilmiş qoşmada əks olunan icra olunmamış işlər qarşılığında ödənilməsi məlum olmuşdur. Nəzərinə çatdırırlar ki, Müqavilənin 4.3.1-ci yarımbəndinə əsasən Bankın İcraçıdan işlərin vaxtında, lazımi qaydada və keyfiyyətlə göstərilməsini tələb etmək, 4.3.4-cü yarımbəndə əsasən İcraçı tərəfindən işlərin görülməsinə vaxtında başlanılmaması və ya həddindən artıq ləng görülməsi nəticəsində işlərin vaxtında təhvil verilməyəcəyi aydın göründükdə müqavilədən imtina edərək, ödənilmiş məbləğin əvəzini İcraçıdan tələb etmək, 4.3.6-cı yarımbənddə təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s.dair şərtlərinə uyğun gəlmədikdə İcraçıdan ödənilmiş hissənin geri qaytarılmasını tələb etmək və /və ya Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və Müqavilənin 10.2-ci bəndinə əsasən isə işlər təhvil verilənədək heç bir səbəb göstərmədən İcraçını 2 gün əvvəl yazılı xəbərdar etmək şərti ilə Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququ var. Yuxarıda qeyd edilənləri, habelə Müqavilənin 4.3.4-cü, 4.3.6-cı yarımbəndləri və 10.2-ci bəndinin tələblərini rəhbər tutaraq nəzərinə çatdırırlar ki, bu bildiriş rəsmi qaydada göndərildikdən sonra 5 gün müddətində bu bildirişə əlavə edilmiş bank rekvizitləri üzrə bank tərəfindən artıq ödənilmiş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 350.923,17 manat məbləğində vəsaitin ödənilməsini xahiş edirlər. Qeyd edilən müddət ərzində artıq ödənilmiş geri qaytarılmadığı təqdirdə 350.923,17 manat məbləğində vəsaitin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Əlavə olaraq bu bildiriş rəsmi qaydada göndərildikdən sonra müqaviləyə bank tərəfindən birtərəfli qaydada xitam verilir və həmin tarixdən sonra müqavilə heç bir hüquqi qüvvə daşımır. İş üzrə "xxxx" ASC-nin Daxili Audit Departamentinin audit meneceri R.Damadayev və aparıcı auditoru E.Həsənov tərəfindən tərtib edilmiş Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, arayışın məqsədi – Banka məxsus Yasamal rayonu, C.Cabbarlı küçəsi, 40C ünvanında yerləşən inzibati binanın təmirini həyata keçirən "xxxx" MMC şirkəti tərəfindən Banka vurulmuş zərərin müəyyən edilməsinə dair audit rəyinin təqdim edilməsidir. Araşdırma zamanı inzibati binanın təmiri prosesi təhlil olunmuş və görülmüş işlərin icra vəziyyəti qiymətləndirilmişdir. Bank tərəfindən "xxxx" MMC-yə müqavilə və bağlanılmış əlavə saziş 1-ə əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında ƏDV daxil 1.146.616,62 manat ödəniş edilmişdir. Qiymətləndirmə zamanı "xxxx" MMC tərəfindən təmir zamanı müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə etdiyi, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edərək ödənişlər aldığı və ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edərək ödənişlər aldığı müşahidə edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilən invoyslar əsasında 527.041 manat işlər görülmədən, 46.958 manat müqavilə tələblərinə uyğun görülmədən, o cümlədən istifadəyə yararlı olmayan işlər üzrə ödənişlərin alındığı məlum olmuşdur. Bununla yanaşı 30.130 manat dəyərində "xxxx" MMC tərəfindən görülmüş lakin Bank tərəfindən şirkətə işçilik haqqı, ödənilməyən işlərin olduğu müəyyən edilmiş və ümumi itki məbləği hesablanarkən istisna edilmişdir. Qeyd olunanları, o cümlədən "xxxx" MMC ilə bağlanılmış müvafiq müqavilə(lər) üzrə "xxxx" MMC-nin öhdəliklərinin təminatı üsulları nəzərə alınmaqla təqdim edilən invoyslar əsasında ödəniş edilmiş, lakin icra edilməmiş işlər üzrə itki məbləğinin ƏDV daxil 543.869 manat olduğu müəyyən edilmişdir. İş üzrə Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/18-00428 saylı arayışın surətindən görünür ki, işə götürənə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mübahisəsi üzrə "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 17.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “İşlərin görülməsi haqqında” müqaviləsinə əsasən "xxxx" MMC bankın inzibati binasında ümumi dəyəri 836.994,37 manat məbləğində əsaslı təmir işlərinin aparması və müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində yerinə yetirərək təhvil verməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə Sazişinə əsasən müqavilənin məbləği 836.994,37 manat məbləğindən 1.610.939,77 manat məbləğinə qədər artırılmış, işlərin görülməsi müddəti xx.xx.2022-ci il tarixi müəyyən olunmuşdur. Bundan sonra bank və "xxxx" MMC arasında bağlanılmış 2 saylı Əlavə Sazişinə və 3 saylı Əlavə Sazişinə əsasən işlərin görülməsi müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, avans ödənişinin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlərin son icra müddəti xx.xx.2023-cü il tarixə müəyyən edilmiş, öhdəliklərin icrasının təminatı qismində "xxxx" MMC tərəfindən banka 200.000 manat məbləğində və xx.xx.2023-cü il tarixədək qüvvədə olan icra qarantiyasının verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən üzərinə götürülmüşdür. Bağlanılmış müqavilə və Əlavə Sazişlərə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə cəmi 1.146.617,00 manat ödəniş edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 bankın Təminat Departamentinin təmir-tikinti və təchizat şöbəsinin müdiri vəzifəsində, Cavabdeh2 isə həmin şöbənin mütəxəssis vəzifəsində işləmişlər. Müvafiq təhvil-təslim işlərinə məsul olan bankın işçiləri hazırki iddia tələbi üzrə cavabdehlər təhvil-təslim aktlarında eyni bir işlərin təkrar olaraq və ya müqavilədəki qiymətindən yuxarı olaraq qeyd edilmiş, nəticədə bank tərəfindən eyni bir iş üzrə "xxxx" MMC-yə təkrar ödənişlər edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış aktlar üzrə edilmiş təkrar (o cümlədən, müqavilədə qeyd ediləndən daha çox) ödənişlərin cəmi 76,773.57 manat olmuşdur. Bu ödənişlərin "xxxx" ASC tərəfindən ödənilərkən ƏDV-nin də ödənildiyini nəzərə alaraq, bank tərəfindən ƏDV daxil cəmi 90,592.81 manat ödəniş edilmişdir. Beləliklə "xxxx" ASC-yə bankın işçiləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi ziyan vurulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehlər (işçilər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçı (işəgötürən) "xxxx" ASC-yə vurulmuş maddi ziyan olaraq 90,592.81 manat vəsaitin, o cümlədən ilkin mediasiya xərci olaraq "xxxx" ASC tərəfindən ödənilmiş 50 manat vəsaitin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə uyğun olaraq, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş hüquq Əmək Məcəlləsinin bir sıra maddələrində konkretləşdirilmişdir. Belə ki, Məcəllədə təhlükəsiz və sağlam şəraitdə işləmək hüququndan irəli gələn “Əməyin mühafizəsi” adlanan kompleks hüquq institutu təsis edilmişdir. Əməyin mühafizəsi ilə bağlı normaların işəgötürən tərəfindən yerinə yetirilməsini təmin edən vasitələrdən biri də əmək qanunvericiliyində nəzərdə tutulmuş qarşılıqlı maddi məsuliyyət institutudur. Onun ümumi əsasları Əmək Məcəlləsinin 191-194-cü maddələrində müəyyən olunmuşdur. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Məhkəmə cavabdehlərin hazırki tələb üzrə cavabdehlik daşımaması, müqavilədə tərəflər qismində sifarişçi kimi "xxxx" ASC, icraçı kimi isə "xxxx" MMC olduğundan, həmin müqavilə üzrə yarana biləcək bütün öhdəliklərin həmin hüquqi şəxslər arasında müəyyən edilməli olması barədə dəlilləri üzrə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılan tələb müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı mübahisə ilə əlaqədar deyil, müqavilə öhdəliklərinin icrasına məsul şəxs kimi iddiaçı ilə əmək münasibətlərində olan cavabdehlərin təqsiri üzündən işəgötürənə - iddiaçıya vurduğu maddi ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd edilən tələb üzrə isə məhz işçilər subyektiv cavabdehlik daşıyan şəxslərdir, yəni cavabdehlər hazırkı iddiaya cavab verməli olan subyektlərdir. İşəgötürən "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış əmək müqavilələrinin 3.3-cü bəndində işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması işçinin əmək funksiyası və vəzifəsi kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Məhkəmə digər tərəfdən qeyd edir ki, qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış müqavilə üzrə müvafiq təhvil-təslim işlərinə məsul olan şəxslər olsalar da, təhvil-təslim aktlarında eyni bir işlərin təkrar olaraq və ya müqavilədəki qiymətlərdən yuxarı olaraq qeyd edilmiş qiymətlər üzrə təkrar ödənişlər etmiş, nəticədə bu hal nəzərdə tutulduğundan daha çox ödənişlərin həyata keçirilməsinə səbəb olmuş, bununla da işəgötürənə maddi ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir k, müqavilə şərtlərinin icrasına məsul olan cavabdehlər tərəfindən artıq ödənişlərin həyata keçirilməsi aparılmış daxili audit yoxlanışı zamanı aşkara çıxarılmışdır. Əmək Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə əmlaka və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı ilə əmək münasibətində olan cavabdehlər tərəfindən həm əmək müqaviləsində, həm də vəzifə təlimatında nəzərdə tutulmuş vəzifə və öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən işəgötürənə maddi ziyan vurulması təsdiq olunduğundan, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi haqlı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada 90.592,81 manat məbləğində vurulmuş maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan və iddia tələbi təmin olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun (361,78 manat) ödənilməli olan hissəsi – 311,78 (üç yüz on bir manat, yetmiş səkkiz qəpik) manat dövlət hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 90.592,81 manat, həmçinin mediasiya xərcləri kimi ödənilən 50 manat, cəmi 90.642,81 (doxsan min altı yüz qırx iki manat, səksən bir qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 311,78 (üç yüz on bir manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2086/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2086/2023
21.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver