Məhkəmə qərarları › İş №e-2(009)-2156/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2156/2025

17.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2156/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X1 və X3 üzrə Mərkəzə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X1 və X3 üzrə Mərkəzə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli K-154 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən 2016-cı ilədək müvafiq təşkilarlarda işləmişəm. 29 mart 2016-cı il tarixdən mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X1 və X3 üzrə Mərkəzinin referenti vəzifəsinə qəbul olunmuşam. İşlədiyim müddət ərzində hər hansı bir intizam pozuntusuna yol verməmişəm. 30 iyul 2025-ci il tarixdə mən ƏM-nin 70-cimaddəsinin “b” bəndinə əsasən tutduğum vəzifədən azad edilmişəm. Bununla bağlı qeyd edirəm ki, işdən azad edilməmişdən qabaq, xx.xx.2025-ci il tarixi xəbərdarlıq məktubu ilə işəgötürən yenilənmiş struktur və yeni ştat cədvəlilinin təsdiqi ilə əlaqəli olaraq, ƏM-nin 77-ci maddəsinə əsasən tutduğum vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi bitdikdən sonra mənimlə əmək müqaviləsinə xitam veriləcəyi barəmə məni məlumatlandırışdır. Aşağıdakı əsaslara görə hesab edirəm ki, işə götürən tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən də məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, müdriyyət tərəfindən sturktur dəyişkənliyi və yeni şatat vahidlərinin yaranmasızərurətindən irəli gələrək, mənə tutduğum vəzifəyə uyğun digər bir vəzifə təklif olunmamış və ştatların ixtisarı zamanı işdə saxlanılmasına üstünlüyü olan işçilərin dairəsi belə müəyyən edilməmiş, bununla da mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Onu da məhkəmənin diqqətinə xüsusi olaraq çatdırırıq ki, müdriyyət tərəfindən mənim uzun müddət eyni təşkilatda işləməyim və evə yeganə qazanc gətirən şəxs olmağım nəzərə alınmamışdır. Bu baxımdan və aşağıdakı qanun normalarına əsaslanaraq hesab edirəm ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2025-ci il tarixli K-154 nömrəli əmrin ləğv edilməsi, Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində iddiaçının əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 60 manat mediasiya xərci və 500 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: X1 və X3 üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında xx.xx.2025-ci il tarixli əmrə əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsi X1 və X3 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlinin hazırlanıb Nazirliyə təqdim edilməsi əmr edilmişdir. X1 və X3 üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin direktorunun xx.xx.2025-ci il tarixli əmrinə əsasən X1 və X3 üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasında “Maliyyə və satınalma şöbəsi”, “İnsan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsi”, “İnzibati şöbə” , “Yerli tədbirlərin idarə edilməsi şöbəsi”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsi”, “Tərəfdaşlarla iş şöbəsi”nin yaradılması əmr edilmişdir. 23 may 2025-ci il tarixli X1 və X3 üzrə Mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd edilir ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzdə çalışan işçilərlə fərdi söhbətlər aparılmış və iclaslar keçirilmişdir. Təklif olunan yeni vəzifələrlə razılaşan 32 əməkdaş yeni ştat cədvəlinə uyğun yeni vəzifələrə təyin edilmişdirlər. Lakin İddiaçı təklif olunan vəzifələrə təyin olunmaqdan imtina etmişdir. 30 iyul 2025-cü il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X1 və X3 üzrə Mərkəzinin referenti vəzifəsində çalışmışdır. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırda əmrin qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə ilk öncə işçilərin ştat ixtisarı anlayışına aydınlıq gətirməyi vacib bilir. Belə ki, təcrübədə ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və yaxud bir neçə ştat vahidinin ləvği, eləcə də işlərin həcminin azaldılması başa düşülür. İşçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, əvvəlcə müəssisədə boş vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilir. Mübahisənin yaranması halında işçilərin sayının və ya ştatının ixtisarının həqiqətən aparıldığının təsdiqi kimi digər sənədlərlə yanaşı eyni zamanda ştat cədvəlləri də çıxış edə bilər. Lakin hazırki işdən görünür ki, işəgötürənin işçilərin ştat ixtisarı məqsədilə qəbul etdiyi əmrlə əslində faktiki olaraq heç bir ixtisar baş tutmamışdır. Belə ki, işdə olan 01 yanvar 2025-ci il və 01 iyun 2025-ci il üçün ştat cədvəllərindən görünür ki, ixtisar barədə əmr verilməzdən öncə ştat vahidlərinin sayı 88 olmuşdur. Əmrdən sonra da ştat vahidlərinin sayı azalmamış, 88 ştat vahidi olaraq da qalmışdır. Buradan da görünür ki, əslində işəgötürən tərəfindən işçilərin ştat ixtisarı olmamış, sadəcə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onların bazasında yeni şöbələr yaradılmışdır. Belə olan halda işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatlarının ixtisar olunması əsası ilə xitam verilməsi qanunsuzdur. Çünki faktiki olaraq cavabdeh müəssisədə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, əgər işçilərin sayının və ya ştatının ixtisar olunması əsası ilə əmək müqaviləsi ləğv edilməsi nəzərdə tutulan işçi həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdürsə, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin işdə olan həmkarlar ittifaqı təşkilatının protokolundan görünür ki, işçi təşkilatın iclasına dəvət edilməmiş və iclas onun iştirakı olmadan, fikri öyrənilmədən keçirilmiş və qərar qəbul edilmişdir. Belə olan halda həmkarlar ittifaqı komitəsinin iclasının qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmədiyi nəticəsinə gəlmək olar. Məhkəmə bundan başqa qeyd edir ki, qanunvericiliyin tələbinə görə işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı mütləq araşdırılmalıdır. Cavabdehin nümayəndəsi izahatında cavabdeh tərəfindən iddiaçıya başqa iş təklif edildiyini bildirsə də, iddiaçı bunu inkar etmiş və ona heç bir başqa vəzifə təklif edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi bu faktı təsdiq etmək üçün 23 may 2025-ci il tarixli X1 və X3 üzrə Mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş aktı təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, təcrübədə işçinin ştat vahidi ixtisar olunduğu zaman ona başqa iş təklif olunarkən, əgər işçi bundan imtina edərsə işəgötürən tərəfindən tərtib edilmiş aktla işçi tanış edilir və ona bununla bağlı akta imza etdirilir. Əgər işçi imza etməkdən imtina edərsə, bu hal aktda qeyd olunaraq öz əksini tapır. Lakin hazırki işdə olan və cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş 23 may 2025-ci il tarixli akta nəzər yetirərkən müəyyən olunur ki, akt direktor müavini, baş mühasib, baş mütəxəssis və iki mütəxəssilər olmaqla yalnız işəgötürənin nümayəndələri tərəfindən tərtib olunmuş və aktda iddiaçının iştirakı, onun aktı imzalaması yaxud imzalamasından imtina etməsi ilə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Aktın yalnız işəgötürən tərəfindən tərtib edildiyini və aktın tərtib edilməsində işçinin iştirakının təmin edilməməsini nəzərə alaraq, məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. Cavabdeh tərəf isə iddiaçıya başqa iş təklif etdiyini təsdiq edə biləcək başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə 500 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 18 saylı Vəkil Bürosuna 500 manat məbləğində ödəniş edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə 30 iyul 2025-ci il tarixli əmr ləğv edilsin və İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X1 və X3 üzrə Mərkəzdə yaradılmış xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş 60 manat mediasiya xərci və 500 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar