Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2166/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin – cavabdehlər Cavabdeh2 və X1 qanuni nümayəndəsi Cavabdeh1 qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 05 noyabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – cavabdehlər Cavabdeh2 və X1 qanuni nümayəndəsi Cavabdeh1 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2588,30 manat məbləğində pulun və 45,89 manat məbləğində ödənilmiş dövlət rüsum və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdehlər iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir iddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Məmmədov Füzuli Fərzulla oğlu arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********68 saylı Kredit müqaviləsinə əsasən ona illik 11.9 %-lə, 12 ay müddətinə 14600 manat nağd kredit və xx.xx.2021-ci il tarixli BPM**********21 saylı Tam kart Çərçivə müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Daha sonra Məmmədov Füzuli Fərzulla oğlunun müraciətinə əsasən ona verilən kredit kartının limiti artırılaraq xx.xx.2024-cü il tarixədək müddətə 5362 AZN məbləğində təyin edilmişdir Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu Məmmədov Füzuli Fərzulla oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Məmmədov Füzuli Fərzulla oğluarasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********68saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2178.07 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 2178.08 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********21 saylı Tam kart Çərçivə müqaviləsinə əsasənkart kredit limiti cəmi 410.22 manat əsas borc olmaqla ümumilikdə cəmi 2588.30 manat borcu yaranmışdır. Astara rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 370227saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Məmmədov Füzuli Fərzulla oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Astara rayon Notariat ofisininxx.xx.2024-cü il tarixli 2V-26, 2V-27 və xx.xx.2024-cü il tarixli 2V-471, 2V-472 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən görünür ki, Məmmədov Füzuli Fərzulla oğlundan qalmış mirasa Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi X3qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Məmmədov Füzuli Fərzulla oğlununun vərəsələri Cavabdeh2 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi X3xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Məmmədov Füzuli Fərzulla oğlu ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Kredit müqaviləsindən görünür ki, həmin sazişə uyğun olaraq illik 11,9 % ödəniş olmaqla bank tərəfindən 12 ay müddətinə 14600 manat məbləğində Məmmədov Füzuli Fərzulla oğluna kredit ayrılmışdır. Məmmədov Füzuli Fərzulla oğlu ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə imzalanmış Tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, həmin sazişə uyğun olaraq illik 24 % ödəniş olmaqla bank tərəfindən 36 ay müddətinə 300 manat məbləğində Məmmədov Füzuli Fərzulla oğluna kredit limiti ayrılmışdır. AZ-İİ № 370227 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Füzuli Fərzulla oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 05 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, Məmmədov Füzuli Fərzulla oğlunun vərəsələri Cavabdeh2 və oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi X4r. AZ-İİİ № 999974 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017ci il təvəllüdlü X1 anası Cavabdeh1dır. Maliyyə arayışında qeyd edilmişdir ki, Məmmədov Füzuli Fərzulla oğlunun xx.xx.2021ci il tarixli tam kart müqaviləsi üzrə 410,22 manat borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 2178,08 manat əsas borc, 0,01 manat faiz borcu vardır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehlərin hazırki iddia tələbinə cavab verməsi, yəni ki F.Məmmədovun hüquqi varisi olduğuna münasibətdə qeyd edir ki, F.Məmmədov vəfat etdikdən sonra cavabdehlər qanun üzrə vərəsəlik hüququ əsasında artıq hüquqi varis statusu qazanmışdır. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.89 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2588,30 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 45,89 manat dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh2 və X1 qanuni nümayəndəsi Cavabdeh1 müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2166/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2166/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver