Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2091/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə paya düşən sahənin müəyyən edilməsi və ümumi istifadədə olan sahəyə paltaryuyan avadanlığının qoyulmasına törədilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə paya düşən sahənin müəyyən edilməsi və ümumi istifadədə olan sahəyə paltaryuyan avadanlığının qoyulmasına törədilən maneənin aradan qaldırılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında İddiaçı barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 05 noyabr 2024-cü il tarixli barışıq sazişinə əsasən:
1. İddiaçıya məxsus 9 a saylı mənzildə quraşdırılmış paltaryuyan maşın və sonuncuya aid kommunikasiya xətti sökülür.
2. Həmin paltaryuyan maşın 1-ci mərtəbədə və 94 saylı binanın ümumi istifadəsində olan hamam otağında quraşdırılır.
3. Hamam otağının divar içində, əvvəlcədən razılaşdırılmış şərti yerdə, yerdən, birinci 9 a-ya məxsus, onun üstündə isə 12 saylı mənzilə məxsus paltaryuyan maşın quraşdırılır.
4. İddiaçıya məxsus (9a) paltaryuyan maşın, öz su və işıq təhcizatını 9 a saylı mənzildən götürməklə quraşdırılır və bütün xərclər iddiaçı tərəfindən çəkilir.
5. Həmçinin, hamam daxilində hər iki avadanlığın yerləşdirilməsi üçün döşəmənin müəyyən qədər endirilməsi və kanalizasiya xəttinin yenilənməsi, eləcə də yaranacaq digər xərclər iddiaçı tərəfindən çəkilir.
6. Həmçinin məhkəmə xərclərinin tək iddiaçı tərəfindən ödənilməsinin razılaşdırılması qeyd olunur.
7. Ərizə şərtlərinin, qanunvericiliyin tələbini və digər qonşuların hüquqlarını pozmaması qeyd edilsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə paya düşən sahənin müəyyən edilməsi və ümumi istifadədə olan sahəyə paltaryuyan avadanlığının qoyulmasına törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:
1. İddiaçıya məxsus 9 a saylı mənzildə quraşdırılmış paltaryuyan maşın və sonuncuya aid kommunikasiya xətti sökülür.
2. Həmin paltaryuyan maşın 1-ci mərtəbədə və 94 saylı binanın ümumi istifadəsində olan hamam otağında quraşdırılır.
3. Hamam otağının divar içində, əvvəlcədən razılaşdırılmış şərti yerdə, yerdən, birinci 9 a-ya məxsus, onun üstündə isə 12 saylı mənzilə məxsus paltaryuyan maşın quraşdırılır.
4. İddiaçıya məxsus (9a) paltaryuyan maşın, öz su və işıq təhcizatını 9 a saylı mənzildən götürməklə quraşdırılır və bütün xərclər iddiaçı tərəfindən çəkilir.
5. Həmçinin, hamam daxilində hər iki avadanlığın yerləşdirilməsi üçün döşəmənin müəyyən qədər endirilməsi və kanalizasiya xəttinin yenilənməsi, eləcə də yaranacaq digər xərclər iddiaçı tərəfindən çəkilir.
6. Həmçinin məhkəmə xərclərinin tək iddiaçı tərəfindən ödənilməsinin razılaşdırılması qeyd olunur.
7. Ərizə şərtlərinin, qanunvericiliyin tələbini və digər qonşuların hüquqlarını pozmaması qeyd edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev