Məhkəmə qərarları › İş №e-2(009)-2323/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2323/2025

07.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2323/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 direktoru F.K.Talıbovun, hüquqi şəxsin vəkili L.A.İsgənrovanın iştirakları ilə İddiaçı cavabdehlər “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X34 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X18rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X34 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X18rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh2 direktorunun xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrinə əsasən xx.xx.2024-ci il tarixdə onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin çıxarılmasına əsas olaraq cavabdeh tərəfinən qeyd edilmişdir ki, guya onun tərəfindən rəhbərlik etdiyi 62401924 nömrəli qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti alınması faktı müəyyən edilmişdir. Yenə cavabdeh öz əsassız əmrində qeyd edir ki, guya o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024- cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmaqla öz əmək funksiyalarını yerinə yetirməmişdir. Beləliklə də, guya o, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir və bu hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirilmiş, nəticədə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən o, işdən azad olunmuşdur. Əmrə əsas kimi isə xx.xx.2025-ci il tarixli 19 nömrəli protokol və “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir. O, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində müxtəlif peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində həqiqiliyi olan heç bir nizam intizam pozuntusu etməmiş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Barəsində müxtəlif iddialar olsa da heç birisi sübuta yetirilməmişdir. Hətta barəsində illər əvvəl verilmiş töhmətə belə rəhbərlik xahiş etdiyindən onu yuxarı rəhbərlər qarşısında “pis vəziyyətdə qoymamaq üçün” səs çıxarmamışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. İstər onun, istərsə də, rəhbərlik etdiyi tələbələrinin davamiyyəti qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hər zaman öncül olaraq iştirak etmişdir, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmişdir. Bu dövrlər ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. Bütün bunlara rəğmən sonuncu iş yeri olan X35 Nəqliyyatı üzrə BDPT mərkəzində fəaliyyət göstərdiyi son dövrlər ərzində mərkəzin direktoru Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbilə əsassız təzyiqlərə məruz qalmısdır. Rəhbər öz vəzifə səlahiyyətlərindən, nüfuzundan və ondan asılı olan çalışanlardan istifadə etməklə müxtəlif bəhanələr gətirərək onu işdən uzaqlaşdırmağa çalışmış, ilk başlarda bunu öz ərizəsi ilə etməsi üçün böyük təzyiqlər göstərmiş, bunu bacarmadıqda isə əsassız yerə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdir. Səlahiyyətli şəxs Fizuli Talıbov bu qanunsuz əmri imzalayaraq onu əsassız olaraq işdən çıxarmağı öz tamahı üçün, bilərək və istəyərək etmişdir. Ona qarşı əsassız olaraq əvvəl rüşvət ittihamı irəli sürüb, bu təsdiqini tapmadıqda isə öz ərizəsi ilə işdən çıxmazsa Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılacağı barədə direktor müavini olaraq bilinən baş usta Xalidə Mənsimli vasitəsilə ona hədə-qorxu xarakterli mesajlar göndərmiş, “öz xoşumla ərizə yazıb işdən çıxmasam, bugünə qədər əldə etdiyim bütün iş həyatımı məhv edəcəyini” və kadrlar şöbəsi tərəfindən sair təhdidlər göndərərək, eyni zamanda kollektivdə əsassız şayələr yaymaqla bu qanunsuz əmri imzalamışdır. Direktorun onu öz ərizəsi ilə işdən çıxmaq üçün təhdid etməsi halı, iş verən tərəflə bağlanmış əmək müqaviləsinin 9.4-cü bəndinin tələblərinin də, cavabdeh tərəfindən pozulması halıdır. xx.xx.2025-ci il tarixdə onun bülletende olduğu dövrdə Aviasiya Və X21 X45 Təhsil X6 Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında o, heç bir əsas və sübut olmadan rüşvətxor adlandırılmış və bu iclasın nəticəsində çıxarılmış protokola əsasən barəsində əsassız əmr qəbul edilmişdir. Hətta, hal-hazırda mübahisələndirilən əsassız əmri məktəbin çölündə açıq-aşkar nümayiş etdirməklə onun şərəf və ləyaqətini alçaltmaq üçün addımlar atılmış, onun əmək və digər konstitusiyon hüquqlarını pozulmuş və kollektivdə olan nüfuzu salınmağa çalışılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi olan Fizuli Talıbov ona qarşı mənəvi-psixoloji təzyiqlər göstərmiş, barəsində əsassız məlumatlar yaymaqla pedaqoji kollektiv və texniki heyət arasında haqqında əsassız mənfi rəy formalaşmasına nail olmuşdur. Bu məsələlərlə bağlı dəfələrlə direktorun qəbuluna getmək istədikdə ilk dəfə mühafizəçilərin kobud rəftarı ilə direktorun kabinetinə girmədən qəbul otağından uzaqlaşdırılmışdır. Daha sonra isə məktəbin inzibati binasından təhqiramiz bir formada kənarlaşdırılmışdır. Bütün bunlar əsəb sistemini məhv etmiş, ağır sarsıntılar keçirmişdir. Nəticədə məktəbə təcili tibbi yardım çağırılıb və xəstəxanaya aparılmışdır. İş yerində üzləşdiyi bu təzyiqlər onun psixoloji durumunu dözülməz hala salmışdır. Buna dair artıq müvafiq şikayətlərini artıq aidiyyatı orqanlara göndərmişdir. Hətta əsassız əmrin ləğv edilərək işə bərpa olunmasına dair məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mediasiya sessiyasında razılığa gəlməyə çalışsa da, tərəf qətiyyətlə qanunsuz əməllərindən geri durmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhz bu prinsipləri əsas götürərək və yuxarıda qeyd edilənlərə münasibətdə bildirir ki, o, cavabdehin əmri qəbul edərkən əsas gətirdiyi əməlləri törətməmiş, əksinə öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. Onun işdən azad olunmasına səbəb kimi 2 hal qeyd edilmişdir. İlk hal ondan ibarətdir ki, guya o, rəhbərlik etdiyi 62401924 nömrəli qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti almışdır. Bu rəhbərlik tərəfindən ona qarşı irəli sürülmüş ağır cinayətə dair bir ittihamdır, böhtandır. Bildirmək istəyir ki, qeyd edilən hal baş verməmişdir, həmçinin bunu sübuta yetirəcək heç bir dəlil mövcud deyildir. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrə əsas olmuş 19 nömrəli xx.xx.2025-ci il tarixli protokolda ona qarşı rüşvət aldığına dair iddialar yer almaqdadır və o protokolun nəticəsində guya tələbələrdən pul aldığına görə cəzalandırılması qərara alınmışdır. Halbuki, onun kimdənsə pul almasına dair hər hansı bir sübut, dəlil, məhkəmə qərarı ən azından əsaslı bir şübhə belə yoxdur. Beləliklə aydın görünür ki, qəbul edilmiş əmr əsassızdır və ləğv edilməlidir. Digər ikinci hal ondan ibarətdir ki, cavabdeh əsassız əmrində qeyd edir ki, mən guya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmaqla öz əmək funksiyalarını yerinə yetirməmişdir. Bu məsələyə dair iki amil vardır. Birincisi odur ki, o, “əmək funksiyalarınmdan hansını yerinə yetirməmişdir”? və “Təhsilverənlərin etik davranış Qaydalarından” hansı qaydanı kobud səkildə pozmuşdur? Bu iki məsələ əmr də öz əksini tapmır və cavabdehin nümayəndələri onun bu suallarına cavab verə bilmir. Ona təqdim edilən sənədlərdə bu mübahisəli məsələyə dair heç bir fakt və ya sübut mövcud olmadığından, eyni zamanda onunla bağlanmış əmək müqaviləsinə əsasən qeyd edilmiş əmək funksiyasının (xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinin 3-cü maddəsinin 3.1.1-ci bəndi: istehsalat təlim ustası) öhdəsindən tam gəldiyindən hesab edir ki, cavabdehin qəbul etdiyi əmr tam olaraq əsassızdır və ləğv edilməlidir. 2-ci bənddə qeyd etdiyi mübahisələndirilən əmrə əsas olmuş guya onun “qaydaları kobud şəkildə pozmasına” dair cavabdehin iddiaları üçün qeyd etmək istəyir ki, ƏM-nin 72-ci maddəsinə əsasən işçinin kobud pozuntuları qanunvericiliklə tənzimlənmiş və konkret olaraq müəyyən edilməklə sadalanmışdır. Bu sadalananlar xaricində işçinin hansısa hərəkəti kobud pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən normaya əsasən kobud pozuntular bu cür göstərilmişdir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu göstərilən nöqsanlardan heç birisinə onun tərəfindən yol verilməmişdir. Həmçinin cavabdehin buna dair da hər hansı bir sübutu və ya dəlili mövcud deyildir. Buna baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi əsassız olaraq əmr qəbul etmişdir və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən qeyd edir ki, cavabdehin əsassız əmri onun hüquqlarının pozulmasının bariz nümunəsidir. Bununla da, onun mübahisələndirilən əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmadığı sübuta yetirilmişdir. Mediasiya prosessi zamanı cavabdehə müraciət edərək barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsini tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli 172 nömrəli əmr əsassız olduğundan ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məcburi iş buraxma müddətinə görə itirdiyi əməkhaqqı məbləği cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehlə aralarında yaşanan bu qalmaqallı halların nəticəsi olaraq o, iki dəfə təcili tibi yardıma müraciət etmişdir və müalicələr almışdır. Hal-hazırda da, mənəvi vəziyyəti, ruh halı və sağlığı yerində deyildir. Bütün bu hərəkətlərin nəticəsində ağır sarsıntılar keçirir. Cavabdehin nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığına və mənəvi rahatlığına böyük zərbə dəymişdir. Bütün bunlar əsas verir ki, o, ona dəymiş mənəvi zərərə görə əlavə kompensasiya tələb etsin. Hesab edir ki, cavabdeh bu ona qarşı edilmiş bu qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə ona 10.000 manat kompensasiya ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 direktorunun xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində dəymiş mənəvi zərərə görə 10.000 manat kompensasiya, məcburi iş buraxma müddəti üçün hesablanmalı əməkhaqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizədə məhkəməyə xüsusi ittiham qaydasında verdiyi şikayətlər üzrə işə baxıb yekunlaşmadığı və şəhid ölümünün il dönümü ilə əlaqədar yas mərasimində iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halların üzrlü hal kimi qəbul edilə bilməməsini, eyni zamanda cavabdehin işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılması barədə ərizəsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 direktoru X22 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2020-ci ildən müəssisəyə direktoru təyin olunmuş, o vaxt Məktəb 6 saylı Bakı Peşə Məktəbi adlandırdı. 2024-cü ilin may ayından onun bazasında Mərkəz yarandı. Məktəbə direktor təyin olunanda eşitmişdir ki, həmin Məktəb müəllimlərinin bir hissəsi uşaqlardan pul yığır. O, iclas keçirmiş, bundan sonra hər hansı neqativ hallara yol verilməməsi müəllimlərin diqqətinə çatdırılmış və işlədiyi müddət ərzində bu hərəkətlərə yol verən müəllimlər işdən azad olunmuşdur. İddiaçı İlhamiyyə müəllimə də uşaqlardan pul yığması ilə bağlı hərəkətlərini davam etdirmişdir. Bununla bağlı həm şifahi, həm də ümumi yığıncaqda müzakirələr aparılmış, töhmət, hətta sonuncu xəbərdarldıqla şiddətli töhmət kimi intizam məsuliyyətinə cəlb olunmuş, iddiaçı bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz versə də, bu hərəkətlərə davam etdirmişdir. Sonuncu hadisə Ramin Hümbətov adlı tələbənin şikayəti ilə əlaqədar olmuşdur. Həmin tələbə Məktəbdən çıxacağı barədə hərbi rəhbər Elşən müəllimə müraciət etmiş, araşdırarkən İlhamiyyə müəllimənin ondan pul tələb etməsi, onun isə pul verməyə imkanın olmaması müəyyən edilmişdir. Bununla bağlı ümumi yığıncaq keçirilmiş, həmçinin həmkarların ümumi iclası da keçirilmiş və onun barəsində qanuni tədbirin görülməsi məqsədəmüvafiq hesab edilmişdir. Hətta o, bir insan kimi həmkarların qərarından sonra iddiaçının öz ərizəsi ilə işdən azad olunması barədə edilmiş təklifə razılıq vermiş, lakin avqustun sonlarında bildirmişdir ki, o, ərizə yazmayacaq, hansı tədbir görülürsə görülsün. Valideynlərin bir neçəsi hətta həmin müəllim barədə tədbir görülməsi ilə əlaqədar şikayətlər də etmişlər. Dəfələrlə edilmiş xəbərdarlıq və edilmiş intizam tənbehlərinə baxmayaraq iddiaçı tərəfindən qeyri-qanuni və müəssisə adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün onun işdən azad olunması barədə əsaslı qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq F.Talıbov iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçısının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X32 Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyir. X17 X7 əmək funksiyalarının yerinə yetirilməməsi və müəssisədaxili nizamintizam qaydalarının kobud pozması halı ilə bağlı xx.xx.2025-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. İclasın keçirilməsi Mərkəzin direktoru və hərbi rəhbərinin müraciəti əsasında olmuşdur. Belə ki, X36dan pul tələb edilməsi ilə bağlı onun şikayəti olmuş, iclasda direktor tələbə və müəllimlərin izahatları dinlənilmiş, dəfələrlə İlhamiyyə Mehdiyevanın intizam məsuliyyətinə cəlb edilməsi qeyd edilmiş, təkrar bu pozuntulara yol verdiyi üçün qanuni tədbir görülməsi, yəni sonuncu xəbərdarlıqla şiddətli töhmətdən sonra tədbir görülməsi məqsədəmüvafiq hesab edilmişdir. Şahid həmçinin göstərmişdir ki, iclasın vaxtı barədə əvvəlcədən elan verilmiş, İ.Mehdiyeva da məlumatlandırılmış, lakin iclasda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X32 Hərbi Çağırışaqədərli Rəhbər vəzifəsində işləyir. X36 yazılı müraciət edərək İlhamiyyə Mehdiyeva tərəfindən dəfələrlə ondan pul tələb olunmasını bildirmiş, o, tələbə ilə söhbət etmiş, tələbə bu halın uzun müddət davam etdiyini qeyd etmişdir. Fizuli müəllimə məlumat vermiş, Həmkarların iclası keçirlmiş və orada İ.Mehdiyeva ilə bağlı qanuni tədbir götürlməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 öz ifadəsində göstərmişdir ki, o, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X32 avtomobil çilingəri və sürücü ixtisası üzrə 2ci kurs tələbəsidir. İlhamiyyə müəllimə onların X33sıdır. Dəfələrlə tələbələrdən İlhamiyyə müəllimə pul yığmışdır, onun atası yoxdur, anası onkoloji xəstədir, maddi imkanları məhduddur. Bir dəfə onda olan ətri İlhamiyyə xanım görüb ona da həmin ətirdən almasını istəmiş, ətir bahalı olduğu üçün 5 manatlıq “probniklərini” almış, lakin müəllimə onu qəbul etməmişdir. Ondan pul tələb edilməsi ilə bağlı Elşən müəllimə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 öz ifadəsində göstərmişdir ki, o, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X32 3-cü kurs tələbəsidir. İlhamiyyə müəllimə bütün tələbələrdən daimi pul və əmlak tələb edirdi, deyirdi ki, 20 manat deyil, 40-50 manat istəyirdi. Hətta deyirdi ki, “mənim oğlum Baş polisdir”, onlar da ailələrinə görə susurdular. O, bir neçə dəfə İlhamiyyə müəlliməyə pul vermişdir, lakin imkanı olmadığı üçün pul verməmişdir, ona görə də müəllimə onunla qərəzli davranmışdır. Pul verən uşaqların dərsə gəlmədikdə “qayıblarını” silirdi. İş üzrə 6 No-li BPM üzrə xx.xx.2007-ci il tarixli 03 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən 13-cü dərəcə ilə istehsalat təlim ustası vəzifəsinə qəbul edilmişdir. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 6 №-li Bakı Peşə Məktəbinin xx.xx.2018-ci il tarixli 30 saylı əmrin surətindən görünür ki, Mərkəzdə İstehsalat təlim ustaları X5, X9 arasında olan münaqişə müəllimliyə yaraşmayan hərəkətlər və nizam-intizam normalarının pozulması hesab edilmiş, xx.xx.2018-ci il tarixli Pedaqoji şuranın qərarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən istehsalat təlim ustaları İddiaçı ciddi xəbərdarlıq, X3 isə şifahi xəbərdarlıq edilmişdir. Əmrin əsası kimi xx.xx.2018ci il tarixli Pedaqoji şuranın qərarı göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2023-cü il tarixli 172 saylı əmrin surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə) məktəbin X33sı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin əsası kimi 6 nömrəli Bakı Peşə Məktəbinin Həmkarlar İttifaqı Komitəsinin keçirilmiş ümumi iclasının xx.xx.2023-cü il tarixli 38-T nömrəli protokolu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2023-cü il tarixli 195 saylı əmrin surətindən görünür ki, məktəbin X33sı İddiaçı şifahi olaraq sonuncu xəbərdarlığın verilməsi, 2023/2024-cü tədris ilinin əvvəlində məktəbin X33sı İddiaçı müvəqqəti həvalə olunmuş “Avtomobil mühərriklərinin yığıcısı” 62501223 No-li qrup, zəruri ehtiyac yarandığı üçün 190 No-li, xx.xx.2023-cü il tarixli məktəbin əmrinə əsasən, X33sı X19 həvalə olunması nəzərə alınması, X33sı İddiaçı nəzərinə çatdırılsın ki, gələcəkdə belə hallara yol verildiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə (kontrakt) xitam veriləcəyi əmr edilmişdir. Əmrin əsası kimi Məktəbin Həmkarlar İttifaqı Komitəsinin Pedaqoji Şura ilə birlikdə keçirilmiş iclasının xx.xx.2023-cü il tarixli, 43 No-li protokolu göstərilmişdir. İş üzrə “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 xx.xx.2024-cü il tarixli 03 saylı əmrin çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli qərarına əsasən 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-2-218F/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 yaradılması barədə əmrini rəhbər tutaraq aşağıda adları göstərilənlər (keçmiş 6 nömrəli Bakı Peşə Məktəbində çalışan, pedaqoji, inzibati və xidmətedici işçilər) - X33sı X5 - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə onların qarşılıqlı razılı ilə) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər mərkəzin təsdiq olunmuş ştat cədvəlinə uyğun olaraq müvafiq vəzifələrə işə qəbul olunmuş və onunla müddətli əmək müqaviləsi (kontrakt) bağlanılmışdır. Əmrin əsası kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-2- 218F/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X41 yaradılması barədə əmri və İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi göstərilmişdir. İş üzrə “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X44 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X34 tədris və təlim işləri üzrə X33 - avtomobil təmiri çilingəri və sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi müddətsiz bağlanmışdır (bənd 2.1).Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2024-cü il tarixdən işə başlayır (bənd 2.4). İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X30 əməkdaşları baş usta Xalidə Mənsimli və qeyriləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “Avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü” ixtisaslı, 62401924 nömrəli qrupun tələbəsi X11 yazılı müraciəti əsasında, qrupun X33sı İddiaçı tələbələrdən pul və digər əşyaların alınması barədə daxil olmuş məlumatın araşdırılması məqsədilə rəhbərliyin qəbuluna dəvət olunmuşdur. Görüş zamanı ona daxil olmuş şikayətlər, xüsusilə tələbələrdən pul yığılması ilə bağlı iddialar açıqlanmış və bu barədə münasibət bildirməsi üçün yazılı izahat təqdim etməsi istənilmişdir. İddiaçı izahat yazmaqdan imtina etmiş və rəhbərlik tərəfindən irəli sürülən işdən çıxmaq təklifini də qəbul etmədiyini bidirmişdir. O, nə izahat verməyə, nə də işdən çıxmaq barədə qərar qəbul etməyə razı olmadığını açıq şəkildə ifadə etmişdir. İş üzrə 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş sığortaolunana xəstəlik vərəqəsinin açılmasına dair XVB**********2 nömrəli bildirişin surətindən görünür ki, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 işçisi xx.xx.2025-ci il tarixdən xəstəlik vərəqəsi açılmış, son diaqnoz: “M51.1 Bel və digər şöbələrin radikulopat.ilə zəd.” müəyyən edilmiş, işə başlama tarixi xx.xx.2025-ci il tarixi göstərilmişdir. İş üzrə “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin” Həmkarlar İttifaqı Komitəsinin keçirilmiş ümumi iclasının xx.xx.2025-ci il tarixli 19 nömrəli protokolun surətindən görünür ki, X10 ilə bağlı müvafiq qanuni tədbirlərin görülməsi məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X30 direktoru Fizuli Talıbov tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, İddiaçı rəhbərlik etdiyi 62401924 nömrəli qrup üzrə tələbələrdən qeyri-qanuni olaraq pul vəsaiti alınması faktı müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmişdir. Bu hərəkəti müəssisədaxili nizam-intizam qaydalarının, bağlanmış əmək müqaviləsinin şərtlərinin, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinin, həmçinin Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-07 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin Etik Davranış Qaydaları”nın kobud şəkildə pozulması kimi qiymətləndirilir. İddiaçı bundan əvvəl dəfələrlə intizam tənbehi, o cümlədən şiddətli töhmət verilməsinə baxmayaraq, etik və əmək davranışı ilə bağlı bu cür halların təkrar baş verməsi ciddi narahatlıq doğurur və əmək funksiyalarının yerinə yetirilməməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən etibarən xitam veriləcəkdir. İş üzrə Təcili və X13 Stansiyasının 2 saylı bölməsi tərəfindən verilmiş həkimin xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 12:44-də ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuşdur. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik X28 Şurasının xx.xx.2025ci il tarixli növbədənkənar iclasının 6 No-li protokolun surətindən görünür ki, X14 və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının nəticələrini nəzərə alaraq İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən öz əmək funksiyalararını yerinə yetirmədiyi üçün əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X30 əməkdaşları baş usta Xalidə Mənsimli və qeyriləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, istehsalar təlim ustası İddiaçı tələbələrdən pul aldığına dair daxil olmuş şikayətlər araşdırılmış, onun Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı Kobud şəkildə pozaraq öz əmək funksiyalarını yerinə yetirmədiyi səbəbindən 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Bu səbəbdən X33sına xəbərdarlıq sənədi təqdim olundu və məzmunu tam şəkildə izah edildi. Lakin İddiaçı xəbərdarlıq sənədini imzalamaqdan imtina etmiş, sözügedən sənədin məzmununu qəbul etmədiyini bildirmiş və iştirak edən şəxslərə, həmçinin müəssisə rəhbərliyinə qarşı əsassız və böhtan xarakterli ifadələr səsləndirmişdir. Bu ifadələr qeyri-etik və işgüzar mühitə zidd xarakter daşıyır, bu da intizam pozuntusunun ağırlaşmasına səbəb olur. İş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X30 xx.xx.2025-ci il tarixli 172 saylı əmrin surətindən görünür ki, “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X41 istehsalat təlimi üstası İddiaçı tərəfindən rəhbərlik etdiyi 62401924 No-li qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti alınması faktı qeydə alınmışdır. İ.M.Mehdiyevaya bundan əvvəl dəfələrlə intizam tənbehi, o cümlədən şiddətli töhmət verilməsinə baxmayaraq, o, yenidən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinin, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozaraq, öz əmək funksiyalarını yerinə yetirməmişdir. Yaranmış vəziyyət, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (işçi öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tələblərini nəzərə alaraq öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını və bağlanmış əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna görə X33sı İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş və o, həmin tarixdən işdən azad edilmişdir. Əmrin əsası kimi X15 Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş ümumi iclasının xx.xx.2025-ci il tarixli 19 No-li protokolu, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, AR Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X44 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, təhsil müəssisəsi 1976-cı ildən fəaliyyət göstərir. Təhsil binası istifadəyə verildiyi dövrdən bu günədək əsaslı təmir olunmadığından, hal-hazırda istismar vəziyyəti qənaətbəxş hesab edilmir və müxtəlif texniki nasazlıqlar müşahidə olunur. Həmçinin mövcud texniki və maddi imkanlarının məhdudluğu səbəbindən müəssisənin binasında və ərazisində bu günədək video-müşahidə sistemləri quraşdırılmamışdır. Bu səbəbdən xx.xx.2025ci il tarixdə İddiaçı əmək münasibətlərinə xitam verilməsi ilə bağlı həyata keçirilmiş inzibati prosedura dair hər hansı video görüntü müəssisədə mövcud deyil. Habelə, xx.xx.2025-ci il tarixdə müəssisənin Həmkarlar İttifaqı Komitəsi ilə birgə akt zalında keçirilmiş Pedaqoji Şuranın iclasının video qeydiyyatı aparılmayıb və həmin iclasa dair hər hansı video material mövcud deyil. Qeyd etmək istəyirlər ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş Pedaqoji Şura iclasının protokolu, eləcə də əmək münasibətlərinin xitamı barədə ona təqdim olunmuş xəbərdarlıq və həmin sənədin imzalanmasından imtina edilməsi ilə bağlı tərtib olunmuş müvafiq akt hazırlanmışdır. İş üzrə X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X44 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 6 No-li Bakı Peşə Məktəbində istehsalat təlimi üstası vəzifəsində (xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixləri aralığında baş üsta vəzifəsində), xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli, 405 nömrəli Qərarına əsasən 6 No-li Bakı Peşə Məktəbinin bazasında yaradılmış X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X32 X33sı vəzifəsində fəaliyyət göstərib. Müəssisədə ümumi iş stajı 18 il 7 ay 20 gündür. İş üzrə Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-01118 saylı arayışın surətindən görünür ki, İddiaçı əmrin ləğvi, son haqq-hesabın tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 12.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Aviasiya və Avtonəqliyyat üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzi PHŞ-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdən 6 nömrəli Bakı Peşə Məktəbinə 13-cü dərəcə ilə istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş, həmin təşkilatda xx.xx.2024-cü il tarixinə kimi işləmiş, xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli, 405 nömrəli Qərarına əsasən 6 No-li Bakı Peşə Məktəbinin bazasında yaradılmış X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X32 X33sı vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, işəgötürənin xx.xx.2018-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “ciddi xəbərdarlıq”, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və “şifahi olaraq sonuncu xəbərdarlıq” verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X30 xx.xx.2025-ci il tarixli 172 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X30 X33sı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X15 Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş ümumi iclasının xx.xx.2025-ci il tarixli 19 No-li protokolu, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, AR Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ- 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Həmin əmrin çıxarılmasına əsas olaraq cavabdeh tərəfindən qeyd edilmişdir ki, guya onun tərəfindən rəhbərlik etdiyi 62401924 nömrəli qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti alınması faktı müəyyən edilmişdir. Cavabdeh öz əsassız əmrində qeyd edir ki, guya o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024- cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmaqla öz əmək funksiyalarını yerinə yetirməmişdir. Əmrə əsas kimi isə xx.xx.2025-ci il tarixli 19 nömrəli protokol və “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir. O, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində müxtəlif peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində həqiqiliyi olan heç bir nizam intizam pozuntusu etməmiş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Barəsində müxtəlif iddialar olsa da heç birisi sübuta yetirilməmişdir. Hətta barəsində illər əvvəl verilmiş töhmətə belə rəhbərlik xahiş etdiyindən onu yuxarı rəhbərlər qarşısında “pis vəziyyətdə qoymamaq üçün” səs çıxarmamışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. İstər onun, istərsə də, rəhbərlik etdiyi tələbələrinin davamiyyəti qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hər zaman öncül olaraq iştirak etmişdir, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmişdir. Bu dövrlər ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. Bütün bunlara rəğmən sonuncu iş yeri olan X35 Nəqliyyatı üzrə BDPT mərkəzində fəaliyyət göstərdiyi son dövrlər ərzində mərkəzin direktoru Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbilə əsassız təzyiqlərə məruz qalmısdır. Rəhbər öz vəzifə səlahiyyətlərindən, nüfuzundan və ondan asılı olan çalışanlardan istifadə etməklə müxtəlif bəhanələr gətirərək onu işdən uzaqlaşdırmağa çalışmış, ilk başlarda bunu öz ərizəsi ilə etməsi üçün böyük təzyiqlər göstərmiş, bunu bacarmadıqda isə əsassız yerə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdir. Səlahiyyətli şəxs Fizuli Talıbov bu qanunsuz əmri imzalayaraq onu əsassız olaraq işdən çıxarmağı öz tamahı üçün, bilərək və istəyərək etmişdir. Hətta, hal-hazırda mübahisələndirilən əsassız əmri məktəbin çölündə açıq-aşkar nümayiş etdirməklə onun şərəf və ləyaqətini alçaltmaq üçün addımlar atılmış, onun əmək və digər konstitusiyon hüquqlarını pozulmuş və kollektivdə olan nüfuzu salınmağa çalışılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi olan Fizuli Talıbov ona qarşı mənəvi-psixoloji təzyiqlər göstərmiş, barəsində əsassız məlumatlar yaymaqla pedaqoji kollektiv və texniki heyət arasında haqqında əsassız mənfi rəy formalaşmasına nail olmuşdur. Bu məsələlərlə bağlı dəfələrlə direktorun qəbuluna getmək istədikdə ilk dəfə mühafizəçilərin kobud rəftarı ilə direktorun kabinetinə girmədən qəbul otağından uzaqlaşdırılmışdır. Daha sonra isə məktəbin inzibati binasından təhqiramiz bir formada kənarlaşdırılmışdır. Bütün bunlar əsəb sistemini məhv etmiş, ağır sarsıntılar keçirmişdir. Nəticədə məktəbə təcili tibbi yardım çağırılıb və xəstəxanaya aparılmışdır. İş yerində üzləşdiyi bu təzyiqlər onun psixoloji durumunu dözülməz hala salmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh2 direktorunun xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində dəymiş mənəvi zərərə görə 10.000 manat kompensasiya, məcburi iş buraxma müddəti üçün hesablanmalı əməkhaqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. İddiaçı iddia tələbləri hər iki cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, yalnız “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X44 müstəqil hüquqi şəxs kimi işəgötürən qismində çıxış edir. Ona görə də hazırkı tələb üzrə yalnız “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X44 cavabdehlik daşıyan şəxs kimi qəbul olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsas onun əmək vəzifələrini pozulması olmuşdur. Belə ki, X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik X28 Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, İddiaçı müəssisədə uzun müddət çalışır, bu müddət ərzində onun tərəfindən müəssisənin daxili nizam-intizam qaydalarının bir neçə dəfə pozulması halları müşahidə olunmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə İddiaçı daxili intizam qaydalarının pozulmasına görə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə isə “Avtomobil mühərriklərinin yığıcısı” ixtisası üzrə təhsil alan tələbə X12 valideyni tərəfindən rəhbərliyə yazılı şəkildə müraciət olunmuşdur. Müraciətdə İddiaçı tələbəni vurması və təhqir etməsi ilə bağlı ciddi ittihamlar səsləndirilmişdir. Bu hadisə araşdırılmış və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin verilmiş töhmətə baxmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə rəhbərliyə şifahi olaraq yenidən xəbərdarlıq almasına səbəb olan davranış nümayiş etdirmişdir. xx.xx.2024-cü il tarixində 6 nömrəli Peşə Məktəbi ilə bağlanmış müqaviləsinə xitam verildikdən sonra o, yenidən X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Rəhbərlik tərəfindən bu qəbul prosesi zamanı ona bir daha xəbərdarlıq edilmiş və əməkdaşldan daxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi, həmçinin müəllim-tələbə münasibətlərində etik davranış sərgiləməsi tələb olunmuşdur. Lakin göstərilən tədbirlərə və verilən son xəbərdarlığa baxmayaraq, İddiaçı əmək funksiyalarını şəristəsiz, qeyri-vicdanlı şəkildə yerinə yetirməyə davam etmişdir. Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisədaxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur. 2024-2025-ci tədbris ili ərzində İddiaçı rəhbərlik etdiyi qrupun tələbələri arasında aparılan müşahidələr və daxil olan şikayətlər əsasında müəyyən olunmuşdur ki, o, tələbələrdən qeyri-qanuni şəkildə pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir. Konkret olaraq iclasda da iştirak edən 62401924 nömrəli qrupun tələbəsi X23 tərəfindən mərkəzin Gənclərin Hərbi Çağırışaqədərli X1 təqdim edilən yazılı müraciətdə bildirilmişdir ki, İddiaçı ondan mütəmadi şəkildə pul tələb etmiş və bu hal tələbədə narahatlıq yaratmışdır. Tələbə bu halın uzun müddət davam etdiyini və onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd etmişdir. Bu kimi hallar tələbələrin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnir və pedaqoji fəaliyyət üçün yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – xx.xx.2018, xx.xx.2023 və xx.xx.2023-cü illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri – mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş cəmi 120 manat pulu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər “X35 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X34 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X18rşı Cavabdeh2 direktorunun xx.xx.2025-ci il tarixli, 172 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində dəymiş mənəvi zərərə görə 10.000 manat kompensasiya, məcburi iş buraxma müddəti üçün hesablanmalı əməkhaqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar