Məhkəmə qərarları › İş №e-2(009)-223/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-223/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-223/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi E.Y.Rəhmanovun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5% məbləğində ödəncin verilməsi və s. tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5% məbləğində ödəncin verilməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1976-cı ildən fasiləsiz olaraq neft və qaz sənayevində işləməklə 50 ilə yaxın staja malikdir. Artıq 69 yaşında olmasına və uzun illərdir pensiyaçı olmasına baxmayaraq o, hələ də bu sənayeyə öz tövhəsini verməyə davam edir. O, neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il, 584 nömrəli “Azərbaycan neftçilərinin təltif edilməsi haqqında” Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci li tarixdə, 582 nömrəli “Əmək müqaviləsi” bağlanmışdır və müqavilənin 2.1ci bəndinə əsasən o, bir il müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən müddət qurtardıqda və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsini əmr etmişdir. Cavabdeh tərəfindən ondan əmrlə tanış olması və təqdim edilməsi barədə imza atması xahiş edildikdə o, müqavilədə müəyyən edilmiş hansı hallara əsasən xitam verildiyi izah olunmasını tələb etsə də, buna dair hər hansı məlumat verilmədiyi səbəbindən imza atmaqdan imtina etmişdir. Bundan sonra əmrin surəti və əmək kitabçası ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Cavabdehin həmin əmri qanunsuzdur, verilərkən bir çox maddi hüquq normaları pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair 10-cu hissəsinin 10.5-ci bəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi halların sırasında onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün heç hüquqi əsas mövcud deyildir. Bundan başqa, cavabdeh müqaviləyə xitam verənədək onun işlədiyi müddət ərzində əsas və əlavə əmək məzuniyyətinə çıxarmamış, əmək haqqının verilməsini gecikdirmiş və işlədiyi müddət ərzində xüsusi xidmətlərə görə aylıq əlavə ödənişləri verməmişdir. Müqavilənin 4.7-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və işçinin ödəniş əmək haqqı kartına köçürülür. Müqavilənin 4.26-cı bəndinə əsasən əmək məzuniyyətinin ümumi müddəti 21 təqvim günü ilə staja görə və əmək şəraitinə görə (hüququ yarandığı halda) əlavə məzuniyyətlərin cəmi. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. SOCAR və ANQSİHİRK-nin xx.xx.2018-ci il tarixli SOCAR**********00030020A00006 nömrəli qərarı ilə “xx.xx.2008-ci il tarixli 43/2-04ə nömrəli əmrqərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal və fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödənişin verilməsi haqqında Qaydalar”a dəyişiklik edilərək, xüsusi xidmətlərə görə aylıq əlavə ödənişlər Medallara görə 150 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən əmri verməklə onunla aralarında bağlanmış əmək müqaviləsinə əsassız xitam vermiş, onun əmək haqqısını gecikdirməklə əsas və əlavə məzuniyyətlərinə (21+6+6=33) çıxarılmaması və son üç ildə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməməsi ilə hüquqlarını kobud şəkildə pozmuşdur. Həmin səbəbdən o, hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində ödəncin verilməsi, onun işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılmasına, onun işlədiyi 3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsi, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 manatın və vəkil xidmətinə görə ödənilmiş 341 manatın, cəmi 401 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, Əmək Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən Cavabdeh MMC iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı qərar qəbul etməmişdən əvvəl işçiyə istifadə etmədiyi üçün məzuniyyət verməli və məzuniyyət müddəti bitdikdən sonra işdən azad etməli idi. İşəgötürən Qanunun bu tələbini pozmuşdur. Eyni zamanda SOCAR-AQŞ” MMC-nin baş direktoru tərəfindən iddiaçının müraciətinə cavab olaraq işlədiyi dövr ərzində ödənişlərin verilən şəxslər siyahısında iddiaçının adının olmaması qeyd edilmiş, pensiyada olan şəxslərə ödənişlərin verilib-verilməməsi ilə bağlı araşdırma aparılacağı göstərilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “məhkəmənin diqqətinə çatdırıram ki, cavabdehin həmin əmri qanunsuzdur, verilərkən bir çox maddi hüququ normaları pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair 10-cu hissənin 10.5-ci bəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi halların sırasında iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün heç hüquqi əsas mövcüd deyildir”. Bununla bağlı bildirirlər ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsində (“Qazmaçı” peşəsinə işə qəbul edilmişdir) “Tərəflər” əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsində və “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın “9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” bölməsində nəzərdə tutulan aşağıdakı əlavə hallarını müəyyən etmişlər: “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yanına çatdıqda;”. Tərəfindən izah edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən “Tərəflər” əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını edə bilərlər. Bu maddənin 3-cü hissəsinə əsasən “Tərəflər” əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Cavabdeh MMC “Neft və qazın hasilatı emalı, saxlanması və satışı” ilə bağlı sahələrdə fəaliyyət göstərdiyi üçün işlərin yerinə yetirildiyi əmək şəraitinin xüsusiyyətləri (ağır və zərərli, fiziki və əsəb gərginlikli, açıq hava şəraiti və s. insanın səhhətinə mənfi təsir göstərən istehsalat amilləri olan əmək şəraitli) nəzərə alınaraq işçinin əmək şəraitinə uyğun olan müvafiq əmək müqaviləsinə xitam verilməsi halı olan “İşçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” qeydini əmək müqaviləsinə daxil etmişdir. Cavabdeh MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin “d” bəndini və işçinin əmək müqaviləsində nəzərdə tutulan sözügedən əmək müqaviləsinə xitam verilməsinin əlavə halını (əmək müqaviləsinin 10.5-ci yarımbəndinin “ə” bəndi) rəhbər tutaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə İddiaçı əmək müqaviləsinə 70 yaşında olduqda xitam vermişdir. Başqa sözlə desələr, “qeyd olunan işçi ilə əmək müqaviləsinə xitam verilən vaxtı əmək qanunvericiliyinin tələblərinə riayət olunmamış və Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə olduğundan həmin işçi ilə əmək müqaviləsi AR-nın Əmək Məcəlləsinin “68.2.e” bəndi ilə (“Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”) deyil, “70.e” bəndi ilə (“Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”) xitam verilməli idi” fikiri tamamilə əsassızdır. Çünki Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən müəssisə deyil və bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Cavabdeh MMC-yə məxsus “Çıxarış”da bir daha təsdiq edir. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, “bundan başqa, cavabdeh müqaviləyə xitam verənədək iddiaçının işlədiyi müddət ərzində əsas və əlavə əmək məzuniyyətinə çıxarmamış, əmək haqqının verilməsini gecikmişdir və işlədiyi müddət ərzində xüsusi xidmətlərə görə aylıq əlavə ödənişləri verməmişdir”. Bununla bağlı bildirir ki, AR-nın Əmək Məcəlləsinin 144.3cü bəndinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Qeyd olunan işçi ilə isə əmək müqaviləsinə xitam verilən vaxtı ona ödənilməli olan son haqq-hesabla istifadə etmədiyi əsas məzuniyyətlərə görə isə ödəniş də tam şəkildə həyata keçirilmişdir. İddiaçı həmçinin iddiv ərizəsində qeyd edir ki, “Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc veilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir”. İddiaçının bu qeydi tamamilə əsassızdır, çünki “Azneft” İB-nin müəssisəsinə hazırda təsdiq olunmuş hesab-fakturalar üzrə 9.605.699,10 manat, “Azneft” İB tərəfindən təsdiqi gözlənilən hesab-fakturalar üzrə isə 6.131.773,42 manat olmaqla cəmi 15.737.472,52 manat (ƏDV daxil) borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh MMC-yə vaxtında müvafiq ödənişlərin “Sifarişçi” “Azneft” İB tərəfindən həyata keçirilməməsi səbəbindən Cavabdeh MMC öz iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqını vaxtında verə bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da göstərilir ki, “qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir”. Qeyd olunan Qərarla bir daha müəyyən olunur ki, əmək haqqının verilməsinin gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş verməmişdir, təəssüflər olsun ki, iddiaçı bütün bunları nəzərə almamış və məhkəmədə əsassız iddia qaldırmışdır. İddiaçının iddia tələbində irəli sürdüyü məbləğlərin ümumiyyətlə hansı hesablama əsasında əldə edilməsi isə məlum deyildir. Çünki iddia tələbində irəli sürülən həmin məbləğlərin heç bir hüquqi əsası yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, analoji tələblə başqa bir işçi tərəfindən Səbail rayon Məhkəməsinin onlara qarşı iddia qaldırılmışdır və həmin iddia tələbi Səbail rayon Məhkəməsinin e- 2(009)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tam qanuni və əsaslı olaraq təmin edilməmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 532 saylı “Əmək müqaviləsi”nin 4.7-ci bəndinə əsasən “Əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və ödəniş İşçinin əmək haqqı akrtına köçürülür”. Göründüyü kimi, işəgötürənin işçinin əmək haqqını ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödəmək hüququ vardır. Halbuki, iddiaçı hər ayın birinci beş iş günlərinin özünü belə gecikmə günləri kimi qələmə vermiş və iddia tələbində irəli sürdüyü iddia məbləğini ümumiyyətlə yanlış hesablayaraq iddia ərizəsində qeyd etmişdir. “Cari hesabdan çıxarışa” diqqət yetirdikdə, 2023-cü ilin noyabr ayı üzrə gecikmənin olmadığı, 2023-cü ilin dekabr ayı üzrə 8 gün gecikmənin (əmək haqqı xx.xx.2023-cü il tarixdə ödənilmişdir), 2023-cü ilin dekabr ayı üzrə gecikmənin olmadığı, 2024-cü ilin fevral ayı üzrə 4 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024-cü ilin mart ayı üzrə 2 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024-cü ilin aprel ayı üzrə gecikmənin olmadığı, 2024-cü ilin may ayı üzrə 18 gün gecikmənin (əmək haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir), 2024-cü ilin iyun üzrə isə gecikmənin olmadığı müəyyən olunur. Nəticədə cəmi 32 gün gecikmə günlərinin olması müəyyən olunur. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, “SOCAR və ANQSİHİRK-nin xx.xx.2018-ci il tarixli SOCAR**********00030020A00006 nömrəli qərarı ilə “xx.xx.2008-ci il tarixli 43/2-04ə nömrəli əmr-qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal və fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödənişin verilməsi haqqında Qaydalar”a dəyişiklik edilərək, xüsusi xidmətlərə görə aylıq əlavə ödənişlər Medallara görə 150 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən əmri verməklə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə əsassız xitam vermiş, onun əmək haqqısını gecikdirməklə, əsas və əlavə əmək məzuniyyətlərinə (21+6+6=33) çıxarılmaması və son üç ildə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməməsi ilə hüquqlarını kobud şəkildə pozmuşdur”. Bununla bağlı bildirir ki, ARDNŞ-nin “ARDNŞ-nin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydaların” təsdiq edilməsi haqqında 48 saylı, xx.xx.2008-ci il tarixli “ƏMR-Qərarın” 2-ci bəndinə əsasən, ARDNŞ-nın strukturuna daxil olan müəssisələrin rəhbərlərinə tapşırılsın ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydaların tətbiq edilməsini təmin etsinlər. Həmçinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının Əlavə 2-nə əsasən, hazırkı iş üzrə cavabdeh yəni, Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil deyildir. Bu isə o deməkdir ki, iddiaçının cavabdehə qarşı belə bir tələblə çıxış etməsi tamamilə qanunsuzdur. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli “Əmr” və “Akt”la müəyyən olunur ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini bildiyi halda, müvafiq iddianı məhkəmədə qanunla qeyd olunan prosessual müddət btürməklə, yəni xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd olunmalıdır. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 532 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nə Qazmaçı peşəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi rəhbər tutularaq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 1 il müddətinə bağlanılmışdır (bənd 2.1). Bu əmək müqaviləsinin 2.1-ci bəndində göstərilən müddəti qurtardıqda və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (bənd 2.2). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 iş günü əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.3). İşçinin işə başlanma tarixi xx.xx.2021ci il tarixidir (bənd 2.4). İşçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay 2990 manat məbləğində aylıq əmək haqqı hesablanır (bənd 4.1). Əmək haqqı ayda bir dəfə olmaqla hər ayın birinci beş iş günündə ödənilir və işçinin ödəniş əmək haqqı kartına köçürülür (bənd 4.7). Əmək məzuniyyətinin ümumi müddəti: 21 təqvim günü ilə, staja görə və əmək şəraitinə görə (hüquq yarandığı halda) əlavə məzuniyyətləri cəmi (bənd 4.26). Müqavilənin 10.5-ci bəndinin “ə” yarımbəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar: işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda. İş üzrə Cavabdeh MMC-nin İR-1231/24 saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Bu hallardan biri də “İşçi əmək pensiyası haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” xitam verilməsinin tənzimlənməsi halıdır. Qeyd edilənləri və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini rəhbər tutaraq Cavabdeh MMC-də Qazmaçı peşəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi əmr verillmişdir. Əmək haqqı üzrə böyük mütəxəssisə tapşırılmışdır ki, İddiaçı müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və istifadə etmədiyi 67,31 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsini təmin etsin. Əmrin verilməsi üçün əsas kimi əmək müqaviləsində müəyyən edilən digər hallar göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında 48/2-04ə saylı, xx.xx.2008-ci il tarixli əmr-qərarının 2-ci bəndinə əsasən ARDNŞ-nın strukturuna daxil olan müəssisələrin rəhbərlərinə tapşırılsın ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin orden, medal fəxri ada layiq görülmüş işçilərinə aylıq əlavə ödəniş verilməsi haqqında Qaydalar”ın tətbiq edilməsini təmin etsinlər. İş üzrə ödəniş tapşırıqların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMCnin hesabına xx.xx.2023-cü il tarixdə - 721.310 manat, xx.xx.2023-cü il tarixdə 3.387,66 manat, xx.xx.2023-cü il tarixdə - 1.395.000 manat, xx.xx.2024-cü il tarixdə - 2.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.028.300 manat, xx.xx.2024-cü il tarixdə - 1.080.250 manat, xx.xx.2024-cü il tarixdə - 820.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.159.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.073.000 manat, xx.xx.2024-cü il tarixdə - 1.220.000 manat məbləğində əmək haqqı keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli OD3 nömrəli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına, "xxxx" ASC isə Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə - 865.000 manat əmək haqqı keçirilmişdir. İş üzrə Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00627 saylı arayışın surətindən görünür ki, İddiaçı müvafiq iş illərinin istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılması (AR ƏM-nin 143.1-ci maddəsi), əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının beş faizi məbləğində ödənc verilməsi, iş illəri üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsi və İR-1231/24 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, İMS üçün ərizənin tarixi – xx.xx.2024-cü il tarixi göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun illər neft və qaz sənayesində işləmiş, pensiyaçı olmasına baxmayaraq həmin sahəsində işləməyə davam etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin qazmaçı peşəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsi müddətli olmaqla 1 il müddətinə xx.xx.2022-ci il tarixədək bağlanılmış, müqavilədə “Əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” kimi “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” müddəası qeyd edilmişdir (müqavilənin 10.5-ci bəndinin “ə” yarımbəndi). Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri 2024-cü ilin oktyabr ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmrini qanunsuz hesab edərək, əmr verilərkən bir çox maddi hüquq normaları pozulmasını qeyd etmiş, əmək müqaviləsinə xitam verilməsinə dair 10-cu hissəsinin 10.5-ci bəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi halların sırasında onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün heç hüquqi əsasın mövcud olmamasını göstərmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, cavabdeh müqaviləyə xitam verənədək onun işlədiyi müddət ərzində əsas və əlavə əmək məzuniyyətinə çıxarmamış, əmək haqqının verilməsini gecikdirmiş və işlədiyi müddət ərzində xüsusi xidmətlərə görə aylıq əlavə ödənişləri verməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində ödəncin verilməsini, onun işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılmasına, onun işlədiyi 3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsini, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsini, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 manatın və vəkil xidmətinə görə ödənilmiş 341 manatın, cəmi 401 manatın cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarlar). Məhkəmə iddiaçının cavabdehlə müddətli əmək müqaviləsinin bağlanılması və müqavilə müddəti bitmədən işdən azad olunma barədə əmrin verilməsinin qanunsuz olması barədə dəlilləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Göstərilən Məcəllənin 75-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən normasında qarşılıqlı razılıq əmək müqaviləsinin xitamının müstəqil əsası kimi yalnız əmək müqaviləsi bağlayarkən həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsinin mövcudluğunu nəzərdə tutur. Tərəflərin razılaşması müqavilə hüququnun ümumi prinsiplərinə müvafiq surətdə istənilən müqavilənin xitam verilməsini universal üsuludur. Tərəflərin razılaşması neytral xarakter daşıyan ifadədir. Belə bir razılaşma həm işəgötürəni, həm də işçini qane edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, şərh edilən maddə tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsi imkanını məhdudlaşdıran hansısa səbəbi nəzərdə tutmur, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğvi haqqında işçi və işəgötürən arasında əldə edilmiş razılığın ləğvi imkanını nəzərdə tutur. Tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin ləğv olunduqda işəgötürən əmək müqaviləsinə xitam vermək niyyəti haqqında işçini qabaqcadan xəbərdar etməli deyil. Yuxarıda qeyd edildiyi kimi tərəflərin iradə ifadəsinə uyğun bağladıqları əmək müqaviləsinin şərtinə əsasən tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, işçi “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş pensiya yaşına çatdığı təqdirdə əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinin qeyd edilən müddəası işəgötürənə, yəni cavabdehə tam səlahiyyət vermişdir ki, o, iddiaçı ilə əmək münasibətlərinə müqavilədə nəzərdə tutulmuş müddət bitmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam versin. Bu səbəbdən məhkəmə iddiaçının işdən azad olunmasının əmək qanunvericiliyin tələblərinə zidd olması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Dövlət büdcəsindən maliyyələşən müəssisə olmadığından, iddiaçı barəsində düzgün olaraq əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının işdən azad olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmək münasibətlərinə xitam verilənədək iddiaçının işlədiyi 3 il müddət ərzində əsas və əlavə məzuniyyətə çıxmaması səbəbi ilə müavinətin ödənilməsi, həmçinin həmin müddət ərzində xüsusi xidmətə görə əlavə 150 manat məbləğində ödənişin verilməsinə dair tələbləri üzrə qeyd edir ki, iddiaçının bu tələbləri də əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Məhkəmə qeyd edir ki, AR ƏM-nin 115-ci maddəsi əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə işçilərə verilən əlavə məzuniyyətlərin müddətini və verilmə qaydasını, 116-cı maddəsi isə əmək stajına görə işçilərə əlavə məzuniyyətlərin müddətlərini və verilmə qaydasını tənzimləyir. Əmək Məcəlləsinin qeyd edilən maddəsi əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətə görə pul əvəzinin verilməsini istisna etdiyindən işəgötürən tərəfindən isə əmək müqaviləsinə xitam verilən vaxtı işçiyə ödənilməli olan son haqq-hesabla istifadə etmədiyi əsas məzuniyyətə görə isə ödəniş tam şəkildə həyata keçirildiyindən, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının xüsusi xidmətə görə ödənişin verilməsi barədə tələbi üzrə qeyd edir ki, cavabdeh – Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olmadığından, SOCAR-ın xx.xx.2018-ci il tarixli qərarında nəzərdə tutulmuş müddəa və ödənişlərin verilmə vəzifəsi cavabdehə aid edilə bilməz və bu səbəbdən iddiaçının cavabdehə qarşı belə bir tələblə çıxış etməsi də tam əsassızdır. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5% məbləğində ödənc verilməsinə dair tələbi üzrə aşağıdakıları qeyd edir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqı ilə bağlı ödənişlərin edilməsində gecikmələr baş versə də, bu hal işəgötürənin təqsiri ucbatından baş verməmişdir. Belə ki, işçinin ona ödənilməli olan əmək haqqının gecikdirilməsi ilə bağlı işəgötürəndən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etməsi hüququ qanunvericiliklə təsbit olunmuşdur. Lakin həm əmək qanunvericiliyində, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında işəgötürənin hansı hallarda həmin ödənci ödəmək məsuliyyəti daşıdığı nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən əmək haqlarının ödənməsində gecikmələrə yol verərsə yalnız o halda işçiyə ödənc ödəmək vəzifəsi daşıyır ki, həmin gecikmələrin baş verməsində işəgötürənin təqsiri olsun. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC-nin hesabına köçürülməli olan köçürmələr müvafiq olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə köçürülmüşdür. İddiaçının müxtəlif tarixlərdə əmək haqqını gec alması işin mübahisəsiz halıdır. Lakin məhkəmə qeyd edir ki, müvafiq ödənişlərin sifarişçi “Azneft” İB tərəfindən həyata keçirilməməsi məhz əmək haqqının vaxtında verilməməsinə səbəbi olmuşdur. Qeyd olunan hesabdan çıxarışından görünür ki, həmin tarixlərdə cavabdeh ona ödənilməli olan ödənişləri aldıqdan dərhal sonra iddiaçıya ödənilməli olan əmək haqqını iddiaçının hesabına köçürülmüşdür. Buradan da görünür ki, cavabdeh işçinin əmək haqqısını həmin əmək haqqını ödəmək üçün onun hesabına köçürülməli olan pulu həmin aylar üzrə gec almağı səbəbindən bir neçə gün ötürməklə ödəmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh MMC “Azneft” İB tərəfindən ona ödənməli olan ödənişlərin vaxtında ödənilməməsi səbəbindən iddiaçının əmək haqqısının ödənilməsində özündən asılı olmayan səbəbdən gecikmələrə yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçiyə ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən gecikmələrlə ödənməsi işəgötürənin təqsiri ucbatından olmadığından Cavabdeh MMC əmək qanunvericiliyinin 172-ci maddəsinin pozuntusunun iştirakçısı sayıla bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi son bir il ərzində 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş əmək haqqının 5 faizi məbləğində ödəncin verilməsi hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl Qanunun müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə işəgötürənə göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar mediasiya prosesində iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmiş məhkəməyə müraciət etdiyindən, cavabdehin iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə dəlilləri əsassızdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, ilkin mediasiya sessiyası xərcinə görə 60 manat və hüquqi yardım xərcinə görə 341 manat, cəmi 401 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 1231/24 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, son bir il ərzində cəmi 80 gün əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 5 faizi məbləğində ödəncin verilməsi, onun işlədiyi 3 il müddət ərzində istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə çıxarılmasına, onun işlədiyi 3 il üzrə xüsusi xidmətlərə görə aylıq əlavə 150 manat məbləğində ödənişlərin verilməsi, xx.xx.2024-cü il tarixdən faktiki işə bərpa olunanadək məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 manatın və vəkil xidmətinə görə ödənilmiş 341 manatın, cəmi 401 manatın cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar