Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2397/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.76 (otuz bir manat, 76 qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında “Bank hesabının açılması” üzrə 08 iyun 2021-ci il tarixli Ərizəsi əsasında ona ”Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) tərəfindən cavabdehə debet kart təqdim edilmişdir. Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixində RRN **********57, **********57, **********40 və **********34 nömrəli əməliyyatlar aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim edilməmiş və qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait Bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat məbləğində əsassız varlanmışdır. Göründüyü kimi, borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Cavabdeh 18 aprel 2022-ci il tarixində Banka ərizə ilə müraciət edərək borcunu etiraf etmiş və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Bank tərəfindən borcun hissəhissə ödənilməsinə razılıq verilmiş və cavabdehlə Bank arasında 18 aprel 2022-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin cavabdeh bağlanılmış Razılaşmanın da tələblərinə riayət etməmiş və borcun ödənilməsini təmin etməmişdir. Razılaşmanın 5-ci bəndinə əsasən, ödənişlər iki dəfədən çox gecikdirildiyi halda, Bank Razılaşmanı birtərəfli qaydada ləğv edə və borcun tam məbləğdə ödənilməsini borcludan tələb edə bilər. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 23 sentyabr 2022-ci il tarixli, 6-3/xx/xx-4383 saylı pretenziya (хəbərdarlıq) məktubunun da göndərilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Hаlhаzırdа borclunun, Müqaviləyə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixində RRN **********57, **********57, **********40 və **********34 nömrəli əməliyyatlar aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim edilməmiş və qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait Bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat məbləğində əsassız varlanmışdır. Cavabdeh 18 aprel 2022-ci il tarixində Banka ərizə ilə müraciət edərək borcunu etiraf etmiş və borcun hissə hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Bank tərəfindən borcun hissə-hissə ödənilməsinə razılıq verilmiş və cavabdehlə Bank arasında 18 aprel 2022-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin cavabdeh bağlanılmış Razılaşmanın da tələblərinə riayət etməmiş və borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, Cavabdeh “Bank hesabının açılması” üzrə 08 iyun 2021-ci il tarixli Ərizəsi əsasında ona ”Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) tərəfindən cavabdehə debet kart təqdim edilmişdir. O, Bankın hesabına 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat məbləğində əsassız varlanmışdır. Cavabdeh 18 aprel 2022-ci il tarixində Banka ərizə ilə müraciət edərək borcunu etiraf etmiş və borcun hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Bank tərəfindən borcun hissə-hissə ödənilməsinə razılıq verilmiş və cavabdehlə Bank arasında 18 aprel 2022-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin cavabdeh bağlanılmış Razılaşmanın da tələblərinə riayət etməmiş və borcun ödənilməsini təmin etməmişdir. Başqa sözlə, cavabdeh üzərinə götürülmüş öhdəliyi icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 1,175.32 (bir min yüz yetmiş beş manat, 32 qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31.76 (otuz bir manat, 76 qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1.175,32 (bir min bir yüz yetmiş beş manat otuz iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun və poçt xidmətinin əvəzi olaraq 31.76 (otuz bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1.175,32 (bir min bir yüz yetmiş beş manat otuz iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun və poçt xidmətinin əvəzi olaraq 31.76 (otuz bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2397/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2397/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver