Məhkəmə qərarları › İş №e-2(009)-2217/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2217/2023

11.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2217/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Socar "xxxx" İstehsalat Bırlıyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın "xxxx" İB, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh SOCAR-ın "xxxx" İB, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsinin 23 mart 2020-ci il tarixli əmr-qərarı ilə təsdiqlənmış “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş”in 5.16-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixinə uyğun hesablanmış orta əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin iddiaçıya ödənilməsinin təmin edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, uzun illər neft sektorunda işləmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutulmaqla mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Socar və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsinin 23 mart 2020-ci il tarixli əmr-qərarı ilə təsdiqlənmış “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş”in 5-ci hissəsinin (“Sosial təminat”) 5.16-cı bəndində qeyd olunmuş şərtlərə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitamverilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, onun xx.xx.2023-cü il tarixində 65 yaşı tamam olmuş, onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verilmişdir. Buna baxmayaraq kollektiv sazişdə nəzərdə tutulmuş orta əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ona ödənilməmişdir. Cavabdeh "xxxx" İB-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 15 fevral 2023-cü il tarixdə ərizə yazaraq yaşa görə təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad olunmuşdur. "xxxx" İB-nin "28 May" NQÇİ-nin 01 mart 2023-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmrqərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmrqərarına əsasən, bu əmr-qərar verildiyi tarixdəh bir təqvim ayı ərzində, eləcə də, bu əmrqərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr- qərarının 4-cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarının tələblərinə uyğun olan işçi ilə SOCAR-ın müvafiq idarəsi arasında "əmək nüqaviləsinə xitam verilməsinə" dair razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr- qərarda nəzərdə tutulan "qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı" dedikdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun "Yaşa görə əmək pensiyası" fəslində nəzərdə-tutulduğu kimi 65 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çox uşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ vərən yaş həddi nəzərdə tutulur. İddiaçı A.Mahmudov 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və həmin, əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixlii əmr-qərarının tələblərinə uyğun olmadığı üçün onunla müvafiq razılaşma bağlanmamışdır. İddiaçı xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Göründüyü kimi İddiaçı əmək pensiyası təyin olunduğu müddətdən 1.3 il ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət pensiya yaşına çatmış (ilk dəfə təqaüdə çıxan) şəxslərə ərizə ilə müraciət etdikdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən təqaüdə çıxan işçinin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaq üçün ödənilir. Həmçinin, həmin müavinəti almaq hüququ olan işçi işdən çıxma ərizəsində də orla aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməklə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qeyd edir. İddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmadığından xx.xx.2025-cü il tarixli ərizəsində yaşa görə təqaüdə çıxması ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmçinin, iddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutsa idi onunla işəgötürən "28 May" NQÇİ arasında razılaşma bağlanacaqdı, iddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmadığından onunla razılaşma bağlanmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 4.1.1-ci bəndinə əsasən, qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Socar "xxxx" İstehsalat Bırlıyinin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan SOCAR İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə yaşa gərə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin olunduqdan sonra siz əmək fəaliyyətinizi davam etdirmiş, xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsünüzlə sizinlə bağlanmış əmək müqaviləsi ləğv edilməklə, tutduğunuz vəzifəsindən azad edilmisiniz. Qeyd olunanları, sizin xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığınızı, əmək pensiyası təyin olunduğu gündən sonra 13 il ərzində əmək fəaliyyətinizi davam etdirdiyinizi nəzərə alaraq, SOCAR və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 23 mart 2020-ci il tarixli əmr-qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş"in 5-ci hissəsinin ("Sosial təminat") 5.16-cı bəndində qeyd olunmuş şərtlərə əsasən (qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verməsi sizə şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmrqərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. İş materiallarına əlavə edilmiş ARDNŞ və ANQSİHİRK 14 avqust 2009-cu il tarixli Əmr-Qərarına əsasən 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli qərarı ilə müəyyən olunmuş münasibətlərin tənzimlənməsini təkmilləşdirmək, habelə bəzi anlayışlara aydınlıq gətirmək məqsədi ilə 4-cü bənddə “qərarın olduğu tarixdən” sözlərindən sonra “, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İddiaçı əmək pensiyası təyin olunduğu müddətdən 13 il ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ilə 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixlii əmr-qərarının tələblərinə uyğun olmadığı üçün onunla müvafiq razılaşma bağlanmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilməyən müavinətin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət tərəflərin razılığı ilə pensiya yaşına çatmış ilk dəfə təqaüdə çıxan işçinin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaq üçün ödənilir. Hazırki işdə tərəflər arasında razılıq olmamış və iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldıqdan sonra əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar