Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-219/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı oğlunun Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4-də yerləşən 51 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. O, 1996-cı ilədək həmin ünvanda yaşamışdır. O, Azərbaycan Respublikasından çıxarkən həmin mənzili heç kimin istifadəsinə verməmişdir. Lakin cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qeyd olunan mənzili guya ona satdığını iddia edərək aralarında mənzilin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia üzrə cavabdeh məhkəməyə verdiyi iddia ərizəsində təsdiq etmişdir ki, ona məxsus mənzildə cavabdeh ailə üzvləri ilə yaşayır. Bu barədə iddia ərizəsinə Səbail rayon 7 saylı MKİS-nin arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş akt əlavə edilmişdir. Hazırki iş üzrə cavabdeh mənzilin istismar yığımı, məişət tullantıları yığımı haqqlarını, işıq, qaz, sudan istifadəyə görə haqları ödəyibdir. Mənzil 1996-cı ildən cavabdehin sahibliyində və istifadəsindədir. Cavabdeh ona məxsus mənzilin onun qeyri-qanuni sahibliyində olmasını təsdiq etmişdir. Halbuki ona məxsus mənzilə eyni inzibati ərazidə yerləşən eyni mənzil şəraiti olan mənzillər ayda 2000-3000 manata kirayəyə verilir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmuş, ona külli miqdarda ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8216/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4-də yerləşən 51 saylı mənzil 22 saylı DNK-nın xx.xx.1993-cü il tarixli D-672 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evdə yerləşən 3 otaqlı 51 saylı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması, mənzildən cavabdehə məxsus əmlaklar çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı oğlu tərəfindən onun etibarnamə üzrə nümayəndəsinə vermiş etibarnamənin hüquqi qüvvəsi yoxdur və qüvvədən düşmüş hesab olunur. Belə ki, İddiaçı oğlu tərəfindən verilmiş etibarnamədən aydın olur ki, iddiaçı tərəfindən nümayəndəyə verilən etibarnamə xx.xx.2023-cü il tarixdə London şəhərində verilmişdir. Həmin etibarnamədə etibar edən İddiaçı oğlunun qeydiyyat ünvanı və pasport məlumatları göstərilmişdir. Pasportun nömrəsi: ********* kimi qeyd edilmişdir. İş materiallarına baxanda aydın olur ki, iddiaçının həmin pasportun müddəti xx.xx.2014-cü ildə bitmişdir. 9 il bundan öncə qüvvəsini itirən pasportla etibarnamənin verilməsi maraq doğuran məsələdir və hazırda həmin etibarnamə hüquqi qüvvəyə malik deyildir. Bundan başqa, iddiaçının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onun yeni pasportunun təqdim olunması zərurəti yaranmışdır. Bundan başqa, İddiaçı oğlunun mülki iş üzrə nümayəndəyə verdiyi etibarnamə ilə digər iddia ərizəsi və işə əlavə edilmiş etibarnamədə çəkilən qollar arasında ciddi fərqlər mövcuddur. Burdan belə qənaətə gəlmək olar ki, iddiaçının şəxsiyyətinin müəyyən olunması vacib məsələdir. Hazırda iddiaçının yaşaması, sağ olması sübuta yetirilə bilmir. Çünki iddiaçı tərəfindən verilən etibarnamənin mötəbərliyi və etibarlı olmasına kifayət qədər ciddi şübhələr mövcuddur. Məhkəməyə təqdim edilmiş etibarnamədə etibarnaməni verən şəxsin ata adı göstərilməmiş, bu da etibarnamənin həqiqətən də İddiaçı oğlu tərəfindən verilməsi şübhə doğuran məqamdır. Həmçinin “Quliyev” soyadı ingilis dilində “Guliyev” yazılmalı olan halda “Gouliev” kimi tərtib edilməsi də bu iddianın fərqli insan tərəfindən verilməsi şübhələrini artırır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8216/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı oğluna və X3 (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evin yaşayış sahəsi 108 kv.m. olan 3 otaqdan ibarət 51 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla cavabdeh İddiaçı oğlu və 53 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla cavabdeh X5 arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evin 108 kv.m-dən ibarət olan 3 otaqlı 51 saylı mənzilini, eləcə də 53 saylı mənzilini 1996-cı ildə qohumları İddiaçı oğlundan və 1996-cı ildə X1 almışdır. Mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Bu faktı Səbail rayon 7 saylı MKİS-nin verdiyi arayış və qonşular təsdiq edirlər. İddiaçı oğlu və X5 isə mənzildə bir gün də olsa yaşamamış və istifadə etməmişlər. Onlar daimi yaşamaq üçün xarici ölkəyə köçüb getmişlər. Mənzilin istismar yığımı, məişət tullantıları yığımı haqqlarını, işıq, qaz, sudan istifadəyə görə haqları daima o, ödəmişdir. Mənzillər həmin vaxtdan birləşik mənzillər olmaqla faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Lakin cavabdehlər İddiaçı və Elbrus Quliyev daimi olaraq xarici ölkədə yaşadıqlarına görə mənzili adına rəsmiləşdirə bilmir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 51 saylı mənzil 22 saylı DNK-nın xx.xx.1993-cü il tarixli D672 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə İddiaçı oğlunun adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 53 saylı mənzil 9 saylı DNK-nın 3MA-4-895 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etməsi, eləcə də qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun cavabdehlərin notariatda təsdiq edilməsi olan əqdi notariatda təsdiq etməkdən boyun qaçırmasına dair hallar iddiaçı tərəfindən mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehlərlə mübahisəli mənzillərə dair alqı-satqı müqaviləsinin 1996-cı ildə bağlandığını göstərsə də, həmin vaxtdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək imkanı olduğu halda, 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürmüşdür. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindvn ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanı Bakı şəhəri 22 saylı notariat kontorunun D-672 reyestr nömrəli xx.xx.1993-cü il tarixli dəyişmə (arxiv qovluğunda sənəd surəti mövcuddur) müqaviləsinə əsasən İddiaçı oğlunun adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 4 saylı evin 51 saylı mənzili 1993-cü ildən iddiaçının mülkiyyətindədir. İddiaçı 1996-cı ildə Azərbaycan Respublikasından çıxarkən mübahisəli mənzili heç kimin istifadəsinə verməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı oğluna və X3 qarşı Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evin yaşayış sahəsi 108 kv.m. olan 3 otaqdan ibarət 51 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla cavabdeh İddiaçı oğlu və 53 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla cavabdeh X5 arasında bağlanmış hesab edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə heç bir əsas olmadan yaşayırlar və onların iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir hüquqları yoxdur. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzil 1996-cı ildən cavabdehin və onun ailə üzvlərinin qeyri-qanuni sahibliyində və istifadəsindədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması, mənzildən cavabdehə məxsus əmlaklar çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı mülkiyyətində olan mübahisəli mənzildə cavabdehin və onun ailə üzvlərinin yaşamalarına və həmin mənzildən istifadə etmələrinə etiraz etdiyindən, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsinə dair gətirdiyi dəlillər üzrə, yəni iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə London şəhərində nümayəndəyə verilən etibarnamənin iddiaçının pasport müddətinin xx.xx.2014-cü il tarixdə bitdiyi və etibarnamə həmin müddətdən 9 ildən sonra verildiyi üçün hüquqi qüvvəyə malik olmaması, etibarnamədə çəkilən imzanın iddiaçının özünə məxsus olmasına dair şübhələrin mövcud olması barədə dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, təqdim olunan və apostilə edilmiş etibarnamə Avropanın aparıcı dövlətlərindən biri olan X4 şəhərində səlahiyyətli olan dövlət notariusu tərəfindən etibar edənin şəxsiyyəti və təqdim etdiyi sənədin səlahiyyətli olması müəyyən edilməklə təsdiqlənmişdir. Digər tərəfdən hazırki mülki işi üzrə cavabdehin qaldırdığı iddia üzrə keçirilən məhkəmə iclaslarında analoji pasport əsasında etibarnamə verilmiş nümayəndənin və vəkilin (Vəkil1) etibar edənin adından çıxış etməyə səlahiyyətli olması həm birinci, həm apellyasiya instansiya məhkəmələri tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 4 saylı evin 51 saylı mənzilində heç bir hüquqi əsas olmadan yaşamaları müəyyən edildiyindən, iddia tələbləri əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə İddiaçı oğluna mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 4 saylı evin 51 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı oğluna təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-219/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-219/2024
25.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver