Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-223/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğluna qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin ċavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğluna qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh ünvan 1 saylı evin 24-ci mənzilinə dair göstərilən kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixinə qədər yaranmış 2125 (iki min yüz iyirmi beş) AZN, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan ödəməli olan ödənişlərin məbləğinin yüz əlli faizinin, yəni 2125 X 150% = 3187.50 (üç min yüz səksən yeddi, 50 q.) AZN, həmçinin məhkəmə xərcləri üçün-73 manat 13 qəpik, ümumilikdə 5385,63 (beş min üç yüz səksən beş, 63 qəpik) AZN "xxxx" MMMC-nin hesabına ödənilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ünvan 1 ünvanında yerləşən "xxxx" MTK ilə bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sahəsi-186.48 kv.metr olan 24 saylı üç otaqlı mənzilinin mülkiyyətçisi olmuşdur. Sonradan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5ci maddəsinə əsasən "xxxx" MTK mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilmiş və "xxxx" MMMC adı ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh uzun müddət ərzində yuxarıda qeyd olunan mənzildən və mənzilə dair göstərilən kommunal xidmətlərdən digər sakinlər kimi istifadə etmiş, lakin, heç bir səbəb göstərmədən vaxtlı-vaxtında kommunal ödənişləri həyata keçirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə "xxxx" MMMC-nə toplam: 2125 (iki min yüz iyirmi beş) AZN borcu yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirməmişdir. Bildiririk ki, kommunal ödənişlərdən bütün təminatlara(su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, həyətin təmizlənməsi, məişət tullantıların hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun təmiri və saxlanması, kameraların təmiri və digər təsərrüfat xərcləri) ödənişlər olunur, eynizamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdehin mütəmadi olaraq kommunal xidmət haqqlarını ödəməməsi və ya gecikmələri nəticəsində "xxxx" MMMC-nin işçilərinin əmək haqqlarının ödənişlərində problemlər yaşanır, bundan əlavə, periodik olaraq, "xxxx" MMMC-nin Vergi orqanlarına borcu yaranır və hər gecikmə günlərinə görə "xxxx" MMMC-i vergi orqanlarına cərimə faizləri ödəmək məcburiyyətində qalır. Bildiririk ki,Cavabdeh məxsus olan 24 nömrəli mənzilin ümumi sahəsi-186.48 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi, "xxxx" MMMC-nin qərarına əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 186.48 kv.m*0.50q=93.24 manat. Cavabdeh "xxxx" MMMC-nə 22 aydır ki, ödəniş etməmişdir. Etirazın dəlilləri: Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülkiyyətində olan ünvan 2, mənzil 24, ümumi sahəsi 175.4 kv.m olan 3 otaqlı mənzildir. İddiaçının ünvan 2 ünvanında inşa etdiyyi 1 bloklu bina mənzil mülkiyyət hüququ əsasında mənzil mülkiyyətçilərinə aiddir. Binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən İddiaçı qanunvericiliyin tələbinin pozulmasını qismən də olsa aradan qaldırmaq üçün təsisçiləri və sədri N.S.Əsədov YURD MTK-nı ləğv edərək xx.xx.2022-ci il tarixində "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyətini təsis etmişdir. İddiaçı müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada idarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir. "xxxx" MMMC-nin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün keçirilmiş iclasın elanı barədə məlumatı yoxdur. Yığıncağın çağrılması barədə bildiriş ona təqdim edilməyib. Açıqaydın göründiyi kimi bunlar hamsı iddiaçının fərziyələridir, iştirakı və imzası olmayan protokol və qərarlar özü tərəfindən tərtib edilərək dövlət qeydiyyatından keçirilmişdir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) — çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. İddiaçı xx.xx.2022-ci il tarixində əsasız olaraq fəaliyyət göstərməsinə baxmayaraq Mülkiyyətimdə olan ünvan 2, mənzil 24 ümumi sahəsi 175.4 kv.m-dən ibarət olmasına baxmayaraq 186.48 kv.m ümümi sahə üçün tamamilə qanunsuz və əsassız olaraq 22 aya görə hər kv.m 0.50 q kommunal ödənişi tələb edir. Kommunal haqlarını daimi ödəyir. İddiaçının bundan məlumatsız olduğunu, kommunal ödənişin reyestirini aparmadığından (iddiaçı kommunal ödənişlərin reyestirini İddia ərizəsinə əlavə etməyibdir) məlumatsız olduğu üçün bütün qəbzləri qoruyub saxlaya bilməmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları və sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı ərizəyə Xəbərnamə göndərilməsi barədə sənədlər əlavə etsə də Xəbəmamədə göstərilən əlyazma və imza ona məxsus deyildir. Məktubda göstərilən ünvanda yaşamıram, qeydiyyatın ünvan 3liklə, vergi ödəyicisinin qeyd olunan bildirişdən xəbərdar olması təsdiq olunmadığından ərizəçinin işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsiüçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməsi müəyyən olunmur. Bu isə İddiaçının Cavabdehi kommunal xidmətə görə haqqın ödənilməsi tələbi dair İddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etmədiyi nəticəsinə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, ərizəyə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında qanunvericiliklə müəyyən edilmiş qaydada nizama salınmasına riayət edilməsini, ərizə və ona əlavə edilmiş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədlər əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyətinin xx.xx.2022-ci il tarixdə yaradıldığını və hazırda cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğlundan həmin tarixdən sonra yaranmış borcun tələb edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğlu iddia tələbinə etiraz edərək ödənişləri vaxtı-vaxtında etdiyini, noyabr ayınadək bütün ödənişləri etdiyini, noyabr ayından sonra olan müddətə də ödənişləri etdiyini, yalnız yanvar ayının ödənişinin qaldığını onu da məhkəmə mübahisəsi başa çatdıqdan sonra ödəməyə davam edəcəyini bildirərək iddia tələbinin rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-223/2024 saylı 21 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğluna qarşı "kommunal xidmətə görə haqqın ödənilməsi" tələbinə dair mülki iş üzrə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulan ödəməli olan ödənişlərin məbləğinin yüz əlli faizinin, yəni 2125 X 150% = 3187.50 (üç min yüz səksən yeddi, 50 q.) AZN məbləğin Cavabdeh tutulması” hissəsində iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışından və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117B ünvanında yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli qərarları və digər sənədlərinə əsasən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0254 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Həşı̇ mov Ağasəf İ̇sa oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli son xəbərdarlıq məktubunun surətindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117B ünvanındakı mənzilin kommunal xidmət haqları üzrə borcların ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayarq borc ödənilməmişdir, xx.xx.2023-cü il tarixinədək olan 2125 AZN kommunal borcun 01 noyabr 2023-cü il tarixinədək ödənilməsi təklif edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunacağı bildirilmişdir. - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 02 saylı məktubundan görünür ki, Həşı̇ mov Ağasəf İ̇sa oğlu Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117B ünvanında yerləşən 24 saylı mənzilin shibidir. MMMCnin qərarına əsasən kommunal xidmətlərin ödənişi hər kv. Metrə görə 0.50 AZN müəyyən edilmişdir. Mənzilin aylıq ödənişi 95 AZN təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 95 AZN və xx.xx.2023-cü il tarixdə 400 AZN ödəniş etmişdir. 15 yanvar 2024-cü il tarixinə Həşı̇ mov Ağasəf İ̇sa oğlunun "xxxx" MMMC-yə kommunal xidmətlərə görə borcu 1720 AZN təşkil edir. - Mədaxil qəbzlərindən görünür ki, Həşı̇ mov Ağasəf İ̇sa oğlu tərəfindən kommunal xidmətlərə görə "xxxx" MMMC-yə xx.xx.2023-cü il tarixli 028906 saylı mədaxil qəbzi əsasında 110 manat; xx.xx.2023-cü il tarixli 322599 saylı mədaxil qəbzi əsasında 100 manat; xx.xx.2023-cü il tarixli 322601 saylı mədaxil qəbzi əsasında 400 manat; xx.xx.2023-cü il tarixli 322704 saylı mədaxil qəbzi əsasında 100 manat; xx.xx.2023-cü il tarixli 322739 saylı mədaxil qəbzi əsasında 95 manat; xx.xx.2023-cü il tarixli 322787 saylı mədaxil qəbzi əsasında 100 manat; xx.xx.2023-cü il tarixli 028826 saylı mədaxil qəbzi əsasında 95 manat; xx.xx.2023-cü il tarixli 028867 saylı mədaxil qəbzi əsasında 95 manat; xx.xx.2023-cü il tarixli 028872 saylı mədaxil qəbzi əsasında 400 manat, ümumilikdə 1495 manat ödəniş edilmişdir. -"xxxx" MMMC-nin Nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, cəmiyyət 2.2.1. yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; 2.2.2. yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması.... fəaliyyət növlərini həyata keçirir. -"xxxx" MMMC-nin Nizamnaməsinin 3.1.3-cü bəndindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçüıı ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malik olur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MTK ilə bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi-186.48 kv.metr olan 24 saylı üç otaqlı mənzil almışdır. Sonradan "xxxx" MTK mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilmiş, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti xx.xx.2022-ci il tarixdə 1122-MM9-0254 nömrəsi ilə qeydiyyata alınmış, həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti öz üzərinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən 186.48 kv.metr olan 24 saylı üç otaqlı mənzili üzrə aylıq kommunal xidmətlərə görə haqq 95 manat olaraq müəyyən edilmişdir və Mədaxil qəbzlərindən görünür ki, Həşı̇ mov Ağasəf İ̇sa oğlu tərəfindən kommunal xidmətlərə görə "xxxx" MMMC-yə 2023-cü il ərzində ümumilikdə 1495 manat ödəniş edilmişdir. İddiaçı qeyd edir ki, cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində dəfələrlə bildiriş göndərilmiş, lakin borc ödənilməmiş, hazırda xx.xx.2023-cü il tarixinə qədər yaranmış 2125 AZN kommunal borcu tələb edir. Cavabdeh isə öz növbəsində məhkəməyə müvafiq qəbzlər təqdim edərək MMMC-yə heç bir borcunun olmadığını qeyd edərək iddiaya etirazını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 6.0. Mənzil qanunvericiliyi 6.0.10. kommunal xidmətlərin göstərilməsi; 6.0.11. yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir: - 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. - 124. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. - 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. -137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. -137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. -137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. -138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. -139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İş materiallarında olan mədaxil qəbzlərinin surətindən görünür ki, Həşı̇ mov Ağasəf İ̇sa oğlu tərəfindən kommunal xidmətlərə görə "xxxx" MMMC-yə 2023-cü il ərzində ümumilikdə 1495 manat ödəniş edilmişdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən, cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğlunun iddiaçı olan MMMC-nin qeydiyyata alındığı 19 avqust 2022-ci il tarixindən sonra aylıq 95 manat kommunal xərcin ödənilməsinə etiraz etmədiyinə dair izahatını, eləcə də "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMMC-nin məhz dövlət qeydiyyatına alındığı vaxtdan sonra, yəni xx.xx.2022-ci il tarixdən sonra mənzil mülkiyyətçisindən kommunal ödənişlərin edilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı "xxxx" MMMC-nin cavabdehdən xx.xx.2022-ci il tarixdən iddia tələbində qeyd edilmiş 24 noyabr 2023-cü il tarixinədək yaranmış borcun ödənilməsini tələb etməsi əsaslı ola bilər ki, məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi də məhz MMMC-nin qeydiyyata alındığı vaxtdan kommunal xidmətlərə görə xərcin tələb edildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, qeyd edilən xx.xx.2022-ci il tarixindən iddia tələbində qeyd edilmiş 24 noyabr 2023-cü il tarixinədək olan müddət (15 ay x 95= 1425 manat – ödənilmişdir 1495 manat) üçün kommunal xidmətlərə dair xərclər cavabdeh tərəfindən tam həcmdə yerinə yetirilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Məhkəmənin qənaətinə görə, iddiaçı "xxxx" MMMC-nin cavabdeh Həşı̇ mov Ağasəf İ̇sa oğlunun 24 noyabr 2023-cü il tarixinə olan 2125 (iki min yüz iyirmi beş) manat məbləğində icra olunmayan öhdəliyinin mövcud olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və buna görə də iddia tələbi həmin hissədə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-223/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-223/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver