Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2324/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının, onun nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə 10 dekabr 2021-ci il tarixdə, Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli “14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissəsinin məcbur etmə səbəbi ilə yazıldığı üçün həmin hissədə etibarsız hesab edilməsi, 13.04.2021-ci il tarixli “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizənin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair 30 iyun 2021-ci il tarixli Ərizəsi qanuna uyğun hesab edilərək, iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissəsində ləğv və ya etibarsız hesab edilməsinə, cavabdehin 13.04.2021-ci il tarixli 10/6 saylı Qərarı, 07.07.2021-ci il tarixli 08-14/2021 saylı məktubu, 12 iyul 2021-ci il tarixli Sərəncamının, 02 avqust 2021-ci il tarixli 353 saylı Sərəncamının qanunsuz hesab edilməsi, cavabdehin 13.04.2021-ci il tarixli Qərarının ləğv edilməsi, cavabdehin 12 iyul 2021-ci il tarixli Sərəncamının ləğv edilməsi, cavabdehin 02 avqust 2021-ci il tarixli Sərəncamının ləğv edilməsi, iddiaçının AMEA-nın Rəyasət Heyəti aparatının İşlər İdarəsi müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 13 aprel 2021-ci il tarixdə Cavabdehə məzuniyyət hüququmdan istifadə etməklə müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləmin ləğv edilməsi barədə ərizə vermişdir.Həmin ərizəni o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin məcbur etməsi təzyiqi ilə yazmışdır. Bu faktı sübut edəcək dəlillər məhkəmə prosesində təqdim ediləcəyi kimi, eyni zamanda bu məcbur etməni, təzyiqi həmin ərizənin məzmunundan da görmək də mümkündür. Belə ki, Ərizədə deyilir: “AMEA-nın Rəyasət heyəti aparatının İşlər İdarəsinin müdiri təyin edildiyim vaxtdan salışdığım müddətdə və hər zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının apardığı uğurh siyasəti dəstəkləmişəm və dəstəkləməkdə davam edirəm. Dövlətimizin mənafeyini qoruyaraq və dövlətçilik prinsiplərini rəhbər tutaraq çalışmaq ən başlıca ideologiyamdır. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişafına, abadlıq və quruculuq işlərinə önəm verdiyim və dövlətçilik prinsiplərini rəhbər tutduğum halda öz mənafelərini üstün tutan həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsiplərimə maneçilik törədilir. Qeyd etdiklərimi nəzərə alaraq 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağımı və məzuniyyət müddətim bitdikdən sonra tutduğum vəzifədən azad olunmağımı Sizdən xahiş edirəm”. Ərizənin məzmunundan da məlum olduğu kimi, iddiaçı əslində işdən azad olmaq üçün ərizə yazmaq məqsədində olmamış, amma Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin (daxili qüvvələrin) təzyiqi ilə məcbur qalıb belə bir Ərizə yazmışdır. Buradan məlum olduğu kimi, iddiaçı 13 iyun 2021-ci ildə növbəti əmək məzuniyyətinə çıxmışdır və bu məzuniyyətinin müddəti 14 iyun 2021-ci il tarixində sona çatır. Əmək məzuniyyətində olduğu vaxt 08 iyun 2021-ci il tarixində onun səhhətində problem yarandı, xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirdi. Ona görə də 08 iyun 2021-ci il tarixindən etibarən xəstəlik kağızı açılmış və bu xəstəlik kağızı 25 iyun 2021-ci il tarixində bağlanmışdır. Xəstə olduğu vaxt 5 günülük əmək məzuniyyətimdən istifadə edə bilmədiyi üçün 11 iyun 2021-ci il tarixində cavabdehə Ərizə verərək istifadə olunmamış 5 əmək məzuniyyəti gününün xəstəlik vərəqəsinin bağlanacağı tarixdən sonrakı günlərə keçirilməsini xahiş etmişdir. 30 iyun 2021-ci il tarixində Cavabdehə Ərizə göndərərək işdən azad olunmağı ilə bağlı verdiyi 13 aprel 2021-ci il tarixli Ərizənin ləğv və ya etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh 07.07.2021-ci il tarixli məktubda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə istinadla, israrla bildirir ki, “Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etməsi üçün müddət 1 aydır“. Məlum olduğu kimi, iddiaçı 14.04.2021-ci il tarixdə məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitəndən sonra tutduğu vəzifədən azad olunmağı barədə verdiyi 13 aprel 2021-ci il tarixli Ərizənin ləğv edilməsi və ya etibarsız sayılması barədə Ərizəni 30 iyun 2021-ci il tarixində, yəni əmək məzuniyyətində olduğum vaxt vermişdir. Belə ki, iddiaçı 08 iyun 2021-ci il tarixindən 26 iyun 2021-ci il tarixində qədər xəstələndiyi üçün əmək məzuniyyətindən 5 təqvim gününü istifadə edə bilməmişdir və 11 iyun 2021-ci il tarixli Ərizəsi ilə həmin 5 təqvim gününü sağaldığı gündən sonra istifadə edəcəyini rəsmi olaraq Cavabdehə bildirmişdir. 26 iyun 201-ci il tarixində sağaldı və 30 iyun 2021-ci ildə, yəni əmək məzuniyyətinin sonuncu günü rəsmi qaydada ərizə verərək 13 aprel 2021-ci il tarixli Ərizənin ləğv edilməsi və ya etibarsız sayılmasını Cavabdehdən xahiş etmişdir. Yəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinin tələblərinə əməl edərək 30 iyun 2021-ci il tarixli Ərizəmi Cavabdehə göndərmişdir. Bunu Cavabdehin 12.07.2021-ci il tarixli Sərəncamı da sübut edir. Belə ki, məlum olur ki, iddiaçının xəstəlik kağızımı nəzərə alaraq Cavabdeh onun əmək məzuniyyət müddətini 8 iyun 2021-ci il tarixindən əmək qabiliyyətini müvəqqəti itirdiyi 25 iyun 2021-ci il tarixinə qədər dayandırıb və əmək məzuniyyətinin istifadə etmədiyi 5 günü 25 iyun 2021-ci il tarixindən işlədib. Dolayısı ilə buradan məlum olduğu kimi, onun əmək məzuniyyəti 30 iyun 2021-ci il tarixində sona çatıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı 13 aprel 2021-ci il tarixli ərizəsində məzuniyyət hüququndan istifadə etməklə müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən öz xahişi ilə əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı 11 iyun 2021-ci il tarixli ərizə ilə məzuniyyətdə olduğu müddətdə səhhətində problem yarandığını və bu səbəbdən də 08 iyun 2021-ci il tarixindən etibarən barəsində xəstəlik kağızı açıldığını və istifadə olunmamış 5 təqvim gününün sonrakı günlərə keçirilməsi barədə cavabdehə müraciət etmişdir. İddiaçı əmək müqaviləsini ləğv etməsi barədə işəgötürənə yazılı ərizə ilə 13 aprel 2021-ci il tarixdə müraciət etmişdirsə, belə halda bir aylıq xəbərdarlıq müddəti 14 aprel 2021-ci il tarixdən başlayır və 14 may 2021-ci il tarixdə bitir. Baxılan halda isə xəbərdarlıq müddətinin sonuncu günü qeyri-iş gününə təsadüf etdiyi üçün onun ardıca gələn ən yaxın iş günü, yəni 17 may 2021-ci il tarixi xəbərdarlıq müddətinin bitdiyi gün hesab edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı AMEA-nın Rəyasət Heyətinin aparatında İşlər İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14.04.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. İddiaçı əmək məzuniyyətinə buraxılması ilə bağlı yazmış olduğu ərizədə eyni zamanda əmək məzuniyyətinin bitdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək məzuniyyətində olduğu dövrdə iddiaçının səhhətində nasazlıq yaranmış və 08 iyun 2021ci il tarixdə ona xəstəlik kağızı açılmışdır. 2 saylı şəhər poliklinikası tərəfindən iddiaçıya 08.06.2021-ci ildən 25.06.2021-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Bundan sonra cavabdeh qurumun rəhbəri tərəfindən İddiaçı əmək müqaviləsinə 17 may 2021-ci il tarixdən xitam verilməsi, onun əmək məzuniyyətinin uzadılması və işdən çıxma tarixinin məzuniyyətinin son günü hesab olunması haqqında 12 iyul 2021-ci il tarixli Sərəncam qəbul edilmiş və həmin sərəncamla onun əmək məzuniyyətinin müddəti 5 gün müddətinə uzadılmışdır. Daha sonra iddiaçı 30 iyun 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, işdən azad olunması ilə bağlı vermiş olduğu ərizəsini geri götürdüyünü və əmək fəaliyyətinə davam etmək istədiyini bildirmişdir. Cavabdeh qurumun rəhbərinin 02 avqust 2021-ci tarixli Sərəncamı ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşin bu halları mübahisəsizdir və tərəflərin izahatları, iş materiallarında olan SN00007 seriyalı, 160437 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surəti və AMEA-nın 13 aprel 2021-ci il tarixli 10/6 nömrəli Qərarı, 12 iyul 2021-ci il tarixli və 02 avqust 2021-ci il tarixli Sərəncamlarının surətləri ilə təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 134-cü maddəsinin 3-cü hissəsinin a bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək qabiliyyəti müvəqqəti itirildikdə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 143.1-ci maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə göstərilən normalara istinadən qeyd edir ki, işəgötürən işçini işdən azad edərkən Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iş materiallarında olan SN00007 seriyalı, 160437 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 08.06.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək müalicədə olmuşdur. Bu səbəbdən onun əmək məzuniyyətinin müddəti cavabdeh qurumun rəhbərinin sərəncamı ilə 30 iyun 2021-ci il tarixə kimi uzadılmışdır. Məzuniyyətinin son günü olaraq 30 iyun 2021-ci il tarixdə iddiaçı işdən azad olunması barədə 13 aprel 2021-ci il tarixdə vermiş olduğu ərizəni geri götürməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, işəgötürən işçinin bu müraciətini nəzərə almamış və işçi ilə əmək müqaviləsinə işçinin öz ərizəsi əsasında xitam vermişdir. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq işçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə müraciət etmək hüququna malikdir. Belə olan halda isə qanunvericilik işəgötürənin üzərinə işçinin bu xahişinin təmin olunması öhdəliyini qoyur. Məhkəmə iddia tələbinin iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli “14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissəsinin məcbur etmə səbəbi ilə yazıldığı üçün həmin hissədə etibarsız hesab edilməsi və habelə iddia tələbinin 13.04.2021-ci il tarixli “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizənin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair 30 iyun 2021-ci il tarixli Ərizəsi qanuna uyğun hesab edilərək, iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin bu hissəsinin əsası kimi cavabdeh tərəfindən təzyiqlərə məruz qaldığını və bu təzyiq altında sözügedən ərizəni yazdığını qeyd etsə də, məhkəməyə bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu təqdim də bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının yazmış olduğu sözügedən ərizənin etibarsız hesab edilməsinə hər hansı bir qanuni əsas mövcud deyildir. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi təmin edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli , cavabdehin 13.04.2021-ci il tarixli 10/6 saylı Qərarı, 12 iyul 2021-ci il tarixli 261 nömrəli Sərəncamı və 02 avqust 2021-ci il tarixli 353 saylı Sərəncamı qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı AMEA-nın Rəyasət Heyəti aparatının İşlər İdarəsi müdiri vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli 10/6 nömrəli Qərarı ləğv edilsin. Azərbaycan Elmlər Akademiyasının Prezidentinin 12 iyul 2021-ci il tarixli 261 nömrəli Sərəncamı ləğv edilsin. Azərbaycan Elmlər Akademiyasının Prezidentinin 02 avqust 2021-ci il tarixli 353 nömrəli Sərəncamı ləğv edilsin. İddiaçı Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri vəzifəsinə bərpa edilsin. Azərbaycan Elmlər Akademiyası tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2324/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2324/2021
10.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver