Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2289/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Najaflı Elnurun iştirakları ilə, İddiacı İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiacı İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiacı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh MMC-yə işə bərpa edilməsi, işdən cıxarıldığı xx.xx.2025-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat və vəkil xidməti üçün ödənilmiş 1000 (min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiacıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı (bundan sonra İddiacı) 2007-ci ildən muhasib koməkcisi vəzifəsində əmək fəaliyyətinə başlamış və sonradan ayrı-ayrı qurumlarda muxtəlif vəzifələrdə calışmışdır. İddiacı 2023-cu ilin iyun ayından etibarən Cavabdehndə (bundan sonra Cavabdeh) direktor vəzifəsində işə başlamış, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi müqavilədə gostərilən müddətin bitməsinə azı bir həftə qalmış tərəflərdən hec biri digər tərəfi müddətin bitməsinə gorə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədiyindən həmin müqavilənin müddəti uzadılmışdır. Sonuncu dəfə belə uzadılma 2025-ci ilin iyun ayında baş versə də, cavabdeh iddiacı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işcilərin sayı və ya ştatları ixtisar edildikdə) muvafiq olaraq xitam vermişdir. İddiacı cavabdehə qarşı məhkəməyə muraciət olunan hazırkı iddia tələbləri ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Bakı 2 saylı mediasiya təşkilatına muraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən iddiacıya MŞB/2-0884/2025 saylı, xx.xx.2024-cu il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Aşağıdakılara gorə işəgöturənin qeyd edilən əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiacı işə bərpa edilməli və ona əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi iş buraxma dovrü üçün əmək haqqı məbləğləri hesablanaraq iddiacıya ödənilməlidir. Cavabdeh MMC-nin qanuni təmsilcisi Elnur Nəcəfli 2025-ci ilin mart ayından etibarən hec bir səbəb gostərmədən iddiacıya işə gəlməməyi tapşırmış, lakin iddiacı bu tələbin səbəbi izah edilmədiyi üçün işini davam etdirmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində “Hilton” otelində kecirilmiş “Kermazitin mulki inşaat, abadlaşdırma, yaşıllaşdırma və infrastrukturun layihələrdə tətbiqi” adlı konfransın təşkilini təmin etmiş və əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə iddiacı iş yerində olarkən təsadüfən Elnur Nəcəflinin ofisdə iş üçün istifadə etdiyi mobil telefona gələn mesajı görmuş və mesajda qurumun Leyli adlı digər əməkdaşı Elnur Nəcəflidən iddiacını mutləq şəkildə işdən azad etməli olmasını bildirmişdir. Bu mesajdan sonra iddiacı həmin mesajı yazmış işciyə və Elnur Nəcəfliyə oz iradını bildirmiş, hansı səbəbdən Elnur Nəcəflinin ona 2025-ci ilin mart ayından etibarən işə gəlməməsini istəməsini başa duşmuşdur. İddiacı cavabdehin təmsilcisi Elnur Nəcəfliyə iradını və etirazını bildirdikdə, sonuncu iddiacının üzərinə hücum etmiş, onu sürüyərək ofisdən cıxarmış, iddiacının bəzi əşyalarını otaqdan göturub onun üzərinə atmış və ofisin qapısını iddiacının ora daxil olmasının qarşısını almaq məqsədilə arxadan bağlamışdır. İddiacı iş yerində ona zorakılıq tətbiq edildiyi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər nazirinin adına elektron qaydada yazılı şikayət ərziəsi ilə muraciət etmiş, şikayətdə iş yerinə buraxılmadığını, iş yerində ona qarşı fiziki zor tətbiq edildiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə isə iddiacı ofisin qarşısında zorakılıqla işə buraxılmadığı üçün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etməklə şikayət etmiş, bir müddət sonra polis əməkdaşları ofisə gəlmiş və yalnız bundan sonra o iş yerinə daxil ola bilmişdir. Cavabdeh şirkətin təmsilcisi xx.xx.2025-ci il tarixdə iddiacını rüsvayedici videolarının anasına gondərməklə onu hədələmiş, işə gəlməməyi tələb etmiş və oz ərizəsi ilə işdən cıxmalı olduğunu bildirmişdir. İddiacı bu hədələrlə əlaqədar olaraq təkrarən “102” xidmətinə şikayət etmişdir. X7 Nazirliyinə etdiyi şikayətlər nəticəsində cavabdeh şirkətin təmsilcisi Elnur Nəcəflinin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, sonuncuya inzibati xəta torətməsi ilə əlaqədar inzibati cərimə növundə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiacı eyni zamanda iş yerində ona qarşı qanunsuz əməllərin torədilməsi və əsassız olaraq işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə də şikayət ərizəsi ilə muraciət etmişdir. Həmin şikayətin nəticəsi barədə iddiacı hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixə qədər məlumatlandırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin birinci hissəsinə gorə, işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata kecirilərkən, … işəgöturən bu Məcəllə ilə muəyyən edilmiş tədbirlər gorur. Həmin maddənin ücüncü hissəsinin tələblərinə görə isə, işəgöturən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə muəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi qanunvericiliklə cavabdehin uzərinə iddiacı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə muvafiq olaraq xitam verilməsi zamanı həmin əmrin verilməsinin zəruriliyinin əsaslandırılması vəzifəsini qoyur. Lakin cavabdeh iddiacıya bu əmrin verilməsinin zəruriliyini gostərən hec bir məlumatı (sənədi) şifahi və ya yazılı qaydada təqdim etməyib. Digər tərəfdən cavabdeh tərəfindən iddiacıya munasibətdə Əmək Məcəlləsinin 71-ci maddəsinin birinci hissəsinin də tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəllənin 77-ci maddəsinin birinci hissəsinə gorə, işcilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgöturən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işci işəgöturən tərəfindən həmin işəgöturənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq muəyyən olunan əmək stajından asılı olaraq muvafiq müddətlərdə (iddiacının hazırkı işəgöturənə munasibətdə əmək stajı 1 ildən 5 ilədək olduğundan azı dord təqvim həftəsi) rəsmi xəbərdar edilməli idi. Lakin cavabdeh tərəfindən iddiacıya belə bir xəbərdarlıq məktubu və ya məlumatı təqdim edilməmişdir. Digər bir məqam ondan ibarətdir ki, iddiacı ilə əmək müqaviləsinə xitam verildikdən sonra cavabden MMC bir necə nəfəri işə qəbul etmişdir. Qeyd edilən xususatlar ona dəlalət edir ki, iddiacı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qəbul edilməsi üçün hec bir zərurət olmamış, əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş və nəticə etibarilə iddiacı əsassız və qanunsuz şəkildə işəgöturən tərəfindən işdən cıxarılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğu ücün əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiacının işə bərpa olunması təmin edilməli, iddiacıya işdən cıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti ücün aylıq əmək haqqı məbləğləri hesablanaraq ödənilməlidir. Bundan başqa, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti və vəkillə bağlanmış müqavilə üzrə hüquqi yardım xidməti üçün ödənilmiş vəsait də cavabdehdən tutularaq iddiacıya ödənilməlidir. Belə ki, iddiacı qanunsuz olaraq işdən cıxarıldığı üçün mediasiya təşkilatına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, buna görə lüzumsuz yerə xərc cəkməli olmuşdur. İddiacı İddiaçı nümayəndəsi iddianı dəqiqləşdirərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh MMC-yə işə bərpa edilməsi, işdən çıxarıldığı xx.xx.2025-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat və vəkil xidməti üçün ödənilmiş 1000 (min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiacıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suala cavab olaraq həmçinin bildirmişdir ki, ola bilər ki, iddiaçı işə bərpa edildikdən sonra işləməyəcək, prosedur düzgün həyata keçirildikdən sonra ordan özü çıxıb gedəcək. Gedişat onu göstərir ki, iddiaçı öz ərizəsi ilə çıxacaq, ona qarşı orada ciddi basqı var. Etirazın dəlilləri: cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi yazılı etirazdan görünür ki xx.xx.2013-cü il tarixdə İNPROCON MMC-nin baş direktoru vəzifəsində fəaliyyət göstərməyə başladı, 2022-ci ilin dekabr ayında Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etdiyi səbəbindən, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildi və o artıq Azərbaycan Respublikasında köhnə identifıkasiya nömrəsilə işləyə bilmədiyi səbəbindən, İNPROCON MMC-də xx.xx.2023 tarixdən əlavə iş yeri olaraq icraçı direktor vəzifəsində çalışan X2 xx.xx.2024 tarixində direktor vəzifəsinə keçirilməsinə təşəbbüskar oldu. İddiaçı İNPROCON MMCnin qanuni təmsilçisi təyin olunması barədə qərar şirkətin o vaxtki təsisçisi Nəcəfov Təvəkkül tərəfindən qəbul edildi. Azərbaycan Respublikasında haqqı ödənilən fəaliyyətlə məşqul olmaq üçün icazə aldıqdan sonra, əcnəbi olaraq İNPROCON MMC-də icraçı direktor vəzifəsində çalışmağa başladı. Şirkətin təsisçisi T.Nəcəfovun xx.xx.2023-ci ii tarixdə dünyasını dəyişməsi səbəbindən, təsisçi hüquqları xx.xx.2024-cü il tarixdə vərəsəlik proseduru nəticəsində ona keçdi. xx.xx.2025-ci il tarixində icraçı direktor qalaraq, şirkətin qanuni nümayəndəliyinin onun üzərinə keçməsi barədə təsisçi qərarı tərəfindən qəbul edildi. Bu barədə bütün müvafiq təşkilatlar (vergi xidməti, banklar və sair) məlumatlandırıldı. Beləliklə, İddiaçı şirkətdə direktor vəzifəsində çalışmasına lüzum qalmadığı səbəbindən, onun digər vəzifəyə keçirilməsi barədə düşünməyə başladı. Lakin onun vəzifəsinin aşağı salınmasından narahat olacağını düşünərək, bir müddət vəzifəsinin dəyişdirilməsindən vaz keçdi. Qeyd etmək istərdi ki, İddiaçı ınütəmadi olaraq əmək nizam-intizamını pozaraq, onunla iş yerində mübahisələr aparmış, ona aid şəxsi məlumatları icazəsiz ələ keçirmiş, digər əməkdaşlar qarşısında onunla saymamazcasına rəftar etmişdir. İddiaçı şirkətin əməkdaşları ilə çox kobud rəftar edərək, iş abu-havasını daim zəhərləməyə çalışmışdır. Hətta İddiaçı işdən çıxma ərizəsi ilə də ona müraciət etmişdir. Həmin ərizə hələ də şirkətin kargüzarlığındadır. İddiaçı 2025-ci ilin mart ayından etibarən işə gəlməkdən yayınmış, yalnız tək-bir hallarda və qismən vəzifə öhdəliklərini yerinə yetirmişdir. Bunu İddiaçı şəxsən tərtib etdiyi “davamiyyət cədvəlindən” aydın görmək olur. Vatsap mesajları və telefon danışıqları zamanı onun işə nə zaman gələcəyi barədə sualına çox vaxtı söyüşlə cavab vermişdir. Uzun müddət onun nömrəsini telefonunda “qara siyahıya” daxil edərək, onunla əlaqə saxlamağını mümkünsüz etmişdir. xx.xx.2025-ci il tarixdə Hilton hoteldə keçirilmiş tədbirdən sonra İddiaçı ilə münasibət bir qədər düzəlmiş və o uzun müddət işə verdiyi fasilədən sonra, xx.xx.2025-ci il tarixində ofisə gəlmiş, növbəti dəfə onun kompyuterində Vatsap üzərindən yazışmalarını açıb, onları oxumuş və növbəti dəfə söz-söhbət və qalmaqal salmağa cəhd etmişdir. Ofisdə gərginliyin aşağı salınması məqsədilə, İddiaçı ofisi tərk etməsini ondan xahiş etdi və bunu etməkdən boyun qaçırdığını görərək, onu şəxsən qapıya yola saldı. Buna baxmayaraq, İddiaçı sonrakı aylar üçün də məvacibi onun bank hesabına vaxtlı-vaxtında köçürülmüşdür. Hətta şirkətin avtomobilindən şəxsi məqsədlər üçün daim istifadə hüququ onda saxlanılmış və o avtomobildən istifadə etmişdir. İddiaçı, ona qarşı zorakılıq edildiyi, xx.xx.2025-ci il tarixdə polisə müraciət etməyi, bir qədər sonra polis ilə iş yerinə daxil ola bilməsi, məhkəməyə yalan ifadə verməkdən başqa bir şey deyildir. İddiaçı polisə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmişdir, yəni son insidentdən iki ay sonra. İddiaçı, onun rüsvayedici videolarını anasına göndərməklə hədələdiyi iddiası da yalan və iftiradır. Bu məsələ məhkəmə predmeti olmadığına rəğmən, bu barədə dəlil və sübut təqdim edilməsini xahiş edir. A.X1 şikayəti barədə məlumatı yoxdur. Çox güman ki, müfəttişlik İNPROCON MMC-nin əməllərində heç bir qeyri-qanuni tərkib aşkar etmədiyi səbəbindən, bu şikayətə əhəmiyyət verməmişdir. 2025-ci ilin iyul ayının ortasından etibarən İddiaçı ofisə gələcəyi ilə onu hədələməyə başladı və o bunu etməyi ona qadağan etdi. Əvəzində, nəyə nail olmaq istədiyi barədə danışmağı təklif etdi. xx.xx.2025-ci il tarixdə İddiaçı sahə müvəkkili ilə birlikdə ofisə gəlmiş, əməkdaşlardan birini təhqir etmişdir. Elə həmin tarixdə 37-ci polis bölməsində işə buraxılmadığı və ona qarşı xx.xx.2025-ci il tarixində zorakılıq edildiyini ifadəsində bildirmişdir. O, polis bölməsinə dəvət edilib, ifadəsi alınmışdır. İfadəsində heç bir zorakılığın baş vermədiyi barədə tərəfindən izahat verilmişdir. Polisə barəsində yalan ifadələr verməklə, şikayət etdiyindən sonra, İddiaçı onsuz da uzun müddətdir işə gəlmədiyini və şirkətə iki direktorun gərəkli olmadığını nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsi, b) bəndinə əsasən xitam verilməsi barədə əmr tərəfindən imzalanmışdır. Onun istifadə etmədiyi məzuniyyət günləri, AR ƏM-nin 77-ci maddəsinin 2-ci bəndinə əsasən aylıq məvacibinin 1,4 misli, AR ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdar edilmədən əmək müqaviləsinə xitam verildiyi üçün ümumilikdə 2.813,62 AZN İddiaçınm bank kartına tərəfindən köçürülmüşdür. İddiaçı onun işdən azad edildiyindən sonra yeni əməkdaşlar işə qəbul edildiyini sübut etmək məqsədilə ştat cədvəllərinin təqdim ediliməsi barədə qaldırdığı vəsatətə münasibət bildirərək, qeyd etmək istərdi ki, şirkətə digər vəzifələrdə yeni əməkdaşların tələb edilməsi, direktor vəzifəsində əməkdaşa ehtiyacın olmasını sübut etmir. Tələb edilən ştat cədvəlləri işə əlavə edilir. İddiaçı qaldırdığı digər vəsatətə, yəni 37-ci polis bölməsində barəsində inzibati tədbir görülməsi barədə protokolun surətinin təqdim edilməsinə münasibət bildirərək qeyd etmək istərdi ki, Bakı ş., 37-ci polis bölməsində inzibati tədbir, hərəkətlərində cinayət və yaxud inzibati pozuntu halları aşkar edilmədiyi səbəbində, görülməmişdir, Barəsində inzibati protokol tərtib edilmişsə də, bu qeyri-qanunidir və bu protokoldan şikayət ediləcəkdir, Bundan savayı, hazırkı məhkəmə işində cavabdeh Elnur Najafli deyil, İNPROCON MMC çıxış etməkdədir və bunun hazırki məhkəmənin predmetinə aidiyyatı yoxdur. Yuxanda qeyd edilənləri nəzərə alaraq, bu vəsatətin təmin edilməsinə etiraz edir. İddia ərizəsində İddiaçı İNPROCON MMC-nin AR ƏM-nin 77-ci bəndininin birinci hissəsini pozmaqda ittiham edir, lakin həmin Məcəllənin 4-cü hissəsinə uyğun olaraq, yəni müqaviləyə xitam verilməkdən ən azı dörd həftə öncə xəbərdarlıq əvəzinə, iddiaçıya ödənilmiş müavinat barədə heç bir məlumat vermir. İddia tələbinin əsası kimi təqdim edilmiş dəlillər, yəni vatsap yazışmaların surətləri məhkəmənin hazırlıq iclasında təqdim edilmədi. Bu dəlillərin elektron məhkəmə sistemi üzərindən yüklənilməsini iddiaçıdan tələb edilməsini xahiş edir. 23.10.25-ci il tarixində Səbail rayon məhkəməsində İddiaçı nümayəndəsi qeyd etdi ki, onun müvəkkili İNPROCON MMC-də işləmək niyyətində deyildir və vəzifəsinə bərpa ediləcəyi təqdirdə, özü işdən çıxması barədə ərizə verəcəkdir. Belə olan təqdirdə, İddiaçı bu məhkəmə iddiasının məhkmənin vaxtını almaq, insanlara əziyyət vermək və şəxsi ambisiyalarının həyata keçirmək istədiyi açıq-aydın görünür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi digər ərizədən görünür ki, iddiaçının əsas arqumentlərindən olan «direktor» ştatının ixtisara salınmasının səbəbinin zərurətdən yarandığı deyil, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə səbəbsiz və yaxud şəxsi münasibətlərin korlanması səbəbindən xitam verildiyi iddiası ilə ələqədar bildirir ki, İNPROCON MMC-i təsis edildiyi gündən xx.xx.2023-cü il tarixədək, yəni, İddiaçı ilə əmək müqaviləsi bağlanan tarixədək, ümumi əməkdaş sayının bəlli tarixlərdə 100 dən artıq olmasına baxmayaraq yalnız bir direktor mövcud olmuşdur və əlavə «direktora» ehtiyac duyulmamışdır. İşə əlavə edilmiş 2022-2023-ci illərin ştat cədvəllərindən bunu görmək olar. A. Mirzayevanın 2025-ci ilin mart ayından etibarən işə gəlməyinə baxmayaraq, şirkətin işləri öz qaydasında davam etmişdir. İddiaçı heç zaman direktor vəzifəsini icra etməmişdir və yalnız işçilərin davamiyyət jurnalını, kassa hesabatlarını aparmış, ofis ləvazimatlarını sifariş etmiş və E.Najaflinin digər təşkilati tapşırıqlarını yerinə yetirmişdir. O, heç zaman müştərilərlə görüşməmiş, müqavilə şərtlərini müzakirə etməmiş, qiymət əmələ gəlməsi, işə götürmə, hesablaşma, maliyyə və layihə idarəetməsində iştirak etməmişdir. İddiaçı yalnız E.Najaflinin vətəndaşlığına xitam verildiyi və xx.xx.2023-cü il tarixinə AR DİN təqdim etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız edildiyi səbəbindən proforma direktor olaraq müvəqqəti təyin edilmişdir. İddiaçı dəfələrlə işə gəlməyəcəyi ilə şirkətin faktiki rəhbəri olan E. Najaflini hədələmiş, hətta işdən azad edilməsi barədə yazılı ərizə ilə şirkətin qanuni nümayəndəsinə və təsisçisinə müraciət belə etmişdir. Ən son xx.xx.2025-ci il tarixində işə gəlməsi barədə ondan soruşulanda, E.Najaflidən 21.600 AZN pul tələb etmiş və bu tələb yerinə yetirilmədiyi təqdirdə işə gəlməyəcəyini açıq-aydın bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Najaflı Elnur iddia tələbinə etiraz edərək, məhkəməyə təqdim etdiyi ərizələrin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı 2023-cü ilin iyun ayında işə qəbul edilmişdir. O xarici vətəndaş olduğuna görə və həmin dövrdə yaşayış icazəsi olmadığına görə, direktora ehtiyac olduğuna görə iddiaçı direktor təyin edildi. İddiaçı qeyri-etik mesajlar yazıb, onun kompüterinə daxil olub məlumatları əldə edib, bundan başqa işə davamiyyəti barədə sənədi təqdim edir və oradan görünür ki, iddiaçı işə gəlmirdi. İddiaçının anası xəstə idi, işdə olmadığı dövrdə onlar ona günləri qeyd edib yenə də ödənişləri edirdilər. Sonra işə gələndə mübahisələr başladı, xahiş etdi ki, ofisi tərk etsin – zorakılıq olmayıb, şahidlər var. İddiaçı hadisədən bir ay sonra polisə şikayət edib. İddiaçı biləndəki yeni işçiləri işə götürdülər, polis əməkdaşları ilə gəldi. Həmçinin bildirmişdir ki, ixtisar olunan ştatda olan işçiyə xəbərdarlıq əvəzinə 1,4 misli həcmində müavinət ödəyə bilərlər. İddiaçıya edilmiş ödənişlər barədə çıxarışı məhkəməyə təqdim edir. İddiaçının xanım olmasını, anasının xəstə olmasını nəzərə alaraq işdən çıxarmadılar. Şirkətin sürücüsü iddiaçının anasının xəstəliyi ilə bağlı iddiaçının qulluğunda idi. İddiaçının barəsində intizam tənbehi tətbiq edilməyib, amma şifahi xəbərdarlıqlar olub, o, (cavabdehin nümayəndəsi) direktor fəaliyyətinə başladığı vaxtdan ixtisara zərurət yaranmışdır. May ayında iddiaçı tərəfindən polisə şikayət edilməyib. İyul ayında iddiaçı polisə şikayət etdi və bu son nöqtə idi ki, ixtisarı tətbiq etsinlər. Cavabdehin nümayəndəsi Najaflı Elnur daha sonra əlavə etmişdir ki, iddiaçının əmək müqaviləsi üzrə müddəti 23 iyun tarixində bitirdi – iddiaçının anasının səhhətində problemlər var idi – humanizm göstərərək işdən çıxarmadılar. Tərəddüdləri olsa da, sonra iddiaçının nizam-intizam qaydalarını pozması, iddiaçının hərəkətləri və polis orqanına şikayət etməsi nəticəsində onun işdən azad edilməsini qərara almışdır. Ştat cədvəlini təqdim edəndən sonra 10 nəfər yeni işçi işə götürüldü – direktor vəzifəsinə yox, digər vəzifələrə. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Sübutlar: Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə bağlanmış əmək müqaviləsindən görünür ki, 3 ay sınaq müddəti təyin edilməklə 1 il müddətinə icraçı direktor vəzifəsində əlavə iş yerinə qəbul edilmişdir. - Cavabdeh şirkətinin icraçı direktoru Najaflı Elnur xx.xx.2025-ci il tarixli 13-25№li əmrdən görünür ki, direktor ştatı ləğv edilməci, əvəzində böyük mühasib ştatı yaradılması əmr edilmişdir. - Cavabdeh şirkətinin icraçı direktoru Najaflı Elnur xx.xx.2025-ci il tarixli 07-25№li əmrdən görünür ki, direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 «b» (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi istifadə edilməmiş 42 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. - Cavabdeh şirkətinin xx.xx.2025-ci il tarixə olan ştat cədvəlindən görünür ki, 17 ştat vardır: icraçı direktor 1 ştat, kommersiya meneceri 1 ştat, satınalma üzrə mütəxəssis 1 ştat, usta 1 ştat, sahə rəhbəri 1 ştat, mühəndis keyfiyyətə nəzarət üzrə ½ ştat, sosial media və tədbirlərin təşkili üzrə mütəxəssis 1 ştat, inzibati işlər üzrə aparıcı mütəxəssis 1 ştat, anbarar ½ stat, fəhlə 1 ştat, nəzarətçi 1 ştat, sətəm mühəndisi 1 ştat, texniki ofisin aparıcı mütəxəssisi 1 ştat, maliyyə direktoru 1 ştat, böyük mühasib 1 ştat - Cavabdeh şirkətinin iddiaçıya aid son haqq hesabın hesablanması cədvəlindən görünür ki, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən 1,4 əmsalla 2447,88 manat ödənilmişdir. - Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi Najaflı Elnur adlı şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati tədbir görülməsi üçün qərann surəti 37-ci PŞ-nə göndərilməsi İddiaçı direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”nm tərkibindəki Cavabdeh şirkətinin təsisçisi Najaflı Elnur tərəfindən işdən kənarlaşdırılması barədə olan tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, Najaflı Elnur adlı şəxs təsisçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”-nın tərkibindəki Cavabdeh şirkətində qeyri-rəsmi olaraq şirkətin işlərini Leyla adlı qadına Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirdiyi üçün Najaflı Elnur adlı şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürəti X6 Xidmətinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan daha sonra görünür ki, xx.xx.2025-ci il tarixdə xx.xx.1989-cu ildə ünvan 1 ünvanda qeydiyytada olan və ünvan 2 ünvanda yaşayan İddiaçı DİN-in 102 xidmətinə zəng edərək Babək plazada yerləşən İnprocon şirkətinin müdiri Nəcəfli Elnurla münaqişə olması barədə məlumat vermişdir. İddiaçı ərizə ilə Xətai RPİ-nin 37- ci PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30-da direktor vəzifəsində çalışdığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”-nın tərkibindəki Cavabdeh şirkətinin təsisçisi Elnur Nəcəfli onu təhqir edərək səbəbsiz yerə otağından qovmuşdur. Elnur barədə qanuni tədbir görülməsini və bu əməllərinin qarşısının alınmasında qabaqlayıcı tədbir görülməsini xahiş etmişdir. Qərardan grünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, 3 ildir o, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”-mn tərkibindəki Cavabdeh şirkətinin direktoru vəzifəsində çalışmışdır. Elnur Nəcəfli isə şirkətin təsisçisidir. Elnurla bir neçə ay bundan əvvəl münasibəti pisləşmişdir. Buna səbəb mobil telefonunda bir nəfər Leyli adlı qadınla, həmçinin şirkətdə rəsmi işçi olmadan, lakin şirkətin mühasib işlərinin bir qismini qanunsuz görən Leyli adlı qadınla mesajlaşan zaman onun barədə söhbət edib onu işdən uzaqlaşdırmaq istəmələri barədə yazışmalarıdır. Həmin mesajlarda Leyli Elnurdan israrla onun işdən çıxarılmağını tələb etmiş, Elnur da razılaşmışdır. O, 2025-ci ilin mayın 22-də o, Leyli ilə əlaqə saxlayıb ondan nə istədiyini soruşanda Leyli inkar etmişdir. Elnurun telefonunda yazışmalarını gördüyünü dedikdə və bunu Elnura deyən zaman aralarında sözlə mübahisə baş vermişdir. Elnur onun qolundan tutub onu şirkətin içərisində söyüb təhqir edərək işdən uzaqlaşdırmışdır. Onu maddə ilə işdən çıxardacağını deyib, bildirmişdir ki, bunu istəmirsə, özü öz ərizəsiylə işdən çıxsın. Lakin, onun əmək müqaviləsinə bu günkü gündə xitam verilməyib və o hazırkı gündə də şirkətin direktorudur. Həmin hadisədən sonra psixoloji travma aldığı üçün və onu işə buraxmadığı üçün, eyni zamanda işçilər arasında biabır olduğu üçün bir müddət işə çıxmamışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə səhər saatlarında işə gələn zaman Elnur onu öz otağına keçməyə qoymamış, öz otağına gətirmiş və o, öz otağında, onun yerində Elnurun qeyri-rəsmi münasibətdə yaşadığı Tatyana adlı qadının olduğunu görmüşdür. Elnur onu hədələmiş və bir daha bildirmişdir ki, ərizəsini yazıb işdən çıxsın, elə etməsin ki, onu may ayında sürüyə-sürüyə çıxartdığı kimi çıxartsın. Həm də onu maddə ilə işdən çıxardacağını demişdir. Söhbətin hansı maddədən getdiyini başa düşməmişdir. O, isə heç bir nöqsanı olmadığı halda çıxmayacağını demiş, otağına keçmək istəmiş, Elnur isə buna imkan verməyərək qarşısını kəsib əli ilə itələmişdir ki, otağına keçməsin. Elnur onu təhqir edib hədələyərək otağından qovmuşdur. Belə olduqda o, polisə zəng edərək məlumat vermişdir. Elnur adlı şəxs xx.xx.2025-ci il tarixdə iş otağında onu itələyib çıxardan zaman xəsarət almamış, lakin, Elnur onun şəxsiyyətini işçilərin yanında alçaldıb təhqir edərək, işdən çıxmağını tələb etmiş, əks halda onu maddə ilə işdən çıxardacağını və elə etməsin ki, onu may ayında sürüyə-sürüyə işdən çıxartdığı kimi çıxartsın. Qərardan görünür ki, izahatı alınmış Najaflı Elnur bildirmişdir ki, İddiaçı 2 ildən artıq müddətdir tanımış, Aydan onun təsisçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”-nın tərkibindəki Cavabdeh şirkətinin direktoru vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdə Aydan əmək nizam intizamını pozduğu üçün o, Aydandan ofisi tərk etməsini tələb etmişdir. Aydan da əşyalarını yığıb ofisi tərk etmişdir. Bundan sonra xx.xx.2025ci il tarixdə Aydan onun dəvəti ilə yenidən ofisə gələrək nəyi əldə etmək istədiyini anlada bilmədiyi üçün o, ofisdən getməsini tələb etmişdir. Elə bu zaman polislər otağa daxil olmuşlar, Aydan fürsətdən istifadə edərək ofisin sonundakı otağa gedib orada çalışan işçini təhqir etmiş və geri dönmüşdür. Aydana qarşı onun tərəfindən hər hansı zor tətbiq edilməmişdir, o, Aydanla çalışmamaq hüququndan istifadə edərək aralarında bağlanmış əmək müqaviləsinə xitam vermək niyyətindədir. Bundan başqa Aydanın izahatında adını qeyd etdiyi Leyli adlı qadın onun qohumüdur və Leyliyə heç vaxt onun tərəfindən qeyri-qanuni ödənişlər edilməmişdir. Leyli də şirkətin fəaliyyəti ilə əlaqədar hər hansı iş görməmişdir. Aydanı maddə ilə işdən çıxaracağını dedikdə Aydanın ştatını ixtisara salıb kompensasiya ödəyərək müqaviləsinə xitam verməyi nəzərində tutmuşdur. Belələliklə araşdırma zamanı məlum olmuşdur ki, Najaflı Elnur adlı şəxs xx.xx.2025-ci il tarixdə təsisçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən “Babək Plaza”-nın tərkibindəki Cavabdeh şirkətində həmin şirkətin direktoru vəzifəsində çalışan İddiaçı qolundan tutub dartmaqla sonuncuya fiziki ağrı yetirmişdir. Yaranmış mübahisə şəxsi münasibətlər zəminində baş vermiş, orada heç bir ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər-xuliqanlıq törədilməmişdir. - Hüquqi yardimin göstərilməsi haqqinda em-2261vk-46112/25 saylı müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 (sözlə: bir min) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Tərəflərin qarşılıqlı razılığına əsasən hüquqi yardıma görə haqq hissə-hissə olaraq ödənilə bilər. Hissə-hissə ödənilməyə dair razılıq əldə edildikdə, ilkin olaraq 500 (sözlə: beş yüz) manat, qalan məbləğlərin isə hansı müddətdə ödənilməsi qrafası doldurulmayıb. - Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/2-0884 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 12.00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə bu barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 60 manat İMS xərci ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və işə bərpa olunmasını iddia edir, cavabdeh isə mübahisələndirilən əmrin ləğv edilməsinə dair iddianın əsasları ilə razılaşmır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuniliyinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. - 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. - 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. -2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. -3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. -4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. Məhkəmə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Bundan əlavə, məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Həmçinin, qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Beləliklə də məhkəmə nəzərə alır ki, ştat vahidinin ixtisar edilməsi işəgötürənin səlahiyyətinə aid olan məsələ olsa da, onun qanuna uyğun həyata keçirilməməsi nəticəsində işçinin hüququnun pozulub-pozulmamasına dair iddiaya məhz qanunvericilik normalarının tələbləri baxımından huquqi qiymət verilir. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddianın əsassız olmasına dair izahatlarına qiymət verərək hesab edir ki, bu izahatlar özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh olaraq MMC-nin təsisçisi kimi konkret olaraq Elnur Najafli deyil, Cavabdeh MMC çıxış etsə də, onun həmin MMC-nin nümayəndəsi olması baxımından yaranmış mübahisəyə iddiaçının tutduğu vəzifəsinin ixtisarı ilə bağlı onunla əmək fəaliyyəti dövründə MMC rəhbəri kimi Elnur Najafli ilə aralarında yaranmış münaqişəli hallar baxımından qiymət verilməsi zəruridir və bu konteksdən çıxış edərək məhkəmə, İddiaçı işdən kənarlaşdırmaq üçün onun tutduğu vəzifənin ixtisar edilməsini cavabdehin nümayəndəsinin subyektiv mülahizəsinə uyğun olaraq bir vasitə kimi seçilməsi, MMC-də hər hansı vəzifələrin deyil, məhz iddiaçının tutduğu vəzifənin ixtisar edilməsinin onun hər bir halda işdən çıxarılmasına hesablanan bir addım olmasına dair dəlillərini işin araşdırılmış halları ilə uzlaşmaqla təsdiqini tapdığından inandırıcı sayır. Qeyd edilənlər dolayı yolla cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq edilir. Lakin, o, bu halı tərəflər arasında yaranmış münaqişəli vəziyyətlə və iddiaçını ƏM-nin 70 maddəsinin ç bəndi ilə işdən azad etmək istəməməsi ilə əlaqələndirir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə cavabdehin nümayəndəsi arasında münaqişəli vəziyyətlə bağlı iddiaçının şikayəti əsasında polis orqanında araşdırma aparılmış, cavabdehin nümayəndəsi Elnur Nəcəfli polis orqanında verdiyi izahatı ilə İddiaçı göstərdiyi faktları təkzib etsə də, mubahisənin olduğunu və xx.xx.2025-ci il tarixdə nizam-intizamı pozduğu üçün İddiaçı ofisi tərk etməsini tələb etdiyini, eyni zamanda xx.xx.2025-ci il tarixdə yenidən ona ofisi tərk etməli olmalı olduğunu bildirdiyini, ikinci mubahisə zamanı polis əməkdaşlarının da ofisə gəldiyini etiraf etmişdir. Araşdırma nəticəsində Xətai RPİ-nin 37-ci Polis Şobəsi tərəfindən qəbul edilmiş“cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qəbul edilən qərara əsasən, Elnur Nəcəfli xx.xx.2025-ci il tarixdə təsiscisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət gostərən “Babək Plaza”nın tərkibindəki Cavabdeh şirkətində həmin şirkətin direktoru vəzifəsində calışan İddiaçı qoulndan tutub dartmaqla sonuncuya fiziki ağrı yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində, xx.xx.2025ci il tarixdə isə yenidən “Babək Plaza”da yerləşən Cavabdeh şirkətində İddiaçı nalayiq ifadələr işlədərək onu təhqir etməklə ictimai qaydanı pozmaqla işdən qovacağı ilə hədələməklə, cəmiyyətə acıqca hormətsizlik ifadə edən qərəzli hərəkətlər – xuliqanlıq torətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Sözügedən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi, yaxud icraata xitam verilməsi barədə hec bir qərar qəbul edilmədiyindən (məhkəməyə təqdim olunmamışdır) məhkəmə hesab edir ki, qərar mubahisə predmetinin həlli üçün müəyyən mənada subut əhəmiyyəti daşıyır. Belə ki, sözügedən qərarla müəyyən edilmiş hallar iddiaçı ilə cavabdeh MMC-nin təsisçisi arasında munaqişə olduğunu, munaqişənin iş yerində olan münasibətlərdən irəli gəldiyini gostərir. İddiaçı tərəf bu münaqişəni və İddiaçı işdən çıxarılması kontekstində baş verdiyini, onun işdən çıxarılacağı ilə hədələndiyi kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən edilmiş sonuncu şikayət tarixindən, yəni xx.xx.2025-ci il tarixindən, cəmi 1 həftə sonra, yəni xx.xx.2025-ci il tarixdə iddiaçının tutduğu vəzifəsinin ixtisar edilməsi və məhz bu ixtisar nəticəsində onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalanması təsadüf ola biməməsinə dair dəlillər də əsassız olmamışdır. Belə ki, əgər cavabdeh MMC-də həqiqətən də ixtisar mövcud idisə, yaxud cavabdehin iddia etdiyi kimi iddiaçının tutduğu direktor vəzifəsinə lüzum yox idisə, onun ilə bağlanmış və xx.xx.2025-ci il tarixdə müddəti başa çatacaq olan müddətli müqaviləyə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həmin tarixdə xitam verilə bilərdi və bu halda xx.xx.2025-ci il tarixli əmrin qəbuluna da zərurət qalmazdı. Məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi izahatlarında iddiaçının 2025-ci ilin mart ayından etibarən işə gəlməkdən yayınmasını, yalnız tək-bir hallarda və qismən vəzifə öhdəliklərini yerinə yetirməsini, onu hədələməsini, mütəmadi olaraq əmək nizam-intizamını pozaraq, onunla iş yerində mübahisələr aparmasını, ona aid şəxsi məlumatları icazəsiz ələ keçirməsini, digər əməkdaşlar qarşısında onunla saymamazcasına rəftar etməsini, iddiaçının şirkətin əməkdaşları ilə çox kobud rəftar edərək, iş abu-havasını daim zəhərləməyə çalışmasını, iyul ayında polisə şikayət etməsinin ixtisarı tətbiq etməyi üçün son nöqtə olmasını, həmçinin polisə barəsində yalan ifadələr verməklə, şikayət etdikdən sonra, İddiaçı onsuz da uzun müddətdir işə gəlmədiyini və şirkətə iki direktorun gərəkli olmadığını nəzərə alaraq, xx.xx.2025-ci il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi barədə əmr imzalanmasını xüsusilə vurğulaması, iddiaçının tutduğu vəzifənin ixtisarının MMC-nin fəaliyyətində idarəçilik və bununla bağlı digər yaranmış əsaslara görə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işdən azad edilməsi üçün bir növ vasitə olaraq istifadə edilməsi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin xx.xx.2025-ci il tarixində icraçı direktor qalaraq, şirkətin qanuni nümayəndəliyinin onun üzərinə keçməsi barədə təsisçi tərəfindən qərar qəbul edildikdən sonra İddiaçı şirkətdə direktor vəzifəsində çalışmasına lüzum qalmaması, onun heç bir zaman müştərilərlə görüşməməsi, müqavilə şərtlərini müzakirə etməməsi, qiymət əmələ gəlməsi, işə götürmə, hesablaşma, maliyyə və layihə idarəetməsində iştirak etməməsi, xx.xx.2023cü il tarixədək, yəni iddiaçı ilə əmək müqaviləsi bağlanan tarixədək, ümumi əməkdaş sayının bəlli tarixlərdə 100 dən artıq olmasına baxmayaraq yalnız bir direktorun mövcud olması və əlavə «direktora» ehtiyac duyulmaması halları həqiqətən mövcud olduğu təqdirdə cavabdeh tərəfin iddiaçı ilə bağlanmış və xx.xx.2025-ci il tarixdə müddəti başa çatacaq olan müddətli müqaviləyə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həmin tarixdə xitam verilməsi mümkün idi və verilə bilərdi. Məhkəmə xüsusi olaraq vurğulayır ki, sadalanan hallar mövcud olduğu halda iddiaçının barəsində intizam tənbehi tətbiq edilməməklə cavabdehin nümayəndəsinin göstərdiyi kimi, iddiaçının 2025-ci ilin mart ayından etibarən işə gəlməkdən yayınmasını, bununla da onun mart ayından etibarən işə gəlməyinə baxmayaraq, şirkətin işlərinin öz qaydasında davam etməsi, mütəmadi olaraq əmək nizam-intizamını pozması, şirkətin əməkdaşları ilə çox kobud rəftar etməsi ilə əlaqədar faktlar olduğu halda, onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməməsi, eləcə də işdən çıxma ərizəsi ilə müraciət etdiyi halda belə onun işdən azad edilməməsi, hətta işdə olmadığı dövrdə ona günləri qeyd edib yenə də ödənişlərin edilməsi, sonrakı aylar üçün də məvacibin onun bank hesabına vaxtlı-vaxtında köçürülməsi həqiqət olduğu təqdirdə anlaşılan deyildir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işəgötürənin (ƏM-nin 186-cı maddəsi) işçiyə intizam tənbehi vermək hüququ da var. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarından göstərilənlərə qiymət verərək hesab edir ki, iddiaçı barəsində göstərdiyi halların mövcudluğu iddianın əsassız olması kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh MMC-də ştat ixtisarı müəssisənin fəaliyyəti (idarəçiliyi) ilə birbaşa bağlı olmamış, iddiaçının tutduğu vəzifədən azad edilməsi məqsədilə olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki Kollegiyası tərəfindən qəbul edilmiş 2(102)-5802/2022 nomrəli xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, işçilərin sayının və ştatlarının ixtisarı adətən müəssisədə istehsalın və idarəetmənin təkmilləşdirilməsi, artıq xərclərin azaldılması məqsədi ilə aparılır. İşəgötürən işin həcmi azaldıqda işçilərin sayını azaldıb xərcləri azaltmaq üçün yaxud işin ümumi həcmi saxlanmaqla istehsalı optimallaşdırmaq üçün işçilərin vəzifələrini yenidən bölüşdürür və bu zaman işçilərin sayının azalması baş verir. Buna görə də Əmək Məcəlləsində bəhs olunan “işcilərin ştat ixtisarı” dedikdə, muəssisə uzrə təsdiq olunmuş vəzifə uzrə bir və ya bir necə ştat vahidinin ləğv olunması başa duşulur. Ştatların ixtisarı, işcilərin sayının azalması və işin həcminin azalması ilə muşayiət olunur. Başqa sözlə, işçilərin sayının və işin həcminin azalmasına səbəb olmayan dəyişikliklər Əmək Məcəlləsinin 70-ci maddəsində müəyyən olunmuş işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı hüquqi nəticələr törətmir. Yəni işəgötürənin etdiyi dəyişikliklər ştatların və işçilərin sayının azalmasına səbəb olmursa, işçinin vəzifəsinin dəyişməsi deməkdir və bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanuna ziddir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifə ştatının ixtisar edilməsi ilə bağlı cavabdeh MMC tərəfindən hər hansı bir əsaslandırılmış qərar (əmr) qəbul olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cu maddəsinin tələbinə gorə, işəgöturən bu Məcəllənin 70-ci maddəsi ilə muəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgöturənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmənin qənaətinə görə qeyd edilmiş bu imperativ xarakterli normaların tələblərinə zidd olaraq cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə formal əmr verilmiş, müəssisədə həqiqətən də maliyyə-iqtisadi və ya digər səbəblərdən işcilərin və ya ştatların ixtisarının zəruriliyi ilə bağlı heç bir qərar qəbul edilməmişdir. Əksinə məhkəməyə cavabdeh MMC tərəfindən təqdim edilmiş ştat cədvəlindən görünür ki, İddiaçı 2025-ci ilin avqust ayında işdən azad edildikdən sonrakı iki ay ərzində MMC sentyabr-noyabr ayları ərzində 10 nəfər yeni işci ilə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin nümayəndəsi izahatında təsdiq etmişdir ki, ştat cədvəli məhkəməyə təqdim edildikdən sonra da yeni işcilərlə əmək müqavilələri bağlanıb və 2025-ci ilin avqust ayından noyabr ayına qədər yeni işə götürülmüş şəxslərin sayı 10 nəfərdir. Numayəndə İddiaçı tutduğu direktor vəzifəsinə heç bir işcinin göturulmədiyini bildirsə də, MMC tərəfindən çoxsaylı digər işcilərin işə götürülməsi ona dəlalət edir ki, müəssisədə bu və ya başqa səbəbdən ixtisara hüquqi əsas müvcud olmamış və hazırda da yoxdur. Digər tərəfdən nümayəndə direktor vəzifəsinə lüzum olmadığını qeyd etsə də, bu lüzumsuzluğun nədən ibarət olması, bu yanaşmanın əsaslı olub-olmaması iş materialları ilə muəyyən edilmir və cavabdeh bununla bağlı heç bir əsaslandırılmış sənəd təqdim edə bilməmiş, lakin buna dair, yəni iddiaçının təkcə direktor vəzifəsinə lüzum olmamasına görə deyil, həm də bir rəhbər olaraq özünə və kollektivə qarşı hərəkətlərinə görə işdən azad etmək niyyətinin olmasına dair öz subyektiv mülahizələrini də gizlətməmişdir. Məhkəmə cavabdeh tərəfin şirkətə digər vəzifələrdə yeni əməkdaşların tələb edilməsinin direktor vəzifəsində olan əməkdaşa ehtiyacın olmasını təsdiq etməməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçının tutduğu vəzifə ştatının həqiqətən də əsaslı olaraq ixtisar edildiyi müəyyən edilməməklə yanaşı onun vəzifə ştatının ixtisar edilməsi üçün real əsasların müvcud olduğu təqdirdə qanunvericiliyin tələbləri baxımından başqa vəzifəyə keçirilməklə işdə saxlanıla bilməsi imkanları cavabdeh tərəfindən nəzərdən keçirilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinə gorə, müvafiq hallarda işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata kecirilərkən muəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işcilər işdə saxlanılır. İşcinin peşəkarlıq səviyyəsini işəgöturən müəyyən edir. İşəgöturən işcinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin, iş materiallarında cavabdeh MMC tərəfindən ştat ixtisar edilərkən həmin ştat üzrə vəzifə tutmuş şəxsin, yəni hazırkı iş uzrə iddiacının işdən kənarlaşdırıldıqdan sonra MMC-yə işə göturulmuş yeni işcilərin peşəkarlıq səviyyəsinin müqayisəli şəkildə müəyyən edilməsinə dair heç bir sənəd mövcud deyil, yəni cavabdeh tərəfindən belə bir sənəd təqdim edilməmişdir. Bu xüsusda İddiaçı tutduğu vəzifə uzrə ştatın ixtisarı halında ona digər vəzifə təklif edilməklə o iş yerində digər vəzifədə saxlanıla bilməsi də cavabdeh tərəfindən qiymətləndirilməmişdir. Belə ki, cavabdeh MMC-nin numayəndəsi təqdim etdiyi ərizədə də gostərmişdir ki, İddiaçı ştat vəzifəsi direktor adlandırılsa da, o əsasən işcilərin davamiyyət jurnalını, kassa hesabatlarını aparmış, ofis ləvazimatlarını sifariş etmiş və digər təşkilati tapşırıqları yerinə yetirmişdir. Belə olan halda əgər həqiqətən də İddiaçı direktor vəzifəsini deyil, iddia edilən bu funksiyaları icra edirdisə, onun vəzifə ştatının ləğv edilərək gördüyü faktiki işlərə uyğun olan digər ştat vəzifəsinə keçirilməsinin əmək qanunvericiliyinin tələbləri baxımından qiymətləndirilməsi zəruri idi. Cavabdeh MMC tərəfindən bu tələbin təmin edilməməsi bir daha iddiaçıya qarşı əsassız mövqe nümayiş etdirilməsinə və onun hər bir halda işdən uzaqlaşdırıması məqsədi güdülməsinə bir daha dəlalət edir. Məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata kecirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işcini daha çox qorumuş və əmək müqavilələrində də işcinin qanunda gostərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan edir. Əmək hüququnun mühüm təminatlarından biri işəgöturən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işcilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgöturən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilib. Həmin maddədə işəgöturən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulub. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilib. Başqa sozlə, işəgötürən bu barədə əmrdə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini, yaxud hazırkı iş üzrə əmrin verilməsinə əsas kimi gostərilmiş ixtisarın zəruriliyini və əsaslılığını mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-896/2023 nomrəli xx.xx.2023-cu il tarixli qərarı) Məhkəmə, cavabdeh tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli, 13-25Ş nomrəli əmri işin yuxarıda sadalanan halları baxımından formal xarakterli əmr kimi qiymətləndirir. Belə ki, həmin əmrdə yalnız direktor vəzifəsinin ləğv edilməsi və böyük mühasib vəzifəsinin yaradılması əmr edilir. Qanunvericiliyin tələbinə zidd olaraq belə bir əmrin qəbul edilməsini zəruri edən hallar, ştat vəzifəsinin ləğvinin əsaslılığını göstərən xüsusatların öz əksini tapmaması iddiaçının iddiasının ona qarşı olan qərəzli münasibətlə bağlı dəlillərinin əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə daha sonra hesab edir ki, cavabdehin iddianın əsassız olmasına dair dəlilləri, sadaladığı halların mövcudluğu qəbul edilsə idi belə, bu hallar da iddianın əsassız olması qənaətinə gəlməsinə əsas vermir. Belə ki, cavabdeh tərəf İddiaçı onsuz da uzun müddətdir işə gəlmədiyini və şirkətə iki direktorun gərəkli olmadığını nəzərə alaraq, xx.xx.2025-ci il tarixindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri imzalaması ilə yanaşı, onun istifadə etmədiyi məzuniyyət günləri, ƏM-nin 77-ci maddəsinin 2-ci bəndinə əsasən aylıq məvacibinin 1,4 misli ödənilməklə ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdar edilmədən əmək müqaviləsinə xitam verildiyi üçün ümumilikdə 2.813,62 AZN İddiaçı bank kartına köçürülməsini göstərsə də, nəzərə almamışdır ki, sözügedən sonuncu normada aydın olaraq qeyd edilmişdir ki, işəgötürən yalnız işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Cavabdeh tərəf iddiaçının belə bir razılığının olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddianın əsassızlığı ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli əmr əsassız və qanunsuz olduğundan ləğv edilməklə iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat cavabdehdən tutularaq iddiacıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkil xidməti üçün ödənilmiş 1000 (min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiacıya ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən normanın məzmununa əsasən məhkəmə qeyd edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləği müəyyən edilərkən həmin bölgədə həmin kateqoriya işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, vəkilin iştirak etdiyi (vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayır və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. nəzərə alınmalıdır. İş materiallarında olan hüquqi yardimin göstərilməsi haqqinda müqavilə № em-2261vk- 46112/25 saylı müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 (sözlə: bir min) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Tərəflərin qarşılıqlı razılığına əsasən hüquqi yardıma görə haqq hissə-hissə olaraq ödənilə bilər. Məhkəmə iddiaçı tərəfin vəkil xidmətinə görə 1000 manat ödənilməsinə dair qəbzin təqdim edilməməsinə baxmayraq, iş materiallarında olan müqavilədə tərəflər arasında hissə-hissə ödənilməyə dair razılıq əldə edilərək, ilkin olaraq 500 (beş yüz) manat ödənilməsinin göstərilməsi baxımından hesab edir ki, bu məbləğin ödənişi qarşılığında vəkilə verilmiş order əsasında o öz fəaliyyətinə başladığı üçün məhz həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 500 manatdan əlavə qalan məbləğin hansı müddətdə ödənilməsi, eləcə də ümumiyyətlə ödənilməsi barədə qeyd edilməmiş, bununla bağlı qrafa boş saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin vəkil xidmətinə görə 1000 manat ödənilməsinə dair sübut təqdim edilsə idi belə, tutulmalı olan ağlabatan məbləğin 500 manat müəyyən edilməsi yuxarıda qeyd edilən normanın tələbləri baxımından daha ədalətlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə iddiacı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı cavabdeh MMC-yə əvvəlki vəzifəsinə bərpa edilməli, iddiaçının işdən çıxarıldığı xx.xx.2025-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı hesablanaraq ödənilməli, mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat və vəkil xidməti üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiacıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə “direktor” vəzifəsinə bərpa olunsun. İddiaçı xx.xx.2025-ci il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehndən vəkil xidməti üçün 500 (beş yüz) manat və 60 (altmış) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2289/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2289/2025
21.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver