Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2216/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Ərizəçilər İddiaçı1 və İddiaçı2 Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı1 və İddiaçı2 Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tələbi belə əsaslandırmışlar ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 ilə Maraqlı şəxs ASC arasında borcun ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında tərəflər arasında MSB/18/2024-01117 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq Sazişində tərəflər öz aralarında olan bütün münasibətlərin həlli şərtlərini razılaşdırılmışlar. Sazişin şərtlərinə görə 1. İpotekaqoyan İddiaçı2, İddiaçı1 "xxxx" ASC-nin xeyrinə 03 mart2017-ci il tarixli, 101 -HF-3764 saylı kredit müqaviləsi üzrə iddiaçı Maraqlı şəxs ASC-yə kredit üzrə 576 018.07 AZN borc, hərracın keçirilməsi üçün bank tərəfindən ödənilmiş xidmət haqqı və rüsumlar üzrə 90 974.18 AZN olmaqla, cəmi 666.993 AZN vəsaiti barışıq sazişinin bağlandığı gündən etibarən 3 gün müddətində Maraqlı şəxs ASC-də olan cari hesabına ödəməyi öhdəsinə götürür. 2. Maraqlı şəxs ASC İddiaçı2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona geri qaytarılmasına etiraz etmir. 3. Barışıq sazişini tərəflər və mediator təsdiqlədikdən və qeyd olunan vəsait Maraqlı şəxs ASC-də olan bank hesabına köçürüldükdən sonra, bank məhkəmə qərarının icrası ilə bağlı qeyd olunan əmlakın İddiaçı2 adına rəsmiləşdirilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim etməyi öhdəsinə götürür. 4. İndi və gələcəkdə yarana biləcək xərclərin (tam mediasiya xərci kimi 500 manat da daxil olmaqla) ödənilməsini İddiaçı2 öhdəsinə götürür. 5. Yuxanda qeyd olunmuş kredit üzrə öhdəlik, xidmət haqqı, rüsumlar tam ödənildikdən və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı2 mülkiyyətinə qaytarıldıqdan sonra, tərəflərin bir birinə qarşı hər hansı şikayəti və tələbi olmayacaqdır. 6. X1 və mediator tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Lakin hazırda barışıq sazişində nəzərdə tutulmuş şərtlər Maraqlı şəxs ASC tərəfindən yerinə yetirilməməkdir, ona görə də, Bankın Saziş üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməsinin təmin edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranır. Belə ki, Sazişin birinci bəndində nəzərdə tutulmuş öhdəliklər ərizəçi Qasımov tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin öhdəliklərin yerinə yetirilməsi müqabilində daşınmaz ipoteka qoyanın daşınmaz əmlakı ilə əlaqədar üzərinə götürmüş olduğu öhdəliklər bank tərəfindən icra edilməmişdir. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilərə və maraqlı şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, lakin ərizəçilərin nümayəndəsi və vəkili və maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçilər və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı1 və İddiaçı2 ilə Maraqlı şəxs ASC arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Sazişin 1-ci bəndinə görə ipotekaqoyan İddiaçı2, İddiaçı1 "xxxx" ASC-nin xeyrinə 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə iddiaçı Maraqlı şəxs ASC-yə kredit üzrə 576 018.07 AZN borc, hərracın keçirilməsi üçün bank tərəfindən ödənilmiş xidmət haqqı və rüsumlar üzrə 90 974.18 AZN olmaqla, cəmi 666.993 AZN vəsaiti barışıq sazişinin bağlandığı gündən etibarən 3 gün müddətində Maraqlı şəxs ASC-də olan cari hesabına ödəməyi öhdəsinə götürür. Sazişin 2-ci bəndinə görə Maraqlı şəxs ASC İddiaçı2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona geri qaytarılmasına etiraz etmir. Sazişin 3-cü bəndinə görə Barışıq sazişini tərəflər və mediator təsdiqlədikdən və qeyd olunan vəsait Maraqlı şəxs ASC-də olan bank hesabına köçürüldükdən sonra, bank məhkəmə qərarının icrası ilə bağlı qeyd olunan əmlakın İddiaçı2 adına rəsmiləşdirilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim etməyi öhdəsinə götürür. Sazişin 4-cü bəndinə görə indi və gələcəkdə yarana biləcək xərclərin (tam mediasiya xərci kimi 500 manat da daxil olmaqla) ödənilməsini İddiaçı2 öhdəsinə götürür. Sazişin 5-ci bəndinə görə yuxanda qeyd olunmuş kredit üzrə öhdəlik, xidmət haqqı, rüsumlar tam ödənildikdən və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı2 mülkiyyətinə qaytarıldıqdan sonra, tərəflərin bir birinə qarşı hər hansı şikayəti və tələbi olmayacaqdır. Sazişin 6-cı bəndinə görə X1 və mediator tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Maraqlı şəxs ASC barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı1 və İddiaçı2 ilə Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İpotekaqoyan İddiaçı2, İddiaçı1 "xxxx" ASC-nin xeyrinə 03 mart2017-ci il tarixli, 101 -HF- 3764 saylı kredit müqaviləsi üzrə iddiaçı Maraqlı şəxs ASC-yə kredit üzrə 576 018.07 AZN borc, hərracın keçirilməsi üçün bank tərəfindən ödənilmiş xidmət haqqı və rüsumlar üzrə 90 974.18 AZN olmaqla, cəmi 666.993 AZN vəsaiti barışıq sazişinin bağlandığı gündən etibarən 3 gün müddətində Maraqlı şəxs ASC-də olan cari hesabına ödəməyi öhdəsinə götürür.
2. Maraqlı şəxs ASC İddiaçı2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona geri qaytarılmasına etiraz etmir.
3. Barışıq sazişini tərəflər və mediator təsdiqlədikdən və qeyd olunan vəsait Maraqlı şəxs ASC-də olan bank hesabına köçürüldükdən sonra, bank məhkəmə qərarının icrası ilə bağlı qeyd olunan əmlakın İddiaçı2 adına rəsmiləşdirilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim etməyi öhdəsinə götürür.
4. İndi və gələcəkdə yarana biləcək xərclərin (tam mediasiya xərci kimi 500 manat da daxil olmaqla) ödənilməsini İddiaçı2 öhdəsinə götürür. 5.Yuxanda qeyd olunmuş kredit üzrə öhdəlik, xidmət haqqı, rüsumlar tam ödənildikdən və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı2 mülkiyyətinə qaytarıldıqdan sonra, tərəflərin bir birinə qarşı hər hansı şikayəti və tələbi olmayacaqdır.
6. X1 və mediator tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Mədinə Bağırova