Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2097/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də vakant vəzifə olan Personalın uçotu xidməti rəisi vəzifəsinə xx.xx.2024-cü il tarixdə imtahan vermiş, imtahanda uğurlu nəticə əldə etmiş və həmin vəzifəyə təyin olunması barədə xx.xx.2024-cü il tarixdə əmr imzalanmış o, işə başlamışdır. Onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əvvəlcə bir illik müddətli əmək müqaviləsi bağlanmış, sonradan ona edilən çoxsaylı təzyiqlər yolu ilə xx.xx.2024-cü il tarixdə “qarşılıqlı razılaşma əsasında” əvvəlki bir illik müddətli əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilmiş, müqavilənin müddəti üç ay müəyyən edilmiş, cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. O, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də işə başladığı vaxtdan etibarən ona qarşı qərəzli hərəkətlər edilmiş, hədə-qorxu gəlinmiş, guya “tapşırıqla” işə qəbul olduğu üçün işdən uzaqlaşdırılması ilə bağlı xüsusilə də Ramin Əmirov tərəfindən SOCAR Cavabdehnə şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən qərəzli şikayətlər ünvanlanmış və bu şikayətlər əsasında barəsində xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış, araşdırmaq protokolundan da görünür ki, onun işə qəbulu ilə əlaqədar, eyni zamanda “Siyəzənneft” NQÇ-də xidmət etdiyi dövrdə fəaliyyətində heç bir qanunsuz hal aşkar edilməmişdir. Onun SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-nin hüquqşünası Ramin Əmirovun və sabiq sədri Ayaz Bağırov tərəfindən məruz qaldığı təzyiqlər, qanunsuzluqlar barədə dəfələrlə dövlət qurumlarına şikayətlər ünvanlanmışdır, lakin indiyə qədər həmin şikayətlərlə bağlı heç bir tədbir görülməmiş, onun hüquqlarını pozan şəxslər barəsində ölçü götürülməmiş, onun pozulmuş hüquqları bərpa edilməmişdir. Həmçinin qeyd olunan faktiki hallarla əlaqədar Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müraciət olunmuş, Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 150/01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, mütəxəssislərin bildirdiyinə görə işçi ilə daha əvvəl müəssisə arasında bağlanılmış bir illik müddətli müqavilənin daha sonra üç aylıq müqavilə ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, onunla cavabdeh SOCAR Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli 3 aylıq müddətli əmək müqaviləsinin heç bir hüquqi əsası yoxdur, ilkin müqavilənin dəyişdirilərək müddətinin azaldılması onun əmək qanunvericiliyinin 9-cu maddəsi ilə müəyyənləşdirilən işçi hüquqlarının işəgötürən tərəfindən kobud şəkildə pozulması ilə nəticələndiyinə görə etibarsız müqavilədir, buna görə də heç bir hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli əmək müqaviləsi hüquq normalarının tələblərinə uyğun olmayaraq qanunazidd formada bağlandığından iddianın həmin müqavilədə iradə ifadəsinin sərbəst formada əks olunmadığı, onun əlverişsiz vəziyyətə düşməsi ilə nəticələndiyi üçün etibarsız hesab edilməlidir. Onun ailəsi 4 nəfərdər ibarətdir və o, 2 azyaşlı uşaq anasıdır. O, ailəsinin yeganə qazanc yeri olduğundan hazırda işsiz olduğu üçün ailəsi maddi və mənəvi cəhətdən çətin günlər keçirir. Cavabdeh qanunvericiliyin göstərilən normalarını pozmaqla onunla bağladığı əmək müqaviləsinə müddətin keçməsi səbəblə xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan üç aylıq müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə ziddir, ilkin bir illik əmək müqaviləsinin 3 aylıq əmək müqaviləsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən əsaslandırılmamış onun konstitusiya,əmək qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilən hüquqlarının pozulmasına səbəb olduğu üçün etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, İcra Hakimiyyətində işləmişdir. “Siyəzənneft” NQÇİ-də vakant xidmət rəisi vəzifəsinin olması barədə məlumatı əldə etdikdən sonra hazırlaşıb imtahan vermiş, 2024-cü ilin yanvarında müvəffəqiyyətlə verdiyi üçün aprel ayında onunla 1 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Lakin xx.xx.2024cü il tarixdə bağlanan müqavilə ona təqdim olunmamışdır. Hətta bir neçə gündən sonra da ona 1 il müddətinə bağlanılan müqaviləyə dair təkrar əmək müqaviləsini imzalatdırmışlar. Ramin adında şəxsin əsassız müraciəti əsasında aprel ayının 22-də 4 saat ondan izahat almışlar. Sonra aprel ayının 26-da ona əmək müqaviləsinin təkrar imzalanması təklif olunmuş, o, həmin müqaviləyə baxarkən müddətin 3 ay olmasını görmüş, nə üçün 3 ay yazıldığını dedikdə ona bildirmişlər ki, rəhbərlik dəyişib, bu müqaviləni imzala, narahat olmasın. O, ona görə də 2-ci müqaviləni imzalamışdır. İlkin və sonrakı işindən çıxmışdır, əgər işəgötürən 3 aydan sonra müddəti uzatmayacaqdırsa, nəyə görə onu əvvəlki işindən çıxmağa məcbur etmişdir. O, 2 uşaq anasıdır, müvəffəqiyyətlə maqistraturaya daxil olmuşdur. Hesab edir ki, işəgötürən onun barəsində ədalətli qərar verməyib. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə 1 il müddətinə əmək müqavilə bağladıqdan sonra müsabiqədən keçə bilməyən Ramin adlı şəxsin şikayəti əsasında xx.xx.2024-cü il tarixdə 4 saat müddətində iddiaçıdan izahat alınmış, orada onun halı da hətta pisləşmişdir. İddiaçı onun barəsində əsassız Ramin adlı şəxsin şikayətlərinə görə hüquqi xidmət üçün xx.xx.2024-cü il tarixdə müraciət etmiş, müqavilə bağlamış və o, bununla bağlı müxtəlif təşkilatlara sorğular göndərmişdir ki, Ramin adlı şəxs barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsinlər. Onların sorğuları əsasında sənədlər təqdim olunmamışdır. İddiaçı ilə 1 il müddətinə bağlanılan əmək müqaviləsi əsassız olaraq 3 ay müddətinə dəyişdirilmişdir, ona görə də həmin dəyişdirilmiş müqavilə etibarsızdır. İddiaçı müddətinin tətbiqi ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiq barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə mediasiyaya təşkilatına müraciət olunmuşdur. Arayış isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Müddət buraxılmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 712 saylı əmək müqaviləsi bağlanmış və o, “Siyəzənneft” NQÇİ-nin personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli 14-21/3-1K- 69/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış 712 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti bitməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xəbərdarlıqla xx.xx.2024-cü il tarixdə İddiaçı tanış olmuş və imzalamışdır. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli 14-2-1/3-1K-134/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia ərizəsində əmək müqaviləsinin müddətinin qanunsuz olaraq dəyişdirilməsi və digər iddiaları əsassızdır. Belə ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış 712 saylı əmək müqaviləsi İddiaçı tərəfindən də imzalanmışdır. İddiada qeyd edilən digər hallarla bağlı da araşdırma aparılmış və iddiaçının iddiasının əsassız olduğunu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə bağlanan əmək müqaviləsindəki tarix mexaniki və səhv olaraq 1 il kimi bildirişdə qeyd olunduğu üçün onun dəyişdirilməsi barədə müraciət olunmuş və müqavilədə göstərilən 3 ay müddət qeyd edilmişdir. İddiaçı 3 ay müddətinə müqavilə bağlamağa razı deyildisə, o, müqaviləni imzalamamalıdır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin Baş direktoru X1 adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən onu İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Personalın uçotu xidmətinə xidmət rəisi vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 712-N nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1934 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir (bənd 4.1). İş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-69/2024 saylı əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmrin əsası kimi İddiaçı şəxsi ərizəsi və 712-N saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi göstərilmişdir. İş üzrə xxxxxxx000400 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 1934 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2025-ci ildir. İş üzrə Cavabdeh baş mühəndis – baş direktorun birinci müavini Rövşən Qarayev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən SOCAR-ın Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Personalın uçotu xidmətinin rəisi vəzifəsinə işçi qəbul edilməsi məqsədilə “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” (No xxxxxxx000400) alarkən mexaniki olaraq müqavilə müddəti 1 il qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Portalda aidiyyəti üzrə (Noxxxxxxx000401) müvafiq dəyişiklik aparılmışdır. İş üzrə xxxxxxx000400 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 1934 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü ildir. İş üzrə Cavabdeh baş direktoru Əli Qurbanov tərəfindən Cavabdeh “Siyəzənneft” NQÇİ-nin Personalın uçotu xidmətinin rəisi İddiaçı ünvanlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi”nə xitam verilməklə tutduğu vəzifəsindən azad ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3-1K-134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq və müqavilə vaxtının bitməsini nəzərə alaraq Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi İddiaçı ilə xx.xx.2024-cü il tarixli, 712-N nömrəli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi əmr verilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı müddətli əmək müqaviləsi göstərilmişdir. İş üzrə İddiaçı işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 477,15 manat (kompensasiya-cari il),756,78 manat (vəzifə maaşı), 45 manat (ARDNŞ-nın əmr.əs.gün.y.xər), 67,62 manat (cari ay müəssisə hesabına), cəmi 1.346,55 manat hesablanmış, həmin məbləğdən 6,17 manat (işsizlik ödənişi-işçidən), 38,37 manat (3% ə/hdan DSMF-a tutulma), 12,34 manat (Həmkarlar İttifaqı), 132,52 manat (gəlir vergisi), 25,58 manat (icbari tibbi sığorta-işçi), 1.131,57 manat tutulmuşdur. İş üzrə xxxxxxx0004X0 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1К-134/2024 saylı əmrinə əsasən Azərbaycan Respublikası 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə “Azneft” İB-yə daxil olan təşkilatların əmək kitabçalarının qeydiyyatı kitabının çıxarışından görünür ki, İddiaçı ******* nömrəli əmək kitabçası xx.xx.2024-cü il tarixdə almışdır. İş üzrə Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.K.Əliyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə, xx.xx.2024-cü il tarixli 1416Ə nömrəli ünvanladığı ərizə daha ətraflı araşdırılması üçün “Azneft” İB-nin həmkarlarına göndərilmişdir. Həmkarlardan əldə etdiyi məlumatlar əsasında hüquqşünasları ilə birlikdə bu sahədə çalışan hüquq mütəxəssisləri ilə də geniş müzakirə və məsləhətləşmə aparılmışdır. Mütəxəssislərin bildirdiyinə görə işçi ilə daha əvvəl müəssisə arasında bağlanılmış bir illik müddətli müqavilənin sonradan üç aylıq müqavilə ilə qarşılıqlı razılaşma əsasında əvəz edilməsinin hüquqi əsası yoxdur. Yuxarıda yazılanları nəzərə alaraq müraciəti əsasında “Azneft” İB-nə İddiaçı məsələsinə yenidən baxılması üçün müraciət edilmişdir. Müraciətinin nəticəsi ilə bağlı İddiaçı məlumat veriləcəkdir. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-001032 saylı arayışın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında SOCAR Cavabdeh nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, İMS üçün ərizənin tarixi – xx.xx.2024-cü il tarixi göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Personalın uçotu xidmətinə 15ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanılmış, tərəflərin razılığına əsasən müddət 3 ay müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, əmək müqaviləsində müddət 3 ay müəyyən edilsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci il kimi, yəni 1 il kimi qeyd edilmişdir. Uyğunsuzluqla əlaqədar işəgötürən tərəfindən X2 Xidmətinə müraciət olunmuş və həmin bildirişdə dəyişiklik apararaq müqavilənin qurtardığı tarix xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının ilkin olaraq bağlanılan əmək müqaviləsində müddətin 1 il qeyd edilməsi barədə dəlillərini əsaslı hesab etmir, belə ki, məhkəmə araşdırması zamanı belə müqavilənin mövcudluğunu təsdiq edən sübutlar müəyyən edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra Cavabdeh 14-2-1/3-1K-134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də vakant vəzifə olan Personalın uçotu xidməti rəisi vəzifəsinə xx.xx.2024-cü il tarixdə imtahan vermiş, imtahanda uğurlu nəticə əldə etmiş və həmin vəzifəyə təyin olunması barədə xx.xx.2024-cü il tarixdə əmr imzalanmış və o, işə başlamışdır. Onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əvvəlcə bir illik müddətli əmək müqaviləsi bağlanmış, sonradan ona edilən çoxsaylı təzyiqlər yolu ilə xx.xx.2024-cü il tarixdə “qarşılıqlı razılaşma əsasında” əvvəlki bir illik müddətli əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilmiş, müqavilənin müddəti üç ay müəyyən edilmiş, cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K- 134/2024 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. SOCAR Cavabdeh “Siyəzənneft” NQÇİ-də işə başladığı vaxtdan etibarən ona qarşı qərəzli hərəkətlər edilmiş, hədəqorxu gəlinmiş, guya “tapşırıqla” işə qəbul olduğu üçün işdən uzaqlaşdırılması ilə bağlı xüsusilə də Ramin Əmirov tərəfindən SOCAR Cavabdehnə şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən qərəzli şikayətlər ünvanlanmış və bu şikayətlər əsasında barəsində xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış, araşdırma protokolundan da görünür ki, onun işə qəbulu ilə əlaqədar, eyni zamanda “Siyəzənneft” NQÇİ-də xidmət etdiyi dövrdə fəaliyyətində heç bir qanunsuz hal aşkar edilməmişdir. Onun SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-nin hüquqşünası Ramin Əmirovun və sabiq sədri Ayaz Bağırov tərəfindən məruz qaldığı təzyiqlər, qanunsuzluqlar barədə dəfələrlə dövlət qurumlarına şikayətlər ünvanlanmışdır, lakin indiyə qədər həmin şikayətlərlə bağlı heç bir tədbir görülməmiş, onun hüquqlarını pozan şəxslər barəsində ölçü götürülməmiş, onun pozulmuş hüquqları bərpa edilməmişdir. Həmçinin qeyd olunan faktiki hallarla əlaqədar Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müraciət olunmuş, Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 150/01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, mütəxəssislərin bildirdiyinə görə işçi ilə daha əvvəl müəssisə arasında bağlanılmış bir illik müddətli müqavilənin daha sonra üç aylıq müqavilə ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli 3 aylıq müddətli əmək müqaviləsinin heç bir hüquqi əsası yoxdur, ilkin müqavilənin dəyişdirilərək müddətinin azaldılması onun əmək qanunvericiliyinin 9-cu maddəsi ilə müəyyənləşdirilən işçi hüquqlarının işəgötürən tərəfindən kobud şəkildə pozulması ilə nəticələndiyinə görə etibarsız müqavilədir, buna görə də heç bir hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli əmək müqaviləsi hüquq normalarının tələblərinə uyğun olmayaraq qanunazidd formada bağlandığından iddianın həmin müqavilədə iradə ifadəsinin sərbəst formada əks olunmadığı, onun əlverişsiz vəziyyətə düşməsi ilə nəticələndiyi üçün etibarsız hesab edilməlidir. Onun ailəsi 4 nəfərdər ibarətdir və o, 2 azyaşlı uşaq anasıdır. O, ailəsinin yeganə qazanc yeri olduğundan hazırda işsiz olduğu üçün ailəsi maddi və mənəvi cəhətdən çətin günlər keçirir. Cavabdeh qanunvericiliyin göstərilən normalarını pozmaqla onunla bağladığı əmək müqaviləsinə müddətin keçməsi səbəblə xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan üç aylıq müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə ziddir, ilkin bir illik əmək müqaviləsinin 3 aylıq əmək müqaviləsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən əsaslandırılmamış onun konstitusiya,əmək qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilən hüquqlarının pozulmasına səbəb olduğu üçün etibarsız hesab edilməlidir. Bu səbəbdən iddiaçı onunla cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsini, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsini, onun işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının “Siyəzənneft” NQÇİ-nin Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbayan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının isə müqavilə bağlayarkən bu müqavilənin onun iradəsinə uyğun olmamaqla qərəzli hərəkətlər və hədə-qorxu nəticəsində bağlanmasına dair hallar məhkəmədə müəyyən edilmədiyindən və öz təsdiqini tapmadığından, bununla da həmin dəlillər əsaslı hesab edilmədiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa olunması hissələri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının və ödənilməmiş əmək haqqının barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl Qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə işəgötürənə göndərmiş (bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlərlə təsdiq olunur), xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar mediasiya prosesində iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmiş məhkəməyə müraciət etdiyindən, cavabdehin iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə dəlilləri əsassızdır. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev