Məhkəmə qərarları › İş №e-2(009)-2184/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2184/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2184/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s.» barədə iddia ərizəsi üzrə mülki işə 02 dekabr 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s.» barədə iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan edilməsi, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 mart 2019-cu il tarixli 174 nömrəli müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin 554,190 manat təşkil edən, 01 iyul 2019-cu il tarixli 199 və 200 nömrəli müqavilələrə əsasən ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin dəyəri 122,820 manat və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin 120,504 manat pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ əldə edir. Buna baxmayaraq, müqavilələr ilə iddiaçının istifadəsinə verilən mənzillərə cavabdeh MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddia tələbində qeyd edilən mənzillər X5 faktiki olaraq Cavabdeh MTK tərəfindən satılmışdır. Həmin mənzillər Saleh Abdullayev adlı şəxsə Cavabdeh MTK üçün müəyyən işlərin görülməsi müqabilində təminat olaraq verilmişdir. Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayev Cavabdeh MTk-ya yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi müqabilində MTK tərəfindən inşa olunan yaşayış binasında müxtəlif mənzilləri müvafiq olaraq X1, İddiaçı, X4, X2, X3 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər Saleh Abdullayevin yaxın qohumlarıdır. Qeyd olunan adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər dən heç biri Cavabdeh MTK-nın ofisinə gəlməmişlər və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqabilində MTK-ya heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə MTK-ya hər hansı bir vəsait ödənilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 20 mart 2019-cu il tarixli 174 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 554,190 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir. İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 01 iul 2019-cu il tarixli 199 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 122,820 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir. İddiaçı (alıcı) ilə Cavabdeh MTK (satıcı) arasında bağlanmış 01 iul 2019-cu il tarixli 200 saylı Müqavilənin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun dəyərini təşkil edən 120,504 manat pulu tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilləri İddiaçı satmağı, İddiaçı isə həmin mənzilləri qəbul edib onların məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, 20 mart 2019-cu il və 01 iyul 2019-cu il tarixli Müqavilələr ilə Cavabdeh MTKnın ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzilləri iddiaçının sahibliyinə və istifadəsinə vermə, iddiaçının isə həmin mənzillərin dəyərinin Cavabdeh MTK-ya ödəmə öhdəlikləri əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MTK iddiaçıdan iddiaçı tərəfindən dəyəri tam olaraq ödənilmiş mənzilləri iddiaçının sahibliyi və istifadəsinə vermək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin hazırki cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə razılaşdırılmış və dəyəri iddiaçı tərəfindən tam ödənilmiş mənzilləri iddiaçıya təhvil verməkdən imtina edir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzillərin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunduğundan iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzillərin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli, ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrəli mənzillərə dair İddiaçı istifadəsinə, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına, liftdən istifadəyə, habelə su, elektrik, qazın verilməsinə dair Cavabdeh MTK tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub (alınıb) iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar