Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2379/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Eİ Logistics GroupQSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildən "xxxx" MMC-də əməliyyat şöbəsinin mütəxəssisi olaraq fəaliyyət göstərməyə başlamışdır. İşəgötürənlə aralarında bağlanılmış razılaşmaya əsasən, xx.xx.2021-ci il tarixdən etibarən əmək hıqqı 1115,00 manat məbləğində müəyyən edilmişdir. 2021-ci il noyabr ayından etibarən qısa müddət sonra hamiləliklə bağlı sosial məzuniyyətə çıxacağı işəgötürənə və mühasibə məlum olduğundan onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi üçün ona qarşı təzyiqlər edilməyə başlanılmışdır. Bunun davamı olaraq xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən ştatın ixtisar edilməsi barədə xəbərdarlıq göndərilməklə xx.xx.2022-ci il tarixdən işdən azad olunacağı bildirilmişdir. O, qeyd olunan bildirişə imza atmaqdan imtina etsə də, hamilə olduğu üçün qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin yolverilməz olduğunu bildirsə də, onunla bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Qeyd edir ki, nə əmək müqaviləsinə xitam verilmə barədə əmr, nə də əmək kitabçası işəgötürən tərəfindən ona təqdim edilməmişdir, bu səbəbdən həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Ona qarşı əmək hüquqlarının bu kobud pozuntuları ilə bağlı X8 etmiş olduğu müraciət əsasında aparılmış araşdırma nəticəsində X6 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə işəgötürənin ünvanına göstəriş ünvanlanaraq onun işə bərpa olunmağı barədə tələb irəli sürülmüşdür. "xxxx" QSC tərəfindən isə X6 göstərişi düzgün formada icra edilməyərək, ona işlədiyi əməliyyat şöbəsində deyil, onun fəaliyyət sahəsi ilə heç bir əlaqəsi olmayan digər struktur bölmə üzrə surətçıxarma-çoxaltma üzrə baş operator vəzifəsində işləməsi təklif edilmişdir. Onun tərəfindən həm işəgötürənə, həm də göstəriş verən qurum olan X8 dəfələrlə qanunsuz formada işdən azad olunduğu zaman mövcud olan əmək şəraiti ilə eyni şəraitli işə bərpa olunmalı olduğu bildirilsə də, müraciətləri bugünədək cavabsız qalmışdır. Bu səbəbdən pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək istəyir ki, Mediasiya Şurasına etmiş olduğu müraciət əsasında mediatorun dəvəti ilə xx.xx.2022-ci il tarixdə o və cavabdeh "xxxx" MMC ilkin mediasiya sessiyasına dəvət edilmişlər. Lakin "xxxx" MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, iddiaçı səhhəti ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətli olmaması ilə bağlı bülletendə olduğu üçün hamiləliklə bağlı xx.xx.2022-ci il tarixli həkim arayışını cavabdehə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. İddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan 1 ay müddət ötürülməmişdir. Belə ki, iddiaçı əmək hüquqlarının pozulması ilə bağlı xx.xx.2022-ci il tarixdə X10 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş və Əmək Müfəttişliyi tərəfindən cavabdeh cəmiyyətə iddiaçının işə bərpa edilməsi ilə bağlı göstəriş xarakterli məktub göndərilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və məhkəməyə iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı tutduğu Hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə ştatın ixtisar ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmiş, xx.xx.2022-ci il tarixli 2 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixisarı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən vəzifəsindən azad olunmuş, istifadə edilməmiş 18 təqvim günü məzuniyyət üçün kompensasiya və orta aylıq əmək haqqı miqdarında birdəfəlik işdənçıxarılma müavinəti almışdır. Mülki işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Eİ Logistics Group QSC-nin direktoru Fuad Axundova müraciət ünvanlayaraq hamilə olduğundan işdən çıxarılmasının və bununla bağlı Elektron informasiya sistemində yerləşdirimiş xx.xx.2022-ci il tarixli əmrin qanunsuz olduğunu bildirib işə bərpa edilməsini xahiş etmişdir. Mülki işdən görünür ki, iddiaçı, onunla "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmrini qanunsuz hesab etməsi ilə bağlı şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilərək nəticəsi barədə məlumat verilməsi "xxxx" QSC-dən xahiş edilmişdir. Mülki işdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya və onun vəkilinə işdən çıxarılma ilə bağlı sənədlərlə tanış olmaq üçün bir neçə dəfə müraciət edilib, iddiaçı və vəkili sənədlərlə tanış olmaqdan imtina etdiklərindən əmək kitabçası, xx.xx.2022-ci il tarixli 02 və 03 saylı əmrlərdən çıxarışlar, əmək haqqının hesablanması haqqında arayış və xx.xx.2022-ci il tarixli 1 saylı protokol xx.xx.2022-ci il tarixli məktubla iddiaçının nümayəndəsi X5 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Nümayəndə küçəsi, ev 137, mənzil 24 ünvanına sürətli poçt xidməti vasitəsilə göndərilmiş, məktub və qoşma sənədlər elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə ünvanda iddiaçının nümayəndəsi X7 təqdim edilməsinə baxmayaraq, sonuncu tərəfindən qəbul edilməsindən imtina edilmişdir. Yəni iddiaçı xx.xx.2022-ci il tarixli 2 nömrəli əmrin verilməsindən ən geci xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 2 nömrəli əmrin ləğv edilməsi tələbi üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıdakı məqamları nəzərə alaraq bildirir ki, işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də, İddiaçı 17 yanvar 2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4 nömrəli əmək müqaviləsindən görünür ki, X3 müddətsiz olaraq əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Caspian international Hospitalın xx.xx.2022-ci il tarixli, 281 nömrəli arayışından görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı həqiqətən X2 10 yanvar 2022ci il tarixindən qeydiyyatdadır. Ginekoloqun qəbulunda axırıncı dəfə 21 yanvar 2022-ci il tarixində olmuşdur. Diaqnoz 25-26 həftəlik hamilədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən F.H.Vəliyevə ünvanlanmış **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı "xxxx" QSC-nin rəhbərliyi tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən vətəndaş İddiaçı ilə cəmiyyət arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi və son-haqq hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq ödənildiyi məlum olmuşdur. Həmin sənədlərdən İddiaçı hamiləliklə bağlı arayışının onun tərəfindən xx.xx.2022-ci il tarixində cəmiyyət rəhbərliyinə təqdim olunduğu müəyyən olmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı işə qaytarılması ilə əlaqədar idarə tərəfindən cəmiyyətin rəhbərliyinə **********5 saylı xx.xx.2022-ci il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq cəmiyyətin direktoru Fuad Axundov tərəfindən təqdim olunmuş məktubla İddiaçı işlədiyi kiçik mütəxəssis ştatı ixtisar olunduğundan ona əmək haqqı saxlanılmaqla surətçıxarma-çoxaltma üzrə baş operator vəzifəsinin təklif olunduğu bildirilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, hamiləliklə bağlı arayışın əsli ilə birgə cəmiyyətin rəhbərliyinə müraciət etməsi məqsədəuyğundur. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirirlmişdir. İş materiallarında olan ******* 5GWWL71 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan "xxxx" QSC tərəfindən X1 ünvanlanmış Ştatın ixtisar edilməsi barədə xx.xx.2022-ci il tarixli Xəbərdarlıqdan görünür ki, "xxxx" QSC-də aparılan ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq onu gələcəkdə gözlənilən işdən azad edilmə barədə xəbərdar etmək istəyirlər. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ona bu xəbərdarlıq sənədi təqdim edəndən 2 həftə sonra və ya 31 yanvar 2022-ci il tarixindən tutduğu vəzifədən azad olunacaq. Ona 17 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək əmək haqqı saxlanılmaqla artıq iş axtarmaq üçün imkan yaradılacaq. O qeydiyyatda olduğu ərazi üzrə Məşğulluq İdarəsinə müraciət edə bilər. İş materiallarında olan "xxxx" QSC-nin 17 yanvar 2022-ci il tarixli, 2 nömrəli əmrindən çıxarışdan görünür ki, X3 31 yanvar 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad olunur. Ona istifadə edilməmiş məzuniyyət üçün 18 t/g hesabı ilə müavinət və orta aylıq əmək haqqı miqdarında birdəfəlik işdənçıxarılma müavinəti ödənilməsi əmr edilmişdir. İş materiallarında olan işəgötürən "xxxx" QSC-nin direktoru Fuad Axundov ilə işçi X3 arasında bağlanmış Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında xx.xx.2021-ci il tarixli Razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək, X3 hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-2022 il tarixlərdə "xxxx" QSC-nin məzuniyyət və istifadə edilməmiş məzuniyyət üzrə hesablama cədvəlindən (son haqq-hesab) görünür ki, X1 məzuniyyət və əlavə məzuniyyət günlərinin sayı üçün cəmi 2 720,83 manat, yekun isə 3 835,83 manat hesablanmışdır. İş materiallarında olan "xxxx" QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş İşçinin ixtisar bildirişi imzalamaqdan imtina etməsi haqqında xx.xx.2022-ci il tarixli 1 saylı Aktdan görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin işçisi X1 ştatın ixtisar edilməsi haqqında xəbərdarlıq təqdim olunub. İşçi xəbərdarlıqla tanış olub, lakin imza etməkdən imtina edib. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 1 №-li protokolundan görünür ki, "xxxx" QSC-nin “X11” “Məxfilik” bəndində 4 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 5.1 və 5.2 bəndlərində qeyd olunan öhdəliklər yerinə yetirməməklə, 14 yanvar 2022-ci il tarixində "xxxx" QSC-nin hesablama şöbəsinin Kiçik mütəxəssisi X3 işlədiyi konfidensial məlumatı (işlərin görülməsi haqqında akt) üçüncü tərəfə ötürüldüyü faktı aşkarlanıb. Həmin faktı X3 boynuna almışdır və kömək məqsədi ilə” etdiyini bildirmişdir. Bir neçə dəfə rəqib ekspeditorların kompyuter ekranlarının şəkillərini çəkərək və həmin ekspeditorların işçilərindən məlumat alaraq "xxxx" QSC-nin ofisində istifadə etməyə çalışmışdır. Şöbə müdiri sağlam rəqabət prinsiplərini rəhbər tutaraq bu məlumatların lazımsız olduğunu N.Abbasovaya dəfələrlə bildirmişdir. Hesablama şöbəsinin kiçik mütəxəssisi X1 Əmək müqaviləsində göstərilən “5-ci paraqraf- Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti” “5.1 Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır”- maddələrini kobud şəkildə pozaraq xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Eİ Logistics Group” QSC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 3 №-li “Əmək intizamının pozulmasını nəzərə alaraq, məlumatı üçüncü tərəfə ötürülməsi, şiddətli töhmət verilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən X1 xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" QSC-nin direktoru Fuad Axundova ünvanladığı xx.xx.2022-ci il tarixli, 17 nömrəli məktubdan görünür ki, onun Eİ Logistics GroupQSC-də əmək hüquqlarının pozulması ilə əlaqədar bildirir ki, cəmiyyətin mühasibi Arzı xanım tərəfindən xx.xx.2022-ci il tarixdə ixtisarla bağlı ona bildirişi imzalamağı bildirdikdə, o, imza çəkməkdən imtina etdi və hamilə olduğunu və lazımdırsa bununla bağlı sənədi təqdim edəcəyini bildirdi. Lakin cavabda “onsuz da yerinə başqa adam götürəcəyik” bildirdi. Hamiləliyini təsdiq edən sənədi gözləmədən xx.xx.2022-ci il tarixdə xitamla bağlı əmr verilərək X4 məlumatlar yerləşdirilmişdir. Aralarında yaranmış mübahisə ilə bağlı səhətində problem olduğundan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi xx.xx.2022-ci il tarixdə cəmiyyətə təqdim edilib. Bununla yanaşı, hamilə olmağı barədə arayışı Arzu xanıma və Faiq Alışanova bildirilib. Lakin onlar sənədin tarixi xx.xx.2022-ci il tarixdən sonra olduğundan kömək edə bilməyəcəklərini bildirdilər. Hamilə olduğu ilə bağlı imzalamadığı ixtisarla bağlı arayış xx.xx.2022-ci il tarixdə çap edildiyindən və xəstə olduğundan hamilələyini (24-25 həftə) təsdiq edən arayışla baş mühasib Arzu xanım və müşavir Faiq Alışanov xx.xx.2022-ci il tarixində tanış edilib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq işə bərpa edilməyini və sosial məzuniyyətdən istifadə etməsinə şərait yaratmağı xahiş etmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4 nömrəli əmək müqaviləsinə əsasən X3 müddətsiz olaraq əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış bağlanmış Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək, X3 hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Cavabdehin 17 yanvar 2022-ci il tarixli, 2 nömrəli əmri ilə X3 31 yanvar 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı iddia tələbinin əsası kimi hamilə olması ilə əlaqədar olaraq onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-hissəsinin tələblərinin pozulduğuna istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-hissəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin iəğv edilməsi qadağandır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı cavabdehin 17 yanvar 2022-ci il tarixli, 2 nömrəli əmri ilə 31 yanvar 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilsə də, hamiləlik barədə arayışı cavabdehə xx.xx.2022-ci il tarixdə, yəni işdən azad olunduqdan sonra təqdim etmişdir. Qeyd olunan hal iddiaçının müraciəti əsasında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. İş materiallarından göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən xitam verilməsinə baxmayaraq, o, mövcud iddia tələbi ilə bağlı məhkəməyə 19 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa edilməsi) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini və Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddətinin axımının başlanması obyektiv anla, yəni iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi andan hesablanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 17 yanvar 2022-ci il tarixindən işdən çıxarıması barədə məlumatlı olmuş, ona xx.xx.2022-ci il tarixdən işdən azad ediləcəyi barədə xəbərdarlıq təqdim edilsə də, lakin iddiaçı imza etməkdən imtina edib, xx.xx.2022ci il tarixdə əmək müfəttişliyinə xx.xx.2022-ci il tarixdə isə ərizə ilə cavabdeh müəssisənin rəhbərinə müraciət etsə də, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da, o, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2379/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2379/2022
14.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver