Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2341/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, rəsmi olaraq xx.xx.2025-ci il tarixdə Cavabdehnə həm hüquqşünas, həm də universitetlərarası koordinasiya şöbəsinin rəhbəri, əlavə olaraq ştatdankənar Alman dili müəllimi kimi işə başlamışdır. Cavabdehndə faktiki olaraq xx.xx.2025-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Lakin əmək müqaviləsi yalnız xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilərək elektron sistemdə qeydə alınmışdır. Beləliklə, onun faktiki işə başladığı tarixdə müqavilənin rəsmiləşdirildiyi tarix arasında 14 günlük fərq yaranmış və həmin dövr üzrə əmək haqqı ödənilməmişdir. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarının xüsusən də işəgötürənin işçinin əməyinə görə ödəniş etmə borcunu təsbit edən normalarının kobud şəkildə pozulmasıdır. Universitetin həmtəsisçisi və Qəyyumlar Şurasının sədri X1 bütün işçilərlə yalnız müddətli əmək müqaviləsi bağlayır və bunun üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirir. Lakin faktiki olaraq bu könüllü razılaşma deyil, işçilərə məcburiyyət kimi tətbiq olunur. İşçilər ehtiyac üzündən buna imzalamağa məcbur qalır. Bu isə əmək hüquqlarının kobud şəkildə pozulması və qanunun sui-istifadə sayılır. O, da işə qəbul edilərkən məhz bu şərtlərlə müqavilə bağlamağa məcbur olmuşdur. Sonrakı dövrdə universitetin beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak etmiş, müxtəlif Universitetlərlə onlayn və canlı görüşlər keçirmiş, müqavilələr və memorandumlar imzalanmasına nail olmuşdur. Həmçinin tələbələrə alman dili fənnindən dərslər tədris etmişdir. Eyni zamanda, Universitetin bütün hüquqi məsələləri həll etmişdir. Bütün bunlara baxmayaraq, cari ilin avqust ayında müqaviləsinə müddətin bitməsini əsas gətirərək xitam verilmiş və o, işdən çıxarılmışdır. Buna əsas səbəb isə onun Universitetdə baş verən qanunsuzluqlara etiraz etməsi olmuşdur. Onun işdən azad olunması müqavilənin müddətinin bitməsi əsasında rəsmiləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Beləliklə, onun işdən azad edilməsi həm Əmək Məcəlləsinin, həm də əmək hüquqlarının tənzimləyən ümumi prinsiplərin pozulmasıdır. Bu səbəbdən də o, işdən çıxarılmasının qanunsuz olduğunu hesab edir. Həmçinin onu da vurğulaması zəruri hesab edir ki, özünü Universitetin təsisçisi və eyni zamanda Qəyyumlar Şurasının sədri kimi təqdim etsə də, faktiki olaraq Universiteti Hüseynqulu Bağırov idarə edir. Formal olaraq bütün sənədlərə H.Bağırovun oğlu icraçı prorektor Rəşad Bağırov imzalasa da, bütün qərarlar birbaşa Hüseynqulu Bağırov tərəfindən verilir. İşçilərin məzuniyyətə və ya işdən qısa müddətli icazəyə çıxması da daxil olmaqla, bütün prosedurlar onun şəxsi razılığı ilə mümkündür. Onu da işə məhz Hüseynqulu Bağırov qəbul etmişdir. Ona işə qəbul zamanı yüksək maaş vəd olunmuş, lakin faktiki olaraq yalnız 1200 manat məbləğində qross əmək haqqı müəyyən edilmişdir. Bu sınaq müddəti kimi izah olunmuş, gələcəkdə əmək haqqının artırılacağı bildirilmişdir. Daha sonra əmək haqqının 1500 manat olacağı deyilsə də, bu məbləğ də gördüyü işin həcminə və məsuliyyətə adekvat olmamışdır. Çünki o, eyni zamanda üç funksiyası müəllimlik, hüquqi işlər və beynəlxalq əlaqələrin təşkili icra etmişdir. Cari ilin fevral ayından iyun ayının sonunadək Universitetdə dərs yükünü tam şəkildə icra etmişdir. Lakin bu dövrdə ona əmək haqqı ödənilməmiş, yalnız aprel ayı üçün simvolik olaraq 400 manat ödəniş edilmişdir. Etiraz etdikdə isə “xoşun gəlmir, get” cavabı ilə qarşılaşmışdır. Nəzərinə çatdırır ki, təkbaşına böyüdən ata kimi himayəsində olan azyaşlı övladı və eyni zamanda anası olduğuna görə ailə vəziyyəti ilə bağlı işdən ayrılmaq imkanı olmamışdır. Eyni zamanda bildirir ki, həm hüquqşünas, həm də universitetlərarası koordinasiya şöbəsinin rəhbəri vəzifələri daimi xarakterlidir. Göründüyü kimi, onun tutduğu vəzifələr daimi xarakterli olmasının qabaqcadan bəlli olmasına baxmayaraq, işəgötürən nədənsə heç bir qanuni əsas olmadan onunla müddətli müqavilə bağlamışdır ki, bununla da qanunun tələbini pozaraq hüququndan bu məcəllə ilə müəyyən edilmiş qaydada deyil, öz məqsədinə müvafiq sui-istifadə etmişdir. Tərəfindən 6 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə mediasiya iclasının keçirilməsi təyin olunmuş və cavabdeh tərəf müvafiq qaydada dəvət olunsa da, mediasiya prosesində iştirakdan imtina etmişdir. Beləliklə hesab edir ki, cavabdeh onunla qanunsuz olaraq əmək müqaviləsini müddətli şəkildə bağlamışdır və o, himayəsində olan anasız böyütdüyü 4 yaşlı övladını və müxtəlif xəstəliklərdən əziyyət çəkən anası yeganə qazanc yeri olan işinə xitam verdiyi üçün çox çətin vəziyyətə salmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2025-ci il tarixli 280/İR nömrəli əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işəgötürənlə ikitərəfli əmək müqaviləsi bağlandıqda ona vəd edilmişdir ki, müqavilə digər əməkdaşlardan fərqli olmaması üçün müddətli olacaq və sonradan müntəzəm olaraq uzadılacaq. Lakin əmək haqqı əmək fəaliyyətinin həcmi və məsuliyyətinə uyğun olaraq son dərəcə aşağı olmuşdur. İki ay müddətində çalışdıqdan sonra əmək haqqının artırılmasını tələb etsə də, işəgötürən tərəfindən yalnız 300 manat məbləğində artıq həyata keçirilmişdir. Bu məbləğ onun yerinə yetirdiyi üç müxtəlif ahənin vəzifə öhdəliklərinə kifayət etmirdi. O, əmək haqqının artırılmasını yenidən tələb etdikdən sonra işəgötürən qəzəblənmiş və onun işdən azad olunması barədə əmr vermişdir. Eyni zamanda işə başlamazdan əvvəl o, Alman dili müəllimi kimi fəaliyyət göstərməkdə idi və öz tələbələrinə tədris verməkdə idi. İşəgötürən ona həmin həmin tələbələrdən imtina etməyi və yalnız onların müəssisəsindəki işə diqqət yetirməsini işləmiş və bunun müqabilində isə daha yüksək əmək haqqı təklif etmişdir. Lakin işəgötürən tərəfindən verilmiş vədlər yerinə yetirilməmiş və onu işdən etməsilə birlikdə onun maddi və sosial vəziyyətinə ciddi zərbə vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2025-ci il tarixli 280/İR nömrəli əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, keçirilmiş Alman dili dərslərinə görə hər aya görə 400 manat ödənilməmiş əmək haqqının ödənilməsi və həmçinin bu günədək ödənilməmiş ümumi əmək haqqı məbləğinin gecikdirilməsinə görə hər gün üçün 3% miqdarında hesablanacaq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, anası xəstə olduğu və cavabdeh tərəfindən gələcəkdə maddi təminatın artırılması ilə bağlı vəd verildiyi üçün müddətli əmək müqaviləsinə imza atmışdır. Lakin Universitetdə işləyən demək olar ki, bütün əməkdaşlarla müddətli əmək müqaviləsi bağlanılmışdır ki, bu da işəgötürənin işçilərə qərəzli münasibətini və işdən azad edilməsi üçün hüquqi əsasları əldə etməsini göstərir. O, Alman dilində dərs demiş və buna tam səlahiyyəti olmuşdur, belə ki, o, Almaniyada magistratura təhsili almışdır. İşdən çıxmamışdan əvvəl ona bir çox əlavə işlərin görülməsi də həvalə edilmiş, o, buna etiraz etmişdir. Eyni zamanda tədris elədiyi Alman dili dərsinə görə ona əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, əmək müqaviləsi bağlanılmasına heç kim məcbur edilə bilməz. Əmək müqaviləsi könüllü surətdə bağlanılır. Konkret halda iddiaçı ilə bağlanan əmək müqaviləsi də onun iradə ifadəsinə uyğun müddətli bağlanılmışdır və müddət bitdikdən sonra işəgötürənin əmək münasibətlərinin davam etdirmək niyyəti olmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Universitetdə Alman dili dərsi tədris etməmişdir. Bunun üçün həmin dilin magistratura səviyyəsini bitirmək tələb olunur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehnə Hüquqşünas və Universitetlərarası əlaqə və Layihələrlə iş şöbəsi müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Bu əmək müqaviləsi “47.f tərəflərin üquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixədək 6 ay 3 gün müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2025-ci il tarixdən həmin tarixədək imzalamadıqda isə imzalandığı gündən işə başlayır (bənd 2.4). İşçiyə hər ay 1700 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1). İş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli, 280/İR nömrəli əmrin surətindən görünür ki, Cavabdeh Hüquqşünası və Universitetlərarası əlaqə və layihələrlə iş şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitməsi ilə əlaqədar xx.xx.2025ci il tarixdən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi universitetin mühasibatlığına həvalə edilmişdir. Əmrin əsası kimi əmək müqaviləsi göstərilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-01761 saylı arayışın surətindən görünür ki, İddiaçı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya dair ödənilməmiş əmək haqqının ölənilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 13.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi - xx.xx.2025-ci ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə Hüquqşünas və Universitetlərarası əlaqə və Layihələrlə iş şöbəsi müdiri vəzifəsinə işə qəbul edilmiş və tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinə əməl edilməklə onunla bağlanılmış müddətli əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək – 6 ay 3 gün müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin əmək münasibətləri 2025-ci ilin sentyabr ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 280/İR saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, rəsmi olaraq xx.xx.2025-ci il tarixdə Cavabdehnə həm hüquqşünas, həm də universitetlərarası koordinasiya şöbəsinin rəhbəri, əlavə olaraq ştatdankənar Alman dili müəllimi kimi işə başlamışdır. Cavabdehndə faktiki olaraq xx.xx.2025-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Lakin əmək müqaviləsi yalnız xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilərək elektron sistemdə qeydə alınmışdır. Beləliklə, onun faktiki işə başladığı tarixdə müqavilənin rəsmiləşdirildiyi tarix arasında 14 günlük fərq yaranmış və həmin dövr üzrə əmək haqqı ödənilməmişdir. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarının xüsusən də işəgötürənin işçinin əməyinə görə ödəniş etmə borcunu təsbit edən normalarının kobud şəkildə pozulmasıdır. Universitetin həmtəsisçisi və qəyyumlar şurasının sədri X1 bütün işçilərlə yalnız müddətli əmək müqaviləsi bağlayır və bunun üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini əsas gətirir. Lakin faktiki olaraq bu könüllü razılaşma deyil, işçilərə məcburiyyət kimi tətbiq olunur. İşçilər ehtiyac üzündən buna imzalamağa məcbur qalır. Bu isə əmək hüquqlarının kobud şəkildə pozulması və qanunun suiistifadə sayılır. O, da işə qəbul edilərkən məhz bu şərtlərlə müqavilə bağlamağa məcbur olmuşdur. Sonrakı dövrdə universitetin beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak etmiş, müxtəlif Universitetlərlə onlayn və canlı görüşlər keçirmiş, müqavilələr və memorandumlar imzalanmasına nail olmuşdur. Həmçinin tələbələrə alman dili fənnindən dərslər tədris etmişdir. Eyni zamanla, Universitetin bütün hüquqi məsələləri həll etmişdir. Bütün bunlara baxmayaraq, cari ilin avqust ayında müqaviləsinə müddətin bitməsini əsas gətirərək xitam verilmiş və o, işdən çıxarılmışdır. Buna əsas səbəb isə onun Universitetdə baş verən qanunsuzluqlara etiraz etməsi olmuşdur. Onun işdən azad olunması müqavilənin müddətinin bitməsi əsasında rəsmiləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Ona işə qəbul zamanı yüksək maaş vəd olunmuş, lakin faktiki olaraq yalnız 1200 manat məbləğində qross əmək haqqı müəyyən edilmişdir. Bu sınaq müddəti kimi izah olunmuş, gələcəkdə əmək haqqının artırılacağı bildirilmişdir. Daha sonra əmək haqqının 1500 manat olacağı deyilsə də, bu məbləğ də gördüyü işin həcminə və məsuliyyətə adeksat olmamışdır. Çünki o, eyni zamanda üç funksiyası müəllimlik, hüquqi işlər və beynəlxalq əlaqələrin təşkili icra etmişdir. Cari ilin fevral ayından iyun ayının sonunadək Universitetdə dərs yükünü tam şəkildə icra etmişdir. Lakin bu dövrdə ona əmək haqqı ödənilməmiş, yalnız aprel ayı üçün simvolik olaraq 400 manat ödəniş edilmişdir. Etiraz etdikdə isə “xoşun gəlmir, get” cavabı ilə qarşılaşmışdır. İşəgötürənlə ikitərəfli əmək müqaviləsi bağlandıqda ona vəd edilmişdir ki, müqavilə digər əməkdaşlardan fərqli olmaması üçün müddətli olacaq və sonradan müntəzəm olaraq uzadılacaq. Lakin əmək haqqı əmək fəaliyyətinin həcmi və məsuliyyətinə uyğun olaraq son dərəcə aşağı olmuşdur. İki ay müddətində çalışdıqdan sonra əmək haqqının artırılmasını tələb etsə də, işəgötürən tərəfindən yalnız 300 manat məbləğində artıs həyata keçirilmişdir. Bu məbləğ onun yerinə yetirdiyi üç müxtəlif ahənin vəzifə öhdəliklərinə kifayət etmirdi. O, əmək haqqının artırılmasını yenidən tələb etdikdən sonra işəgötürən qəzəblənmiş və onun işdən azad olunması barədə əmr vermişdir. Eyni zamanda işə başlamazdan əvvəl o, Alman dili müəllimi kimi fəaliyyət göstərməkdə idi və öz tələbələrinə tədris verməkdə idi. İşəgötürən ona həmin tələbələrdən imtina etməyi və yalnız onların müəssisəsindəki işə diqqət yetirməsini işləmiş və bunun müqabilində isə daha yüksək əmək haqqı təklif etmişdir. Lakin işəgötürən tərəfindən verilmiş vədlər yerinə yetirilməmiş və onu işdən etməsilə birlikdə onun maddi və sosial vəziyyətinə ciddi zərbə vurmuşdur. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixli 280/İR nömrəli əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, keçirilmiş Alman dili dərslərinə görə hər aya görə 400 manat ödənilməmiş əmək haqqının ödənilməsi və həmçinin bu günədək ödənilməmiş ümumi əmək haqqı məbləğinin gecikdirilməsminə görə hər gün üçün 3% miqdarında hesablanacaq ödəncin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının Cavabdeh Hüquqşünas və Universitetlərarası əlaqə və Layihələrlə iş şöbəsi müdiri vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin qanunsuz hesab edilməsi və işə bərpa edilməsi ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onun işə qəbul edilməsi barədə əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə alman dili dərsinə görə hər ay üçün 400 manat ödənilməmiş əmək haqqının və ödənilməmiş ümumi əmək haqqı məbləğinin gecikdirilməsinə görə hər gün üçün 3% miqdarında hesablanaraq ödənicin ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsində iddiaçının işə qəbul olunduğu vəzifəyə görə 1700 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmiş, onun əlavə alman dili dərsi deməsi və bununla bağlı 400 manat əmək haqqı ödənilməsi ilə əlaqədar əmək müqaviləsində hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə iddiaçının qeyd edilən tələbini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli 280/İR nömrəli əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, keçirilmiş Alman dili dərslərinə görə hər aya görə 400 manat ödənilməmiş əmək haqqının ödənilməsi və həmçinin bu günədək ödənilməmiş ümumi əmək haqqı məbləğinin gecikdirilməsminə görə hər gün üçün 3% miqdarında hesablanacaq ödəncin ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev