Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2159/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Səbail rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi G.Y.Rəhimovanın iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X10 ilə xx.xx.2016-cı ildə 3 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha girmiş, nikah 2728 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sonradan bu nikah Rusiya Federasiyası Udmurt Respublikasının İjevsk şəhərinin Pervomayski rayonunun 2 saylı məhkəmə dairəsinin hakiminin xx.xx.2023-cü il tarixli qərarı ilə pozulmuş və 1-НИ No 748635 saylı nikahın pozulmasına dair şəhadətnamə təqdim edilmişdir. Tərəflərin birgə nikahlarından 2 uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 dünyaya gəlmişdir. Hal-hazırda uşaqlar onunla birlikdə Azərbaycan Respublikasında yaşayırlar. Onunla cavabdeh R.Həbibov arasındakı nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anasına bağlı olması nəzərə alınaraq uşaqların onun yanında qalması müəyyən edilməli və uşaqların saxlanılması üçün cavabdeh X4 hər ay aliment tutulub ona verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onların birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 iddiaçının yanında saxlamaqla, hər uşaq üçün 280 manat, ümumilikdə 560 manat aliment məbləğinin tutulması və xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (ərizə verilən gündən) hər uşaq üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, onların nikahı Azərbaycanda Asan Xidmətdə bağlanılmış, Rusiya Federasiyasında isə pozulmuşdur. Nikahları pozularkən uşaqların hansı valideynin yanında qalması müəyyən edilməmişdir. Uşaqlar onun himayəsindədir. Hazırda hər iki uşaq orta məktəbdə təhsil alır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilmiş Səbail rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 rəyinin gəldiyi nəticəni müdafiə edərək uşaqların anasının yanında saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdeh X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, azyaşlı uşağın fikrini öyrənib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin iclasında fikri öyrənilmiş azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X14 göstərmişdir ki, o, anası ilə bir yerdə yaşamaq istəyir.Hazırda 2-ci sinifdə oxuyur. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X15 adlı uşaqları var. İş üzrə Rusiya Federasiyasının Udmurt Respublikasının VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə ********************8 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Gabibov Rasul ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Gabibov Rasul ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Gabibov Osman ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. İş üzrə Rusiya Federasiyasının vətəndaşının pasportunun surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı X2 Federasiyasının Udmurt Respublikası, İjevsk şəhəri, Pervomaysk rayonu, Puşkin küçəsi, ev 67, mənzil 1 ünvanında qeydiyyatdadır. İş üzrə 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00991 saylı arayışın surətindən görünür ki, İddiaçı “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında X10 iştirak etməmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyinə əsasən komissiya İddiaçı dinləyib, uşaqların mənafeyini nəzərə alaraq Cavabdeh oğlunun övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Rasul və xx.xx.2019-cu il təvəllüdlü Osman adlı uşaqları var. Tərəflər arasında olan nikah xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, Udmurt Respublikasının İjevsk şəhərində yaşayır, iddiaçı uşaqları ilə birlikdə hazırda Azərbaycan Respublikasında yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yanında saxlamaqla, hər uşaq üçün 280 manat, ümumilikdə 560 manat aliment məbləğinin tutulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (ərizə verilən gündən) hər uşaq üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmə icraatında olduğu müddətdə Rusiya Federasiyasında yaşayan cavabdeh iddianın araşdırılmasının rədd edilməsi barədə ərizə ünvanlanmış, ərizəsini iddiaçının da Rusiya Federasiyası vətəndaşı olması ilə əlaqələndirmişdir. Məhkəmə ilk növbədə cavabdehin xarici ölkə vətəndaşı olması və nikahın xaricdə pozulması ilə əlaqədar iddiaçının mövcud iddia ərizəsinə Azərbaycan Respublikasının məhkəməsində baxılmasına yol verilib-verilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi xarici şəxslərin iştirakı ilə olan işlərə baxılmasında Azərbaycan Respublikası məhkəmələrinin hansı əsaslarla səlahiyyətli olmasını nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 443.0.4-cü maddəsinə əsasən aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası ərazisində yaşayış yerinə malik olduğundan, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü Rasul və xx.xx.2019-cu il təvəllüdlü Osman adlı uşaqları hazırda iddiaçının yanındadır. Məhkəmə tərəfindən uşaqların hansı valideynin yanında qalması ilə bağlı rəy verilməsi üçün material Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2025-ci il tarixli rəyi ilə tərəflərin birgə nikahdan olan Rasul və Osman adlı uşaqların anasının yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşaqların yaşlarını, məhkəmə iclasında dinlənilərkən fikri öyrənilmiş uşağın anası ilə yaşamağa dair müsbət münasibətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü Rasulun və xx.xx.2019-cu il təvəllüdlü Osmanın analarının yanında qalmaları müəyyən edilməlidir. Məhkəmə iddiaçının alimentin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalmalarını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği 246 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh oğlundan İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5904 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 79,04 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X15 anaları – İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh oğlundan xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh oğlundan dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2159/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2159/2025
23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver