Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2255/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzili 19 dekabr 1996-cı ıil yarixdə Səbail Rayon İcra Hakimiyyətinin başçısının 2305 № li Sərəncamına əsasən “qeyri yaşayış sahəsinin mənzil fonduna keçirib mənə xidmətimənzil kimi verilmişdir. Lakin 2005-cil tarixdə Bakı şəhəri İcra Hakimiyyətin Başçısının Aparatına evin özəlləşdirilməsi üçün müraciət etdim, oradan xx.xx.2005-ci il tarixli 30/09 №-li məktubla bildirdilər ki, Tİ və MHQ İdarəsi mənim xx.xx.2004-cü il tarixli mənzilin özəlləşdirilməsi üçün təqdim etdiyim sənədlərə əsasən mühəndis tərəfindən yerində yoxlama zamanı mənzildə qaçqın ailəsi yaşadığı üçün ölçü işlərini aparmaq mümkün olmamışdır və “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün Dövlət proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Sərəncamında göstərildiyi kimi onların məskunlaşdıqları və köçkün kimi qeydiyyatda olduqları mənzillərin özəlləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Qeyd etmək istəyirəm ki, cavabdeh Gülnarə Sadıqova barəsində 24 iyul 2025-ci il tarixdə, 19VB-206/2025 saylı sorğu ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə dövlət komitəsinə müraciət etdik, komitədən 04 avqust 2025-ci il tarixli, 3-36-3/2-3720/2025 saylı məktubda X2 və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X1 məcburi köçkün statusuna malik olub-olmaması barədə heç bir məlumat aşkar edilməməsi barədə qeyd olunmuşdur. Beləliklə, cavabdeh Gülnarə Sadıqovanın qaçqın və məcburi köçkün olmaması bir daha sübut edilmişdir. Qeyd edim ki, özüm illərdir kirayələrdə yaşayıram, öz ailə xərclərim və kirayələr məni çox sıxıntıya salır, artıq maddi olaraq çatdıra bilmirəm, bəzən məcburi olaraq qohumların evində yaşayıram. Cavabdeh ilə dəfələrlə məhkəmədən kənar mübahisəsiz məsələni həll etmək istəsəm də cavabdeh dəfələrlə mənə məxsus mənzilə gələcəyim, yaxınlaşacağım halda məni polisə verəcəyi ilə bağlı hədə qorxu gəlmişdir. Hətta bir neçə dəfə ərazi sahə müvəkkili məni zəng edərək çağırmış, sonra isə mübahisənimülki qaydada məhkəmə yolu ilə həlletməyimi tövsiyyə etmişdir. Yuxarıda qeyd edilən bu və digər səbəbləri nəzərə alaraq, məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 8 saylı MKİS-nin 03 oktyabr 2025-ci il tarixli arayışında qeyd edilənlər həqiqəti əks etdirmir. O, 1 saylı mənzil yaşamır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 8 saylı MKİS-nin 03 oktyabr 2025-ci il tarixli arayışında qeyd edilir ki, A.Şaiq küçəsi ev 9, mənzil 1-də Laçın rayonundan məcburi köçkün X3 yaşayır. Lakin Səbail rayon İH-nin qeydiyyatına əsasən X3 A.Şaiq küçəsi ev 9, 2 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri, Səbail rayonu, A.Şaiq küçəsi ev 9, 1 saylı mənzil bizdə olan şəxsi hesab kitabına əsasən İddiaçı Səbail rayon İH-nin xx.xx.1998-ci il tarixli 031443 №-li orderi ilə verilmişdir. X3 A.Şaiq küçəsi ev 9, 1 saylı mənzildə məskunlaşdığına baxmayaraq, A.Şaiq küçəsi ev 9, mənzil 2-də məcburi köçkün kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, X2 və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X1 məcburi köçkün statusuna malik olub-olmaması barədə heç bir məlumat aşkar edilmədi. xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən tərəflərin və 8 saylı MKİS-nin nümayəndəsinin iştirakı ilə ünvana yerli baxış keçirilmişdir. Yerli baxış zamanı MKİS-nni nümayəndəsi bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Şaiq küçəsi ev 9, 1 saylı mənzil şəxsi hesab kitabına əsasən İddiaçı adınadır və X3 hazırda həmin ünvanda yaşayır. Nümayəndə dediklərinin təsdiqi kimi məhz qeyd olunan ünvanı (1 saylı mənzili) göstərərkən cavabdeh nümayəndənin göstərdiyi həmin ünvanda yaşadığını təsdiq edərək, lakin həmin ünvanın Şaiq küçəsi ev 9, 1 saylı mənzil deyil, 2 saylı mənzil olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya ayrılmışdır. Cavabdeh iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak yerli icra hakimiyyətinin sərəncamı ilə iddiaçıya ayrıldığı üçün, iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququna malikdir. Onun qeyd olunan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin sözügedən əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2255/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2255/2025
24.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver